Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1341/2025 10.10.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək, xx.xx.2024-cü il tarixli 069209 nömrəli akt əsasında hesablanmış 4261.73 manat cərimə məbləği və həmin cərimənin reaktiv və transformator itkisi olaraq əlavə hesablanmış 383 (üç yüz səksən üç) manat məbləğində borcun **********9 nömrəli abunə kodundan silinməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 67 (altmış yeddi) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Şəmkir rayonu, Aşağı Seyfəli kəndi ərazisində JN-1484F KOD50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında özünə məxsus torpaq sahəsi üzrində qeyri-yaşayış təyinatlı soyuducu anbarı var. Həmin anbarın elektrik enerjisi tələbatını qarşılamaq üçün 250 KVA gücündə qapalı transformator məntəqəsi var. Elektrik enerjisinin qarşılanması üçün həmin məntəqədə quraşdırılmış 5 AMPER gücüdə cərəyan transformatorlu elektrik sayğacı mövcuddur. Həmin sayğac təxminən 2023-cü ildə Azercellşəbəkə daşıyıcısı olan müasir SMS tiplisayğacla əvəzedilmişdir. Əvəzetmə olan zaman Azərişığa məxsus böyük daşınmayan dolab daxilində onun istifadəsində olan elektrik sayğacının 5 AMPER-lik cərəyan transformatoru və kontaktr avadanlığının sayğac quraşdırıldıqdan sonra sayğac da daxil olmaqla həmin elektrik dolabının üst qapağı cavabdeh Azərişı ASC-nin əməkdaşları tərəfindən xüsusi trosla möhürlənmişdir. Həmin sayğac və dolaba möhürləndikdən sonra nə cavabdehin, nə nəzarətçi mühəndisin, nə də onun baxış keçirməyi mümkünsüz olmuşdur. Həmin sayğaca ödəniş əvəlcədən ya online və ya bank vasitəsi ilə məbləğ yüknəlməklə elektrik enerjisi yüklənmiş məbləğin həcmi qədər istifadə edilməsi mümkün olurdu. Yəni əvvəlcədən ödəniş olmazsa elektrik enerjisinin istifadəsi mümkünsüz olmuşdur. Bu minvalla anvaq mövsümü olaraq yaşadığı əraziyə uyğun xurma mövsümündə soyuducudan 3 ay ərzində istifadə edir. İlin qalan müddəti anbar istifadə edilmir. xx.xx.2024-cü il tarixdə 1489.60 (bir min dörd yüzsəksən doqquz manat almış qəpik) manat, xx.xx.2024-cü il tarixdə 900 (doqquz yüz) manat, xx.xx.2024-cü il tarixdə 4780 (dörd min yeddi yüzsəksən) manat məbləğində əvvəlcədən sayğacın balansına vəsait yükləmişdir. Dəqiq tarixdə qeyd etsələr xx.xx.2024-cü il tarixdə cavabdeh Azərişıq ASC tərəfindən quraşdırılmış sayğacın bütün parametrləri yerləşən qutuda cavabdehin özsəhlənkarlığı ucbatından yaranmış qüsura görə yanğın olmuşdur. Baş vermiş yanğın nəticəsində anbara elektrik enerjisi buraxan kontaktr istifadəyə yararsız hala düşdüyündən anbara verilən elektrik enerjisi tamamilə dayandırılmışdır. Bununla bağlı o, X6 bir neçə dəfə müraciət etsə də qüsur aradan qaldırmaq üçün heç bir tədbir görülməmişdir. Səbəb kimi isə qeyri-əhali obyeti olduğu üçün ASAN xidmət mərkəzinə müraciət etməli olduğumu bəhanə etdilər. O, həmin hadisə baş verdiyi gündən məcburiyyət qarşısında qalaraq özünə məxsus olan ehtiyyat 20 klavat gücündə olan dizel mühərrikli alternativ enerjidən (generator) mənbəyindən istifadə etmişdir. Həmin müddətdə 2 tondan artıq dizel yanacağı istifadə etmişdir. Onun təkidlərindən sonra xx.xx.2024-cü il tarixdə xüsusi labaratoriya mühəndisi tərəfindən transformator məntəqəsində sıradan çıxmış avadanlıqlar və sayğac yenisi ilə əvəzedildi. Həmin vaxt o, da orda iştirak etmişdir. Ona heç bir nöqsan və s. barədə heç bir məlumat verilməmişdir. Bir neçə gün sonra ona xx.xx.2024-cü il tarixli 069209 nömrəli Akt oğlu vasitəsi ilə ona çatdırılmışdır. Akta görə guya transformatora baxış keçirilmiş, guya məlum olub ki, qeyd etdiyi həmin qüsurlar aradan qaldırılıb, faktiki 17 klavat saat gücündə sayğacdan kənar əlavə xətt verilib gedilmişdir. Buradan da aydın göründür ki, Akda qeyd olunan vaxt və yazılanlar tamamilə yanlışdır. Sual yaranır ki, niyə Dövlətin enerjisini sayğacdan kənar (oğurluq) istifadəyə şərait yaradılır? Necə olur ki, Aktda birabaşa 17 klavat qeyd edilir?! 17 klavat saatı qeyd etməmişdən əvvəl 3 fazlı elektrik verilişi sxeması üzrə elektrik sxemində hər bir fazadan axan elektrik güclərinin güc ölçüsü qeyd olunmadan birbaşa P faktiki 17 klavatı qeyd olunması yanlışdır. P faktikinin tapılması üçün sayğacın hər fazasından axan yüklərin cəbri cəminin 3-ə bölünməsi əsasında tapılır. (17 rəqəminin 3-ə bölünməməsi onu göstərir ki,akt formal əsaslarla tərtib edilmişdir). Bu qeydlər aktda aparılmamış, həmin müddətdə yuxarıda qeyd etdiyi alternativ enerjidən istifadə etmişdir. Həmin akt əsasında onun sayğacının koduna 4261.73 (dörd min iki yüz altmış bir manat yetmiş üç qəpik) manat cərimə məbləği və həmin cərimənin reaktiv itkisi olaraq əlavə 383 (üç yüz səksən üç) manat reaktiv və transformator itkisi əlavə edilmişdir. O, bununla bağalı dəfələrlə müraciət etsə də, ona nə cavab verilməyib, nə də cərimənin silinməsi mümkün olmamışdır. Ən maraqlısı da odur ki, onun əvvəlcədən balansa yüklədiyi məbləğ ona cərimə olaraq tətbiq edilmişdir. Bu necə mümkün ola bilər. Hesablanmış borcun məbləği ilə bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Hesab edir ki, qeyd olunan akt tamamilə qanunsuz əsaslarla tərtib edilmişdir. Aktın məzumununda görünür ki,aktın tərtib olunmasında onun iştirakı təmin edilməmişdir. Akta olan imza ona məxsus deyil. Həmçinin SMS tipli sayğaclarla adi sayğacların akt tərtibatı üsulundan kənara çıxılmaqla sayğacların fərqinə varılmayıb. Çünki SMS tiplisayğac əvvəlcədən istifadə edilmiş və ya edilməmiş enerji dəyərini əvvəlcədən ödənilən sayğacdır. Buna görə də o, məsuliyyət daşıya bilməzdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, sayğac 15 noyabrda yanmışdır. Sayğac SMS tiplidir. Bir neçə dəfə müraciət etmişdir. 25 noyabrda sayğacı quraşdırdılar. 10 gün ərzində öz generatorundan istifadə etmişdir. Həmin 10 günə 4100 manat borc yazıblar, qalan günlərə də borc yazılıb. Lakin onun borcu çox hesablanıb. Transformatorun yanındakı sayğac yandıqda heç bir müdaxilə edə bilməmişlər. 10 gün müddətində generatordan istifadə etmişdir. Buna görə də 4000 manat cərimə yazmışlar. 10 gün sonra sayğacı quraşdırdılar. 1-ci sayğac köhnə idi, 2-ci sayğac elektron idi, lakin yandığı üçün 3-cü sayğacı quraşdırdılar. Sayğac yandıqdan sonra işıqdan heç istifadə etməmişlər. Lakin 2-3 gün sonra cərimə yazmışlar. Hal-hazırda heç nədən istifadə etmirlər. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 izahatında bildirdi ki, vətəndaş vaxtında ASAN xidmətə müraciət etsəydi, akt da yazılmayacaqdı. Transformatorun təmir olunması üçün ASAN xidmət mərkəzlərinə müraciət olunmalı idi. Cərimələr Qanunun 7.6-9.1-ci bəndlərinə əsasən yazılıb. Qısaqapanmaya görə vətəndaş cavabdehdir. Belə ki, vətəndaş rəsmi şəkildə bu barədə məlumat verməli idi. 9500 manat borc var və bu borcda bütün xərclər hesablanıb. Bundan başqa biz "xxxx" ASC-nin mütəxəssisinin cəlb edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, sayğac SMS tipli sayğacdır. 02 noyabrda SMS sayğacının son göstəricisi qeyd olunub. Abonentin əvvəlcədən borcu olduğu üçün 4800 manat məbləğində ödənilən pul karta oturmayıb. 01 iyul 2025-ci ilə qədər 66 000 manat sərfiyyatı olub və bundan 64 148 manat ödəniş edib. Bundan başqa bağlanan aktlar qrafasında 7111 manat borcu var. Lakin yanmayan serverlərdən sayğacda qalan pulu "xxxx" ASC tapa bilərdi. İddiaçıya artıq borc hesablanmayıb. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: akt, icra vərəqəsi, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin əməkdaşlarının tərtib etdikləri 19 noyabr 2024-cü il tarixli № 069209 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus obyektdə elektrik enerjisinin uçotu və “X3 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış keçirilən zaman aşkar olmuşdur ki, sayğacın uçot dəsti sıradan çıxmışdır. Belə ki, kontakt cərəyanın tranformatoru və sayğac sıradan çıxmışdır.Soyuducu anbarı olduğu üçün enerji verilişi bərpa olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli icra vərəqindən görünür ki, (24200 kvts: 31 gün) x 24 gün=18735 kvts itirilmiş elektik enerjisinə görə 0.11 qəpikdən hesablanmaqla iddiaçıya 2060,85 manat məbləğində cərimə hesablanmışdır. Sonrada həmin məbləğ artırılaraq 4261,73 manat olaraq müəyyən olunmuşdur. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 853887 nömrəli protokoldan görünür ki, sayğac daxili sxemində yaranan qısaqapanmadan yanmışdır. İş materiallarında olan **********00003 nömrəli abonent saldosundan görünür ki, RQ069209 nömrəli akt üzrə abonentə 4261,73 manat cərimə hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X4 Agentliyinin Tovuz filialının 11 avqust 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, qeyri-yaşayış sahəsinin abonent haqqında cədvəlinin və toplanmış materialların təhlili zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə SMS sayğacın son göstəricisi kompüter məlumat bazasına daxil olunmuş, həmçinin xx.xx.2024-cü il tarixdə sayğac uçot dəstinin yanaraq istismara yararsız hala düşdüyü barədə akt tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə qeyri-yaşayış sahəsinin qüsurlu sayğacı dəyişdirilmişdir. Beləliklə, qeyri-yaşayış sahəsinin SMS sayğacında qüsur yaranması nəticəsində uçot pozulduğuna görə, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər olan hesablaşma dövründə istehlak olunmuş elektrik enerjisinin sərfiyyatının müəyyən edilirək kompüter məlumat bazasına daxil edilmədiyi səbəbindən akta əsasən hesabat həmin müddət üçün aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları"nm 8,16-cı bəndinə əsasən, istehlakçının təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Eyni zamanda, qeyri-yaşayış sahəsinin “SMS” və “ORACLE" proqram təminatı bazaları üzrə abonent haqqında cədvəllərinin təhlili zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində qeyriyaşayış sahəsində aktiv sayğacın göstəricilərinə uyğun olaraq istehlak olunmuş elektrik enerjisinin sərfiyyatı, eləcə də transformatordakı elektrik enerjisinin itkiləri və hesabat dövrlərində sayğacın reaktiv göstəricilərinə əsasən reaktiv enerjiyə görə hesablaşmalarla birlikdə, dəyəri 69408,07 manat olmaqla 649577 kVts elektrik enerjisi istehlak edilmişdir. Həmin hesablaşma dövrlərində istehlakçı tərəfindən istehlak olunmuş elektrik enerjisinin hesabından 64149,48 manat məbləğ ödənilmiş və elektrik enerjisinin haqqına görə yaranmış qalıq məbləğ 5258,59 manat təşkil edir. Onu da qeyd etmək istəyirik ki, transformatordakı elektrik enerjisinin itkiləri və reaktiv enerjiyə görə hesablaşmalar mövcud Qaydaların tələblərinə uyğun aparılmış, habelə akta əsasən hesablanmış 4261,73 manat məbləğ ilə bağlı qeyri-yaşayış sahəsinin abonent hesabına reaktiv enerji və transformatordakı elektrik enerjisinin itkiləri adı ilə 383 manat dəyərində əlavə məbləğ daxil edilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 Qaydalarının (bundan sonra - Qaydalar) 8.10-cu bəndinə əsasən, istehlakçının baş transformatoru enerjitəchizatı müəssisəsinin elektrik veriliş xəttinə bilavasitə qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatordan sonra orta (alçaq) gərginlik tərəfində quraşdırıldıqda istehlakçı ilə elektrik enerjisi sərfinə görə hesablaşmada hər 1 kVts elektrik enerjisinə görə nəzərdə tutulmuş ödənişi müvafiq olaraq ikidolaqiı transformatorlar üçün 1,03 yüksəldici əmsala vurulur. Qaydaların 8.11-ci bəndinə əsasən isə, istehlakçının baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu İlə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı tərəfindən ödənilir. Digər tərəfdən Qaydaların 1.1-ci bəndində istehsal, dəmir yolu, elektrikləşdirilmiş şəhər nəqliyyatı, kommunal təsərrüfatı və meliorasiya obyektlərinə aid abonent və tələb olunan gücü 150 kVt-dan yuxarı elektrik qurğuları olan digər abonentlər (məişət abonenti istisna olmaqla) reaktiv gücə məsul abonent olaraq müəyyən edilmişdir. Bu Qaydaların 8.36-cı bəndinə əsasən, enerji təchizatı müəssisəsi ilə reaktiv gücə məsul abonent arasında hesabat dövründə reaktiv enerjiyə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrı-ayrılıqda aparılır. Digər tərəfdən Qaydaların 8.40-cı bəndinə əsasən, hesablaşma elektrik sayğaclarının elektroenergetika sisteminin gündəlik maksimum və minimum yük saatları üzrə ayrıayrılıqda aktiv və reaktiv enerjinin qeydiyyatının aparılmasına texniki imkanı olmadığı halda, reaktiv güc göstərişinin cəminin aktiv enerji göstərişinin cəminə nisbəti kimi hesablanır. Bu Qaydaların 8.41-ci bəndinə əsasən isə, dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisəsi və reaktiv gücə məsul abonentlər tərəfindən reaktiv güc əmsalının (tgcp) maksimum (tgcpmax) və ya minimum (tgcpmin) qiymət hədləri pozulduğu halda hesablaşma dövründə hər 1 kVts aktiv elektrik enerjisinə nəzərdə tutulmuş tarif üzrə hesablaşma elektrik sayğacının aktiv enerji göstərişinin 5 faizi məbləğində cərimə tətbiq olunur və alınan məbləği pozuntuya yol vermiş tərəf qarşı tərəfə ödəyir. Qeyri-yaşayış sahəsində istehlak olunmuş elektrik enerjisinin sərfiyyatı, həmçinin transformatordakı elektrik enerjisinin itkiləri, eləcə də hesabat dövrlərində reaktiv enerjiyə görə hesablaşmalar və akta əsasən aparılmış hesabatla birlikdə qalıq məbləğ 9510,33 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın: 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. İşin faktiki hallarından görünür ki, cavabdehin nümayəndələri tərəfindən abonentin müraciəti əsasında ona məxsus sayğaca baxış keçirən zaman sayğacın sıradan çıxdığı aşkar edilərək bununla bağlı 19 noyabr 2024-cü il tarixli № 069209 saylı akt tərtib olunmuşdur. Enerji itkisinin əvəzinin ödənilməsi ilə bağlı məsələlərdə ilk öncə itkinin mövcudluğu və həmin itkinin onun yaranmasına səbəb olan şəxsə aid edilməsi araşdırma predmeti olmalıdır. Enerji itkisinə görə əlavə hesablama, öz qanunazidd davranışı ilə itkinin yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Çünki baş vermiş zədələnmənin əsasında istehlakçının təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, o, enerjinin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin hallarından göründüyü kimi abonentə məxsus sayğac tamamilə yanaraq tam yararsız hala düşmüşdür. Sayğacın yanmasının abonentin təqsirindən baş verməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmır. Bu hal məhkəmə tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan baş verən hal-hesab edilir. Belə olan halda da elektrik enerjisi sərfinin hesabatı uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılmalı idi. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır. Məhkəmə hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrünü tapmaq üçün analoji olaraq abonent saldosunda uçot pozulana qədər olan aylıq sərfiyyatlara nəzər salmaq lazımdır. Abonent saldosundan göründüyü kimi xx.xx.2024-cü il tarix üçün abonentin 1 aylıq sərfiyyatı 2662 manat təşkil etmişdir. Həmin məbləğ 30 günə bölünərsə 1 gün üçün sərfiyyat 88,73 manat təşkil etməli idi. Qanunvericiliyin tələbinə görə, abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduğundan, elektrik enerjisi sərfinin hesabatı uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə enerji sərfinin hesabatını uçot pozulana qədər olan dövrün gündəlik sərfinə uyğun apararaq hesab edir ki, elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmadığından hesablaşma təqribən bir gün üçün 88,7 manat təşkil etməli idi. Lakin cavabdehin nümayəndələri 4261,73 manat cərimənin hesablanması ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Göründüyü kimi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi abonentin sərfiyyatı olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının gündəlik 88,73 manat, 24 gün üçün isə 2128,80 manat sərfinin olması nəzərə alınaraq onun iddiası tam şəkildə təmin oluna bilməz. İddiaçı ərizəsində 4261.73 manat borcun silinməsini tələb etsə də, iddiaçının 2128,80 manat manat sərfinin olması nəzərə alınaraq cavabdeh tərəfindən hesablanmış 2128,80 manat məbləğindən həmin məbləğ çıxılmalı və 2132,93 manat borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən 41,3 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 25,67 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı hesablanmış 680,24 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinməli, iddia qalan hissədə rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı hesablanmış 2132,93 manat məbləğində borc "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən silinsin. cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 41,3 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 25,67 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1341/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1341/2025
10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver