Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-177/2024 08.04.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, Gəncə şəhəri, Taqi Arani küçəsində yerləşən obyektə dair ona suni və əsassız olaraq tətbiq edilmiş 6480 kubmetr qaz sərfiyyatı xərcinin 1620 manat süni borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh əsassız olaraq akt tərtib etmiş, guya dəyişdikləri sayğacda qüsur olduğunu qeyd etmiş, əsassız olaraq 6480 m3 qaz sərfiyyatı yazmışdır. Sayğacı söküb dəyişdirdikdən sonra sayğacın qüsurları olduğu deyilirsə, bu tamamilə şübhəli haldır, cavabdehin səmimiyyətinə inanmaq mümkün deyil. Sayğacın müayinəsini onsuz həyata keçirən cavabdehin istədiyi kimi qeydlər etmək fürsəti olub. Bildirir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə ki, avtoyuma və çay evi kimi fəaliyyət göstərən obyektin sahibidir və müvafiq xidmətin göstərilməsini həyata keçirir. Cənab Prezidentin sahibkarlığa dəstəklə əlaqədar imzaladığı fərmanlar və çıxışlara əsasən deyə bilər ki, sahibkarların süni şəkildə sıxışdırılması qəbuledilməzdir və dövlət orqanları bu məsələyə həssas yanaşırlar. Odur ki, məhkəmə müdafiəsi hüququndan istifadə edərək bu haqsızlığa qarşı mübarizə aparmaq qərarına gəlmiş və ədalətin bərqərar olması üçün məhkəməyə müraciət edir. 2023-cü ilin iyun ayında əvvəllərində yuxarıda qeyd etdiyi obyektin sayğacı dayandığı üçün o, cavabdehə müraciət etmiş və məlumat vermişdir. Beləliklə cavabdehin əməkdaşları gəlib sayğacı dəyişmişlər. Daha sonra ona məlum olmuşdur ki, dayanan sayğac köhnə istehsala aid olub. Şübhə yoxdur ki, cavabdehin özü quraşdırdığı sayğac onun qətiyyən təqsiri olmadan dayanmışdır. Çünki sayğac köhnə sayğac idi, sayğacın keyfiyyətinə isə məhz icraçı (istehsalçı) cavabdehdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən icraçı (istehsalçı) sayğaca10 il təminat verməlidir. Yaxın günlərdə cavabdehin nəzarətçisi ünvana gələrək ona bildirmişdir ki, cərimə yazıblar. O, çox narahat olmuş və cavabdehin idarəsinə getmişdir. Cavabdeh ona bildirmişdir ki, guya labaratoriya müayinəsi zamanı dəyişdirilmiş sayğacda nəsə qüsur aşkar edib. O, etirazını bildirmiş və bəyan etmişdir ki, sayğacda qüsur olsa belə, bu, cavabdehin məsuliyyətinə aiddir və süni, əsassız borcu qətiyyən qəbul etmədiyini bildirmişdir. Odur ki, məcbur qalaraq məhkəməyə müraciət edir, istehlakçı hüquqlarını bərpa edilməsini xahiş edir. Cavabdeh iddia tələbinə qarşı etirazı məhkəməyə təqdim edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsilə məhkəməyə müraciət edərək ünvanında qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 8640 m3 – 1620 manat borcun silinməsi tələbilə məhkəməyə müraciət etmişdir. Qazdan qanunsuz istifadə nəticəsində hesablanmış borcun silinməli olduğunu hesab etmişdir. Aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan ərizəyə etiraz edirlər. İddiaçı ilə Cavabdeh arasında Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəcisi arasında 18 may 2021-ci il tarixli, AMX-2154/21 saylı qazın alqı-satqısı Müqaviləsi bağlanılmışdır. Müqavilə əsasında ünvana G-6 markalı qaz sayğacı quraşdırılaraq təbii qazla təchiz edilmişdir. Müqavilə bağlandıqdan sonra iddiaçı Qazdan istifadə Qaydalarına əməl etməmiş, qüvvədə olan qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Belə ki, Cavabdeh nümayəndələri tərəfindən istehlakçıların X1 tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə sayğaca baxış keçirərkən sayğacın sərfiyyatı qeyd etmədiyi aşkarlanmışdır. Bu barədə iddiaçının iştirakı ilə (akta imza edilməklə) ******* saylı xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Akta əsasən sayğacın çıxarılma səbəbi kimi keçən qazın həcmini qeyd etməməsi göstərilmiş və rəy verilməsi üçün şəbəkədən açılaraq ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Metrologiya İnstitunun nümayəndəsinin iştirakı ilə sayğaca baxış keçirildiyi, sayğacın membranının kənar təsir nəticəsində sındırıldığı, sayğacın keçən qazın həcmini qeyd etmədiyi, giriş yivli birləşməsinin deformasiyaya uğradığı, nəticə etibarilə sayğaca kənar müdaxilə olunduğu və sərfiyyatı qeyd etmədiyi təsdiqini tapmışdır. Bundan sonra qazdan qanunusuz istifadə nəticəsində 6480 m3 itirilmiş qazın bərpası məqsədilə 1620 manat məbləğində hesabat aparılmışdır. Bundan əlavə iddia ərizəsində o da qeyd edilmişdir ki, qaz sayğacının işləməməsi barədə məlumat guya abonent tərəfindən verilmişdir. Halbu ki, AGİS abonent bazasında İddiaçı adına qeydiyyata alınmış, Gəncə şəhəri, T.Arani küçəsində yerləşən obyektə quraşdırılmış qaz sayğacının işləməməsi barədə heç bir müraciəti daxil olmamışdır. Belə ki, aparılmış araşdırma zamanı X4 İstismarı İdarəsinə və ASAN Xidmət Mərkəzinə daxil olmuş vətəndaş müraciətləri araşdırılarkən sözügedən ünvanla bağlı xx.xx.2021-ci il tarixdə yeni müqavilə bağlanması üçün müraciət qeydə alınmışdır. Ona görə də hesab edirlər ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda qeyd etdiklərimizi və Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq İddiaçı Cavabdehnə qarşı iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, işləməyən sayğacı aparmış, müvəqqəti sayğac quraşdırmışlar. Borcu müvəqqəti sayğaca yox, birinci sayğaca yazıblar. Müvəqqəti sayğacı apardılar və yerinə heç nə qoymamışdılar, əlavə sayğacı pulla özü almalı olmuşdur. Qeyd edilən vaxt ərzində çay evində 1620 manatlıq qaz işlədilə bilməzdi. Sayğac açıqda qalmışdı, özü ona qutu düzəltdirmişdir. Mütəmadi olaraq, sayğacı özü yoxlamışdır. Sayğacın işləmədiyini görəndə Cavabdehın əməkdaşlarına müraciət etmişdir. Sayğacı sökülən zaman orada yalnız Cavabdeh-ın öz əməkdaşları olub. Daha sonra ona akt təqdim edərək imzalamalı olduğunu bildirmişlər. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qazın alqı-satqısı müqaviləsi, təbii X1 pozulması haqqında akt, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystrindən çıxarış, dəymiş ziyanın bərpasına dair tələbnamə, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 18 may 2021-ci il tarixli, AMX-2154/21 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan 11 sentyabr 2023-cü il tarixli KY231972783 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystrindən çıxarışdan görünür ki, müqavilə şərtlərinə əməl olunması, sahibkarın plandankənar yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etməsi əsası ilə fəaliyyət növü avtoyuma olan sahibkarlıq obyektində aparılan yoxlama dövrü xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixi əhatə etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii X1 pozulması haqqında aktdan görünür ki, sayğaca ümumi baxış olunmuş, sayğacın membranı kənar təsir nəticəsində sınmış, sayğac keçən qazın həcmini qeyd etmir, sayğacın giriş yivi birləşməsi deformasiyaya uğramışdır. Yoxlama aparılmış və dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsas götürülərək G-6 markalı qaz sayğacının nominal qaz sərfi 6m3 / saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. 6x12x90=6480 m3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Yoxlamanın aparılması ilə bağlı 11 sentyabr 2023-cü il tarixli KY231972783 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystrindən çıxarışdan görünür ki, müqavilə şərtlərinə əməl olunması, sahibkarın plandankənar yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət etməsi əsası ilə fəaliyyət növü avtoyuma olan sahibkarlıq obyektində aparılan yoxlama dövrü xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixi əhatə etmişdir. Lakin iddiaçının hal-hazırda mübahisələndirdiyi borc məbləği isə xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsas götürülərək hesablanmış borc məbləğidir. Eyni zamanda cavabdeh öz etiraz ərizəsində göstərmişdir ki, Cavabdeh nümayəndələri tərəfindən istehlakçıların X1 tələblərinə riayət edilməsinin yoxlanılması məqsədilə sayğaca baxış keçirərkən sayğacın sərfiyyatı qeyd etmədiyi aşkarlanmışdır. Bu barədə iddiaçının iştirakı ilə (akta imza edilməklə) ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Göründüyü kimi cavabdehin nümayəndələri iddiaçıya məxsus obyektdə yerləşən sayğaca xx.xx.2023-cü il tarixdə baxış keçirmiş və müvafiq akt tərtib olunmuşdur. Buradan da belə nəticəyə gəlmək olar ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus sahibkarlıq obyektində yoxlama aparılarkən yoxlama müvafiq reyestrdə qeydiyyata alınmamışdır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus sahibkarlıq obyektində təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. İddiaçı tərəfindən təqdim edilən 11 sentyabr 2023-cü il tarixli KY231972783 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystrindən çıxarış isə aktın tərtib edildiyi xx.xx.2023-cü il tarixdən sonrakı dövrü əhatə etdiyindən hazırki mübahisənin predmeti hesab oluna bilməz. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X1” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmə hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən görülmüş tədbir qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Bundan başqa, məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulması nəticəsində itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləğini qanuni hesab etmir. Qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın membranının kənar təsir nəticəsində sınması və sayğacın keçən qazın həcmini qeyd etməməsi əsası ilə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablamış və iddiaçının hesabına qanunsuz olaraq borc məbləği daxil edilmişdir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğacın membranının kənar təsir nəticəsində sınmasında bilavasitə istehlakçının təqsiri sübuta yetirilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, tərəflər arasında bağlanılmış 18 may 2021-ci il tarixli, AMX-2154/21 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Lakin cavabdeh sayğacın membranının kənar təsir nəticəsində sınmasının iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində RQİİ tərəfindən aparılmış yoxlama və yoxlama nəticəsində “dəymiş ziyanın bərpası” adı altında itirilmiş qaz həcminin hesablanması müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sesissiyasında iştirak etməmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 70 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 36,20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00085) hesablanmış 1620 manat məbləğində borc Cavabdeh tərəfindən silinməli, Cavabdehndən 36,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00085) hesablanmış 1620 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 36,20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-177/2024
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-177/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver