Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-446/2020 06.10.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X7, cavabdeh “X11 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh “X11 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borc tələbinə dair ilkin iddiası və “X11 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “X11 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin Şəmkir RQİİ-nə istehlak edilmiş təbii qazın dəyərinə və müəyyənləşdirilmiş dəymiş ziyan məbləğinə görə ümumilikdə 94 126,50 manat vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı ABB-nin 7 saylı İddiaçı şöbəsi, Kiod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azərqaz İB, VÖEN **********, İBA AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra cavabdeh “X11 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi X6 məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək ilkin iddianın 73 457,60 manat borcun tutulması hissəsində rədd olunması, cavabdeh İddiaçı Şəmkir RQİİ-nin Şəmkir Xidmət sahəsinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii X4 pozulması haqqında xx xxxx 2020-ci il tarixli akt əsasında qanunsuz hesablanmış 73 457,60 manat məbləğində borcun “X11 Təsərrüfatı” MMC-nin hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunda yerləşən “X11 Təsərrüfatı” MMC-in təsisçisi X1 adına Şəmkir RQİİ-də qeydiyyatda obyektdə-istixanada quraşdırılmış G-400 markalı 80093066 nömrəli qaz sayğacına-sayğacın hesablayıcı mexanizmin qulaqcıqları qırılmaqla impuls ötürücüsünə vurulan qurğuşun plombun üzərində əzik izləri plombun siminin dartılması nəticəsində şteykerin asanlıqla açılması, elektron göstəricisinin V1 mexaniki göstəricidən 87242 kub metr azlığı və arxivlərə əsasən elektron hissədə qaz həcminin nizamsız fasilələrlə qeydə alındığı aşkarlanmaqla müdaxilə edilmişdir. Bu fakt barədə İddiaçı İB-nin mütəxəssisləri və cavabdehin iştirakı ilə xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən qazdan qanunsuz istifadə edildiyi üçün 367288 kub metr təbii qaz sərfi, yəni 73 457,60 manat ziyan hesablanmışdır.Əlavə olaraq xx.xx.2020-ci il tarixədək həmin ünvanda istehlak edilmiş təbii qaza görə yaranmış 20 668,90 manat borc məbləği dəymiş ziyana əlavə edilməklə cavabdehdən ümumilikdə Şəmkir RQİİ-nə ödənilməli 94 126,50 manat borc yaranmışdır. İddiaçının nümayəndəsi X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, abonentə məxsus sayğac onun istixanasına aid torpaq sahəsində yerləşir. Bundan istifadə edən təsərrüfat rəhbəri sayğaca mütəmadi olaraq müdaxilələr edir. Onun sayğaca müdaxiləsi labaratoriya yoxlaması ilə təsdiqini tapmışdır. Odur ki, ilkin iddia iddia tələbinin təmin edilməsini,qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili X8 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qaz sayğacı sahibkarın fəaliyyət göstərdiyi yerdə yerləşsə də ona heç bir müdaxilə edilməmişdir. İddiaçı İB öz itkilərini ört-basdır etmək üçün aktlar tərtib edir. Sayğac üzrə olan 20 267,60 manat borc əsaslı hesab edilir. Lakin yoxlama nəticəsində əbləğinin əsaslı, qalan hissənin isə əsassız olduğunu qəbul etdiklərini, ilkin iddianı qalan hissədə isə qəbul etmədiklərini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, ilkin iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. xx.xx.2017-ci il tarixli, 3220-10-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı İbrahimov Nazim isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx xxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ARDNŞ-nin İddiaçı İB-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 29/1040-00506 nömrəli akta əsasən X2 aid obyektdə yerləşən sayğacın hesablayıcı mexanizminin qulaqcıqları qırıqdır, impuls ötürücüsünə vurulan qurğuşun plombun üzərində əzik izləri vardır, impuls ötürücüsünə vurulan nömrəli plombun simi dartılıb, boş vəziyyətdədir. Dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, hesablayıcı mexanizmə müdaxilə səbəbindən elektron göstərici V1 mexaniki göstəricidən 87 242 kub metr az olmuş, təzyiq P=4,21 bar olduğu nəzərə alınsa hesab 4,21x87242=367288 kub metr aparılır və hesablanmış məbləğin ödənilməsi təmin olunmalıdır. xx xxxx 2020-ci il tarixli SS 29/1640-00506 nömrəli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında aktın surətindən görünür ki, sayğaca ilkin baxış zamanı daxilinin çirkli olduğu müəyyən edilmiş, mexaniki hissənin plasmas şəffaf qapağı açılmış, hesablayıcı mexanizmin qulaqcıqları qırıqdır, impuls ötürücüsünə vurulan qurğuşun plombun üzərində əzik izləri vardır, impuls ötürücüsünə vurulan plombun simi dartılıb, boş vəziyyətdədir, şteykeri asanlıqla açmaq olmuş, mexaniki hissə işlək vəziyyətdədir,elektron göstərici V mexaniki göstəricidən 87242 kub metr azdır. Həmin aktda göstərilir ki, sayğac xx.xx.2020-ci il tarixdə xətdən açılıb götürülmüşdür. Lakin xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən hesablama aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin hallarından göründüyü kimi ilkin iddia üzrə “X11 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 94.126,50 manat borc tələb olunur ki, onun 20 267,60 manat hissəsini sayğac üzrə olan borcdur. Həmin hissə ilkin iddia üzrə cavabdeh tərəfindən qəbul edilir. Borcun 73.467,60 hissəsi isə aparılmış müvafiq yoxlamanın nəticəsində müəyyən olunmuşdur. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, hesablayıcı mexanizmə müdaxilə səbəbindən elektron göstərici V1 mexaniki göstəricidən 87 242 kub metr az olmuş, təzyiq P=4,21 bar olduğu nəzərə alınsa hesab 4,21 x 87242=367288 kub metr aparılır. 367288 kub metr qazın dəyəri isə 73.467,60 manat təşkil edir. Məhkəmə cavabdeh tərəfinin borcun 20 267,60 manat hissədə etiraf etməsini nəzərə alaraq hesab edir ki, ilkin iddia həmin hissədə təmin olunmalıdır. Məhkəmə habelə qarşılıqlı iddiaya hüquqi qiymət verərkən qeyd edir ki, keçirilmiş təftiş zamanı sayğacın hesablayıcı mexanizminin qulaqcıqlarının qırıq olması, impuls ötürücüsünə vurulan qurğuşun plombun üzərində əzik izlərinin olması, impuls ötürücüsünə vurulan nömrəli plombun siminin dartılması, boş vəziyyətdə olması hallarının istehlakçının təqsiri nəticəsində baş verməsi digər sübutlarla təsdiqini tapmır. Cavabdeh orqan xidməti vəzifəsindən irəli gələrək mövcud qaydalara əməl etmədən,vəziyyəti yetərincə araşdırmadan, yararlı və zəruri sübutları toplamadan, istehlakçının təqsirini müəyyən etmədən onun barəsində akt tərtib edərək üzərinə əsassız olaraq borc hesablamışdır. Bundan başqa, abonentin saldosundan görünür ki, sahibkar müəssisə 2019-cu il ərzində cəmi 336.372 kub metr qaz sərf etmişdir. Lakin, qaz təhcizatı orqanı yoxlama nəticəsində xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən hesablama aparmaqla sayğacın düzgün işləməməsi səbəbi ilə 367.288 kub metr itirilmiş qaz müəyyən etmişdir. İşin bu halı da əhəmiyyətlidir ki, sayğac xx.xx.2019-cu il tarixdə növbəti dövlət yoxlamasından keçmiş və nasazlıq aşkar edilməmişdir. Abonentin saldosundan görünür ki, istehlakçı 2019-cu ilin yanvar-fevral ayları ərzində 113.402 kub metr, 2020-ci ilin yanvar və fevral ayları ərzində 97.588 kub metr qaz sərf etmişdir. Deməli 11% az sərfiyyat olmuşdur ki, bu, normal bir haldır. Yəni, xüsusən də qış mövsümlərində sayğacın düzgün işlədiyi aylar ilə, İddiaçı İB tərəfindən onun düzgün işləmədiyi bildirilən aylar müqayisə edildikdə sərfiyyatda kəskin fərq müşahidə edilməli olduğu halda, bu, olmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu 4.2.1-ci maddəsinə əsasən qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq yoxlamaların məqsəd və prinsipləridir. İddiaçı əməkdaları tərəfindən yoxlama həyata keçirilən zaman qanunvericiliyin bu prinsiplərinə əməl edilməmişdir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X4 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır, bir şərtlə ki, yoxlamaların vahid məlumat reyestrində qeydə alınsın, əks təqdirdə həmin yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu müddəa dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan İddiaçı də fəaliyyətinə şamil edilir və bu qaydanı pozmaqla aparılmış yoxlamanın hüquqi nəticəsi yoxdur. İşin faktiki hallarından görünür ki, İddiaçı əməkdaşları şəxsin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə iddiaçıya məxsus qeyri-yaşayış sahəsində qazdan istifadə qaydalarına riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyriyaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X4” və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmənin qənaətinə görə İddiaçı əməkdaşlarının sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə qaz uçotuna baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçməsini təsdiq edən sübut iş materiallarında mövcud olmadığından və belə bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, keçirilmiş yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 73.467,60 (yetmiş üç min dörd yüz altmış yeddi manat altmış qəpik) manat borc istehlakçının hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətindən 3275,90 manat borc məbləği və 30,40 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə mübahisənin birlikdə həlli, prosessual qənaət baxımından qarşılıqlı iddianı icraata qəbul etməyi məqsədəuyöun saymışdır. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İlkin iddia qismən təmin edilsin. Cavabdeh “X11 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətindən 20699,90 (iyirmi min altı yüz doxsan doqquz manat doxsan qəpik) manat borc tutularaq İddiaçı” İB-nin ABB 7 saylı İddiaçı şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ.********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bankhesabına ödənilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı tərəfindən hesablanmış 73.467,60 (yetmiş üç min dörd yüz altmış yeddi manat altmış qəpik) manat borc “X11 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin abonenet hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-446/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-446/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver