Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-22/2020 06.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh X2 nümayəndəsi X7, onun digər nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X3 borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası və X2 İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 Şəmkir RQİİ-nə istehlak edilmiş təbii qazın dəyərinə və müəyyənləşdirilmiş dəymiş ziyan məbləğinə görə 23624 manat vəsaitin və 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu ərazisində yerləşən istixananın X2 adına Şəmkir RQİİ-də qeydiyyatda olan təbii qaz sayğacına - sayğacın hesablama mexanizminə vurulan qurğuşun plomblar aşkar olunmamaqla, sayğacın plastmas qapağının yivli birləşmələrindən biri sındırılmaqla müdaxilə edilmişdir. Müdaxilə faktı barədə Şəmkir XS-nin mütəxəssisləri və cavabdehin nümayəndəsinin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2019-cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən itirilmiş 118027 m3 qaz sərfinə görə 23 605,40 manat Şəmkir RQİİ-nə dəymiş ziyan müəyyənləşdirilmişdir. Əlavə olaraq həmin ünvanda istehlak edilmiş təbii qaza görə yaranmış 18 manat 60 qəpik borc da dəymiş ziyana əlavə edilməklə cavabdehin ümumilikdə Şəmkir RQİİ-nə 23624 manat borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə 01/02CQ-13HŞ-942 saylı xx.xx.2019-cu il tarixli pretenziya məktubu göndərilməsinə, qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq heç bir tədbir görülməmişdir. Hal-hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəflərindən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, borcun məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. X4 İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Şəmkir RQİİ-nin Şəmkir Xİdmət Sahəsinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2019-cu il tarixli ******* nömrəli aktın ləğv edilməsi və bu akt əsasında qanunsuz hesablanmış 23605 manat 40 qəpik manat məbləğində borcun X2 hesabından silinməsi və ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X3 qarşı təbii qazın dəyərinin tələbinə dair iş məhkəmənin icraatındadır. İddiaçı iddiasını qəbul etmir. Aşağıda qeyd olunanlara əsasən iddiaçının iddia tələbini əsassız və qanunsuz hesab edir. Ona görə də həmin iddia tələbi rədd olunmalıdır. Bildirir ki, onlar ailələri ilə birlikdə Şəmkir rayonu, Dəllər qəsəbəsidə yaşayırlar. Şəmkir rayonu Əliyaqublu kəndində X3 məxsus torpaq sahəsində 1.50 hektar istixana quraşdırmışlar. Həmin istixanada kənd təsərrüfatı mallarını istehsal edir və həmin malların satışı ilə məşğul olurlar. 2016-cı ildə istixananın qızdırılması üçün istixanaya qaz xətti quraşdırmışlar. Həmin qazdan ancaq qış fəslində yəni günün soyuq vaxtlarında istixananın isidilməsində istifadə edirmişlər. Yaz və yay fəsillərində qazdan istifadə etmirlər. 2019-cu ilin əvvəllərində cavabdeh idarənin əməkdaşları qaz sayğacının plombu qırıldığı üçün onun iştirakı ilə sayğacı çıxarmış və yoxlanılması üçün Bakı şəhərinə göndərmişlər. Sonra Bakı şəhərində qaz sayğacı onun iştirakı ilə açılmış, yoxlama aparıldıqdan sonra qaz sayğacında heç bir nöqsan aşkarlanmamış və müdaxilə olunmadığı müəyyən olunmuşdur. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Lakin cavabdeh idarənin əməkdaşları heç bir əsas olmadan bir müddət keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə istixanaya gələrək təbii qazdan istifadə qaydalarının pozulması ******* nömrəli akt tərtib etmişlər. Həmin aktda göstərdilər ki, “ İddiaçı ” İB-də daxil olmuş xx.xx.2019-cu il tarixli 29/1640-00651 saylı akta əsasən, 80/01765 nömrəli sayğacın hesablama mexaniziminə vurulan SMPDK-nin qurğuşun plombları aşkar olunmamış, impulsa vurulan plombun simi qırılmış, plastmas qapağın yivli birləşmələrindən biri aşkar olunmamış, gövdənin daxili çirklidir, maqnit ötürücüsü hesablama mexanizmindən aralı vəziyyətdə aşkar olunmuş, nəticədə hesablama mexanizmi keçən qazın sərfıyyatını qeyd etmir . O həmin aktda qeyd olunanlarla razılaşmamış və akta imza etməmişdir. Bundan sonra xx.xx.2019-cu ildə İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Vüqar Həsənov xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsaslanaraq dəymiş ziyanı 118027m3 hesablayaraq 23605,40 manat məbləğində onlara əsassız borc yazmışdır. Sonra onun müvafiq dövlət idarələrinə şikayəti əsasında cavabdeh idarənin qanunsuz hərəkətləri araşdırılmış və nəticədə Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən İddiaçı İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.2-ci maddəsi ilə barəsində inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X11 Filialı tərəfindən Şəmkir RQİİ-nə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın pozulduğu üçün vətəndaş X2 hesabına işlənmiş 23605,40 manat məbləğin onun hesabından silinməsinə göstəriş verilmişdir. Lakin cavabdeh idarə hazırkı vaxtadək əsassız və qanunsuz hesabladığı qaz borcunu silməmişdir. Cavabdeh idarə əsassız yazıdığı qaz borcunu aşağıda qeyd olunanlara əsaslanaraq xəyali hesablama apararaq qeyd etmişdir. Belə ki, 2017-2018-ci illərdə qış fəsli soyuq keçdiyi üçün daha çox qaz sərfiyatı olmuş, 2018-2019-cu illərdə isə qış fəsli mülayim keçdiyi üçün qaz sərfiyatı az olmuşdur. Cavabdeh idarə də qeyd olunanlara əsaslanaraq 2017-2018-ci illərdə qış fəslində olan sərfiyatını hesablayaraq həmin illərdə sərf olunmuş qaza görə borc yazmışdır. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan da (abonentin saldosu) görünür ki, onlar sərf etdikləri qaz pulunu vaxtı-vaxtında ödəmişlər və həmin saldodan da görünür ki, 2017-2018-ci illərdə və 2018-2019-cu illərin soyuq aylarında sərf edilən qazda fərqlər var. Bu yuxarıda qeyd etdiyi kimi hava şəraitinə görə baş vermişdir. Bundan başqa onuda qeyd etmək istəyir ki, qaz sayğacı qaz paylayıcı stansiyasında yerləşir. Yəni cavabdeh idarənin balansında və mühavizəsindədir. Qaz paylayıcı stansiyasına cavabdeh idarənin əməkdaşları tərəfindən nəzarət olunur və nəzarətçinin icazəsi olmadan həmin sahəyə heç bir şəxs buraxılmır. Belə olan halda qaz sayğacına onun və ya digər şəxslərin müdaxiləsi mümkün deyildir. Həmçinin iş materiallarına əlavə etdiyi Azərbaycan Respublikasının Energetika Nazirliyinin xx.xx.2019-cu il tarixli məktubundan da görünür ki, cavabdeh idarənin onlara hesabladığı qaz borcu tam əsassızdır. Həmin məktubda Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən cavabdeh idarənin qanunsuz hərəkətləri araşdırılmış və nəticədə X2 hesabına işlənmiş 23605,40 manat məbləğin onun hesabından silinməsi üçün Şəmkir RQİİ-nə xx.xx.2019-cu il tarixli 27/19Q-031 saylı “Göstəriş” verildiyi qeyd olunmuşdur. Lakin cavabdeh idarə həmin göstərişə heç bir əhəmiyyət verməmiş, öz qanunsuz hərəkətlərinə davam edərək, qeyd olunan borcu silməmişdir. Dövlət tərəfindən sahibkarların hüququnun qorunduğu və onlara qayğı göstərildiyi bir vaxtda cavabdeh idarənin əsassız və qanunsuz olaraq belə bir borcu onların hesabına yazılması ədalətsizdir və qəbul edilməzdir. Yuxarıda qeyd olunanlara görə də, hazırkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara görə hesab edir ki, cavabdeh İddiaçı Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsinin nümayəndəsi tərəfindən qanunsuz və heç bir əsas olmadan tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2019cu il tarixli ******* nömrəli akt ləğv edilməli və bu akt əsasında qanunsuz hesablanmış 23605 manat 40 qəpik məbləğində borc hesabdan silinməlidir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, ilkin iddianın rədd edilməsini, akt əsasında qanunsuz hesablanmış 23605 manat 40 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdehə məxsus sayğacın SMPDK plomlarına, hesablama mexanizminə müdaxilə edildiyi və sayğacın keçən qazın sərfini düzgün qeydə almadığı aşkar edilmişdir. Cari ildə sərf edilən qazın həcmi ötən ilin müvafiq dövründə istifadə olunan qaz sərfinə uyğun hesabat aparılmış və müəyyən edilmişdir ki, Şəhla Süleymanovanın vurduğu ziyanın məbləği 23605 manat 40 qəpik təşkil edir. İlkin iddia tələbinin 18 manat 60 qəpik hissəsi isə abonentin sayğac üzrə debitor borcudur. Həmin məbləğ bu günə kimi ödənilməmişdir. Şəhla Süleymanovanın nümayəndəsi sayğacın onların balasında olan mühafizə olunan yerdə saxlanılması barədə dəlilinə gəldikdə, bununla razılaşmır. Belə ki, həmin ərazi Şəmkir regional qaz istismarı idarəsinin balasında deyil, Qaz ixracı idarəsinin balasındadır. Orada ərazidə yerləşən təxminən 40-a yaxın abonentin sayğacları yerləşir və mühafizə olunur. Sayğaca qanunsuz müdaxilənin məhz cavabdeh tərəfindən edilməsi barədə məhkəməyə sübut təqdim edə bilməsə də, cavabdeh Şəhla Süleymanova sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün hüquqi şəxs kimi qazdan istifadə qaydalarına uyğun olaraq sayğaca görə özü cavabdehlik daşıyır. Ona görə də, ilk iddianın təmin ediməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X12 məhkəmə iclasında ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, Şəhla Süleymanova onun arvadıdır. İddiaçı İB-nin labaratoriyasında olan zaman sayğaca onun iştirakı ilə baxış keçirilərək akt tərtib edilmiş və həmin sayğacda heç bir nöqsan aşkar edilməmişdir. O sadəcə olaraq sayğacın lazım olan hissələrini almışdır və sayğac yenidən yerinə quraşdırılmışdır. Onlar tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac istixanadan 2 km uzaqda qaz idarəsinin işçiləri mühafizə etdikləri yerdə yerləşir. Həmin mühafizə olunan yerdə təxminən 45 abonentin sayğacı yerləşir. Belə olan halda onların sayğaca hansısa müdaxilə etmələri mümkün deyil. Ona görə də, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və ilk iddianın 18 manat 60 qəpik hissəsində təmin edilməsi, qalan hissədə rədd edilməsi, o cümlədən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, xx xxxxx 2017-ci il tarixdə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq fiziki şəxs X3 məxsus Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən istilikxananı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, cavabdeh Şəhla Süleymanovaya məxsus istixanaya xidmət göstərən G-250 markalı sayğac çıxarılaraq növbədənkənar yoxlamaya göndərilmişdir. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin Şəmkir XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2019-cu il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs Şəhla Süleymanovaya məxsus istixanaya aid 80/01765 №li sayğacın hesablayıcı mexanizminə vurulan SMPDKnın qurğuşun plomblar aşkar olunmamışdır. İmpulsa vurulan plombun simi qırılmışdır, plastmas qapağın yivli birləşmələrindən biri aşkar olunmamışdır, gövdənin daxili çirklənmişdir, maqnit ötürücü hesablama mexanizmindən aralı vəziyyətdə aşkar olunmuşdur və nəticədə hesablama mexanizmi keçən qazın sərfiyyatını qeyd etməmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Vüqar Səmədov tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən fiziki şəxs Şəhla Süleymanovaya (abonent kodu **********00027) məxsus istixanaya aid G-250 markalı sayğacın SMPDK plomlarına, hesablama mexanizminə müdaxilə olunub və sayğacın keçən qazın sərfini düzgün qeydə almamışdır. Cari ildə sərf edilən qazın həcmi ötən ilin müvafiq dövründə istifadə olunan qaz sərfinə uyğun hesablanmış və nəticədə 118027 m3 yəni, 23605 manat 40 qəpik məbləğində ziyan hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı filialının böyük müfəttişi Şöhrət Qədimov tərəfindən tərtib edilmiş inzibati xəta haqqında xx.xx.2019-cu il tarixli MN ******* saylı protokoldan görünür ki, X8 tərəfindən Şəmkir rayonu Əliyaqublu kəndində yerləşən fiziki şəxs X3 məxsus istixanada təbii qazın istehlakı haqqında uçot və hesabat 23605 manat 40 qəpik məbləğində təhrif olunmuş, nəticədə X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini tənzimləmə agentliyinin Tovuz filialının xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, X5 barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə yanaşı, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulduğu üçün vətəndaş X2 hesabına işlənilmiş 23605,40 manat məbləğin onun hesabından silinməsi barədə Şəmkir RQİİ-nə “Göstəriş” verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Energetika Nazirliyinin baş məsləhətçisi X9 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2019cu il tarixli MN ******* saylı qərardan görünür ki, İddiaçı İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi X8 fiziki şəxs X3 məxsus istixanada təbii qazın istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına yol verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279.0.2-ci maddəsinə əsasən 1500 manat məbləğində cərimə edilmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi, fiziki şəxs Şəhla Süleymanovanın hesabına işlənilmiş 18 manat 60 qəpik məbləğində pul təbii qazdan istifadəyə görə yaranmış borcdur. 23605 manat 40 qəpik isə inzibati xəta haqqında iş üzrə qüvvədə olan qərarla müəyyən edilmiş təbii qazın istehlakı haqqında uçot və hesabatın təhrif olunması nəticəsində hesablanmış məbləğdir. Bundan başqa, fiziki şəxs olan istehlakçı Şəhla Süleymanovanın qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, 18 manat 60 qəpik məbləğində borc cavabdeh X1 İddiaçı xeyrinə tutulmalı, ilkin iddianın qalan hissəsi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli və X3 (abonent kodu: **********00027) hesablanmış 23605 manat 40 qəpik məbləğində borc cavabdeh İddiaçı tərəfindən silinməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 18 manat 60 qəpik məbləğində borc cavabdeh X1 İddiaçı xeyrinə tutulsun. İlkin iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. X3 (abonent kodu: **********00027) hesablanmış 23605 manat 40 qəpik məbləğində borc İddiaçı tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-22/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-22/2020
06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver