Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-2893/2025 29.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “təbii X1 pozulması haqqında” ******* nömrəli, xx.xx.2025-ci il tarixli akt əsasında ona hesablanmış 1209 (min iki yüz doqquz) manat 60 qəpik məbləğində borcun **********00000 nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları ilə aralarında bağlanmış müqaviləyə əsasən özünə məxsus həyətyanı torpaq sahəsində yerləşən istilikxanada quraşdırdığı qaz sayğacı ilə hesablanan sərfin məbləğini mütəmadi olaraq hər ay ödəmişdir. Cavadeh tərəf sayğacın istismar müddəti bitdiyi üçün sayğacı dəyişdirəcəklərinə söz versələr də müxtəlif bəhanələrlə bunu etməmişlər. İstilikxanada ilin soyuq aylarında qaz sərfiyyatı gün ərzində 3-4 saat fasilə verməklə 18-20 saat istifadə olunduğu halda, cavabdehin əməkdaşları istilikxanada gün ərzində guya 10 saat müddətində qaz sərf olunduğu əsası ilə qaz sərfiyyatı qeydə alırlar. Bu barədə cavabdehin əməkdaşlarına dəfələrlə etiraz etsə də, heç bir faydası olmamışdır. Nəticə də guya istilikxanaya quraşdırılmış qaz sayğacının sərf olunan qazı ölçmə qabiliyyətində olmaması qənaətinə gələn cavabdehin əməkdaşları istifadə olunan, ancaq ölçülməmiş qaz sərfiyyatı bəhanəsi ilə ona qarşı əsassız borc tətbiq etmişlər. Bu baxımdan da cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş X1 pozulması haqqında ******* nömrəli, 26 fevral 2025-ci il tarixli Akt və 26 fevral 2025-ci il tarixli Bildiriş (xəbərdarlıq) sənədi üzrə tərtib etdikləri qaz sərfiyyatına dair saldo cədvəlində 2025-ci ilin fevral ayının sonunadək qalıq və aktlar qrafası üzrə barəsində 1209 manat 60 qəpik məbləğində borc olması qeyd edilərək ödənilməsi tələb edilmişdir. Hesab edir ki, cavabdehin əməkdaşları istilikxanaya quraşdırılmış qaz sayğacının istifadə olunan qaz sərfiyyatını tam ölçməməsi bəhanəsi ilə barəmdə əsassız olaraq borc yazmaqdansa, həmin sayğacın normal sayğacla əvəz edilməsinə dair təklifini yerinə yetirmələri daha məqsəd yönlü olardı. Nəticədə təbii X1 pozulması haqqında Akt tərtib edilməzdi və həmin aktda istilikxanada istifadə olunan qaz qurğusunun qaz sərfi sayğacının maksimal ölçmə həddindən çoxdur ifadəsini və oxunması mümkün olmayan bəzi ifadələri, həmçinin dəymiş ziyanın müəyyən edilərək ödənilməsinin tələb edilməsi kimi ifadələr də qeyd edilməzdi. Bu səbəbdən də cavabdehin əməkdaşlarının xx.xx.2025-ci il tarixli BİLDİRİŞ (xəbərdarlıq) sənədi üzrə tərtib etdikləri saldo cədvəlində 2025-ci ilin fevral ayının sonunadək qalıq və aktlar üzrə barəsində 1209 manat 60 qəpik məbləğində borcun olması qeyd edilərək ödənilməsini məndən tələb etmələrini əsassız hesab edirək, həmin borc məbləğinin cavabdeh tətəfindən silinməsinə dair cavabdehə pretenziya qaydasında ərizə ilə müraciət etmişdir. Lakin müraciətin təmin edilmədiyi üçün, cavabdehə qarşı həmin iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilməklə təbii X1 pozulması haqqında Akt tərtib edilsə də sayğacla bağlı yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri nəzərə alınmamış, yoxlama keçirilməsi ilə bağlı tədbirlər görülməli olduğu halda, yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Həmçinin Cavabdeh İB-nin əməkdaşları xx.xx.2025-ci il tarixli “Təbii X1 pozulması haqqında” AKT ilə ona borc hesablamış, lakin həmin aktla inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müraciət olunmadan və müvafiq icra hakimiyyəti orqanının qərarı alınmadan onun barəsində borc hesablanmışdır. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmuna uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, 2 nəfər istixanaya baxış keçirilməsi üçün gəldilər. Müdaxilə olmadığını desələr də, cərimə yazdılar və yeni sayğac quraşdırdılar. Yoxlamaya gələn şəxslər heç bir sənəd vəya akt göstərmədilər. Sonradan bilmişdir ki, 1200 manat cərimə yazılıb. Cərimə yazıldıqdan sonra ödənişləri edirmiş. Hal-hazırda 1000 manat borcu qalmışdır. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: təbii X1 pozulması haqqında akt, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 26 fevral 2025-ci il tarixli, ******* nömrəli təbii X1 pozulması aktından görünür ki, “X1 4.1 bəndinin və istehlakçı ilə qaz paylayıcı arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 2.3.5 yarımbəndinin pozulması nəticəsində itirilmiş qaz sərfi 1209,60 manat olaraq aktlar bölməsindən abonet hesabına işlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan Cavabdeh də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus sahibkarlıq obyektində təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X1” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmə tərəfindən 19 dekabr 2025-ci il tarixində Cavabdehnə sorğu göndərilərək, sözügedən iddia tələbinə dair iş üzrə əhəmiyyət kəsb edən zəruri sənədlərin (təbii X1 pozulması haqqında xx.xx.2025-ci il tarixli akt, təbii qazın alqı-satqısı müqaviləsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystrindən çıxarış, dəymiş ziyanın bərpasına dair tələbnamə və digər sənədlər) məhkəməyə göndərilməsi xahiş olunmuş, lakin cavabdeh tərəfindən hər hansı sənəd məhkəməyə təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh əməkdaşları tərəfindən görülmüş tədbir qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsində cavabdehin əməkdaşları tərəfindən aparılmış yoxlama və yoxlama nəticəsində hesablanmış borc müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Ona görə də İddiaçı (abonent kodu: **********00000) hesablanmış 1209,60 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı (abonent kodu: **********00000) hesablanmış 1209,60 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə
Məhkəmə qərarları › İş №e-2-2(115)-2893/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-2893/2025
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver