Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2455/2025 12.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdehnə (bundan sonra mətndə Cavabdeh İB) qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2025-ci il tarixli akt əsasında ona hesablanmış 691 (altı yüz doxsan bir) manat 20 qəpik məbləğində borcun **********00021 nömrəli abonent hesabımdan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları ilə aralarında bağlanmış müqaviləyə əsasən ona məxsus həyətyanı torpaq sahəsində yerləşən istilikxanada quraşdırılmış qaz sayğacı ilə hesablanan sərfin məbləğini mütəmadi olaraq hər ay ödəmişdir. Cavadeh tərəf sayğacın istismar müddəti bitdiyi üçün sayğacı dəyişdirəcəklərinə söz versələr də müxtəlif bəhanələrlə bunu etməmişlər. İstilikxanada ilin soyuq aylarında qaz sərfiyyatı gün ərzində 3-4 saat fasilə verməklə 18-20 saat istifadə olunduğu halda, cavabdehin əməkdaşları istilikxanada gün ərzində guya 10 saat müddətində qaz sərf olunduğu əsası ilə qaz sərfiyyatı qeydə alırlar. Bu barədə cavabdehin əməkdaşlarına dəfələrlə etiraz etsə də, heç bir faydası olmamışdır. Nəticə də guya istilikxanaya quraşdırılmış qaz sayğacının sərf olunan qazı ölçmə qabiliyyətində olmaması qənaətinə gələn cavabdehin əməkdaşları istifadə olunan, ancaq ölçülməmiş qaz sərfiyyatı bəhanəsi ilə mənə qarşı əsassız borc tətbiq etmişlər. Bu baxımdan da cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 14 aprel 2025-ci il tarixli Akt və 14 aprel 2025-ci il tarixli Bildiriş (xəbərdarlıq) sənədi üzrə tərtib etdikləri qaz sərfiyyatına dair saldo cədvəlində 2025-ci ilin aprel ayının sonunadək qalıq və aktlar qrafası üzrə barəmdə 691 manat 20 qəpik məbləğində borc olması qeyd edilərək ödənilməsi tələb edilmişdir. Hesab edir ki, cavabdehin əməkdaşları istilikxanaya quraşdırılmış qaz sayğacının istifadə olunan qaz sərfiyyatını tam ölçməməsi bəhanəsi ilə barəndə əsassız olaraq borc yazmaqdansa, həmin sayğacın normal sayğacla əvəz edilməsinə dair təklifimi yerinə yetirmələri daha məqsəd yönlü olardı. Nəticədə təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib edilməzdi və həmin aktda istilikxanada istifadə olunan qaz qurğusunun qaz sərfi sayğacının maksimal ölçmə həddindən çoxdur ifadəsini və oxunması mümkün olmayan bəzi ifadələri, həmçinin dəymiş ziyanın müəyyən edilərək ödənilməsinin tələb edilməsi kimi ifadələr də qeyd edilməzdi. Bu səbəbdən də cavabdehin əməkdaşlarının xx.xx.2025-ci il tarixli bildiriş (xəbərdarlıq) sənədi üzrə tərtib etdikləri saldo cədvəlində 2025- ci ilin aprel ayının sonunadək qalıq və aktlar üzrə barəmdə 691 manat 20 qəpik məbləğində borcun olması qeyd edilərək ödənilməsini ondan tələb etmələrini əsassız hesab edirək, həmin borc məbləğinin cavabdeh tətəfindən silinməsinə dair cavabdehə pretenziya qaydasında ərizə ilə müraciət etmişdi. Lakin müraciəti təmin edilmədiyi üçün cavabdehə qarşı həmin iddia ərizəsi ilə müraciət etməli oldu. Hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilməklə təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt tərtib edilsə də sayğacla bağlı yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmamış, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görülməli olduğu halda, yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Həmçinin Cavabdeh İB-nin əməkdaşları ******* nömrəli, xx.xx.2025-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” AKT ilə ona borc hesablamış, lakin həmin aktla inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müraciət olunmadan və müvafiq icra hakimiyyəti orqanının qərarı alınmadan mənim barəsində borc hesablanmışdır.
İİ.Tərəflərin mövqeyi
3. Cavabdeh İB-nə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. İddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
5. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının mütəxəssisi X8 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında bildirdi ki, yazılmış cərimə əsassızdır. Qanunvericiliyin tələblərinə uyğun yazılmayıb. Alınmış çıxarışdan kənar yoxlamalar aparılıb. Mart ayının 19-da yoxlama aparılsa da, aprel ayının 4-də çıxarış alınıb. Xronemetraj aparılması üçün icazəsi olmadığı halda aparılmışdır. Ancaq yenə də həmin vaxt sənədləşdirilməmişdir. Məlum olduğu kimi, Sahibkarlıq sahəsində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli 714- İVQ nömrəli Qanunu (bundan sonra - Qanun) ilə tənzimlənir.Bununla əlaqədar olaraq bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1410- İVQ nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar aparıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY252299447 nömrəli Çıxarış”ı Dövlət Neft Şirkətinin Cavabdeh İB tərəfindən Şəmkir rayonu, Qapanlı kəndində yerləşən F/Ş X4 məxsus istixanada sayğacın göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və sayğaca müdaxilənin müəyyən edilməsi üçün nəzərdə tutulmuşdur. Yoxlayıcı orqan tərəfindən yoxlama keçirilərkən sözügedən ünvanda yerləşən istixananada quraşdırılmış qaz sayğacından kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma və sayğaca müdaxilə halı aşkar edilməmişdir. Göründüyü kimi yoxlama suallardan kənar şəkildə aparılıb. Buna görə də bu fakt üzrə cəza tədbiri müəyyən edilə bilməz.
II. Sübutların tədqiqi
6. Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli AMX-6841/22 nömrəli qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.
7. xx.xx.2025-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli aktdan görünür ki, istifadə olunan qaz cihazının maksimal saatlıq qaz sərfinin sayğacın maksimal ölçüsü həddindən çox olduğu aşkar olunmuşdur.
8. İddiaçı məxsus abonent kodu **********00021 olan saldodan görünür ki, 04/2025-ci il tarixə akt əsasında 691,20 manat borc qeyd edilmişdir.
9. Pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh İB-dən yazılmış borcun silinməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.
10. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışda yoxlayıcı orqan Cavabdeh İB, yoxlanılan sahibkarın adı İddiaçı yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2025-xx.xx.2025-ci il, yoxlamanın məqsədi sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və sayğaca müdaxilənin müəyyən edilməsi qeyd olunmuşdur.
11. 28 aprel 2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2025-ci il tarixli, ******* № akt əsasında dəymiş ziyan 2880 m3 hesablanmışdır.
12. 01.12.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sahibkarlıq sahəsində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013cü il tarixli 714-İVQ nömrəli Qanunu (bundan sonra - Qanun) ilə tənzimlənir. Bununla əlaqədar olaraq bildirilir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli 1410- İVQ nömrəli Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar aparıla bilər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci yarımbəndində qeyd edilir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY252299444 nömrəli Çıxarış”ı Dövlət Neft Şirkətinin Cavabdeh İB tərəfindən Şəmkir rayonu, Qapanlı kəndində yerləşən F/Ş X2 məxsus istixanada sayğacın göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və sayğaca müdaxilənin müəyyən edilməsi üçün nəzərdə tutulmuşdur. Yoxlayıcı orqan tərəfindən yoxlama keçirilərkən sözügedən ünvanda yerləşən istixananada quraşdırılmış qaz sayğacından kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma və sayğaca müdaxilə halı aşkar edilməmişdir. Qanunun 19.1-ci maddəsinin tələbinə əsasən yoxlanılan sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların nəticələrinin təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların effektivliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin olunması məqsədi ilə yoxlayıcı orqan tərəfindən yoxlamalar zamanı yoxlama suallarının siyahısından istifadə olunmalıdır. Həmin Qanunun 19.6-cı maddəsinin tələbinə əsasən yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz. Məlum olmuşdur ki, yoxlama aparılan zaman yoxlayıcı orqan tərəfindən Qanunun 19.1 -ci maddəsinin tələbinə əməl edilməmişdir. Digər tərəfdən Qanunun 3.1 -ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, X11 İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”ı əsasında Cavabdeh İB-nin müvafiq komissiyası tərəfindən tərtib edilmiş həcmi 4320 m3 olmaqla “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin heç bir hüquqi əsası yoxdur.
III. Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 2.10. Sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu
2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 4-2. Yoxlayıcının vəzifələri 4-2.1. Yoxlama zamanı yoxlayıcının vəzifələri aşağıdakılardır: 4-2.1.6. yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın (onun səlahiyyətli nümayəndəsinin) yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq. Maddə 17. Yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi 17.3. Yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir və həmin məlumatların (sənədlərin) surəti yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış sahibkarlar üçün göndərildiyi andan açıq olmalıdır. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Maddə 19. Yoxlama suallarının siyahısı 19.6. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”
1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
IV. Məhkəmənin mövqeyi
a) Borcun silinməsi tələbi ilə bağlı
16. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, Cavabdeh İB ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli AMX-6841/22 nömrəli qazın alqı-satqısı müqavilə bağlanmış və müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən istifadə olunan qaz cihazının maksimal saatlıq qaz sərfinin sayğacın maksimal ölçüsü həddindən çox olduğu aşkar olunmuşdur. İddiaçı məxsus abonent kodu **********00021 olan saldoya əsasən 04/2025-ci il tarixə akt əsasında 691,20 manat borc qeyd edilmişdir.
17. Məhkəmə tərəfindən işin obyektiv araşdırılması məqsədilə X3 Agentliyinin mütəxəssisi məhkəmə iclasına dəvət olunmuş və mütəxəssis tərəfindən tərtib edilmiş rəyə əsasən borcun əsassız yazıldığı qeyd olunmuşdur.
18. Məhkəmə silinməsi xahiş olunan borc məbləğlərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”nın 2.11-2-ci yarımbəndində qeyd edilir ki, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma hallarını müəyyən etdikdə, Qanunun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY252299444 nömrəli Çıxarış”ı Dövlət Neft Şirkətinin Cavabdeh İB tərəfindən Şəmkir rayonu, Qapanlı kəndində yerləşən F/Ş X2 məxsus istixanada sayğacın göstəricilərinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və sayğaca müdaxilənin müəyyən edilməsi üçün nəzərdə tutulmuşdur. Yoxlayıcı orqan tərəfindən yoxlama keçirilərkən sözügedən ünvanda yerləşən istixananada quraşdırılmış qaz sayğacından kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma və sayğaca müdaxilə halı aşkar edilməmişdir.
20. Qanunun 19.1-ci maddəsinin tələbinə əsasən yoxlanılan sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların nəticələrinin təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların effektivliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin olunması məqsədi ilə yoxlayıcı orqan tərəfindən yoxlamalar zamanı yoxlama suallarının siyahısından istifadə olunmalıdır.
21. Həmin Qanunun 19.6-cı maddəsinin tələbinə əsasən yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama zamanı yoxlama suallarının siyahısına daxil edilməyən tələblərin pozulması faktı aşkar olunduğu halda həmin fakt üzrə məsuliyyət tədbiri tətbiq oluna bilməz.
22. Məlum olmuşdur ki, yoxlama aparılan zaman yoxlayıcı orqan tərəfindən Qanunun 19.1 -ci maddəsinin tələbinə əməl edilməmişdir.
23. Digər tərəfdən Qanunun 3.1 -ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
24. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, X11 İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında Akt”ı əsasında Cavabdeh İB-nin müvafiq komissiyası tərəfindən tərtib edilmiş həcmi 2880 m3 olmaqla “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin heç bir hüquqi əsası yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, 691,20 manat borcun silinməsi barədə iddia tələbi əsaslıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
25. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 30,60 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
29. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2025-ci il tarixli akt əsasında hesablanmış 691,20 manat pul İddiaçı abonent hesabından (abonent kodu: **********00021) silinməlidir.
30. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2025ci il tarixli akt əsasında hesablanmış 691,20 (altı yüz doxsan bir manat iyirmi qəpik) manat pul İddiaçı abonent hesabından (abonent kodu: **********00021) silinsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli