Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-30/2021 04.03.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X3 qarşı borc tələbinə dair ilkin iddiası və X2 İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun 145 331,60 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı ABB-nin 7 saylı İddiaçı şöbəsi, Kiod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azərqaz İB, VÖEN **********, İBA AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra cavabdeh “X4 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi təmin edilməklə ona hesablanmış təbii qazdan istifadəyə görə yaranmış borc 145 331,60 manat vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs X4 ilə İddiaçı İB arasında bağlanmış AMX-9529/19 saylı, xx.xx.2019-cu il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana” X7 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur.xx.xx.2019-cu il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 97 072,40 manat borc yaranmışdır.Borc tərəflər arasında tərtib olunmuş “qarşılıqlı hesablaşma haqqında üzləşmə aktı” ilə də təsdiq olunmuşdur. İş üzrə keçirilən xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixli məhkəmə iclaslarında İddiaçı”nin nümayəndəsi X5 ilkin iddia iddia tələbinin təmin edilməsini,qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixldə keçirilən məhkəmə iclasında X2 nümayəndəsi və vəkili Vəkil ilkin iddian rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. İş materiallarına əlavə olunmuş: xx.xx.2020-ci il tarixli, 01KN13HŞ-337 nömrəli pretenziya məktubunun surətindən görünür ki, cavabdeh X4 yaranmış borcla bağlı xəbərdar edilmişdir. Abonentin saldosunun surətindən görünür ki, abonent Məmmədov Şahinə aid istixanaya quraşdırılmış sayğaca əsasən dekabr 2019-cu il tarixdən ümumi borc 112 439,60 manat olmuşdur. xx.xx.2019-cu il tarixli, AMX-9529/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı İbrahimov Nazim isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddia tələbinin məzmunundan göründüyü kimi ilkin iddia üzrə X1 145 331,60 manat borc tələb olunmuşdur. Borcun yaranma əsası kimi tərəflər arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli müqavilədən irəli gələn öhdəliklər çıxış edir. Odur ki, iddiaçının tələb etdiyi borc məbləği yalnız müqavilə münasibətlərinin başlanıldığı tarixdən, yəni 2019-cu ilin dekabr ayından sonra yaranan borclara münasibətdə tətbiq olunmalıdır. Çünki bu kimi məsələlərdə öhdəliyin yaranması üçün tərəflər arasında müqavilənin olması mütləqdir. . Belə ki iş materiallarına əlavə olunan abonentin saldosunda göstərildiyi kimi istehlakçının 2019-cu ilin dekabr ayında 11849.20 manatlıq sərfiyyatı olmuşdur ki, ondan da 10000 ödəniş etmişdir. 2020-ci ilin yanvar ayında 49309.20 manatlıq təbii qaz sərf etmiş və 5000 manat ödəmişdir. Sonrakı aylar üzrə sərfiyyat olmuş, lakin ödəniş olmamışdır. Nəticədə abonentin 112,439,60 manat borcu yaranmışdır. Müqavilədən əvvəlki dövrə aid borcların hansı əsasla hesablandığı barədə sübutlar təqdim edilməmişdir. Beləliklə 145 331,60 manat vəsaitin 112,439,60 manat hissəsinin əsaslı olması təsdiqini tapır. Odur ki, ilkin iddia həmin məbləğ üzrə təmin edilməlidir. Qalan 32 892 manat borc məbləği əsassız hesab edildiyindən qarşılıqlı iddia həmin hissə üzrə təmin edilməlidir. Həmin məbləğ abonentin hesabından silinməlidir. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktının surətindən görünür ki, həmin aktı Məmmədov Şahin deyil, Abbasov Asəf adlı şəxs imzalamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə mübahisənin birlikdə həlli, prosessual qənaət baxımından qarşılıqlı iddianı icraata qəbul etməyi məqsədəuyöun saymışdır. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh X1 112,439,60 (bir yüz on iki min dörd yüz otuz doqquz manat altmış qəpik) manat borc tutularaq İddiaçı” İB-nin ABB 7 saylı İddiaçı şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ.********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bankhesabına ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı tərəfindən hesablanmış 32892 (otuz iki min səkkiz yüz doxsan iki) manat borc X2 abonenet hesabından silinsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-30/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-30/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver