Məhkəmə qərarları › İş №e-2-2(115)-42/2021

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-42/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-42/2021 18.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh X5 və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair ilk iddiası və X5 İddiaçınə qarşı borcun silinməsi, qaz tənzimləyicisinin sayğacdan əvvələ qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X6 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış 88821 manat 50 qəpik vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçı – fiziki şəxs X10 arasında bağlanmış GA-439 saylı 07.09.2018-ci il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana” X15 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur. 01.03.2019-cu il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 84579 manat 70 qəpik borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq olunmuşdur. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə tərəfimizdən 01XN- 13HŞ-320 saylı 06.04.2020-ci il tarixli borcun ödənilməsi haqqında göndərilmiş pretenziya məktubunun icrası olaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamış, sonradan təbii qazdan istifadə edilməklə debitor borc məbləği artırılaraq 88821 manat 50 qəpik olmuşdur. Məbləğin ödənilməsi istiqamətində qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq bu barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hal-hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəfimizdən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, borcun məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. X10 İddiaçınə qarşı borcun silinməsi, qaz tənzimləyicisinin sayğacdan əvvələ qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ona artıq hesablanmış 88821 manat 50 qəpik məbləğində borcun silinməsi və qaz tənzimləyicisinin əvvəlki yerinə qaz sayğacından əvvələ qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə göndərərək, ümumi 189857 manat 30 qəpik borc məbləğinin 34457 manat hissəsinin X3, 155400 manat 20 qəpik hissəsinin isə Cavabdeh2 tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması ərizənin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, Azər Mehdiyev ilə Cavabdeh2 arasında icarə müqaviləsi bağlandığından, sonuncu icarəyə götürdüyü obyektdən istifadə edib qazın dəyərini ödəməyi öz öhdəsinə götürdüyündən onu cavabdeh qismində işə cəlb etmişlər. Cavabdehlərdən yalnız Azər Mehdiyevlə qazın alqı-satqısına dair müqavilə bağlanmışdır. Borc məbləğinin 34457 manat hissəsi X6, 155400 manat 20 qəpik hissəsi isə Cavabdeh2 aiddir. Ona görə də, ilkin iddia əsaslı sayılmalıdır. Qarşılıqlı isə əsassızdır. Mütəxəssis rəyindən göründüyü kimi, sayğacla tənzimləyicinin yerinin dəyişdirilməsi süni sərfiyyat axımına səbəb olmur. Azər Mehdiyevə aid tənzimləyicinin yeri sayğaca müdaxilə olunmaması üçün dəyişdirilmişdir. Sonrakı layihədə dəyişiklik olmuşdur. Tərəf özü pul ödəmiş, işçi layihə almışdır. Layihə 1 nüsxədə olduğu üçün tərəfin özündə olur. Ona görə də, iddianın təmin ediməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh X10 məhkəmə iclasında ilkin iddianı qəbul etdi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, iddianın ona aid 34557 manat hissəsini qəbul edir. Həmin borc sayğac üzrə hesablanmış borcdur. Sayğacın yerinin dəyişdirilməsi ilə bağlı hazırki vəziyyətə dair ona heç bir layihə verilməmişdir. Onda olan layihəyə əsasən əvvəl tənzimləyici, daha sonra sayğacın quraşdırılması nəzərdə tutulmuşdur. Ona görə də hər iki iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. X10 məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, İddiaçı İB tərəfindən ona qarşı qaldırılmış iddianı qəbul edir. Həqiqətən də həmin borcun 34457 manat hissəsi ona, qalan 155400 manat 20 qəpik hissəsi isə Cavabdeh2 aiddir. Belə ki, onunla Cavabdeh2 arasında 19.04.2019-cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən Şəmkir rayonu Qaralar kəndinə yerləşən ona məxsus 4.7703 ha torpaq sahəsinin 2.0 ha hissəsini cavabdehə kənd təsərrüfatı məhsullarının əkib-becərmək üçün icarəyə vermişdir. Müaviləyə əsasən cavabdeh icarəçi kimi öz təsərrüfatında istifadə etdiyi təbii qazın dəyərini də ödəməyi öz öhdəsinə götürmüşdür. Hər ikisinin istixanada istifadə etdikləri təbii qazın həcmi aylar üzrə dəqiq hesablamalar aparmaqla (istixananada mövcud olan aralıq sayğacın köməyilə) müəyyən edilmişdir. Cavabdeh2 istifadə etdiyi təbii qazın həcmi onun istixanada təsərrüfat işlərinə aparan etibarnamə üzrə nümayəndəsi X12 tərəfindən onun da iştirakı ilə aylar üzrə ayrıca qeyd edilmişdir. Həmçinin Cavabdeh2 borcunun müəyyən edilməsi məqsədilə onun, X11 və istixanada fəhlə kimi işləyən X8 iştirakı ilə 2019-2021-ci illər ərzində qaz sərfiyyatı və yaranmış borcunun məbləği barədə aktlar tərtib olunmuşdur. Həmin aktlar Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Ağavaşlı kənd icra nümayəndəsinin iştirakı ilə tərtib olunmuş və möhürlə təsdiq olunmuşdur. Həmin aktlar da Cavabdeh2 155400 manat 20 qəpik qaz sərfiyyatına görə borcunun olmasını təsdiq edir. O dəfələrlə Cavabdeh2 borcunun ödənilməsini tələb etsə də hazırki vaxta qədər ödəməmişdir. O, həmçinin bir illik bağlanmış icarə müqaviləsinin müddətinin uzadılması barədə ona qarşı iddia qaldırmış həmin iddiası təmin olunmamışdır. Daha sonra o qaz borcunun ödənilməməsi səbəbindən Cavabdeh2 qazın verilməsini dayandırdığına görə ona qarşı yeni iddia qaldırmış, müqavilənin müddətinin uzadılması, dəymiş maddi ziyanın ödəniləsi və əkinə maneənin aradan qaldırılması tələbi irəli sürmüşdür. Həmçinin iddianın təmin tədbiri kimi istixanaya qazın və işığın verilməsinin dayandırılmasının ona qadağan edilməsini tələb etmişdir. Şəmkir rayon Məhkəməsinin qərardadı ilə ərizəsi təmin edilmiş və ona qazın və elektrik enerjisinin verilməsinin dayandırılması qadağan edilmiş və qətnamə ilə iddiası qismən təmin edilməklə onun tərəfindən Cavabdeh2 əkin işləri aparılmasına yaradılmış maneənin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamə və qərar əsasında Cavabdeh2 bu günə qədər təbii qazdan istifadə etmişdir. Daha sonra o Cavabdeh2 qarşı icarə müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir rayon Məhkəməsinin qətnaməsi ilə iddiası təmin edilməmişdir. Lakin Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Şəmkir rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiası təmin edilmiş və icarə müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Həmin məhkəmə qərarları iş materiallarına əlavə olunması üçün təqdim olunmuşdur. Cavabdeh2nm borcunun yaranma mexanizmi aşağıdakı şəkildədir: Cavabdeh2 borcun 78865 manatını 10.10.2019-cu il tarixdə Gəncə şəhər 1 saylı Notariat Kontorunda ərizə imzalamaqla etiraf etmişdir. Həmin borcdan 23000 manat ödəmiş, 55865 manat isə qalmışdır. Daha sonra onun qaz sərfiyyatı 2019-cu ilin dekabr ayı üzrə 10736 manat, 2020-ci ilin yanvar ayı üzrə 20669 manat, fevral ayı üzrə 26861 manat, mart ayı üzrə 21696 manat 20 qəpik, aprel ayı üzrə 8591 manat, may ayı 2670 üzrə manat, cəmi 91223 manat 20 qəpik olmuş, həmin borcdan 58266 manat ödəmiş, 32957 manat 20 qəpik isə qalmışdır. Daha sonra onun qaz sərfiyyatı 2020ci ilin dekabr ayı üzrə 13102 manat 20 qəpik, 2021-ci ilin yanvar ayı üzrə 23981 manat, fevral ayı üzrə 20199 manat, mart ayı üzrə 16753 manat, aprel ayı üzrə 17043 manat, cəmi 91078 manat 20 qəpik olmuşdur. Həmin borcdan isə 24500 manat ödəmiş, 66578 manat 20 qəpik qalmışdır. Həmin qalıq borcların cəmi isə iddiaya uyğun olaraq 155400 manat 20 qəpik təşkil edir. Borcla bağlı qeyd olunan yuxarıdakı məbləğlər məhkəməyə təqdim edilmiş aktlarla da təsdiq olunur. Qətnamə qəbul edərkən yuxarıda qeyd olunan xüsusatların nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh X5 nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ilkin iddianı qismən qəbul etdi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, verilmiş iddianın Azər Mehdiyevə aid 34557 manat hissəsini qəbul edirlər. Azər Mehdiyev borcun ödənilməsi üçün dəfələrlə Cavabdeh2 müraciət etmiş, lakin sonuncu borcu ödəmək əvəzinə məhkəmədə əsassız iddialar qaldırmışdır. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdeh Azər Mehdiyevin, onun nümayəndəsinin izahatlarını və mütəxəssisin rəyini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında mütəxəssis qismində çıxış edən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsi X9 04 avqust 2021-ci il tarixli AERA-22-645/21 nömrəli mütəxəssis rəyində göstərilənləri təsdiq edərək əlavə olaraq bildirdi ki, tənzimləyicinin əvvəl və ya sonrada olması sərfiyyata heç bir təsir göstərə bilməz. Tənzimləyici sayğacdan sonra quraşdırılsa belə, sərfiyyat sayğacdan keçən qazın həcminə görə hesablanır. Əvvəl sayğacın və ya tənzimləyicinin quraşdırılmalı olması qanunvericiliklə tənzimlənmir. Bu hal, işçi layihədə öz əksini tapır. Layihə isə abonent tərəfindən müəyyənləşdilir. Hazırki iş üzrə layihədə tənzimləyicinin sayğacdan əvvələ quraşdırılması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş 07 sentyabr 2018-ci il tarixdə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X6 məxsus Şəmkir rayonu Qaralar kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, abonent X10 31 mart 2020-ci il tarixə 94359 manat 90 qəpik məbləğində təbii qazdan istifadəyə görə abonentin borcu olduğunu təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş 18.08.2021-ci il tarixli abonentin saldosundan görünür ki, X5 təbii qazdan istifadəyə görə borcu 189857 manat 30 qəpik təşkil edir. İş materiallarına əlavə olunmuş 19.04.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, X10 özünə məxsus Şəmkir rayonu Qaralar kəndində yerləşən ümumi sahəsi 47703 ha torpaq sahəsindən 2.0 ha torpaq sahəsini kənd təsərrüfatı məhsulları əkibbecərmək üçün Cavabdeh2 icarə haqqı hər ay üçün 300 manat olmaqla icarəyə vermişdir. İcarə müqaviləsinin 12-ci bəndində kommunal xidmətlərdən (elektrik, qaz, su istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqlarını ödəmək icarəçinin vəzifələrinə aid edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə şəhəri 1 saylı notariat ofisində 10.10.2019cu il tarixdə təsdiqlənmiş Cavabdeh2 ərizəsindən görünür ki, Cavabdeh2 Şəmkir rayonu Qaralar kəndi ərazisində yerləşən 2.0 ha istixanada mövsümə uyğun olaraq pomidor və xiyar əkib becərmiş. Həmin məhsulların becərilməsi üçün Talıbova X4 Azər Mehdi oğlu ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən təbii qazdan istifadə etmişdir. İddiaçı X1 Azərin adına yaranmış 89637 manat 70 qəpik borcun 78865 manat hissəsi onun borcudur. Həmin borcu ödəməyi öz öhdəsinə götürmüşdür. Yaranmış borc üzrə məhkəmə predmeti yaranarsa məsuliyyəti tam üzərinə götürəcəkdir. İş materiallarına əlavə edilmiş Şəmkir rayonu, Qaralar kəndi ərazisində yerləşən X6 məxsus qeyri-yaşayış sahəsinin (istixana) qaz təchizatı barədə işçi layihəsində qaz tənzimləyicisinin qaz sayğacından əvvələ quraşdırılması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə Filialının 04 avqust 2021-ci il tarixli AERA- 22-645/21 nömrəli mütəxəssis rəyindən görünür ki, vətəndaş X6 məxsus obyektin (İstixananın) qazlaşması İddiaçı İB-nin verdiyi 18.12.2013-cü il tarixli 17989 nömrəli texniki şərtinə əsasən №17889(D) sifariş nömrəli işçi layihəsi əsasında aparılmışdır. Lakin vətəndaşın müraciəti əsasında İddiaçı İB-nin verdiyi 12.07.2016-cı il tarixli 1031 nömrəli texniki şərtə əsasən layihədə dəyişiklik aparılaraq obyektin qaz sərfində azalma qeyd edilmişdir. İşçi layihəsində 4 ədəd (2000000 k.kal) su qızdırıcı qazanların quraşdırılması nəzərdə tutulmuşdur. Hər bir qurğunun qaz sərfiyyatı 250 m3/saat olmaqla ümumi qaz sərfiyyatı 10.000 m3/saat təşkil edir. Layihənin ilkin texniki şərtinə əsasən qaz təchizatının mənbəyi Alabaşlı QPS-da olan D=219 mm-lik yerüstü orta təzyiqli kollektordan qəbul edilmişdir. Texniki şərtə əsasən birləşmə nöqtəsində təzyiq 2.0 bar, obyektə tələb olunan təzyiq 1.0 bar olması qeyd olunmuşdur. Həmçinin işçi layihəsinin plan sxem hissəsində РДУК2-100 tipli qaz tənzimləyici avadanlıq mənbədə sayğacdan əvvəl quraşdırılması nəzərdə tutulmuşdur. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilmişdir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Obyektin qaz təzyiqini sabit saxlamaq məqsədi ilə quraşdırılan РДУК2-100 tipli qaz tənzimləyici avadanlıq sənaye qaz qurğularının sərfini ölçmək üçün nəzərdə tutulan qaz sayğacından əvvəl və ya sonra quraşdırılması istifadə edilmiş qazın sərfiyyatına təsir göstərməmişdir. «İstehlakçıların müdafiəsi haqqında» 19.09.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü maddəsinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 5.6-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı İB ilə cavabdeh X10 arasında 07 sentyabr 2018-ci il tarixli qazın alqı-satqına dair müqavilə bağlanmış, X5 təbii qazdan istifadə etməsi nəticəsində 34457 manat məbləğində borcu yaranmış, lakin borclu öhdəliyini yerinə yetirməyərək borcunu ödəməmişdir. X5 həmin məbləğdə borcu qalması aşkardır və Azər Mehdiyev tərəfindən etiraf olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, digər Cavabdeh2 İddiaçı İB qarşısında heç bir öhdəliyi yoxdur. Belə ki, İddiaçı İB ilə digər Cavabdeh2 arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmamış, sonuncunun qazdan qanunsuz olaraq istifadə etməsi nəticəsində iddiaçıya ziyan vurması təsdiq edilməmişdir. Belə olan halda, ilk iddianın borcun digər Cavabdeh2 tutulması hissəsi təmin edilə bilməz. Qarşılıqlı iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mütəxəssis rəyinə əsasən qaz tənzimləyicisinin qaz sayğacından əvvəl və ya sonra quraşdırılması istifadə edilmiş qazın sərfiyyatına təsir göstərmədiyindən, bununla da, süni sərfiyyat artımına səbəb olmadığından, qarşılıqlı iddianın borcun silinməsi hissəsi əsaslı sayıla bilməz. Bununla yanaşı məhkəmə hesab edir ki, Azər Mehdiyevə verilmiş işçi layihədə qaz tənzimləyicisinin sayğacdan əvvəllə quraşdırılması nəzərdə tutulsa da, qaz paylayıcısı tərəfindən layihəyə zidd olaraq qaz cihazlarının yeri dəyişdirildiyindən, həmin cihazların layihəyə uyğun olaraq yerləşdirilməsi İddiaçı İB tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, 34457 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X3 İddiaçı xeyrinə tutulmalı, ilk iddianın qalan hissəsi təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Şəmkir rayonu Qaralar kəndində yerləşən X6 məxsus istixanaya aid qaz tənzimləyicisinin qaz sayğacından əvvələ quraşdırılması İddiaçınə həvalə edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. 34457 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X3 İddiaçı xeyrinə tutulsun. İlk iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Şəmkir rayonu Qaralar kəndində yerləşən X6 məxsus istixanaya aid qaz tənzimləyicisinin qaz sayğacından əvvələ quraşdırılması İddiaçınə həvalə edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar