Məhkəmə qərarları › İş №e-2-2(115)-420/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-420/2020

14.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-420/2020 14.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı ziyanın ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MTK-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən qanunsuz olaraq sökülmüş tikilinin yerində-ünvan 1 ünvanında bərpa edilməsi, vurulan 150 000 manat məbləğində maddi ziyanın, 50 000 manat məbləğində mənəvi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 200.030 manat məbləğin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçının vəkili Vəkil tərəfindən məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edilərək cavabdehlər Cavabdeh2 MTK və Cavabdeh1 MTK tərəfindən müəssisənin sökülməsinə görə 90 525 manat, müəssisədə söküntü vaxtı götürülmüş və ya tikili ilə birlikdə sökülmüş əşyalara görə 50 000 manat, əldən çıxmış faydaya münasibətdə 50 000 manat məbləğində maddi zərərin, işgüzar nüfuza vurulmuş zərərə görə 50 000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 240 525 manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,xx.xx.1995-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Adilxan Ziyatxanov küçəsi, 38A ünvanında “İddiaçı" Kiçik Müəssisəsi təsis edilmişdir. Obyektin sahəsi ümumilikdə 241.4 kv.m olmuşdur. Müəssisə tikiş işi üzrə fəaliyyət göstərmiş və işlərin görülməsi üçün bütün alət və avadanlıqlarla təchiz olunmuşdur. Bir müddət sonra isə müəssisənin fəaliyyəti zəifləmiş və 2006-cı ildən fəaliyyətini dayandırmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə müəssisənin yerləşdiyi ərazinin yaxınında yerləşən Nizami Aydın adına 18 saylı orta məktəbin təmir-bərpa işləri zamanı söküldüyü məlum olmuşdur. Həmin məktəbin təmir-bərpa işlərini isə cavabdeh “Cavabdeh1" MMC və digər cavabdeh “Cavabdeh2" MTK tərəfindən görülmüşdür. Göründüyü kimi cavabdehlər “Cavabdeh1" MMC və Cavabdeh2 MTK tərəfindən “İddiaçı" Kiçik Müəssisəsinin mülkiyyət hüquqları pozulması nəticəsində müəssisəyə külli miqdarda ziyan dəymişdir. Ona görə də müəssisəyə vurulmuş ziyanın ödənilməsi təmin edilməlidir. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi əsassızdır, Belə ki, Cavabdeh1 MMC ünvan 3 ünvanında yerləşən 18 saylı məktəbin təmir-tikinti işlərini 2019-cu ildə X6 sifarişi və tərəflərin podrat müqaviləsi əsasında aparmışdır. Cavabdeh1 MMC Gəncə şəhəri 18 saylı məktəbin ərazisində işlər görərkən iddiaçının qeyd etdiyi müəssisəyə məxsus olan binanı sökməmiş, müəssisəyə aid olan əşyalar və avadanlıqları məhv etməmişdir. Odur ki, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 MTK məhkəməyə məktub ünvanlayaraq iş üzrə cavabdehlik daşımadıqlarını bildirmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçı tərəfin vəsatəti əsasında məhkəməyə şahid qismində çağırılan X2 xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında X4 ifadə verərək bildirmişdir ki,Gəncə şəhəri Nizami Aydın adına 18 saylı orta məktəbdə təmir tikinti işləri aparılarkən fəhlə kimi işləmiş,sonradan isə həmin məktəbdə dalandar işləmiş,həmin ərazidə işlədiyi müddətdə yalnız məktəbə aid tiklilərdə iş aparılmışdır. Başqa şəxsə məxsus binanın sökülməsi barədə məlumatı yoxdur. İddiaçı tərəfin vəsatəti əsasında məhkəməyə şahid qismində çağırılan X3 xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, 12 ildir ki, Gəncə şəhəri Nizami Aydın adına 18 saylı orta məktəbdə təsərrüfat müdiri işləyir, həmin məktəbdə Cavabdeh1 tərəfindən təmir işləri aparılmışdır. İşlədiyi dövrdə məktəbin ərazisində İddiaçınə məxsus bina və ya avadanlıqlar olmamışdır. Həmin ərazidə təmir tikinti işləri yalnız məktəbə aid binalarda və ərazidə aparılmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Müstəqil məhkəmə ekspertizası”nın ekspert rəyinin nəticə hissəsində müəyyən olunmuşdur ki, “Google Earth” proqramından 2018-2019-cu illər üzrə çıxarılmış foto görüntüləri, tikiliyə dair verilmiş pasportda olan texniki göstəriciləri nəzərə alaraq, ekspert iş təcrübəsinə və tikinti norma və qaydalarının tələblərinə uyğun olaraq nəzəri yolla ünvan 1 ünvanında yerləşən sahəsi 241.4 kv.metr olan İddiaçı sökülməsi nəticəsində dəymiş ziyanın məbləği 90.525 manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 241.4 kv.metr olan obyekt xüsusi mülkiyyət hüquqi ilə İddiaçınə məxsusdur. Obyektin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətidir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Gəncə şəhər X7 Aydın adına 18 nömrəli tam orta məktəbin xx xxxxxxxx 2020-ci il tarixli, 281 nömrəli məktubundan göstərilir ki, 2019-cu ildə X6 təşəbbüsü ilə məktəb və məktəbin ərazisində əsaslı təmir işləri aparılarkən qeyd olunan sexin nə binası nə də avadanlığı olmamışdır. xx xxxxx 2019-cu il tarixli podrat müqaviləsinin surətindən görünür ki, sifarişçi X11 ilə podratçı Cavabdeh1 MMC arasında müqavilə bağlanmış və podratçı Gəncə şəhəri Nizami Aydın adına 18 saylı orta məktəbin təmir və tikinti işlərinin aparılması öhdəliyini üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğunu və həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnmir. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasının cavabdehlərin təqsirli hərəkəti nəticəsində sökülməsi sübutlarla təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş üzrə çıxarılacaq qətnamənin Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquq və vəzifələrinə təsir etməyəcəyi səbəbindən həmin orqan üçüncü şəxs qismində işə cəlb edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5, 216-220, 222 və 360-cımaddələrinirəhbərtutaraqməhkəmə, Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı cavabdehlər tərəfindən müəssisənin sökülməsinə görə 90.525 (doxsan min beş yüz iyirmi beş), müəssisədə söküntü vaxtı götürülmüş və ya tikili ilə birlikdə sökülmüş əşyalara görə 50.000 (əlli min), əldən çıxmış faydaya münasibətdə 50.000 (əlli min) manat məbləğində maddi zərərin, işgüzar nüfuza vurulmuş zərərə görə 50.000 (əlli min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 240.525 (iki yüz qırx min beş yüz iyirmi beş) manat məbləğində pulun cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə iddası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar