Məhkəmə qərarları › İş №e-2-2(115)-440/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-440/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-440/2020 29.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X7, cavabdeh X2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı borcun ödənilməsi tələbinə dair ilkin iddiası və X2 İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X5 qarşı cavabdehin Şəmkir RQİİ-nə istehlak edilmiş təbii qazın dəyərinə və müəyyənləşdirilmiş dəymiş ziyan məbləğinə görə ümumilikdə 85 595,70 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı ABB-nin 7 saylı İddiaçı şöbəsi, Kiod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azərqaz İB, VÖEN **********, İBA AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçıX6 arasında bağlanmış təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh X6 İddiaçı tərəfindən təbii qazla təchiz olunur. Şəmkir rayonunda yerləşən Abbaslı Şəhriyara məxsus istixanada quraşdırılmış G-400 markalı 80111244 nömrəli qaz sayğacına impuls ötürücüsünün qulaqcığı qırılmaqla göstəricilər arasında fərqin mövcudluğu, impuls ötürücüsünün yuvadan aralı vəziyyətdə olması, hesablayıcı mexanizmin plasmas qapağının çat olması, təzyiq həddinin aşılması nəticəsində korrektorun alarmrejiminə düşməsi, eləcə də alarm zamanı sərfiyyat Ps 5,25 bar ilə aparılması, elektron göstəricisinin V1 göstəricisindən 44 087 kub metr azlığı və arxivlərə əsasən elektron hissədə qaz həcminin nizamsız, fasilələrlə qeydə alındığı aşkarlanmaqla müdaxilə edilmişdir, bu fakt barəsində İddiaçı İBnin mütəxəssisləri və cavabdehin nümayəndəsinin iştirakı ilə xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasın cavabdeh tərəfindən qanunsuz istifadəsinə görə 29 185,40 manat dəymiş ziyan hesablanmışdır.xx.xx.2020-ci il tarixdə həmin ünvanda istehlak edilmiş təbii qaza görə yaranmış 56 410,30 manat borc da dəymiş ziyana əlavə edilməklə ümumilikdə 85 595,70 manat cavabdehin borcu yaranmışdır.Borcun ödənilməsinin məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasına riayət edilsə də cavabdeh tərəfindən borc ödənilməmişdir. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X9 oğlu məhkəmə iclasında izahat verərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş: xx xxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs S.Qəhrəmanova məxsus istixanada quraşdırılmış sayğaca baxış zamanı qaz sayğacına impuls ötürücüsünün qulaqcığı qırılmaqla göstəricilər arasında fərqin mövcudluğu, impuls ötürücüsünün yuvadan aralı vəziyyətdə olması, hesablayıcı mexanizmin plasmas qapağının çat olması, təzyiq həddinin aşılması nəticəsində korrektorun alarm rejiminə düşməsi, eləcə də alarm zamanı sərfiyyat Ps 5,25 bar ilə aparılması, elektron göstəricisinin V1 göstəricisindən 44 087 kub metr azlığı və arxivlərə əsasən elektron hissədə qaz həcminin nizamsız, fasilələrlə qeydə alındığı müəyyən olunmuşdur. xx xxxx 2020-ci il arixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, hesablayıcı mexanizmə müdaxilə səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 44 087 kub metr azdır, təzyiq P=3,31 bar olduğu nəzərə alınaraq hesablama 3.31x44087=145927 kub metr kimi aparılır və hesablanmış məbləğin ödənilməsi təmin olunması göstərilmişdir. Abonetin saldosundan görünür ki, abonent X2 akt üzrə 29.185.40 manat borcu vardır. xx.xx.2018-ci il tarixli, ASAN5/230 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı X6 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Məhkəmə ilkin iddia üzrə tələb olunan borcun 56410,30 manat hissəsini iş üzrə sübutlarla təsdiqini tapdığından əsaslı sayır. Məhkəmə qarşılıqlı iddia ilə mübahisələndirilən və akt üzrə hesablanmış 29.185.40 manat borcla bağlı qeyd edir ki, keçirilmiş yoxlama zamanı sayğacın hesablayıcı mexanizminin qulaqcıqlarının qırıq olması və aktda göstərilən digər halların istehlakçının təqsiri nəticəsində baş verməsi sübutlarla təsdiqini tapmır. Cavabdeh orqan xidməti vəzifəsindən irəli gələrək mövcud qaydalara əməl etmədən,vəziyyəti yetərincə araşdırmadan, yararlı və zəruri sübutları toplamadan, istehlakçının təqsirini müəyyən etmədən onun barəsində akt tərtib edərək üzərinə borc hesablamışdır. İşin bu halı da əhəmiyyətlidir ki, iş üzrə sənədlərdən göründüyü kimi sayğac xx.xx.2020 tarixdə xəttdən açılaraq yoxlamaq üçün götürülmüşdür və başqa sayğac i ilə əvəz olunmuşdur. Abonentin saldosundan görünür ki, sahibkar 2020-ci ilin fevral ayı ərzində 11.449 manat dəyərində, mart ayı ərzində isə 9738 manat dəyərində təbii qazdan istifadə etmişdir. Yəni, xüsusən də qış mövsümündə sayğacın düzgün işlədiyi vaxt ilə, İddiaçı İB tərəfindən onun düzgün işləmədiyi bildirilən ay müqayisə edildikdə sərfiyyatda kəskin artım müşahidə edilməli olduğu halda, bunun əksinə olaraq azalma olmuşdur. Məhkəmə onu da qeyd edir ki, qanunvericiliyin tələblərinə görə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməlidirlər. Hər bir yoxlama yalnız reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər və qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyin göstərilən tələblərinin cavabdeh tərəfindən təmin olunmasına dair işdə hər-hansı məlumat mövcud olmamış, apellyasiya məhkəməsi isə göstərilən hala qiymət verməmişdir. Halbuki, yoxlama nəticəsində hesablanmış borcun əsaslı olub olmamasının araşdırılmasına həmin yoxlamanın özünün qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığının yoxlanılmasından sonra başlanılmalıdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: - 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; - 2.3-ci maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; - 3.2.-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sadalanmış müddəaların mənasından bəlli olur ki, xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan qurum tərəfindən müəyyən edilmiş qaydada yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamaqla apardığı yoxlamalar nəticəsində hətta belə qanun pozuntusu müəyyən edilsə də, onların hüquqi nəticəsi, o cümlədən məsuliyyət tədbirləri tətbiq oluna bilməz. Müddəaların tələblərinin cavabdehin bildirdiyi dəlilə münasibətdə qiymətləndirilməsi onunla bağlıdır ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə münasibətləri yaranmış və həmin müqavilə üzrə tərəf olan cavabdeh qazdan istifadə ilə bağlı inhisarçı mövqe tutan hüquqi şəxs olduğundan, müqavilə şərtlərinin yerinə yetirilməsi ilə bağlı apardığı yoxlamalarla, baxışlarla bağlı istinad edilmiş qanunun müddəalarının tələblərinə riayət etməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə X1 97 543,60 manat borc məbləği və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə mübahisənin birlikdə həlli, prosessual qənaət baxımından qarşılıqlı iddianı icraata qəbul etməyi məqsədəuyöun saymışdır. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh X4 56410,30 (əlli altı min dörd yüz on manat otuz qəpik) manat borc tutularaq İddiaçı İB-nin ABB 7 saylı İddiaçı şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ.********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bankhesabına ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı tərəfindən hesablanmış 29185,40 (iyirmi doqquz min bir yüz səksən beş manat qırx qəpik) manat borc X2 abonenet hesabından silinsin. Ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar