Məhkəmə qərarları › İş №e-2-2(115)-286/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-286/2020

03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-286/2020 03.06.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin cavabdehlər «Cavabdeh” İstehsalat Birliyinə və Gəncə X1rşı «pul» tələbinə dair iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi cavabdehlər «Cavabdeh” İstehsalat Birliyinə və Gəncə X1rşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(102)-469/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş xx.xx.2015-ci il tarixli, ***-**-** saylı müqavilə əsasında Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən Cavabdeh İsyehsalat Birliyinin hesablaşma hesabına ödənilmiş 28834 manat 86 qəpik pulun Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin hesablaşma hesabına geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında qaz sərfiyyatının ödənilməsinə dair xx xxxxxx 2015-ci il tarixli ***-**-** saylı müqavilə bağlanmışdır. Həmin müqavilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(102)-469/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir. Həmin müqavilə əsasında MKTİB-i qaz sərfiyyatına görə Cavabdeh hesablaşma hesabına xx.xx.2015-ci il tarixdə 3686 manat 65 qəpik, xx.xx.2015-ci il tarixdə 663 manat 65 qəpik, xx.xx.2016-cı il tarixdə 209 manat, xx.xx.2016-cı il tarixdə 1161 manat, xx.xx.2016-cı il tarixdə 1049 manat 21 qəpik, xx.xx.2018-ci tarixdə 22065 manat 05 qəpik, cəmi 28834 manat 86 qəpik pul ödəmişdir. Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərinə uyğun olaraq həmin müqavilə əsasında MKTİB-İ tərəfindən Cavabdeh hesablaşma hesabına ödənilmiş 28834,86 manat pul MKTİB-nin hesablaşma hesabına geri qaytarılmalıdır. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ***-**-** saylı müqavilə əsasında iddiaçı tərəfindən cavabdehin hesabına 28834,86 manat məbləğində pul ödənilmişdir. Ödənilən məbləğ aylıq istifadə edilmiş qaz sərfiyyatının puludur, hər hansı borc deyildir. Müqavilə məhkəmə qaydasında etibarsız hesab edilsə də, qazdan istifadə edildiyinə görə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarına əlavə olunmuş 666-03015 nömrəli xx.xx.2015-ci il tarixli müqavilənin surətindən görünür ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə Cavabdeh arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş ödəniş tapşırıqlarından və köçürmənin aparılması haqqında bildirişlərdən göründüyü kimi, həmin müqaviləyə əsasən Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən xx.xx.2015-ci il tarixdə 3686,95 manat, xx.xx.2015-ci il tarixdə 663,65 manat, xx.xx.2016-cı il tarixdə 209 manat və 1161 manat, xx.xx.2016-cı il tarixdə 1049,21 manat və xx.xx.2018-ci il tarixdə 22065,05 manat olmaqla, cəmi 28834 manat 86 qəpik məbləğində sərfiyyat haqqı Cavabdeh hesabına ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-2(102)- 469/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, iddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi Cavabdehnə qarşı qazın alqı-satqısı barədə 666-03015 nömrəli xx.xx.2015-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ***-**-** saylı müqavilə etibarsız hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı cavabdehin kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə qazın sərfiyyatına görə pul ödənilmiş, lakin müqavilənin etibarsız hesab edilməsinə baxmayaraq, cavabdeh etibarsız sayılmış müqavilə üzrə aldıqlarını iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 28834 manat 86 qəpik məbləğində pul Cavabdehndən iddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 28834 manat 86 qəpik məbləğində pul Cavabdehndən iddiaçı Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin xeyrinə tutulsun. 30 manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim RəşadMəmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar