Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-280/2022 04.03.2022 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və vəkili və nümayəndəsi X1, Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyətinin nümayəndəsi X4, vəkili və nümayəndəsi Vəkil ştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən mülkiyyətdən qanunsuz istifadəyə görə 32 757 725 manat pul vəsaitinin, 17 268,90 manat dövlət rüsumunun, mediasiya sessiyasının tətbiq edilməsi üçün ödənilmiş 400 manat mediator haqqının və mütəxəssis rəylərinin alınması üçün ödənilmiş 3700 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 izahatında bildirmişdir ki, iddianı müdafiə edir, belə ki, Qazax rayonu, Daş Salahlı kəndi ərazisində yerləşən 70 ha torpaq sahəsi 2003-cü ildən icarə müqaviləsi əsasında “X6 Birliyinin”, hazırkı adı İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Lakin Cavabdeh MMC həmin sahədən 2006-cı ildən başlayaraq heç bir hüquq olmadan istifadə etmişdir. Bununla bağlı cavabdehə müraciətlər olunmuş, lakin heç bir razılıq əldə olunmadığından məhkəməyə müraciət edilmişdir. Məhkəmə qətnaməsi ilə də icarə müqaviləsinin qanuni və əsaslı olduğu öz təsdiqini tapmışdır. İddiaçı MMC istifadənin dayandırılması ilə bağlı dəfələrlə müraciət etmiş, lakin buna baxmayaraq istifadə dayandırılmamışdır. Məhkəmə qətnaməsi 03.09.2021-ci il tarixdə icra olunana qədər qanunsuz istifadə davam etmişdir. Həmin rəydən görünür ki, istifadə edilən faydalı qazıntıların məbləği 32 757 725 manat təşkil edir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, həmin torpaq sahəsi iddiaçıdan əvvəl cavabdehin qanuni istifadəsində olub, odur ki, iddia tələbi əsassızdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddianı qəbul etmirlər, belə ki, mübahisəli torpaq sahəsi 1992-ci ildən “X8” ASC-nin dövründən istifadədə olmuş, binadan başqa, sözügedən iddia tələbi tərəflər arasında əvvəllər baş tutmuş məhkəmə işi ilə eyni iş olduğundan icraata xitam verilməlidir. Belə ki, İddiaçı 11.09.2018-ci ildə Cavabdeh Məlıdud Məsuliyyətli Cəmiyyətinə qarşı “özbaşına tutulmuş torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin ərazidən çıxarılması və dəymiş ziyanın ödənilməsinə dair” iddia tələbi ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək bələdiyyənin 19.11.2003-cü il tarixli 17 saylı qərarı və eyni tarixli icarə müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş torpaq sahəsində Cavabdeh inşa etdiyi qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, cavabdehin həmin ərazidən məcburi qaydada çıxarılması, 1 000 000 (bir milyon) manat məbləğində dəymiş maddi ziyanın və 30 manat dövlət rüsumunun ödənilməsini xahiş etmişdir, burada xüsusilə qeyd olunması gərəkən amil odur ki, hər iki iddia ərizəsində tərəflər, iddianın predmeti və iddianın əsası eynilik təşkil etməkdədir, odur ki, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iю üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyətinə qarşı özbaşına tutulmuş torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, ərazidən çıxarılma və 1.000.000 milyon manat dəyərində dəymiş ziyanın ödənilməsi tələbinə dair mübahisəyə Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2-2(083)-60/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən verilmiş apelyasiya şikayəti əsasında işə apelyasiya instansiyasında baxılmış, Gəncə Apelyasiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli 2-2(104)-95/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, cavabdehin torpaq sahəsindən məcburi çıxarılması hissəsində iddianın təmin edilməsi, bələdiyyənin 19.11.2003-cü il tarixli 17 saylı qərarı və eyni tarixli 1/15 saylı icarə müqaviləsi ilə İddiaçı MMC-nin istifadəsinə verilmiş torpaq sahəsində Cavabdeh MMC-nin inşa etdiyi qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi, 1 000 000 manat dəyərində maddi ziyanın ödənilməsi hissəsi isə sübutlarla əsaslandırılmadığına görə rədd edilmişdir. İş üzrə verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 01 iyun 2021-ci il tarixli 2-2(102)-236/2021 nömrəli qərarı ilə apelyasiya instansiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, davamlı olan fəaliyyətin başlaması və bitməsi faktlar əsasında təsdiqni tapmalıdır. Belə olduğu halda bu fəaliyyətin hansı zaman kəsiyində baş verməsi müəyyən olunur. Göründüyü kimi iddiaçı cavabdehin ona ziyan vurmaqla bağlı olan hərəkətlərinin 2006-cı ildən başlanıldığnı və 2021-ci ilin sentyabr ayına qədər davam etdirildiyini bildirir. Ziyanın hər bir ilə görə hansı həcmdə vurulmasını ayrı-ayrılıqda açıqlanmasa da, iddiaçının təqdim etdiklərindən görünür ki, cavabdehin 2006-2021-ci illəri əhatə edən qanunsuz fəaliyyəti nəticəsində istifadəsində olan torpaqdan istifadə edə bilməmiş və bu səbəbdən zərərə məruz qalmışdır. Bundan başqa, iddiaçının 2018-ci ilin oktyabr ayında məhkəmədə iddia qaldırmaqla vurulmuş zərərin ödənilməsi tələbini irəli sürməsi onu göstərir ki, iddiaçının dəlillərinə görə cavabdehin ziyan törədən hərəkətləri ən geci 2018-ci ilin oktyabr ayına qədər başlamışdır. Lakin, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisənin həll edilməsi barədə çıxarılan Gəncə Apelyasiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsində 1 000 000 manat dəyərində maddi ziyanın ödənilməsi tələbi sübutlarla əsaslandırılmadığına görə rədd edilmişdir. Göründüyü kimi ziyan vurulma faktı sübutlarla təsdiqini tapmamışdır. İşin bu halı belə qənaətə gəlməyə əsas verir ki, qanuni qüvvəyə minmiş qətnaməsinin qəbul edildiyi 20 noyabr 2020-ci il tarixdə zərərin vurulması tələbi sübutlarla əsaslandırılmadığına görə rədd edilmişdirsə, deməli, ziyan vurmaqla müşahidə olunan hərəkətlərin başlanması təsdiqnini tapmamışdır. Başlanğıcı olmayan fəaliyyətin sonu da ola bilməz. İddia tələbindən göründüyü kimi cavabdehin ziyan vurmaqla bağlı hərəkətləri ən geci 2018-ci ilin oktyabr ayına qədər başlamış olduğundan, lakin qanuni qüvvəyə minmiş qətnaməsinin qəbul edildiyi 20 noyabr 2020-ci il tarixdə təsdiqini tapmadığından hazırkı iddia tələbində göstərilənlər həmin qətnamə ilə həll edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7, 262, 266-268-ci maddələrinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsiliyyətli Cəmiyyətinə qarşı qanunsuz istifadəyə görə 32 757 725 manat pul vəsaitinin, 17 268,90 manat dövlət rüsumunun, mediasiya sessiyasının tətbiq edilməsi üçün ödənilmiş 400 manat mediator haqqının və mütəxəssis rəylərinin alınması üçün ödənilmiş 3700 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-280/2022
Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-280/2022
04.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver