Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-41/2021 08.02.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası və X2 İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 Şəmkir RQİİ-nə müəyyəndəşdirilmiş dəymiş ziyan məbləğinə görə 46711 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edəsiniz. xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağstafa rayonunda yerləşən X1 adına Şəmkir RQİİ-də qeydiyyatda olan obyektdə - “istixana”da quraşdırılmış G-100 markalı 77057167 nömrəli qaz sayğacında impuls ötürücünün qulaqcığı qırıq və yuvasından aralı vəziyyətdə aşkar olunmaqla, göstəricilər arasında fərq və xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən arxiv məlumatları ilə korreksiya olunmamış 1336 m3 qaz sərfi qeydə alınmaqla, eləcə də elektron göstəricinin V1 mexaniki göstəricidən 161 613 m3 azlığı aşkarlanmaqla müdaxilə edilmişdir. Bu fakt barədə İddiaçı İB-nin mütəxəssisləri və cavabdehin nümayəndəsinin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə edildiyi üçün 233555 m3 təbii qaz sərfi, yəni 46 711,00 manat (qırx altı min yeddi yüz on bir manat 00 qəpik) dəymiş ziyan hesablanmışdır. Həmin ünvanda istehlak edilmiş təbii qaza görə yaranmış 12150 manat 60 qəpik borcla bağlı da müvafiq qaydada xəbərdarlıq olunmuş, sənədləşmələr aparılmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə tərəflərindən cavabdehə 01XN13HŞ-413 saylı xx.xx.2020-ci il tarixli borcun ödənilməsi haqqında pretenziya məktubu və müvafiq sənədləşmələr göndərilməsinə, qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq ödəniş tam təmin olunmamışdır. Belə ki, 12150 manat 60 qəpik debitor borc məbləği cavabdeh tərəfindən ödənilsə də qalan 46711 manatlıq dəymiş ziyan məbləğinin ödənişi barədə heç bir tədbir görülməmişdir. Hal-hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəflərindən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, vəsaitin məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. X5 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə elektron qaydada məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının rədd, onun iddia tələbini təmin edərək, qanunsuz olaraq yazılmış olan 46710 manat 60 qəpik pulun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı həmçinin ərizə verərək, iddianın təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı üzərinə qazın verilməsinin dayandırılmaması öhdəliyinin qoyulması və yeni istifadə etdiyi qaz sərfiyyatına görə edəcəyi ödənişlərin mübahisəli borcdan silinməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilənədək Ağstafa rayonu Ağköynək kəndində yerləşən X3 məxsus istixanaya təbii qazın verilməsinin dayandırılması “İddiaçı» İstehsalat Birliyinə qadağan edilmişdir. X5 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onun Qazax rayonu Ağköynək kəndi ərazisində özünəməxsus olan istixanası var ki, oranı əkib becərməklə, vergi ödəyicisi olaraq sahibkarlıqla məşğul olur. xx xxxxxx 2019-cu il tarixdə qazpaylayıcı ilə aralarında AMX-1010/19 saylı alqı-satqı müqaviləsi bağlayaraq, istixanasının qızdırılması üçün qazdan istifadə etməyə başlamışdır. Həmin müqavilə bağlandığı 2019cu il müvafiq ayınadək qaz sərfiyyatı üzrə 30.601,40 manat miqdarında qaz sərfiyyatı olmuş və həmin sərfiyyatın son qəpiyinədək ödəmişdir. 2019-cu ilin noyabr ayının 18-dən qazdan istifadə etməyə başlamışdır, növbəti ayda, yəni dekabr ayında 4.600 manat ödəniş etmişdir. O, rəsmi qaydada müraciət edərək bildirmişdir ki, ümumrespublika üzrə yaranmış olan problemlə əlaqədar olaraq qaz tənzimləyici ilə, qaz sayğacının yerlərinin dəyişdirilməsi məqsədəmüvafiq olardı. X8 Ağstafa Xidmət Sahəsinin işçiləri 20-25 dekabr aralığında gələrək qaz tənzimləyici ilə, qaz sayğacının yerlərinin dəyişdirilməsi prosesini aparmışlar. Tam işi yekunlaşdıra bilmədiklərindən səhəri gün gələcəklərini bildirmişdilər. Səhəri gün digər işçilər gələrək yaranmış olan problemi aradan qaldırmaq istəmişlər ki, onlara bildirmişlər ki, sayğacın elektron mexanizmi sıradan çıxmışdır. Onlar isə bunun hansı səbəbdən baş verməsini öyrəndikdə, bildirmişlər ki, massanın yerini səhv qoşduqda bu hal baş vermişdir. Bu hadisənin şahidləri, həmin istixanada işləyən işçilərdir. O elə həmin gün Ağstafa Xidmət Sahəsinə getmişdir ki, ona məxsus olan qaz sayğacının elektron mexanizmini işçiləri yandırmış, sıradan çıxarmışlar. Orada isə ona narahatçılığa heç bir səbəbin olmadığını, özləri tərəfindən bərpa edəcəklərini bildirmişdilər. O isə onlara inanmayaraq rəsmi ərizə ilə müraciət etmiş, yenə də heç bir müsbət nəticə əldə edə bilməmişdir. Hər dəfə Ağstafa Xidmət Sahəsinin müdiri Məzahir Hüseynova bildirdikdə ona cavab olaraq bildirmişdir ki, “sənin qazın verilir, Xidmət Sahəsinin işçiləri (aktda adları qeyd olunan) ona məxsus olan istixanaya gələrək, qaz sayğacına baxış keçirərək yoxlama aparmışlar. Özlərinin etmiş olduqları səhvi və ya qəsd nəticəsində əmələ gəlmiş olan çatışmazlığı (özləri bilə-bilə) akt tərtib edərək onun üzərində qoymağa çalışmışdılar. Həmin qaz sayğacını sökərək qablaşdırmadan aparmışlar. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbini qəbul etmir, çünki yuxarıda qeyd etdiyi kimi öz səhvləri nəticəsində sayğacda yaranmış olan nasazlığı, onun üzərində qoymaq istəyirlər. Həmçinin onun istifadə etmiş olduğu qaz sərfiyyatına görə 45.632 manat miqdarında ödəniş etmişdir. Əgər o qaz sayğacına müdaxilə etmiş olsaydı onda nə üçün ödəniş etmişdir, əgər ödəniş edirdisə bəs nə üçün qaz sayğacına müdaxilə etmişdir. Qaz sayğacının üzərində olan plombun salamat olması ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin məhkəməyə vermiş olduğu iddianın əsassız olduğundan xəbər verir. Həm də X8 Ağstafa Xidmət Sahəsinin qaz nəzarətçisi hər ay onlara sayğacın göstəricisinə uyğun olaraq bildiriş vermiş və o da həmin bildirişə uyğun olaraq qaz sərfiyyatı ilə bağlı olan sərfin pulunu ödəniş etmişdir. Əgər həmin sayğacın sınıq olmasını qaz nəzarətçisi görmürdüsə də, 6 aydan sonra yoxlama aparmaq üçün gəlmiş olan işçilər tərəfindən aşkar olunduğu ortaya çıxardı. O bu olanlarla bağlı Azərbaycan Respublikasının bütün güc strukturlarına rəsmi qaydada öz şikayətlərini etmişdir, çünki sahibkar olaraq onun hüquqları İddiaçı Ağstafa Xidmət Sahəsinin işçiləri tərəfindən kobud şəkildə pozulmuşdur. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının rədd, onun iddia tələbinin təmin edilərək, qanunsuz olaraq yazılmış olan 46.710 manat 60 qəpik pulun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, sayğac dövlət yoxlamasına aparılan zaman yoxlama aparılmış və qüsur aşkar edilmişdir. Mexaniki göstərici ilə elektron göstərici arasında fərq olmuşdur. İmplus xətti yuvadan çıxarılmışdır. İmplus xəttində tutulma olduğundan məlumat ekranda göstərilməmişdir. Sayğac yalnız 1336 m3 qaz sərfiyyatını qeydiyyata almışdır. Laboratoriya rəyində göstərilir ki, sayğacda korreksiya olunmamış qaz həcmi mövcud olmuşdur. Sayğacın ekranında olan saatın dişləri sınıq vəziyyətdə olmuşdur. Dəymiş ziyanın məbləği müəyyən edilmiş, cavabdehə pretenziya məktubu göndərilərək dəymiş ziyanın ödəmilməsi tələb edilmişdir. Sayğac istixanadan kənarda qaz paylayıcı stansiyada yerləşir. Qaz paylayıcı stansiya X10 balansındadır və onların nümayəndələri tərəfindən mühafizə edilir. Həmin ərazi üzrə bütün istixanalara aid sayğaclar qaz paylayıcı stansiyada yerləşir və mühafizə edilir. Sayğac qutunun içində olmuşdur. Qüsur aradan qaldırandan sonra cavabdeh ödəniş həyata keçirmişdir. Qüsur aşkarlanmadığı üçün sayğac laboratoriya göndərilmişdir. Onlar bildirişləri elektron göstəriciyə əsasən vermişlər. İmpuls göstərici xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixə qədər hesabatı qeydiyyata alınmamışdır. Cavabdehin sayğaca müdaxilə etməsi barədə heç bir sübutları yoxdur. Lakin, sayğacın az qeydiyyat aparması abonentin maraqlarına uyğundur. Bundan başqa, sayğaca görə məsuliyyəti cavabdeh daşıyır. Ona görə də, ilk iddianın təmin ediməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, qaz tənzimləyici ilə qaz sayğacının yerinin dəyişdirilməsi ilə bağlı İddiaçı İB-yə müraciət etmişlər. X8 Ağstafa Xidmət Sahəsinin işçiləri 20-25 dekabr aralığında gələrək qaz tənzimləyici ilə, qaz sayğacının yerlərinin dəyişdirilməsi prosesini aparmışlar. Tam işi yekunlaşdıra bilmədiklərindən səhəri gün gələcəklərini bildirmişlər. Səhəri gün digər işçilər gələrək yaranmış olan problemi aradan qaldırmaq istəmişlər ki, onlara bildirmişlər ki, sayğacın elektron mexanizmi sıradan çıxmışdır. Onlar isə bunun hansı səbəbdən baş verməsini öyrəndikdə, bildirmişlər ki, massanın yerini səhv qoşduqda bu hal baş vermişdir. Həmin yoxlama zamanı sayğac qablaşdırılmamış, pozuntuya yol verilmişdir. Sayğacdakı qüsur qaz idarəsinin işçilərinin təqsiri üzündən yaranmışdır. 6 ay ərzində bu fakt aşkar olunmamışdır. Bununla bağlı Şakir Nəsibov İddiaçı İB-yə müraciət etmişdir. Dəftərxanadan demişlər ki, ərizəniz qeydiyyatda alınmışdır. Yoxlama olan zaman reyestrdən çıxarış olmamışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Sayğac istixanadan 300-500 metr kənarda qaz paylayıcı stansiyada yerləşir və stansiyanı X10 nümayəndələri mühafizə edirlər. Ağstafa rayonu Qİİ-nin əməkdaşı Tural adlı şəxs cavabdehə demişdir ki, bu onların problemidir, ərizəni yazsın o qeydiyyata aldıracaqdır. Ancaq qeydiyyata aldırmamışdır. Vətəndaş özü nasazlığın aradan qaldırılması ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Cavabdeh hər ay sərfiyyatın haqqını ödəmişdir. Cavabdeh sayğaca heç bir müdaxilə etməmişdir. Ona görə də, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, xx xxxxxx 2019-cu il tarixdə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X3 məxsus Ağstafa rayonunda yerləşən istixananı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs Şakir Nəsibova məxsus istixanaya aid 77057167 №li sayğacın daxili çirkli olduğu aşkar olunmuşdur. İmplus ötürücüsünün qulaqcığı qırıqdır, görstəricilər arasında fərq vardır, implus ötürücüsü yuvadan aralı vəziyyətdədir. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən gündəlik arxivə əsasən maksimal mütləq təzyiq P= 2.44 bar, Pbaza=1,01325, Tbaza=200C, korreksiya olunmamış qaz həcmi 3190 m3, korreksiya olunmamış qaz həcmi 1336 m3 qeydə alınmışdır. Təzyiq borusu yoxlanılmış, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 161613 m3 az olduğu aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Ağstafa rayonu Ağköynək kəndində yerləşən fiziki şəxs Şakir Nəsibova (abonent kodu **********00056) məxsus istixanaya aid G-100 markalı sayğacın impuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 161613 m3 azdır.Təzyiq P=2.44 olduğunu nəzərə almaqla hesabat hesablanmış və nəticədə 233555 m3 yəni, 46711 manat məbləğində ziyan hesablanmışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi, 46711 manat qaz sayğıcında aşkar edilmiş qüsur nəticəsində qaz paylayıcısı tərəfindən hesablanmış dəymiş ziyan məbləğidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı Şakir Nəsibovun qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı, qaz sayğacının qaz paylayıcı təşkilatın aidiyyəti qurumu tərəfindən mühafizə olunan yerdə saxlanıldığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası təmin edilməməlidir. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia təmin edilməlidir. X3 (abonent kodu: **********00056) hesablamış 46710 manat 60 qəpik məbləğində borc cavabdeh İddiaçı tərəfindən silinməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası təmin edilməsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia təmin edilsin. X3 (abonent kodu: **********00056) hesablamış 46710 manat 60 qəpik məbləğində borc cavabdeh İddiaçı tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-41/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-41/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver