Məhkəmə qərarları › İş №e-2-2(115)-380/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-380/2020

20.05.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-380/2020 20.05.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Gəncə Kommersiya Məhkəməsinin hakimi Məmmədov Rəşad Seylan oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MTK və üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «tikilinin yerində bərpası, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 MTK-ya və üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «tikilinin yerində bərpası, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC tərəfindən qanunsuz olaraq sökülmüş tiİddiaçızin yenidən yerində - Gəncə Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyatxanov küçəsi, 38 A ünvanında bərpa edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, bizə vurulan 150000 manat məbləğində maddi ziyanın, 50000 manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 200030 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayədəsi tərəfindən imzalanır. Bu halda, iddia ərizəsi imzalanmadan məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 MTK-ya və üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «tikilinin yerində bərpası, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsivə ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 MTK-ya və üçüncü şəxs Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «tikilinin yerində bərpası, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar