Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-406/2020 17.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdeh “Cavabdeh “İstehsalat Birliyinin nümayəndəsi X1iştirakıilə İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh “İstehsalat Birliyinə qarşı məhkəməyə müraciət edərək xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2203.20 manat borcun silinməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi sahibkar olaraq ünvan 1 ünvanında yerləşən çörək bişirmə sexini işlədir, Cavabdeh İB ilə 2018-ci ilin iyul ayında qazın alqı-satqısı müqaviləsi bağlamışdır. Müqavilənin tələbləri baxımından qaz idarəsi onu nominal təzyiqli qazla təmin etməli və o, qazın dəyərini sayğaca uyğun ödəməlidir. İddiaçı qazın dəyərini ödəmiş, lakin idarə onu nominal qazla təmin etməmiş, təzyiq olmadığı üçün çörək bişirmə sobaları lazimi istiliyi yığmır, fəaliyyəti iflic olmuşdur. Belə olan halda məcbur qalıb sorucu mator qoşmuş, istehlak etdiyi qazın dəyərini sayğğaca uyğun ödəmişdir, sayğaca isə heç bir müdaxilə olmamışdır. Buna baxmayaraq Cavabdeh İB-nin işçiləri onun sahibkarlıq obyektinə hər il qanunsuz yoxlamalar keçirmişdir. Yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədən qanunsuz aparılmış, sonuncu belə qanunsuz yoxlama 2019-cu ilin fevral ayında keçirilmiş, ona xx xxxxxx 2019-cu il tarixli ******* nömrəli akt tərtib edilərək 2203,20 manat cərimə etmişlər. İddiaçının nümayəndəsiİddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, çörəkbişirmə sexinə verilən təbii qazın təyziqi normadan aşağı olduğuna görə çörəklərin bişirilməsi mümkün olmamışdır. Bununla bağlı cavabdehə və digər təşkilatlara çoxsaylı müraciətlər edilmişdir. Lakin cavabdeh normal qazın verilişini təmin etməmişdir. Buna görə də qaz xəttinə xüsusi cihaz qoşaraq normal təyziqli qaz əldə edə bilmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı layihədənkənar cihazlardan istifadə etmiş, bu da qaz sərfiyyatını tam qeydə alına bilinməməsinə səbəb olmuş, odur ki iddia tələbini qəbul etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X2 filialının xx xxxxx 2019-cu il tarixli, AERA-20-166/19 nömrəli iddiaçıya ünvanlanmış məktubunun surətindən görünür ki, 2203,20 manat itirilmiş qazın bərpası adı altında əsassız hesablanmış məbləğin “Qazdan istifadə Qaydaları”nın tələblərinə uyğun aparılmadığı üçün təkrar araşdırma aparıb 2203,20 manat məbləğin ləğv edilməsinə, eləcə də verilən qazın təzyiqinin normalara uyğun təmin edilməsinə dair Cavabdeh İB-nin X5 İstismarı idarəsinə göstəriş verilmişdir. xx xxxxxx 2019-cu il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, İddiaçı aid çörək sexində 11 016 kub metr qaz sərfiyyatı hesablanmışdır. xx xxxxxx 2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, G-6 markalı sayğac sərfiyyatı keçmiş, çörək bişirən sobaya gələn qaz xəttinin üzərində sorucu nasos qurğusu quraşdırılmışdır, çörəkbişirən soba sorucu qurğusu quraşdırılmış vəziyyətdə xronometraj olunmalı, saatlıq qaz sərfi təqribən 7,14 kub metr hesablanmış, cihazların günlük qaz sərfi təqribən 15 kub metr hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərini tənzimləmə agentliyinin xx xxxxx 2018-ci il tarixli, 21/17-1-05 nömrəli, İqtisadiyyat Nazirliyinin Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmətinin xx xxxxxx 2017-ci il tarixli, ASİHDX-05/03-5/4825 nömrəli, Energetika Nazirliyi Dövlət qaz nəzarəti idarəsinin xx xxxx 2018-ci il tarixli, EH-23-01/04-269 nömrəli məktublarından görünür ki, iddiaçı mülkiyyətində olan obyektə nominal dəyərli qazın verilməsi ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2019-cu il tarixdə təbii qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmışqaz xəttinə əlavə sorucu nasosun quraşdırılması aşkar olunmuşdur. Lakin İşin hallarından o, da məlum olur ki, çörəkbişirmə sexinə aid qaz xəttinə əlavə sorucu qurğunun quraşdırılmasının səbəbi istehlakçıya verilən təbii qazın normadan aşağı olması ilə bağlı olmuşdur. Sahibkarın fəaliyyəti təbii qazın verilişindən tam asılı olduğundan o, öz fəaliyyətini həyata keçirmək üçün belə bir vasitədən istifadə etməli olmuşdur. Qaz təchizatını həyata keçirən cavabdeh təşkilat isə öz səlahiyyətlərindən irəli gələrək həmin nasosun quraşdırıldığına görə vurulmuş zərərin əvəzinin ödənilməsi istehlakçıdan tələb etmişdir. Məhkəmə belə qənaətə ki, istehlakçının müraciətlər etməsinə baxmayaraq qaz təchizatı müəssisəsi onu tələbatına uyğun qaydada nominal dəyərli qazla təmin etməməklə zərərin yaranmasına xeyli həcmdə şərait yaratmışdır. Yəni, 2203.20 manat ziyanın yaranmasının kökündə zərəri müəyyən edən şəxsin laqeyd davranışı dayanmışdır. Odur ki, zərərin həcmi müəyyən edilərkən onun bu davranışının nəzərə alınması mütləqdir və zərərin məbləği buna mütənasib olaraq azaldılmalıdır. Bu məsələ qanunvericiliklə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 2203.20 manatın 1652,45 (min altı yüz əlli iki manat qırx beş qəpik) manat hissəsi istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 1652,45 (min altı yüz əlli iki manat qırx beş qəpik) manat borc İddiaçı hesabından silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-406/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-406/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver