Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-221/2025 10.01.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borc məbləğinin silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 46706 m artıq qaz həcminin artıq hesablanması barədə xx.xx.2024-cü il tarixli aktın etibarsız hesab edilməsi və artıq hesablanmış qaz həcminin abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs kimi vergi uçotuna alınaraq, Bərdə rayonu, Şatırlı kəndi inzibati ərazidə yerləşən, kommersiya məqsədləri ilə yaradılmış istixanada kənd təsərrüfatı məhsullarını yetişdirir. İstixanada quraşdırılmış su qızdırıcı qazanının qaz yanacaqı ilə təchiz edilməsi üçün Cavabdeh ilə xx.xx.2022ci il tarixli AMX-6363/23 nömrəli müqavilə bağlamışdır. İstixanada xx.xx.2021-ci ildə G- 250-RVG EK-220 tipli 27820 nömrəli qaz sayğacı quraşdırılıb və həmin vaxtdan istismar olunur (abonent kodu: **********0010). 2024-cü ilin yanvar ayında sayğaca baxış keçirərkən aşkar etmişdir ki, sayğacın elektron hissəsi işləmir və dərhal X1 zəng vurub yaranmış problem barədə məlumat vermişdir. Tərtər XS-si məlumatı alandan sonra ona bildirilmişdir ki, onlar tərəfindən xx.xx.2024-cü il tarixdə X2 İstismarı İdarəsinə yazılı məlumat göndərilib. Tərtər RQİİ-si Tərtər XS-nin müraciətini xx.xx.2024-cü ildə Cavabdeh İB-nə yollamış və ona bildirilmişdir ki, yaxın zamanda yararsız sayğacın dəyişdirilməsi üçün müvafiq tədbirlər görüləcək. O, arxayın olaraq yeni elektron qaz sayğacının quraşdırılmasını gözləmiş və hesab etmişdir ki, bundan sonrakı qaz sərfiyatı mexaniki sayğacın göstəricilərinə əsasən təyin olunacaq. Lakin Tərtər RQİİ-nin əməkdaşları gəlib sayğacın mexaniki göstəricilərini ona məlum olmayan əmsala vurub özlərinin tətbiq etdiyi üsul ilə qazın sərfini 107914 m həcmində müəyyən edib buna uyğun olaraq ödəniş hissəsini də 25 237.00 məbləğində təyin etdilər. Bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib edildi. Aktda göstərilən hesablama ilə razı deyil, hesablama düzgün aparılmamış və qazın sərfi iki dəfəyə yaxın həddə artıq göstərilmişdir. Bunu sadə müqahisə üsulu ilə təyin etmək çətin deyil. Belə ki, sonuncu abonent saldosunun göstəricilərinə əsasən müəyyən olunur ki, 2023-cü ilin fevral ayında istixanada 56570 m qaz sərf olunub. Həmin dövrdən bu günədək istixanada quraşdırıımış su qızdırıcı qazanın və istixananın ərazisi eyni həcmdə qalıb. Hətta 2023-cü ilin dekabr ayında havaların daha soyuq keçməsinə baxmayaraq qazın sərfi daha aşağı həcmdə olub, həmçinin bu ilin fevral ayında anomal isti hava şəraiti müşahidə olunub və istiliyə olan ehtiyac qat-qat aşağı olub. Göstərilənlərə əsasən, aparılmış hesablamalarla razı olmadığımı nəzərə alaraq, 2024-cü ilin fevral ayında hesablan qaz sərfinin yenidən hesablanması və 2023-cü ilin eyni dövrünə uyğun olaraq təyin olunması üçün müvafiq tədbirlərin görülməsindən ötrü Cavabdehnə müraciət etmişdir. Cavabdeh tapşırığına əsasən Tərtər RQİİ tərəfindən mənə göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirildi ki, 2024-cü ilin fevral ayının son mexaniki sərfiyyatı 61208 m ilə 1,7630742 əmsalın hasili 107914 m olmuşdur. Nəticədə 107914 m ilə 61208 m -in fərqli 46706 m qaz həcmi hesablanmışdır ki, bu da qazın 1 m 22 qəpikdən hesablansa 10 275.00 manat təşkil edir. Bu məbləğlə razı olmadığıma görə, hüquqularımın müdafiəsi üçün xx.xx.2024-cü il tarixli aktın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh nümayəndəsi məhkəməyə etirazla müraciət edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin 22 avqust 2024-cü il tarixli e-2-2(115)-1145/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 fevral 2024-cü il tarixli aktının etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 46706 m3 artıq qaz həcminin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22 avqust 2024-cü il tarixli qətnamə ilə iddia təmin edilmiş, İddiaçı (abonent kodu: **********0010) hesablanmış 10275 manat məbləğində borc Cavabdeh tərəfindən silinməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 30 oktyabr 2024-cü il 2-2(104)-211/2024 saylı qətnaməsindən görünür ki, iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1145/2024 saylı qətnaməsinin ləğv edilməsi və yeni qətnamənin çıxarılması, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Cavabdeh 29 fevral 2024-cü il tarixli aktının etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 46706 m3 artıq qaz həcminin abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsində işə mahiyyəti üzrə baxılmışdır. Gəncə Kommersiya Məhkəməsinin çıxarmış olduğu qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, cavabdehin apellyasiya şikayəti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi Gəncə Kommersiya Məhkəməsinin qətnaməsini ləğv etmiş, iddianı isə rədd etmişdir. Bundan sonra İddiaçı Cavabdehnə qarşı eyni iddia tələbi ilə yenidən Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2, 262, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı aktın etibarsız hesab edilməsi və borc məbləğinin silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-221/2025
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-221/2025
10.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver