Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-132/2025 18.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş 12 iyun 2024-cü il tarixliNİQ № 001519 saylı Akt nəticəsində əsassız olaraq hesablanmış 6.968,94 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Göygöl rayonu Quşqara kəndi ərazisində hisə verilmiş balıq və balıq məhsullarının istehsalı ilə məşğul olmaqla müntəzəm olaraq vergilərini ödəmiş, dövlətin qarşısında bütün öhdəliklərini hər daim yerinə yetirmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 12 iyul 2024-cü il tarixdə barələrində NİQ № 001519 Akt tərtib edilərək, həmin akt əsasında 6.968,94 manat manat borc hesablanmış və bundan sonra İddiaçı MMC tərəfindən elektrik enerjisinə görə keçirilən pulun yarısı avtomatik olaraq cavabdeh şirkət tərəfindən silinməkdədir. Həmin akt qanunsuz tərtib olunmuşdur və həmin akt əsasında hesablanmış borc silinməlidir. Belə ki, sayğacı yandığı üçün ərizə ilə müraciət etmişdir ki, müəssisəyə yeni sayğac quraşdırsınlar, həmin ərizə "xxxx" ASC-də mövcuddur. Azərişıq ASC-də bildirdilər ki, sayğac quraşdırılana kimi işıq enerjisindən istifadə etsin, o da istifadə etmiş və sonra sayğac quraşdırıldı. 2024-cü ilin iyun ayından, sentyabr ayındadək sayğacsız şəkildə X2 etmişdir və sonda onun çoxsaylı tələblərindən sonra sayğac quraşdırdılar. Həmin cərimə məbləğinin hesablanma metodu isə ağlasığmaz şəkildədir və gülünc doğurmaqdadır. Cərimə yazmaq metodları yalnız fərziyyəyə əsaslanmaqla həyata keçirilmişdir ki, "xxxx" ASC-nın əməkdaşı xəttə olan gərginliyi ölçməklə həmin gərginliyi günün 24 saatı istifadə edilmiş kimi hesablayaraq pula çevirmiş və sonda sözügedən məbləği əldə etmişdir. Yalnız soyuducu işlək vəziyyətdə qalır və soyuducunun da gecə boyu sərfiyyatı çox aşağıdır. Sözügedən aktda hər hansı qanuni üsulla borcun hesablanması halı öz əksini tapmamış, ümumiyyətlə subyektiv fərziyyə əsasında borc hesablanmışdır. Həmçinin qeyd edilməlidir ki, "xxxx" ASC-nin enerjinin sərfinə dair həyata keçirdiyi hesablama metodu, qanunvericiliyə söykənməyən, Nazirlər Kabineti tərəfindən təsdiqlənməyən üsuldan istifadə edilməklə həyata keçirilmişdir. Bu səbəbdən də sözügedən əsasında hesablanmış 6968,94 manat borcun silinməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hesablanmış borcla razı deyildir. Borc artıq hesablanmışdır. Sayğac ildırım vurması nəticəsində yandı, digər sahibkarların da sayğacı yanıb. Belə ki, təxminən istifadə olunan elektrik enerjisinə görə ən çoxu 3000-3500 manat borc hesablana bilərdi. Sonuncu dəfə təxminən 3500 manat məbləğində ödəniş etmişdir və onlar əsasən yay aylarında fəaliyyət göstərirlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, bu məsələ ilə bağlı iki akt tərtib olunub. İyun ayında tərtib olunan aktda sayğacın yandığı qeyd olunub. Sayğaca baxış keçirilib və 95 gün, yəni 18 iyundan 2024-cü il tarixdən 23 sentyabr 2024-cü il tarixədək sayğacsız istifadə edildiyi məlum olub. Dövriyyədən məlum olur ki, abonent ödənişlər edir. Lakin obyektin fəaliyyət göstərmədiyini bildirir. Sonuncu dəfə 49 manat məbləğində ödəniş ediblər. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: akt, icra vərəqəsi, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü il tarixli № 001519 saylı aktdan görünür ki, istehlakçı İddiaçınə məxsus obyektdə elektrik enerjisinin uçotu və “X2 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, elektrik sayğacı tamamilə yanmışdır. Bu səbəbdən elektrik işlədiciləri şəbəkəyə birbaşa qoşulmuşdur. Ölçmə zamanı xətdən axan yük 43,12 kvt kimi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra vərəqindən görünür ki, 39596 kvts itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla iddiaçıya 6968,90 manat məbləğində cərimə hesablanmışdır. Sayğacın yenisi ilə əvəz olunması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Göygöl rayonu, Quşqara kəndində yerləşən 0.15 ha torpaq sahəsi İddiaçınə məxsusdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus sayğac yanaraq yararsız vəziyyətə düşmüş və bunun nəticəsində ona cavabdeh tərəfindən akt üzrə borc hesablanmışdır. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının mütləq şəkildə enerji sərfiyyatı olmuşdur. Lakin ona cavabdeh tərəfindən ona akt əsasında 96 gün müddətinə borc hesablanmışdır. Hansı ki, “X2 Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Hazırki hüquq münasibəti də sayğacın yanması nəticəsində yaranmışdır. Bu hal məhkəmə tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan baş verən hal-hesab edilir. Belə olan halda da elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Lakin icra vərəqəsi əsasından 96 gün müddətinə hesablama aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli № 001519 nömrəli akt əsasında tərtib olunmuş xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, abonentin 63354 kvts enerji sərfiyyatının nəzərə alınması qərara alınmışdır. İş materialları ilə sübut olunur ki, 96 gün müddət üçün cavabdeh tərəfindən 63354 kvts enerji sərfiyyatının olması qərara alınmışdır. Məhkəmə hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrünü tapmaq üçün analoji olaraq xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsas götürülməlidir. 63354 kvts itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla 96 gün üçün enerji sərfi 6968,90 manat təşkil etmişdir. Bunu əsas götürərək 1 günə düşən enerji sərfini hesablasaq, həmin məbləğ 72,59 manat təşkil edər. Qanunvericiliyin tələbinə görə, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalı olduğundan 30 gün üçün hesablaşma 2177,70 manat təşkil etməli idi. Lakin cavabdeh tərəfindən 96 günün hesabatı aparılaraq düzgün nəticəyə gəlinməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının 2177,70 manat sərfi olma ehtimalı nəzərə alınaraq onun iddiası tam şəkildə təmin oluna bilməz. Cavabdeh tərəfindən hesablanmış 6968,90 manat məbləğindən borc əvəzinə, 4791,20 manat borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı fəaliyyət göstərdiyi obyektdə mövcud olan sayğac obyektin keçmiş sahibi olan Nəbiyev Eldənizin adına olsa da, həmin obyekt faktiki olaraq sahbikarlıq subyekti olan İddiaçı mülkiyyətindədir və cərimə həmin müəssisəyə hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçınə məxus Göygöl rayonu, Quşqara kəndində yerləşən qeyri-yaşayış obyektinə quraşdırılmış sayğac üzrə (abonent kodu: **********11007) hesablanmış 4791,20 manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçınə məxus Göygöl rayonu, Quşqara kəndində yerləşən qeyri-yaşayış obyektinə quraşdırılmış sayğac üzrə (abonent kodu: **********11007) hesablanmış 4791,20 manat məbləğində borc cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-132/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-132/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver