Məhkəmə qərarları › İş №e-2-2(115)-442/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-442/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-442/2020 29.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı cavabdehin Şəmkir RQİİ-nə istehlak edilmiş təbii qazın dəyərinə və müəyyənləşdirilmiş dəymiş ziyan məbləğinə görə ümumilikdə 436 498,60 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı ABB-nin 7 saylı İddiaçı şöbəsi, Kiod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azərqaz İB, VÖEN **********, İBA AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçıX3 arasında bağlanmış təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh X3 İddiaçı tərəfindən təbii qazla təchiz olunur. Şəmkir rayonunda yerləşən Abbaslı Şəhriyara məxsus istixanada quraşdırılmış G-1000 markalı83045816 nömrəli qaz sayğacında təzyiq həddinin aşılması nəticəsində korrektorun alarm rejiminə düşməsi, eləcə də alarm zamanı sərfiyyatın Ps 5,25 bar ilə aparılması, elektron göstəricinin V1 mexaniki göstəricidən 20 732 kub metr azlığı aşkarlanmaqla müdaxilə edilmişdir, bu fakt barəsində İddiaçı İB-nin mütəxəssisləri və cavabdehin nümayəndəsinin iştirakı ilə xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasın cavabdeh tərəfindən qanunsuz istifadəsinə görə 21.7727 manat dəymiş ziyan hesablanmışdır. xx.xx.2020-ci il tarixdə həmin ünvanda istehlak edilmiş təbii qaza görə yaranmış 414 771,60 manat borc da dəymiş ziyana əlavə edilməklə ümumilikdə 436 498,60 manat cavabdehin borcu yaranmışdır. Borcun ödənilməsinin məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasına riayət edilsə də cavabdeh tərəfindən borc ödənilməmişdir. İddiaçının nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək ümumi borcdan 20.000 manat ödəniş edildiyini bildirərək iddia tələbininin qismən təmin olunmasını xahiş etmişdir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə əlavə edilmiş: xx xxxx 2020-ci il tarixli abonetin saldosundan görünür ki, abonent Abbaslı Şəhriyarın 416 498,80 manat debitor borcu vardır. xx.xx.2018-ci il tarixli, ASAN5/230 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı X3 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx xxxxx 2020-ci il tarixli, 01KN13HŞ-394 saylı pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Cavabdeh X3 məhkəmə iclaslarında iştirak etməmiş və iddia tələbində qeyd edilən borc məbləğini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə X1 416 498,80manat borc məbləği və 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 təbii qazdan istifadə nəticəsində yaranmış 416 498,80 (dörd yüz on altı min dörd yüz doxsan səkkiz manat səksən qəpik) manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı” İB-nin ABB 7 saylı İddiaçı şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ.********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar