Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-1500/2024 21.11.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən Bərdə şəhəri, Koroğlu küçəsində ünvanındakı qeyri-yaşayış sahəsində qazdan istifadəyə görə əsassız hesablanmış 21.600 m3 qaz sərfiyyatının (5.400 manat) silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə şəhəri Koroğlu küçəsində yerləşən qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin sahədə Cavabdeh İB ilə abonent müqaviləsi əsasında qaz təchizatı mövcuddur. Qaz sərfiyyatına görə ödənişi hər zaman vaxtıvaxtında ödəmişdir, heç bir vaxt sayğacdankənar qoşulma və ya digər hər hansı pozuntuya yol verməmişdir. Sözügedən sahənin qaz sərfiyyatının müəyyənləşdirilməsi üçün quraşdırılmış sayğac mexaniki tipdə olmuşdur. Sərf olunmuş qazın miqdarı və ödəniş məbləğini ayda bir dəfə Cavabdeh İB əməkdaşı sayğaca baxış keçirməklə müəyyənləşdirmiş, buna dair ona tədqim olunan bildiriş əsasında ödənişləri etmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 15 may 2024-cü il tarixli, KY242109349 nömrəli qərarına əsasən müqavilə şərtlərinə əməl olunmasının yoxlanılması məqsədi ilə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən obyektdə (ictimai iaşə) sayğac göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi, sayğaca kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi” əsası ilə plandankənar (növbədənkənar) yoxlama təyin olunmuşdur. Sözügedən çıxarışa əsasən X6 (Tərtər RQİ-nin İSQ NS-nin rəisi) yoxlayıcı kimi müəyyənləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə C.E.Cəmali və digərlərinin iştirakı ilə istehlakçı kimi barəsində ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və həmin aktın oxunmaz vəziyyətdə olan fotosurəti Cavabdeh İB-nin Tərtər RQİİ Bərdə Xidmət sahəsi tərəfindən əsli ilə düzgünlüyü ştampla təsdiq edilməklə sonradan ona təqdim olunmuşdur. Həmçinin 15 may 2024-cü il tarixdə X11 İstismarı İdarəsinin rəisi Azər Muxtarov tərəfindən imza və müvafiq möhürlə təsdiq olunmuş “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin də yuxarıda göstərilən qaydada “əsli ilə düzgünülüyü” təsdiq olunmuş surəti də sonradan ona təqdim olunmuşdur. Sözügedən tələbnamənin məzmununda göstərilmişdir ki, fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi ünvan 2 ünvanında yerləşən “Fərdi evdə” (müəssisədə, istixanada) “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq qaz xəttinə abonentə məxsus qaz cihazları qaz sayğacının saatlıq qaz sərfini aşaraq istifadə olunduğu aşkar olunmuşdur. Qeyri-müəyyən ifadələrdən ibarət olan bu cümlədən sonra sözügedən tələbnamənin “icra olunacaq tədbirlər” qrafasında aşağıdakılar göstərilmişdir. 1) Qeydiyyatda olan sayğac qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yerinə quraşdırılsın. 2) İtirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablansın və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunsun. Yuxarıda sözügedən tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6 5-2 istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldlqda baxış şüşəsi sındırıldıqda gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda) qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3 1-10-cu yarımbəndində uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixində sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6 5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. İstinad olunan tələbnamədə “Dəymiş ziyanın həcminin hesablanması” başlığı altında isə qeyd olunmuşdur ki, müəssisədə quraşdırılan qaz işlədicilərindən qəbul edilməklə maksimal saatlıq qaz sərfi 60 m3 təşkil etdiyindən, itirilmiş qazın bərpası üçün (20m3) hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Bununla da “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2024-cü il tarixli tələbnamə ilə ondan 21.600 m3 üçün hesablanmış əlavə məbləğin (5400 manat) ödənilməsi tələb olunmuşdur. Cavabdeh İB ilə bağlanmış müqaviləyə əsasən mülkiyyətində olan Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən təndir sexində istifadə edilmiş qaz sərfiyyatına uyğun olaraq qaz pulunu hər ay vaxtı-vaxtında ödəmişdir. Cari ilin may ayının ortalarında X11 İstismarı İdarəsinin əməkdaşları təndir sexinə gələrək yoxlama keçirmiş, hər şeyin qaydasında olduğunu bildirdikdən sonra ondan təmiz akt kağızına imza etməyini xahiş etdilər. O onlara etibar etdiyindən, eləcə də onlara inandığından, doldurulmamış akta imza etdi. Sonradan ünvanına gələn aktla tanış olanda ona məlum oldu ki, o, qaz sayğacının saatlıq qaz sərfini aşaraq istifadə etmişdir və bununla da 5.400 manat cərimə olunmuşdur. Hansı ki, sərf olunmuş qazdan istifadəyə görə hər ay 1000-1500 manat ödəniş etmişdir və heç vaxt qaz sərfiyyatının ödənişlərini gecikdirməmişdir. Tərtib edilmiş aktda adi rəqəmləri topladıqda belə sərf edilmiş qazdan istifadəyə görə hesablanmış yekun məbləğin artıq hesablanması müəyyən olunur. Həmin hesablamadakı rəqəm 30 gün dayanmadan bütün cihazların sərfiyyat göstəricisi olsa belə, yenə də 5.400 manat etmir. X11 İstismarı İdarəsinin əsassız hərəkətləri nəticəsində, “Təndir sexi”nin fəaliyyəti dayandırıla bilər. Bu hal da sahibkar kimi fəaliyyətinə mənfi təsir edir. Müvafiq pretenziya ilə Cavabdehnə rəsmi müraciət də olunmuşdur. İşin faktiki hallarından görünür ki, heç bir hüquqi əsas olmadan ona əlavə olaraq 21.600 m3 qaz sərfiyyatı hesablablanmışdır. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən İddiaçı Bərdə rayonu, Koroğlu küçəsindəki qeyri-yaşayış sahəsinə baxış keçirilməsi ilə bağlı Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarları maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 2.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq faəliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə barədə çıxarış təqdim etməklə yoxlamalar aparılmışdır. Yoxlamalar zamanı qaz sayğacının istehhakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilsə də, istehlakçı işlətdiyi sənaye qaz qurğularının qazın alğı-satqı müqaviləsində gösətilrən həcmindən artıq olduğu aşkar olundu. Yəni iddiaçının müəssisəsinə qurşadırılmış qaz sayğacı G-25 m3 olduğu halda müəssisənin istifadəsində olan cihazları qaz sərfi 60 m3 olduğu müəyyən olunmuşdur. Müəssisəə müəyyən olunmuş standartlarından 20 m3 artıq qaz sərfi ilə qazdan istifadə etmişdir. 20 m3 x12(saat) x90(gün)=21600 m3. Tarif Şurasının qərarına uyğun olaraq 21600 m3 x 0.25 manat=5400 manat məbləğində hesablanmışdır. İddiaçının cavabdeh olduğu qaz sayğacın saxlanılmasına və nəzarət düzgün aparılmaması səbəbindən sayğacın işləməsində xətaya gətirib çıxarmışdır. İstehlakçı təbbi qazdan istifadə etmiş, lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Həmin qeyd olunan məbləğ Cavabdeh İBnə 5400 manat qazdan istifadə edib ödəmədiyi borcdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, təxminən may ayında qaz idarəsinin işçiləri gələrək yeməkxanaya baxış keçirmək istədiklərini bildirdilər. O da icazə vermiş və ona deyilmişdir ki, hər şey qaydasındadır. Heç bir nöqsan yoxdur. O də inanıb ağ kağıza imza atmışdır. Obyekt Bərdə şəhərində yerləşir. İşçilər Tərtər regional idarənin işçiləri idi. O, idarənin direktorunun yanına getdi. Onlar aktı da müavinə imzaladıblar. Qeyd ediblər ki, guya istilik sistemini də yayda işlətmişdir. Heç bir nöqsan aşkar etməyiblər. Guya ki qaz sayğacı yazmalı olduğundan daha az sərfiyyat yazıb. Qazın alğı-satqısı ilə bağlı aralarında müqavilə də var. Obyekti onlardan əvvəl işlədən şəxsdən 10000 min manat borc qaldığına görə dedilər ki, guya o qədər pul 1 aya yazılıb. O borcu ayda 1000 manat artıq ödəyə-ödəyə bağlayır. Ona indiyə qədər nə qədər borc yazılıbsa hamsını ödəmişdir. Sənədlər də ondadır. Yoxlama aparan zaman yoxlama aparan işçilər onu aldatmışlar. Reyestrdən keçdiklərini bildirsələr də reyestrdən keçməmişdirlər. Onun sayğacı 2800 manata kimi yazsa qanunidir. Aylıq 3000 manat yazsa idi onda sayğaca əlavə qoşulma kimi deyə bilərdilər. Ancaq təqdim etdiyi saldolardan da görünür ki, onun aylıq borcu 2000 manatdan yuxarı olmayıb. Özünü günahkar bilmədiyinə görə bu tam əsassızdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçının hərəkətləri faktiki olaraq qanunsuz qoşulmadır. Belə ki, müqavilədə göstərilən qaz cihazlarından əlavə qaz cihazlarının istifadə edilməsi qanunsuz qoşulma ona görə sayılır ki, sayğaz sərfiyyatı qeydə ala bilmir. 5400 manat sərfiyyat müəyyən edilmişdir. Şəxsin təqsirli olması ilə bağlı qanuni qüvvəyə minmiş hökm yoxdur. X1 Agentliyinə sorğu vermişlər. Onlara verilən cavab məktubunda qeyd edilir ki, yoxlanışla bağlı heç bir qanun pozuntusu yoxdur. Ancaq reysterdə qeydiyyatdan keçirilmədiyini bildirir. Ancaq bununla razı deyillər. Fakt olaraq qanun pozuntusu var. Qanunsuz qoşulma yalnız kənar müdaxilə deyil, həm də normadan artıq qoşulma da qanunsuz qoşulma sayılır. Sayğacın tutumundan artıq yükləmə olub. 18 sentyabrda onlar şəxsin təqsirli bilinib bilinməməsi ilə bağlı müraciət ediblər, onlar da məktubla cavab veriblər. İddiaçının qanunsuz qoşulma barədə təqsirli sayılmasına dair qanunda göstərilən qərar almamışlar. Buna baxmayaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş mütəxəssis X3 izahatında bildirdi ki, iddiaçı təqsirli bilinməyib. xx.xx.2024-cü il tarixli çıxarış əsasında yoxlamalar aparılıb. Sahibkarlıq sahəsində yoxlamalar 2025-ci ilin yanvar ayına qədər dayandırılıb. Yoxlama yalınız sayğaca müdaxilə və ya sayğacdan kənar xətlə çəkilmə hallarında yoxlama aparıla bilər. Çıxarışı o adla alsalar da başqa yoxlamalar aparılıb. Faktiki olaraq 80 nömrəli qərara əsasən qeyri-yaşayış sahəsində yoxlamalar aparılarkən çıxarışa əsasən yoxlama düzgün aparılmayıb. İnzibati xətanın tərkibi yoxdur. X7 X9 məlumat vermişlər. Qərar formasında deyil, məktubla cavab vermişlər. 5000 manatdan yuxarı olduğu üçün inzibati deyil, cinayət məsuliyyəti yaratdığı üçün qərar qəbul etməmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli AMX-0178/23 saylı tərəflər arasında bağlanmış qazın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş Cavabdeh İB-nin Bərdə RQİİ-nin Ümumi Məsələlər üzrə rəis müavini Əbdül Qaslmov tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, G-25 markalı qaz sayğacı dövlət yoxlamasından keçirilərkən müəyyən edidlmişdir ki, qaz xətti üzərində quraşdırılmış qaz sayğacının maksimal qaz sərfindən əlavə olaraq cihazların maksimal saatlıq qaz sərfi 60 m3 (20 m3) sərfiyyat aşma təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli Socar Cavabdeh 0501 nömrəli yoxlama aktından görünür ki, qaz xətti üzərində quraşdırılmış qaz sayğacının G 25 maksimal qaz sərfi 40 m3 olduğu halda qaz xətti üzərində aşkar edilən qaz cihazlarının maksimal qaz sərfi 60 m3 təşkil edir. Yəni 20 m3 sərfiyyat aşma aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” tələbnamədən görünür ki, “Fərdi evdə” (müəssisədə, istixanada) “Qazdan istifadə qaydaları”nın tələblərinə zidd olaraq qaz xəttinə abonentə məxsus qaz cihazları qaz sayğacının saatlıq qaz sərfini aşaraq istifadə olunduğu aşkar olunmuşdur. Müəssisədə quraşdırılan qaz işlədicilərindən qəbul edilməklə maksimal saatlıq qaz sərfi 60 m3 təşkil etdiyindən itirilmiş qazın bərpası üçün (20 m3) hesabat aparılmış və ziyan 21600 m3 (5400 manat) hesablanmışdır. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, fiziki şəxs İddiaçı 2024-cü il may ayına qalıq və aktlar üzrə borcu 5400 manatdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3-15-7/2-416/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Rəspüblikaslnın Qanunu" ilə tənzimlənir. "Azəriqaz" istəhsalat X4 Qaz İstismar idarəsinin nümayəndələri tərəfindən qeyd olunan ünvanda Azərbaycan Respüblikasının Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlümat Reyestrindən verilmiş çıxarış əsasında yoxlama aparılan zaman Qanunun bir sıra tələbləri nəzərə alınmamışdır. Bələ ki, xx.xx.2024-cü il tarixli, KY242109349 nömrəli Çıxarışda yoxlamanın aparılmasına əsas sayğacın göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və sayğaca müdaxilənin müəyyən edilməsi göstərilsə də, vətəndaşa məxsüs obyektin daxilində yerləşən qaz kəmərlərinə və qüraşdırılmış qaz qürğülarına dair yoxlama aparılmış və bününla da Qanunun 1.6-ci bəndinin tələbi pozülmügdür. Belə ki, Qanunun 19.6-cı maddəsinin tələbinə əsasən yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcbüri tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulmasl faktı aşkar olunduğu halda həmin fakt üzrə məsüliyyət tədbiri tətbiq oluna bilməz. Həmçinin, Azarbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olünmüş "Qazdan istifadə Qaydalarının 2.11-2-ci yarımbəndində qeyd edilir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq sübyektlərinin qaz sayğaclarının göstəricilərinin oxünması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Taqdim edilmiş materialların təhlili zamanı məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qaz təchizatı üçün quraşdırılmış qaz sayğacının göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma və sayğaca müdaxilə halları aşkar edilməmişdir. Eyni zamanda, Qanunun 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qəydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bü cür yoxlamaların nəticəsində aşkar edilmiş sahibkarlıq fəaliyyatinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Rəspublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Beləliklə, İddiaçı ogluna məxsus qeyri-yaşayış sahəsində xx.xx.2024-cü il tarixdə Tərtər RQİİ-nin nümayəndələri tərəfindən aparılan yoxlama nəticəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" akt əsasında iddiaçıya məxsus müəssisənin abonent hesabına daxil edilmiş 5400 manat məbləğində əlavə hesabat mövcud qanunvericiliyin tələblərinə zidd olaraq aparılmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13.8.1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının qaz xəttinə qanunsuz qoşulma halına görə təqsirinin müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarı ilə təsdiq edilmədən sonuncunun hesabına cərimə tətbiq etmişdir. Bununla da, qanunsuz qoşulma halı ilə bağlı borcun qanunveriliyin tələbinə riayət etməklə hesablanmasına əsas olmuş halları məhkəmədə sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə hesab edir ki, istehlakçı tərəfindən qaz xəttinə qanunsuz qoşulma ilə bağlı təqsirinin qanunla müəyyən edilmiş qaydada təsdiq edilmədiyi halda qaz paylayıcısı tərəfindən istehlakçı fiziki şəxsə borcun hesablaması qanuni sayıla bilməz. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı (abonent kodu: **********00070) hesablamış 5400 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00070) hesablamış 5400 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1500/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-1500/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver