Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-20/2023 16.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 İstisamarı İdarəsi tərəfindən "xxxx" X4 Cəmiyyətinə hesablanmış 13766.4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə göndərərək, xx.xx.2021-ci il tarixli ******* saylı aktın ləğv edilməsini və dəymiş ziyana eləcə də əldən çıxmış faydaya görə 20 000.00 manat məbləğin cavabdehdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X5 məhkəməyə etiraz göndərərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-20/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı iddia tələbi aktın ləğv edilməsi və pul tələbinə dair hissəsində baxılmamış saxlanılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2017-ci il tarixli 61/0061 saylı “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən Ağstafa raonunda G-6 markalı, 40381186 nömrəli qaz paylayıcı quraşdırılmış, lakin sonradan qaz verilişi əsassız olaraq dayandırıldığından şirkət gəlirlərindən məhrum olmuş və onun da fəaliyyətini dayanmışdır. Qaz verilişi dayandırılan zaman onlara 68832 kub metr əlavə qaz sərfiyyatı hesablanaraq 13766.4 manat borc hesablanmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı tərəfindən bələdiyyəyə müraciət edilmiş və müəssisənin istixana kompleksinin qızdırlmasında mazut yanacağından istifadə olunması barədə arayış alınmışdır. Həmçinin müvafiq əraziyə ekspertin iştirakı ilə baxış keçrilmiş və müvafiq rəy verilmişdir. İstixana kompleksi yalnız mazutla işləyib və qazdan digər məqsədlər üçün, yəni fəhlələrə yemək hazırlanması və su qızıdırılması üçün istifadə olunub. Həmçinin Cavabdehin sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydiyyata alınmalı idi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, cavabdeh iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı tərəfindən Şəmkir RQli-də qeydiyyatda olan təbii qaz sayğacı vasitəsilə əlavə qaz işlədici avadanlıqlarda qazdan qanunsuz istifadə edilmişdir. Qanunsuz fakt barədə Şəmkir RQİİ-nin mütəxəssisləri və cavabdehin nümayəndəsinin iştirakı ilə xx.xx.2021 -ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə edildiyi üçün itirilmiş qaz sərfi, yəni 13766,40 manat dəymiş ziyan hesablanmışdır. Beləliklə əlavə qaz işlədici avadanlıqlarda istifadə edilməklə yüklənmiş sayğacın istehlak olunmuş qaz sərfiyyatmı tam qeydə almadığı qeyri-müəyyən dövrlərə ümumilikdə 13766,40 manatlıq qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçınə məxsus obyektdə faktiki olaraq cihazların hamısı mövcuddur. Hazırda qazdan istifadə edilmədiyindən alternativ yanacaqdan istifadə edilir və həmin cihazlarda alternativ yancaqdan istifadə edildiyinə görə ona uyğun yerləri dəyişdirlib. Ona görə də hesab edir ki, ekspert rəyi əsassızdır. Müəssisədə müvafiq akt tərtib edilib və həmin akt da müəssisəinin işçisi tərəfindən təsdiqlənib. Ekspert rəyi düzgün deyildir. Sahibkar şəxs müqavilə tərəfi olduğundan obyektə baxış keçirilməsi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydiyyata alınmamalı idi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: 15 fevral 2017-ci il tarixli 61/0061 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsindən görünür ki, qaz paylayıcısı olaraq Cavabdeh İB istehlakçısını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini göstəriciyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. 19 oktyabr 2016-cı il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, köhnə sayğac çıxarılmış, əvəzinə yeni sayğac quraşdırılmışdır. xx.xx.2017-ci il tarixli “Qaz kəmərinin istisamara qəbul” aktından görünür ki, qaz kəmərinin layihə və normaya əsasən tikildiyi və göstəriciləri “yaxşı” qiymətləndirilmişdir. xx.xx.2021-ci il tarixli, ******* nömrəli “Təbbi X2 pozulması haqqında” aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə "xxxx" EKO Şirkətinə aid qaz sayğacına və qaz işlədici avadanlıqlara baxış keçirilmiş və baxış keçirilən zaman LSG–də nəzərdə tutulmuş işlədicilərdən əlavə qeyri-kənar qoşulmalar aşkarlanmış və qaynaq vasitəsilə ləğv edilmişdir. Dəymiş ziyan hesablanıb ödənilsin. xx.xx.2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən görünür ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və nəticədə 68832 m3 ziyan hesablanmışdır. Abonentin saldosundan göründüyü kimi 2021-ci ilin mart ayında qalıq və aktlara görə 13766.40 manat əlavə borc hesablanmışdır. İş üzrə təyin edilmiş xx.xx.2022-ci il tarixli, 10/5990 nömrəli mühəndis-texniki ekspertizasına dair ekpertiza rəyində qeyd edilmişdir ki, ekspert tərəfindən tədqiqat obyektinə baxış zamanı 29 mart 2021-ci il tarixli ******* saylı aktda qeyd olunan cihazlardan yalnız iki ədəd PQ-4 tipli masaüstü (üç ədəd qaz komforlu, biri elektrik enerjisi ilə işləyən) qızdırcı cihazın qaz xəttinə qoşulduğu, dörd ədəd PQ-1(restoran) tipli qaz cihazının maye qaz balonuna qoşulduğu, baxış zamanı təqdim edilən (aktda göstərilən) digər qızdırıcı cihazların qaz xətti ilə təmin edilməməklə mazut yanacağı ilə istismar edildiyi müəyyən edilmişdir. Belə olan halda iki ədəd göstərilən PQ-4 tipli masaüstü qızıdırcı cihazın qaz xəttinə qoşularaq istifadə edildiyi təqdirdə qaz sərfiyyatının obyektdə quraşdırılmış G-6T markalı qaz sayğacının qeydə ala bilməməsinə səbəb ola bilməzdi. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyə əsasən öz üzərinə düşən vəzifədən irəli gələrək iddiaçı iddia tələbini əsaslandıran bütün faktiki hallar barədə sübutları məhkəməyə təqdim etməyə borcludur. İddiaçı tərəfindən sübut etmə vəzifəsinin yerinə yetirilməməsi iddia tələbinin təmin edilməməsinə səbəb olur. Bundan başqa, "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X2 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, sahibkara məxsus obyektdə təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X2” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmənin qənaətinə görə Cavabdeh əməkdaşları tərəfindən sahibkarlıq obyektinə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 13766.4 manat borcun borc əsaslı və qanuni hesablanması təsdiqini tapmadığından istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 13766,40 (on üç min yeddi yüz altmış altı manat qırx qəpik) manat borc İddiaçı abonent hesabından silinsin. İş üzrə 120 (yüz iyirmi) manat ekspertiza xərci Cavabdehndən tutlaraq Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-20/2023
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-20/2023
16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver