Məhkəmə qərarları › İş №e-2-2(115)-230/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-230/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-230/2020 05.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsivə vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Zirəddin oğlunun cavabdeh “xxxxxxxx” X10rşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Zirəddin oğlu cavabdeh “xxxxxxxx” X11 X21 Təchizatı və Satışı İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində tətbiq etdiyi xx xxxxxx 2018-ci il tarixli 005202 saylı sənəd üzrə 303 manat 12 qəpik və xx.xx.2019-cu il tarixli 006537 saylı sənəd üzrə 13562 manat 01 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Zirəddin oğlu həmçinin ərizə verərək, iddianı təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək istilikxanasının suvarma suyu ilə təmini üçün subartezian quyusunun transformatorunu elektrik enerjisi ilə təmin edən elektrik xəttinin əsas xəttə qoşulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənədək Şəmkir rayonu, Düyərli kəndində yerləşən İddiaçı Zirəddin oğluna məxsus istixanaya elektrik enerjisinin verilişinin dayandırılması “xxxxxxxx” X11 X21 Təchizatı və Satışı İdarəsinə qadağan edilmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli seriya RX seriyalı ******* saylı HDQH DƏDR-dən çıxarış əsasında mülkiyyətində olan və Şəmkir rayonu Düyərli kəndi ərazisində yerləşən kənd təsərrüfatına yararlı 1 hektar torpaq sahəsində istilikxana inşa etdirmiş və həmin istilikxanada pomidor və xiyar məhsulları əkib-becərməklə məşğul olur. Bu məqsədlə də fərdi sahibkar kimi ********** nömrəli VÖEN əldə etmişdir. Həmçinin həmin istilikxanada kənd təsərrüfatı bitkilərinin suvarılması üçün qazdırdığı subartezian quyusunun elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik tənzimləyicisi yəni, transformator quraşdırmışdır. Həmin transformatorun elektrik enerjisi ilə təmin edilməsi üçün istifadə etdiyi smart markalı elektrik sayğacı elektrik gərginliyinin təsiri altına düşərək məhv olduğundan yeni eyni tipli elektrik sayğacı tapa bilməmiş, nəticədə Şəmkir X1 köməklik edilməsi üçün etdiyi müraciətinə həmin Şəbəkənin Sərxan adlı əməkdaşı ona şəxsən kömək edəcəyini özü şəxsən yeni sayğac tapıb transformatora quraşdıracağını, sayğacın pulunu da şəxsən özünün ödəyəcəyini, buna görə hər ayda ona nəğd olaraq 400 manat məbləğində pul ödəməyini tələb etmişdir. Ona görə də, bundan sonra yalnız təsərrüfat işlərilə məşğul olmuş və transformatorun elektrik enerjisi ilə təminatı işinə Sərxan adlı əməkdaş özü məşğul olmağa başlamış və 2016-cı ilin avqust ayından etibarən sərf etdiyi sərfiyyatı məqsədi ilə və Sərxanın özünə birlikdə ayda dörd yüz manat olmaqla cəmisi Sərxana 15200 manat məbləğində pulları nəğd olaraq ödəmişdir. Sonunda xx.xx.2019-cu il tarixdə onun və ailə üzvlərinin xəbərlərinin olmadığı şəraitdə transformatorun elektrik xətti əsas elektrik xəttindən açılaraq subartezian quyusunun dayandırılmasına səbəb olmuşdur. Səbəbini soruşduqda isə Sərxan adlı şəxs ona istifadəsində olan transformatorda elektrik sayğacından kənar istifadə halının olmasına görə ona külli miqdarda cərimənin yazılmasını, buna görə transformatorun elektrik xəttinin açılmasını bildirdi. O isə ona ödəmiş olduğu 15200 manat məbləğində pulları enerji sərfiyyatına görə ödəmiş olmasını soruşduqda o, hər ayın sərfiyyatını ödəməsini və qalan pulları ailəsinin ehtiyacları üçün sərf etməsini bildirdi. Ona görə Sərxan adlı şəxsin ona qarşı dələduzluq etməsi barədə Prezidentə və Respublikanın bütün ali orqanlarına şikayət ərizələri ilə müraciət etməyə məcbur olmuşdur. Ancaq, cavabdeh təşkilatın istifadəsində olan transformatorun elektrik xəttinin açmasının səbəbi barəsində ona heç bir akt və ya müvafiq sənəd təqdim etməməsinə görə bu günə qədər istilikxanası suvarma suyu ilə təmin edilmədən qalmış, ona fərdi sahibkar kimi külli miqdarda maddi ziyan vurulmuşdur. Sonunda nümayəndəsi vasitəsi ilə cavabdehə etdikləri xx.xx.2019-cu il tarixli sorğuya cavabdeh nəhayət bir aydan sonra xx.xx.2019-cu il tarixli 1/1149 saylı cavab məktubu vermişdir. Həmin məktubda qeyd olunduğu kimi xx xxxxxx 2018-ci il tarixli 005202 saylı sənəd üzrə 303 manat 12 qəpik və xx.xx.2019-cu il tarixli 006537 saylı sənəd üzrə 13562 manat 01qəpik məbləğində borcun hesablanmasının müəyyən edilməsi qeyd olunmuşdur. Ancaq hesab edir ki, cavabdeh əsassız olaraq onu qeyd olunan məbləğlərdə cərimələmişdir, halbuki, o, istilikxanasında sərf etmiş olduğu, enerji sərfiyyatı aylar üzrə Sərxan adlı əməkdaş vasitəsi ilə tam miqdarda ödəmişdir. Ona görə onun barəsində tətbiq edilmiş cərimələrin əsassız olmasına görə silinməsini əsaslı hesab edir. Daha sonra iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizə verərək, cavabdeh “xxxxxxxx” X11 X21 Təchizatı və Satışı İdarəsininəsl cavabdeh “xxxxxxxx” X13 əvəz edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus istilikxanaya sayğacdan kənar, qanunsuz qoşulma halı aşkar edilsə də, iddiaçının qanunsuz qoşulmadan xəbəri olmamışdır. İddiaçı işıq idarəsinin Sərxan (əslində Sailxan) adlı işçisinə elektrik enerjisinə görə ayda 400 manatdan cəmi 15200 manat, sayğacın dəyişdirilməsinə görə isə 2000 manat məbləğində pul vermişdir. Həmin Sərxan adlı şəxs istilikxananın enerji təminatı ilə məşğul olmalı və problemləri həll etməli idi. Lakin, sonradan aşkar edilmişdir ki, onun obyektinə qanunsuz elektrik enerjisi verilmişdir. Bu barədə videogörüntünün olması ona əsas vermir ki, iddiaçı həmin sayğaca müdaxilə edibdir. İddiaçı 303 manat məbləğində borcu ödəməyə etiraz etməsə də, 13562 manat məbləğində cəriməni tam ödəməyə razı deyil. Belə ki, məhkəmə iclasında ifadə verən nəzarətçi bildirmişdir ki, qanunsuz qoşulma halı aşkar edilməmişdən təxminən 25 gün əvvəl sayğaca baxış keçirmiş və bu zaman kənar xətt aşkar etməmişdir. Ona görə də, həmin müddət ərzində hesablanmış cəriməni qəbul etdiyini, aktın tərtib edildiyi gündən sonrakı borcu qəbul etmədiyini bildirərək, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, araşdırma zamanı məlum olmuşdur ki, xx xxxxxx 2018-ci il tarixdə obyektə aid güc transformatorunun 0,4 kv-luq çubuqları üzəri açıq vəziyyətdədir və qoşuludur. EEİQ-nin tələbləri pozulmuşdur. İstənilən vaxt enerjini talamaq halı mümkündür. Odur ki, 303,12 manat məbləğində 005202 saylı akt tərtib edilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə əməkdaşları həmin istilikxanada olmuş sayğaca baxış zamanı sayğac sxemdən kənarlaşdırılıb və işlədicilərin bir başa şəbəkəyə qoşulması faktını aşkar edilmişdir. Başqa sözlə, elektrik enerjisi sayğacadan kənar, qanunsuz qoşulma nəticəsində talanmışdır. Ona görə də, 13562,01 manat məbləğində 006537 saylı akt tərtib etmişlər. Sahibkar İddiaçı onun istilikxanasına yazılmış aktın məbləğini ödəmək əvəzinə yuxarı orqanlara və Şəmkir rayon prokurorluğuna şikayət etmişdir. Belə ki, şikayət ərizələrində X9 ustası Məmmədov Sailxan (Sərxan) Hilal oğluna hər ay 400 manat məbləğində pul verilməsinin enerjinin talanmasında ona köməklik etməsini göstərsədə prokurorluq orqanları tərəfindən aparılmış araşdırmada öz təsdiqini tapmamışdır. Halhazırda iddiaçının şəbəkəyə 13865,13 manat məbləğində borcu vardır. Nəzarətçi sayğacın göstəricilərini qeyd edərkən qanunsuz qoşulmanın aşkar etməməsi və bununla da, cərimənin 25 gün əvvələ hesablanmalı olduğuna dair iddiaçı tərəfin dəlili ilə razı deyil. Abunə haqqında sənəddən göründüyü kimi iddiaçı uzun müddət ərzində az miqdarda işıq pulu ödəmişdir. Nəzarətçinin istilikxanaya ayda bir dəfə gəlməsi vaxtları isə iddiaçı tərəfə məlum olmuşdur. Deməli, nəzarətçi istilikxanaya gəlməmişdən əvvəl qanunsuz qoşulma ləğv edilmiş, nəzarətçi sayğacın göstəricilərini qeyd edib gedəndən sonra isə qanunsuz qoşulma yenidən bərpa edilmişdir. Ödənilən məbləğlər əvvəldən təxminən uyğun olduğu üçün bu barədə şübhə yaranmamışdır. Lakin, ötən ilin oktyabr ayında “xxxxxxxx” ASC-nin Bakı şəhərindən ezam olunmuş xüsusi qrupu qəflətən iddiaçının obyektinə baxış keçirdikdə, qanunsuz qoşulma faktı aşkar edilmişdir. Bu zaman video çəkiliş aparılmış və görüntüləri əks etdirən CD məhkəməyə təqdim edilmişdir. Göstərilənlərə əsasən iddianı əsassız sayıb rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində bildirdi ki, Qərb RETSİ - Şəmkir EŞ-ESS-də rəis işləyir. İddiaçı Zirəddin oğlu elektrik enerjisindən qeyri-qanuni istifadə etmişdir. Sayğaca giriş kabellərinin kəsilməsi və sıxaclar vasitəsilə şəbəkəyə qoşulma faktı aşkarlanmışdır. O, başqa bir qrupla işlədiyi üçün 2019-cu ilin oktyabr ayında ayrı bir qrup həmin faktı aşkarlamışdır. Sayğac ayda bir dəfə yoxlanılır və İddiaçı oğlu yoxlama vaxtına qədər qanunsuz qoşulmanı aradan qaldırıb və yenidən qoşulmanı bərpa edibdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, o, Qərb RETSİ - Şəmkir EŞ-ESS-də X19 nəzarətçi-mühəndis işləyir. İddiaçı Zirəddin oğlunu abonent kimi tanıyır və onunla aralarında hər hansı düşmənçilik və ədavət yoxdur. O, hər ay sayğacın göstəricisini qeyd edərək, abonentə bildiriş təqdim etmiş və ərazidən uzaqlaşmışdır. Göstəricini qeyd edən vaxt orada hər hansı qoşulma faktı aşkar etməmiş və hər hansı bir aktın tərtib edilməsində iştirak etməmişdir. Hər ayın 16,17 və ya 18-də sayğaca baxış keçirmişdir. Sayğacın göstəricisini qeyd edən vaxt hər hansı kənar qoşulma aşkar edərdisə, bu barədə aidiyyəti üzrə məlumat verərdi. Bu günə qədər də həmin sayğaca o baxış keçirmişdir. “xxxxxxxx” ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2018-ci il tarixli NDQ № 005202 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus istilikxanaya elektrik enerjisinin uçotu və “X4 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və pozuntu aşkarlamışdır. “X4 Qaydaları”na uyğun olaraq baxış keçirilən zaman aşkar olmuşdur ki, obyektə aid güc transformatorunun 0,4 kv-luq çubuqların üzəri açıq vəziyyətdədir və qoşuludur. Akta əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədilə 303 manat 12 qəpik məbləğində əlavə sərfiyyat hesablanmışdır. İş materiallarına əlavə olunmuş “xxxxxxxx” ASC-nin əməkdaşlarının tərtib etdikləri xx.xx.2019-cu il tarixli NDQ № 006537 saylı aktdan görünür ki, istehlakçı İddiaçı məxsus istilikxanaya elektrik enerjisinin uçotu və “X4 Qaydaları”na (EEİQ) riayət olunması vəziyyəti yoxlanılmış və baxış zamanı məlum olmuşdur ki, sayğac sxemdən kənarlaşdırılıb və işlədicilər şəbəkəyə birbaşa qoşulmuşdur. Sonuncu akt əsasında verilmiş xx.xx.2019-cu il tarixli icra vərəqindən görünür ki, İddiaçı məxsus istilikxanada aşkar edilmiş pozuntu nəticəsində yəni, 150689 kvts itirilmiş elektik enerjisinə görə 0.09 qəpikdən hesablanmaqla 13562 manat 01 qəpik məbləğində cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş istehlakçı İddiaçı aid abunə haqqında sənəddən göründüyü kimi, istehlakçı 2013-cü ildən qanunsuz qoşulmanın aşkar edildiyi xx.xx.2019cu il tarixədək ayda 14 manatdan 280 manatadək məbləğlərdə sərfiyyat haqqı ödədiyi halda, xx.xx.2019-cu il tarixdən etibarən ayda 7xx xxxxxxxx 1666 manatadək məbləğlərdə sərfiyyat haqqı ödəmişdir. İş materialların əlavə olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şəmkir rayon prokurorluğunun böyük müstəntiqi vəzifəsini icra edən X3 qərarından görünür ki, İddiaçı şikayəti əsasında X9 Zəyəm şəbəkə sahəsinin ustası X6 əməlində cinayət tərkibinin olmaması əsası ilə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 qaydaları”nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X5 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. İddiaçıya məxsus istilikxanaya sayğacdan kənar, özbaşına qoşulmanın aşkar edilməsi işin mübahisəsiz halına aiddir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mübahisələndirdiyi hesablaşma ona məxsus istilikxanaya verilən elektrik enerjisinin uçot cihazından kənar özbaşına yük qoşulması nəticəsində itirilmiş elektrik enerjisinin bərpası üzrə cavabdeh tərəfindən hesablanmış ziyanın əvəzindən ibarətdir. İddiaçının özbaşına yük qoşulmasından xəbəri olmamasına gəldikdə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Şəmkir rayon prokurorluğuna Sailxan Məmmədovun barəsində şikayət verərkən, şikayət ərizəsində sonuncunun ondan sayğacın yenisi ilə əvəz edilməsi üçün 2000 manat, elektrik enerjisinin dəyərinə görə ayda 400 manat olmaqla, cəmi 15200 manat pul alması ilə yanaşı, həmçinin Sailxan Məmmədovun yoxlamaları “yola salmaq” adı ilə ondan pul aldığını qeyd etmiş, buna baxmayaraq “xxxxxxxx” ASC tərəfindən ona cərimə yazıldığını göstərərək, Sərxan Məmmədovun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bu hal iddiaçının qanunsuz qoşulmadan əvvəlcədən məlumatlı və təqsirli olmasına dəlalət edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Zirəddin oğlunun cavabdeh “xxxxxxxx” X10rşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Zirəddin oğlunun cavabdeh “xxxxxxxx” X10rşı «borcun silinməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: RəşadMəmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar