Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1438/2024 15.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 1015 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ona məxsus Gəncə şəhəri, X3 prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində yerləşən çayxananın qaz sayğacı təxminən bir müddət bundan əvvəl axşam oğurlanmışdır. O, səhər gəlib sayğacı yerində görməyən kimi Cavabdeh əməkdaşlarına məlumat vermişlər. Onlar gəlib ona məxsus qaz sayğacına gələn qazın axınını möhürləmişlər. 20 iyun 2024-cü ildə Cavabdeh əməkdaşları gəlib sayğaca yerinə baxış keçirdilər. Sayğacın oğurlandığını bilə-bilə bizə 1015 manat qaz borcu yazmışlar. Onlar bunu etiraz etsələr də heç bir faydası olmamışdır. Ona görə də məhkəmə qaydası ilə məlum 1015 manat qaz borcu silinməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 1026 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki , xx.xx.2024-cü il tarixində gecə obyektin qaz sayğacı oğurlanmışdır. Bununla bağlı polis orqanlarına və qaz idarəsinə müraciət etmişdir. Qaz idarəsi əməkdaşları tərəfindən sayğaca yerində baxış keçirilmişdir. Sonradan məlum olmuşdur ki, ona cərimə yazılıbdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: abonent saldosu, təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt, yoxlamanın aparılması haqqında qərar, dəymiş ziyanın bərpasına dair tələbnamə, kəsim aktı, arayış, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli KY242096730 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində müqavilə şərtlərinə əməl olunması əsası ilə yoxlama aparılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, Zenner qaz sayğacı naməlum səbəbdən yerində aşkar olunmadığından dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 20 iyun 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərin PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün, Kombinin maksimal saatlıq qaz sərfi 2.6 m/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə, hesabat forması aşağıdakı kimi aparılmışdır: 1.2x12x90=1296m3, 2.6x12x90=2808m3 İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2024-cü ilə qalıq və aktlar üzrə borcu 1026 manat təşkil edir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli kəsim aktından görünür ki, İddiaçı məxsus naməlum səbəbdən yerində aşkar olunmadığından qazın verilişi dayandırılmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 05 mart 2024-cü il tarixli ******* nömrəli aktla İddiaçı məxsus qeyriyaşayış obyektində Zenner tipli G-6 markalı **********362 nömrəli sayğac quraşdırılmışdır. Həmin aktda eyni zamanda qeyd olunmuşdur ki, AGİS proqramında qeydiyyatda olan Zenner tipli G-6 markalı **********362 nömrəli sayğacın aşkar olunmamışdır. İş materiallarında olan 01 mart 2024-cü il tarixli 57-2/2-A-1287/11/24 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 243 ünvanında yerləşən “Portofino” çay evinə quraşdırılmış 1 ədəd qaz sayğacı xx.xx.2024-cü il tarixdə gecə saatlarında naməlum şəxslər tərəfindən gizli yolla oğurlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğac yerində olmamasına baxmayaraq, bu əsasla ona akt üzrə borc hesablanmışdır. Məhkəmə hesab edir ki, 01 mart 2024-cü il tarixli kəsim aktı ilə qazın verilişi dayandırıldığı halda, 29 mart 2024-cü il tarixdə sayğacın yerində olmaması səbəbindən iddiaçıya borc hesablanması qanuna müvafiq deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixdə yeni sayğac quraşdırılan zaman cavabdehin nümayəndələrinə artıq əvvəlki sayğacın oğurlandığı məlum olmuşdur. Bununla belə cavabdehin nümayəndələri tərəfindən xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilərək Zenner tipli G-6 markalı **********362 nömrəli sayğacın qurşadırıldığı yerdə aşkar olunmaması səbəbindən dəymiş ziyan hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, dəymiş ziyanın bərpasına əsas “Qazdan istifadə Qaydaları”nın 6.5-2-ci maddəsi olmuşdur. Həmin maddənin tələblərinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Lakin iş materiallarından istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına hər hansı müdaxilə edilməsi müəyyən olunmur. xx.xx.2024-cü il tarixli akt sayğacın yerində aşkar olunmaması ilə bağlı tərtib olunmuşdur. Həmin akt əsasında abonentə əsassız olaraq 1026 manat borc hesablanmışdır. Belə ki, “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığı və qaz sayğacının oğurlanmasında iddiaçının təqsiri sübuta yetirilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın bərpası adı altında itirilmiş qaz həcminin hesablanması qanuni sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00244) hesablanmış 1026 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00244) hesablanmış 1026 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-1438/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1438/2024
15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver