Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-1723/2024 10.10.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun, 78695 manat 16 qəpik vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı İB-nin hesabına ödənilməsini xahiş etmişdir. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada vəsatət göndərərək, cavabdeh tərəfindən borcun tam ödənildiyini nəzərə alaraq, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işin baxılmasını xahiş etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən iddia ərizəsi və ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Ödənilmiş 327 manat dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-1723/2024
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-1723/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver