Məhkəmə qərarları › İş №e-2-2(115)-1423/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1423/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1423/2024 19.12.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 oktyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 8061,68 manat, xx.xx.2023-cü il tarixli 1201 nömrəli akt əsasında hesablanmış 11762,30 manat, xx.xx.2023-cü il tarixli 1207 nömrəli akt əsasında hesablanmış 6643,78 manat, xx.xx.2023-cü il tarixli 1215 nömrəli akt əsasında hesablanmış 2337,28 manat, xx.xx.2023-cü il tarixli 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli akt əsasında hesablanmış 8457.02 məbləğində borcun onun hesabından (abonent kodu -**********00000) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunda özünə məxsus torpaq sahəsində 3 hektar istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ildə və 2023-cü il tarixlərdə ayrı-ayrı tarixlərdə Cavabdeh İB-nin əməkdaşları heç bir əsas olmadan ona əsassız borc yazmışlar. Həmin borclardan məlumatı olmamışdır. Sonuncu dəfə qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və 2023cü ilinin sonlarında hesabına 8457,02 manat borc daxil edilmişdir. Həmçinin Cavabdeh nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-cü il tarixli ******* nömrəli akt əsasında 8061,68 manat hesabıma borc yazılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli 1201 nömrəli akt əsasında 11762,30 manat, xx.xx.2023-cü il tarixli 1207 nömrəli akt əsasında 6643.78 manat, xx.xx.2023-cü il tarixli 1215 nömrəli akt əsasında 2337.28 manat və xx.xx.2023-cü il tarixli 1226 nömrəli akt əsasında 32.56 manat hesabına əsasız borc daxil edilmişdir. 2023-cü ilin sonunda əsassız yazılmış 8457.02 manat borca görə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsəllərinin X2 Filialına müraciət edilmişdir. Agentlik tərəfindən araşdırılma aparılmış və Cavabdeh İB-nin hesabına yazdığı borcun əsassız olması göstərilmiş və borcun silinməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. 2022-cü ilin oktyabr ayında və 2023-cü ilin ilk yarısında yazılmış borclar barədə məlumatı agentlikdə araşdırılma aparılarkən olmuşdur. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Hər ay istifadə etdiyi qazın pulunu vaxtı vaxtında ödəmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli 1201 nömrəli akt, xx.xx.2023-cü il tarixli 1207 nömrəli akt, xx.xx.2023-cü il tarixli 1215 nömrəli akt və xx.xx.2023-cü il tarixli 1226 nömrəli aktda qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olun təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Hesab edir ki, onun heç bir qanunazid hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8061,68 manat, xx.xx.2023-cü il tarixli, 1201 nömrəli akt əsasında hesablanmış 11762,30 manat, xx.xx.2023-cü il tarixli, 1207 nömrəli akt əsasında hesablanmış 6643,78 manat, xx.xx.2023-cü il tarixli, 1215 nömrəli akt əsasında hesablanmış 2337,28 manat, xx.xx.2023-cü il tarixli, 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8457,02 manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələblərini müdafiə edirlər. Belə ki, 3 ha istixananın isidilməsi üçün müqavilə bağlanıb. 2023-cü ilin noyabr ayında həmin yerə baxış keçirilib və 8457 manat məbləğində borc hesablanıb. Şikayətləri əsasında Energetika Nazirliyinin Enerji X1 Tovuz filialı tərəfindən araşdırılma aparılıb və aşkar olunub ki, əlavə borc yazılıb. Qeyd olunan aktlar əsassızdır. Burada sərfiyyat düzgün hesablanmayıb. Yoxlamanın aparılmasında da qanunun tələbləri pozulub. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, cavabdehin qeyd etdiyi mart, aprel, may və iyun aylarında aktlarla hesablanmış borc məbləği istifadədə olmuş qaz sayğacının elektron korrektorunun sönməsi nəticəsində hesablanmış istifadə olunan qazın sərfiyyatıdır. Abonentin saldosundan göründüyü kimi mart ayından etibarən sayğacın elektron göstəricisinin sərfiyyatı yoxdur. Lakin mexaniki göstəricinin sərfiyyatı davam edir. Hazırkı iş üzrə abonentin sayğacının elektron korrektoru sıradan çıxdığından əməkdaşlarımız tərəfindən mexaniki hissənin göstəricisi müəyyən korreksiyaedici əmsala vurularaq həmin fərq tapılmışdır. Bu zaman temperatur, təzyiq və rütubət nəzərə alınmaqla korreksiyaedici əmsal tətbiq edilir. Korreksiya əmsalı tətbiq edilməklə alınan fərq isə “qalıq və aktlar” sütununa daxil edilmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar qanunvericiliyin tələbinə uyğun tərtib olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və müvafiq məbləğ hesablanmışdır. Hər ay üzrə tərtib olunan aktlara istehlakçının nümayəndəsi etiraz etməmiş və onun tərəfindən imzalanmışdır. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qazın alqı-satqısı müqaviləsi, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktar, qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında aktlar, abonent saldosu, qaz sayğaclarının yoxlanılması protokolu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 30 dekabr 2019-cu il tarixli, AMX-772 6/09 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan qeyri-əhali sayğacının yoxlanması haqqında 29/1640- 02242-20 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “G-400” markalı ********** nömrəli sayğac Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı, mexaniki hissəsinin işlək olduğu qeyd edilmiş, yoxlamanın nəticəsi kimi xətaların normaya uyğun olduğu, batareyanın tələb olunduğu göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, ********** nömrəli sayaca baxış keçirilmiş, sayğacın mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığını aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 15593 m3, əmsal 2.35 qəbul edilməklə itrilmiş qazın bərpası üçün hesabat aparılmış, hesabat forması aşağıdakı kimi aparılmışdır: 15593x2.35=36644m3 İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1201 nömrəli aktdan görünür ki, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 53465 m3 (13366,25 manat) müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1207 nömrəli aktdan görünür ki, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 30199 m3 (7549,75 manat) müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1215 nömrəli aktdan görünür ki, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 10624 m3 (2337,28 manat) müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1226 nömrəli aktdan görünür ki, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 148 m3 (32,67 manat) müəyyən olunmuşdur. İş materiallarında olan qeyri-əhali sayğacının yoxlanması haqqında 14-2-2/3-5- 9102-1 nömrəli xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “G-400” markalı ********** nömrəli sayğac Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 38441 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı, mexaniki hissəsinin işlək olduğu qeyd edilmiş, yoxlamanın nəticəsi kimi xətaların normaya uyğun olduğu, batareyanın tələb olunduğu göstərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 103007 m3 qaz həcmininin elektron hissədə qeydə alınmadığını aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 103007 m3, əmsal 2.21 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesabat forması aşağıdakı kimi aparılmışdır: 103007 x 2.21= 227645 m3 227645 m3-94768 (mex.)-94436 (əms. Fərq) = 38441 m3 İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Tovuz filialının 16 dekabr 2024-cü il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 378 km-də yerləşən və "Azəriqaz” X6 X9 idarəsinin informasiya məlumat bazasında fiziki şəxs İddiaçı adına **********00000 saylı abonent kodu ilə qeydiyyatda olan istixananın qaz təchizatı mənbəyində “Şəmkir” X4 xəttinin üzərində quraşdırılmış G-400 markalı ********** nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixdə yaranmış qüsur səbəbindən istismardan çıxarılmışdır (Forma-2 N 9020359). İstismardan çıxarılmış qaz sayğacı xx.xx.2020-ci il tarixdə “Azəriqaz" İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın batareyasının sönməsi nəticəsində korrektorun arxivlərin pozulduğu və mexaniki hissədən keçən 120783 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilərək SS № 29/1640-01458-1 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş aktda batareyanın İstismar müddətinin minimum 36 ay olduğu qeyd olunmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmkir XS tərəfindən G-400 markalı ********** nömrəli qaz sayğacının batareyasında (SS Ns 29/1640-01458-1 nömrəli 16,10.2020-ci il tarixli aktda qeyd olunmuş istismar müddətinin minumum 36 ay olduğuna baxmayaraq) yaranmış qüsur səbəbindən təkrar istismardan çıxarılmış (Forma-2 NQ 9031165) və xx.xx.2022-ci il tarixdə “Azəriqaz" İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın batareyasının sönməsi nəticəsində korrektorun arxivlərin pozulduğu və mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı barədə SS N 29/1640- 02242-20 nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən uçotu aparılmayan qaz həcminin hesablanması məqsədilə ******* nömrəli akt əsas götürülməklə mexaniki hissədən keçən 15593 m3 qaz həcmi qəbul edilmiş 2,35 əmsala vurulmaqla 36644 m3 həcmində qaz sərfiyyatının hesabatı aparılaraq istixanın abonent haqqında saldosuna daxil edilmişdir. Eyni zamanda Şəmkir XS tərəfindən sonrakı hesablaşma dövrlərində mexaniki hissədən keçən qaz həcmi qəbul edilmiş 1,9965 əmsala vurulmaqla xx.xx.2023-cü il tarixli 1201 nömrəli akta əsasən 53465 m3, xx.xx.2023-cü il tarixli 1207 nömrəli akta əsasən 30199 m3, xx.xx.2023-cü il tarixli 1215 nömrəli akta əsasən 10624 m3 və xx.xx.2023-cü il tarixli 1226 nömrəli akta əsasən isə 148 m3 qaz sərfıyyatı istixananın abonent haqqında saldosuna daxil edilmişdir. Göründüyü kimi aparılmış hesabat növü müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərində öz əksini tapmamış və sayğaca müdaxilənin istehlakçı tərəfindən edilməsi qanunvericiliyin tələblərinə uyğun (alət və ya bilavasitə obyekt olmuş predmetlərin fotoşəkilləri və ya videoyazısı, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübut olaraq materiallara əlavə edilməmişdir) sübuta yetirilməmişdir. Bütün bunlara baxmayaraq, "Azəriqaz” İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi və Şəmkir XS tərəfindən istixananın qaz xətti üzərində quraşdırılmış G-400 markalı ********** nömrəli qaz sayğacının korrektorunun İşləmədiyi dövr ərzində uçotu aparılmayan qaz həcminin hesablanması məqsədilə tərtib olunmuş xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarda qeyd olunan qaz sərfiyyatı qanunvericiliyin tələblərinə zidd olaraq sözügedən istixananın abonent saldosuna daxil edilmiş və həmin qaz sərfıyyatlarnın dəyəri istehlakçı tərəfindən tam ödənilmişdir. Qeyd olunanlara əsasən bildirilər ki, Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 378 km-də yerləşən fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G-400 markalı ********** nömrəli qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi və Şəmkir XS tərəfindən xx.xx.2022-ci il, 10,03.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə əlavə qaz sərfiyyatının hesablanması barədə tərtib edilmiş aktlar müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə ilk növbədə qeyd edir ki, 2023-ci ilin mart, aprel, may və iyun aylarına olan silinməsi tələb olunan borc məbləği sayğacın mexaniki göstəricisinin sərfinə korreksiyaedici əmsal tətbiq edilib hesablanmaqla, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında yaranmış borclar isə sayğacın dövlət yoxlaması nəticəsində aşkar edilmiş pozuntularla əlaqədar yaranmış borcdur. Sayğacın göstəricisinin abonent saldosuna daxil edilməsi və korreksiyaedici əmsal tətbiq edilməklə borcun hesablanması barədə aktların tərtib edilməsi hər ay sayğaca baxışla əlaqədar, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar isə sayğacın dövlət yoxlaması nəticəsində aşkar edilmiş pozuntularla əlaqədar tərtib olunmuşdur. Ona görə də cavabdehin hərəkətləri sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı olmamışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cü bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik qaz paylayıcısının üzərinə qoyulmuşdur. Cavabdeh sayğacın işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik daşıdığı halda, sayğacın işlək vəziyyətdə saxlanılmasını təmin etməmişdir. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, 2023-cü ilin fevral ayında sonra sayğacın elektron göstəricisi sərfiyyatı qeydə almamışdır. Cavabdeh İB-nin nümayəndələri qaz sayğacının elektron korrektorunun söndüyünü aşkar etmiş, lakin elektron göstəricinin işlək vəziyyət gətirilməsi üçün heç bir tədbir görməmişdir. Eyni zamanda Cavabdeh İB-nin nümayəndələri xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın hesablanması barədə aktlar tərtib edərək qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatını korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.1-ci maddəsinə əsasən Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. 5.2-ci maddəsinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Göründüyü kimi, qanunvericilikdə istehlak edilmiş qazın dəyirinin yalnız qaz sayğacının göstəriciləri əsasında hesablanması nəzərdə tutulmuş, müvafiq hesabın hər ay istehlakçıya təqdim edilməsi göstərilmişdir. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, istehlakçıya hesablanan qazın sərfi 2023-ci ilin fevral ayı üçün 19820,90 manat sərfin məbləği və 11762,30 manat qalıq və aktlar olmaqla 31583,20 manat, 2023-ci ilin mart ayı üçün 6667,10 manat sərfin məbləği və 6643,78 manat qalıq və aktlar olmaqla 13310,88 manat, 2023-ci ilin aprel ayı üçün 2345,42 manat sərfin məbləği və 2337,28 manat qalıq və aktlar olmaqla 4682,70 manat, 2023-ci ilin may ayı üçün 32,78 manat sərfin məbləği və 32,56 manat qalıq və aktlar olmaqla 65,34 manat müəyyən olunmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında 8061,68 manat və xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında isə 8457,02 manat borc hesablanmışdır. Qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron hissəsinin işləməməsi əsası ilə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablamış və iddiaçının hesabına qanunsuz olaraq borc məbləğləri daxil edilmişdir. Həmçinin məhkəmə xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 8061,68 manat və xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında isə hesablanmış 8457,02 manat borcla bağlı qeyd edir ki, həmin aktlar üzrə borcun hesablanması sayğacın korrektorunun sönməsi nəticəsində mexaniki hissədən keçən qaz həcminin elektron hissədə qeydə alınmaması ilə bağlı olmuşdur. xx.xx.2022-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə korreksiya əmsalı 2,35, xx.xx.2023-cü il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə isə korreksiya əmsalı 2,21 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə qeyd edir ki, nə Qaydalarda, nə də “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda istehlakçının təqsiri olmadan qaz sayğacının işləmədiyi dövr üçün müxtəlif korreksiya əmsalları tətbiq edilməklə sayğacın elektron göstəricisinin işləmədiyi halda qaz sərfinin məbləğinin müvafiq hesablanması nəzərdə tutulmuşdur. Cavabdehin nümayəndəsi isə qeyd olunan hesablamanın hansı normativ hüquqi akta istinad edərək həyata keçirildiyini əsaslandıra bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8061,68 manat, xx.xx.2023-cü il tarixli, 1201 nömrəli akt əsasında hesablanmış 11762,30 manat, xx.xx.2023-cü il tarixli, 1207 nömrəli akt əsasında hesablanmış 6643,78 manat, xx.xx.2023-cü il tarixli, 1215 nömrəli akt əsasında hesablanmış 2337,28 manat, xx.xx.2023-cü il tarixli, 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8457,02 manat məbləğində borc əsassız hesablanmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji X1 Tovuz filialının 16 dekabr 2024-cü il tarixli mütəxəssis rəyindəndən göründüyü kimi Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 378 km-də yerləşən fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G-400 markalı ********** nömrəli qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi və Şəmkir XS tərəfindən xx.xx.2022-ci il, 10,03.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə əlavə qaz sərfiyyatının hesablanması barədə tərtib edilmiş aktlar müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə belə qənaətə gəlir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğacın elektron hissəsinin işləməməsi bilavasitə istehlakçının təqsiri sübuta yetirilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, tərəflər arasında bağlanılmış 30 dekabr 2019-cu il tarixli, AMX-772 6/09 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Lakin cavabdeh sayğacın elektron hissəsinin işləməməsinin iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00000) 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8061,68 manat, xx.xx.2023-cü il tarixli, 1201 nömrəli akt əsasında hesablanmış 11762,30 manat, xx.xx.2023-cü il tarixli, 1207 nömrəli akt əsasında hesablanmış 6643,78 manat, xx.xx.2023-cü il tarixli, 1215 nömrəli akt əsasında hesablanmış 2337,28 manat, xx.xx.2023-cü il tarixli, 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8457,02 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00000) 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8061,68 manat, xx.xx.2023-cü il tarixli, 1201 nömrəli akt əsasında hesablanmış 11762,30 manat, xx.xx.2023-cü il tarixli, 1207 nömrəli akt əsasında hesablanmış 6643,78 manat, xx.xx.2023-cü il tarixli, 1215 nömrəli akt əsasında hesablanmış 2337,28 manat, xx.xx.2023-cü il tarixli, 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8457,02 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar