Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-27/2023 07.02.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin boşaldılması və iddiaçıya qaytarılması, maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin boşaldılması və iddiaçıya qaytarılması, maddi ziyanın ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı icarə əsasında istifadəsində olan Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən, məqsədli təyinatı “Örüş otlaq” olan, 14,72 ha-dan ibarət torpaq sahəsi cavabdehlər – Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən qısa müddətdə boşaldılmasına, öz vəsaitləri hesabına həmin torpaq sahəsinin “Örüş otlaq” məqsədli təyinatı üzrə əvvəlki vəziyyətinin bərpa edilməsinə və həmin torpaq sahəsinin qanuni sahibi –İddiaçı qaytarılmasına, 09 fevral 2022-ci il tarixli, MN № ******* saylı “İnzibati tənbeh verilmə haqqında Qərar” ilə İddiaçı tətbiq edilmiş 500,00 (beş yüz) manat məbləğində cəriməni ona vurulmuş maddi ziyan kimi qiymətləndirərək onun əvəzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı ödənilməsinə, tərəflərindən ödənilmiş 50,00 (əlli) manat məbləğində mediatorun xidmət haqqının və 50,00 (əlli) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 aid edilərək onlardan İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 vəkili Vəkil2 məhkəməyə vəsatət təqdim edərək, iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-1220/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Şəmkir rayonu X1 İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbi üzrə mübahisə həll olunana qədər İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin boşaldılması və iddiaçıya qaytarılması, maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraat dayandırılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1731/2022 saylı qərardadı ilə Şəmkir rayonu X1 İddiaçı qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-1220/2022 saylı qərardadı ilə iş üzrə icraat təzələnmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizədə göstərilmişdir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında razılıq əldə edilmiş və iddia tələbindən imtina edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddiaçının ərizəsinə hüquqi qiymət verərək belə hesab edir ki, iddiadan imtina qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4, 262, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin boşaldılması və iddiaçıya qaytarılması, maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-27/2023
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-27/2023
07.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver