Məhkəmə qərarları › İş №e-2-2(115)-123/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-123/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-123/2025 12.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh X6 qarşı təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdeh X6 qarşı təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 istixanalarda təbii qazdan istifadə etdiyinə görə **********00000 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü tarixə yaranmış 52327,88 manat, **********00010 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü tarixə yaranmış 268306,30 manat, ümumilikdə 320634,18 manat borc məbləğinin və iddia qaldırmaq üçün ödənilmiş 610,64 manat məbləğində dövlət rüsumunun alınaraq “Azəriqaz” İstehsalat Birliyinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İB ilə cavadeh X9 arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2023-cü il tarixli AMX-5674/23 nömrəli müqaviləyə əsasən cavabdehə məxsus Salyan rayonu Boranıkənd kəndində yerləşən **********00000 nömrəli abonent kodu ilə qeydə alınmış istixana və “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” xx.xx.2024-cü il tarixli AMX- 0380/24 nömrəli müqaviləyə əsasən cavabdehə məxsus Salyan rayonu Boranıkənd kəndində yerləşən **********00010 nömrəli abonent kodu ilə qeydə alınmış istixana təbii qazla təmin edilmişdir. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq cavabdeh həmin müqavilənin şərtlərini pozaraq qeyd olunan istixanalarda istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş və “Azəriqaz” İstehsalat Birliyinə xx.xx.2024-cü il tarixə **********00000 saylı abonent kodu üzrə 52327,88 manat, **********00010 nömrəli abonent kodu üzrə 268306,30 manat borcu yaranmışdır. Borcun yaranmasına səbəb cavabdeh tərəfindən istixanalarda istifadə olunmuş təbii qazın dəyərinin tam ödənilməməsi səbəb olmuşdur. Cavabdehin **********00000 nömrəli abonent kodu üzrə xx.xx.2023-cü il tarixə borcu olmamışdır. xx.xx.2023-ci ilin noyabr ayında 22220 manat dəyərində qaz sərf etmiş, ödəniş etməmiş, dekabr ayında qazdan istifadə etməmiş, xx.xx.2024-cü il tarixə 22220 manat borcu yaranmışdır. 2024-cü ilin yanvar-mart ayları ərzində 30107,88 manat dəyərində qaz sərf etmiş, ödəniş etməmiş, xx.xx.2024- cü il tarixə 52327,88 manat borcu yaranmışdır. Cavabdehin **********00010 nömrəli abonent kodu üzrə xx.xx.2023-cü il tarixə 172163,06 manat borcu olmuşdır. 2023-ci ilin dekabr ayında 121905,52 manat dəyərində qaz sərf etmiş, 50000 manat ödəniş etmiş, xx.xx.2024-cü il tarixə 244068,58 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdən – xx.xx.2024-cü il tarixlərdə 146437,72 manat məbləğində qazdan istifadə etmiş, 122200 manat ödəniş etmiş, xx.xx.2024-cü il tarixə 268306,30 manat borcu yaranmışdır İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X9 izahatında bildirmişdir ki, qarşı tərəflə yanvar ayında razılığa gələcəklərini düşünmüş, lakin razılaşmamışlar. Ödəniş etməmiş, lakin vaxt verilsə, ödənişin bir hissəsini ödəyə biləcəyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qazın alğı-satqısı müqavilələri, razılaşma protokolu, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında Salyan rayonunda yerləşən qeyri-yaşayış obyektinə qazın verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli AMX-5674/23 saylı “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” Müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. Həmçinin, iddiaçı ilə cavabdeh arasında Salyan rayonunda yerləşən qeyri-yaşayış obyektinə qazın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli AMX-0380/24 saylı “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. Cavabdeh X3 rayonunda yerləşən qeyri-yaşayış obyektində təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən **********00000 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü tarixə 52327,88 manat, **********00010 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü tarixə 268306,30 manat olmaqla, ümumilikdə 320634,18 manat debitor borcu yaranmış, həmin borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcu ödəməmiş, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, X1 müəyyənləşdirilən qazın dəyərini qanunla müəyyən olunmuş dövr ərzində qaz paylayıcıya ödəməmişdir. Ona görə də X5 **********00000 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü il tarixə yaranmış 52327,88 manat, **********00010 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü tarixə yaranmış 268306,30 manat olmaqla, ümumilikdə 320634,18 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 610,64 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 610,64 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 610,64 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X5 **********00000 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü tarixə yaranmış 52327,88 manat, **********00010 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü tarixə yaranmış 268306,30 manat olmaqla, ümumilikdə 320634,18 manat borc məbləği və 610,64 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X5 **********00000 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü tarixə yaranmış 52327,88 manat, **********00010 nömrəli abonent kodu üzrə xx.xx.2024-cü tarixə yaranmış 268306,30 manat olmaqla, ümumilikdə 320634,18 manat borc məbləği və 610,64 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar