Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-160/2020 17.02.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Vəliyev Kənan Hafiz oğlu, İddiaçı Zirəddin oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı Zirəddin oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya məhkəməsinə müraciət edərək cavabdehin xx xxxxxx 2018-ci il tarixli, 005202 saylı inzibati xəta haqqında aktı üzrə 303,12 manat və xx.xx.2019-cu il tarixli, 006537 saylı inzibati aktı üzrə 13562,01 manat məbləğində cərimə edilməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərərək xx xxxxxx 2018-ci il tarixli,005202 saylı inzibati xəta haqqında aktı üzrə 303,12 manat və xx.xx.2019-ci il tarixli, 006537 saylı inzibati xəta üzrə 13562,01 manat məbləğində cərimələrin silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddia ərizəsini qəbul etməkdən imtina edilir. İddia ərizəsinin məzmunundan görünür ki, mübahisə predmetini inzibati xəta ilə bağlı məsələlər təşkil edir. İnzibati xətalarla bağlı işlərə ümumi məhkəmələr tərəfindən baxılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.0.4 və 152.1.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Zirəddin oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməkdən imtina olunsun. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-160/2020
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-160/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver