Məhkəmə qərarları › İş №e-2-2(115)-44/2020

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-44/2020

10.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-44/2020 10.02.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X2 iclas katibliyi, cavabdeh «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın və icra vərəqəsinin ləğv edilməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın və icra vərəqəsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC nəzarət X4 İdarəsinin əməkdaşları tərəfindən ona məxsus Göygöl şəhəri, Bakı-Şəmkir şossesinin sağ hissəsində yerləşən İlhamoğlu mərmər, qranit “Mərasim” daş sexində xx xxxxxxx 2019-cu il tarixdə tərtib edilmiş AKT NDQ № 006391 və bu aktla bağlı qəbul edilmiş icra vərəqəsinin ləğv edilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq , İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh«xxxx» ASC-nin nümayəndəsi X3 işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini və işin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «aktın və icra vərəqəsinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan həmin qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar