Məhkəmə qərarları › İş №e-2-2(115)-13/2021

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-13/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-13/2021 22.06.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə İddiaçı İB-nin cavabdehlər X2 və Cavabdeh2 Tanrıverdi oğluna qarşı dəymiş ziyan və debitor borcu tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 Tanrıverdi oğluna qarşı « dəymiş ziyan və debitor borcu » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Keçili kəndində yerləşən Cavabdeh2 Tanrıverdi oğlunun adına Şəmkir RQİİ-də qeydiyyatda olan obyektdə - “istixana”da təbii qazdan qanunsuz istifadə nəticəsində Şəmkir RQİİ-nə müəyyənləşdirilmiş dəymiş ziyan məbləğindən qalan 19108 manat 20 qəpik eləcə də istehlak edilmiş təbii qazın dəyərinin tam ödənilməməsinə görə yaranmış 26867 manat debitor borcun ümumilikdə 45975 manat 20 qəpik vəsaitin və ödənilmiş dövlət rüsumunun Şəmkir RQİİ-nin “Beynəlxalq Bank”da olan hesablaşma hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı İB-nin nümayəndəsi və Cavabdeh2 Tanrıverdi oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh X3 bildirdi ki, məhkəmə iclası barədə iddiaçıya məlumat verilsə də, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Ona görə də, işin mahiyyəti üzrə baxılmasını tələb etmir və işin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı İB-nin cavabdehlər X2 və Cavabdeh2 Tanrıverdi oğluna qarşı dəymiş ziyan və debitor borcu tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar