Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-2432/2025 15.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun, 114413,20 manat ( bir yüz on dörd min yüz dörd yüz manat, 20 qəpik) vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı İB-nin ABB-nin 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında tərəflər arasında bağlanmış 14 yanvar 2025-ci il tarixli barışıq sazişini təqdim edərək, barışıq sazişinin qeyd olunan şərtlər daxilində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə yazılı qaydada ərizə təqdim edərək, təbii qazdan istifadəyə görə iddiaçıya 114413,20 manat borcu olduğunu, yaranmış borcdan əvvəlcə 20000 manat ödədiyini, daha sonra isə 6000 manat və 9000 manat olmaqla, ümumilikdə 35000 manat ödəniş etdiyini, qalan 79413,20 manat borcunu isə ayda 4000 manat olmaqla 20 ay ərzində ödəyəcəyini bildirmişdir. İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh arasında bağlanmış 14 yanvar 2025-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir: 1 .Cavabdeh-İstehlakçı; Cavabdeh ona qarşı İddiaçı 114 413,20 manat pulun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-2432/2025 saylı iş üzrə qeyd olunan iddia tələbini eləcə də xx.xx.2020-ci il tarixdən hal-hazıra qədər təbii qazdan istifadəyə görə İddiaçınə yaranmış 114 413,20 manat (bir yüz on dörd min dörd yüz on üç manat iyirmi qəpik) məbləğində debitor borcunun olmasını qəbul edir. Qeyd olunan iddia və borc məbləğindən hal-hazırkı davam edən məhkəmə icraatı müddətində-ilkin olaraq 20000 manat, 6000 və 9000 manat olmaqla ümumilikdə 35000 manat ödədikdən sonra qalan 79413,20 manatı hər hesabat ayının 5-nə qədər ayda 4000 (dörd min) manat olmaqla 20 (iyirmi) ay ərzində İddiaçınə ödəməyi öhdəsinə götürür. Qeyd olunan iddia və borc məbləğindən hazırda ödənilməmiş qalan 79413,20 manat vəsaiti İddiaçınə tam həcmdə ödəmədiyi təqdirdə təbii qazdan istifadə, eləcə də ünvana qaz verilişinin bərpası ilə bağlı heç bir təşəbbüs və müraciəti olmayacağına söz verir.
2. İddiaçı-Paylayıcı; İddiaçı isə öz növbəsində Cavabdeh qarşı ümumilikdə 114 413,20 manat (bir yüz on dörd min dörd yüz on üç manat iyirmi qəpik) borcun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-2432/2025 saylı iş üzrə ümumi iddia və borc məbləğinin 20000 manat, sonradan 6000 və 9000 manat olmaqla ümumilikdə 35000,00 manat hissəsinin ödəniş kimi nəzərə alınmasını, onun abonent hesabına işlənməsini öz üzərinə götürür. Qeyd olunan iddia və borc məbləğindən 35000 manat ödənildikdən sonra qalan 79413,20 manatın hər hesabat ayının 5-nə qədər ayda 4000 (dörd min manat) olmaqla 20 (iyirmi) ay ərzində İddiaçınə ödəniş kimi nəzərə alınmasını və onun abonent hesabına işlənməsini öhdəsinə götürür. 3.Tərəflər barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunması və bununla da iş üzrə icraata xitam verilməsi ilə razıdırlar.
4. Bu sazişi imzalamaqla, Tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər 5.Bu barışıq sazişinin təsdiq edilməsi ilə Tərəflərin hazırkı mülki məhkəmə mübahisələri üzrə gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır. 6.Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər.
7. Barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və sazişin 1 (bir) nüsxəsi aidiyyəti məhkəmədə, qalan 2 (iki) nüsxəsi tərəflərdə qalır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, ona barışıq sazişinin və icraata xitam verilməsinin nəticələrini izah edib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfisndən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə tərəfindən iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş 534,20 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh arasında bağlanmış 14 yanvar 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1 .Cavabdeh-İstehlakçı; Cavabdeh ona qarşı İddiaçı 114 413,20 manat pulun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-2432/2025 saylı iş üzrə qeyd olunan iddia tələbini eləcə də xx.xx.2020-ci il tarixdən hal-hazıra qədər təbii qazdan istifadəyə görə İddiaçınə yaranmış 114413,20 manat (bir yüz on dörd min dörd yüz on üç manat iyirmi qəpik) məbləğində debitor borcunun olmasını qəbul edir. Qeyd olunan iddia və borc məbləğindən hal-hazırkı davam edən məhkəmə icraatı müddətində-ilkin olaraq 20000 manat, 6000 və 9000 manat olmaqla ümumilikdə 35000 manat ödədikdən sonra qalan 79413,20 manatı hər hesabat ayının 5-nə qədər ayda 4000 (dörd min) manat olmaqla 20 (iyirmi) ay ərzində İddiaçınə ödəməyi öhdəsinə götürür. Qeyd olunan iddia və borc məbləğindən hazırda ödənilməmiş qalan 79413,20 manat vəsaiti İddiaçınə tam həcmdə ödəmədiyi təqdirdə təbii qazdan istifadə eləcə də ünvana qaz verilişinin bərpası ilə bağlı heç bir təşəbbüs və müraciəti olmayacağına söz verir.
2. İddiaçı-Paylayıcı; İddiaçı isə öz növbəsində Cavabdeh qarşı ümumilikdə 114413,20 manat (bir yüz on dörd min dörd yüz on üç manat iyirmi qəpik) borcun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-2432/2025 saylı iş üzrə ümumi iddia və borc məbləğinin 20000 manat, sonradan 6000 və 9000 manat olmaqla, ümumilikdə 35000 manat hissəsinin ödəniş kimi nəzərə alınmasını, onun abonent hesabına işlənməsini öz üzərinə götürür. Qeyd olunan iddia və borc məbləğindən 35000 manat ödənildikdən sonra qalan 79413,20 manatın hər hesabat ayının 5-nə qədər ayda 4000 (dörd min manat) olmaqla 20 (iyirmi) ay ərzində İddiaçınə ödəniş kimi nəzərə alınmasını və onun abonent hesabına işlənməsini öhdəsinə götürür. 3.Tərəflər barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunması və bununla da iş üzrə icraata xitam verilməsi ilə razıdırlar.
4. Bu sazişi imzalamaqla, Tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.
5. Bu barışıq sazişinin təsdiq edilməsi ilə Tərəflərin hazırkı mülki məhkəmə mübahisələri üzrə gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi,iddiası və ya pretenziyası olmayacaqdır. 6.Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 534,20 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qəradadaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.
Hakim: Ramiq Qələndərzadə