Məhkəmə qərarları › İş №e-2-2(115)-487/2023

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-487/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-487/2023 13.06.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı 19569 manat pul manat pul tələbinə dair kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 10000 manat məbləğin, 400 manat mediasiya xərci məbləğinin ümumilikdə 10400 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh MMC-dən 19169 manat məbləğin, 400 manat mediasiya xərci məbləğinin ümumilikdə 19569 manat pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sığortalı Maraqlı şəxs1 ilə "xxxx" ASC arasında sığorta müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən sığortalının sahibliyində olan Bərdə rayonu, Güloğlular kəndində ünvanında yerləşən daşınmaz əmlaka 20000 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2021-ci il tarixdə saat 08 radələrində Bərdə rayonu Güloğlular kəndində yerləşən, Cavabdeh MMC-yə məxsus ticarət mərkəzində yanğın hadisəsi baş vermiş, nəticədə ümumi sahəsi 13 ha olan ticarət mərkəzinin təxminən 2100 kv. metr sahəsində yerləşən geyim və digər malların satıldığı ticarət sahələri, eləcə də sığortalı Maraqlı şəxs1 məxsus satış üçün nəzərdə tutulmuş 10 000 manat məbləğində geyim və s. mallar yanğının təsirindən yanaraq məhv olmuşdur. Baş vermiş yanğın hadisəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə fakta görə FHN-nin Əməliyyat-İstintaq İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Fuad Məhərrəmov tərəfindən Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq ibtidai istintaqı aparılmışdır. xx.xx.2021-ci il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsindən həmin Məcəllənin 186.2.2-ci maddəsinə tövsif edilməklə istintaqın davam etdirilməsi məqsədilə aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2021-ci il tarixində cinayət işi üzrə icraat dayandırılmışdır. AZ/069293 saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) və AKTİ-Fİ-0020/2021/AKT3548/21 saylı sığorta aktına əsasən 400 manat azadolma məbləği çıxıldıqdan sonra 10000 manat məbləğində sığorta ödənişi sığortalı Maraqlı şəxs1 ödənilmişdir. Sığortalı hesablanılmış zərər məbləği və sığorta ödənişi ilə razılaşdıqdan sonra sığorta aktını imzalamış, sığorta ödənişi həyata keçirilmiş və bununla da bütün iddia və tələblərini sığorta qanunvericiliyinə əsasən "xxxx" ASC-yə sessiya etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və izahat verərək bildirmişdir ki, sığorta şirkəti tərəfindən Cavabdeh MMC-də baş vermiş yanğınla bağlı Maraqlı şəxs1 sığorta ödənişi verilib və subroqasiya hüququndan istifadə edilərək bazara qarşı iddia qaldırılmışdır. Cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, qeyd edilən yanğın hadisəsi ekpert rəyində başqa şəxs tərəfindən törədildiyi qeyd edilmişdir. X1 Nazirliyinin müstəntiqi tərəfindən qeyd edilən yanğın hadisəsinin kənar şəxs tərəfindən törədilməsi müəyyən olunmuş icinayət işi aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilmiş, təqsirləndirilən şəxs müəyyən edilmədiyindən cinayət işinin icraatı dayandırılmışdır. Cavabdeh MMC-nin hansı əsasla cavabdeh qismində qoyulması məlum deyildir. Yanğın hadisəsinin törədilməsində Cavabdeh MMC-nin təqsiri olmadığından iddia tələbi əsassızdır və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2020-ci il tarixli AZ/069293 saylı şəhadətnamədən görünür ki, Maraqlı şəxs1 Bərdə rayonu, Güloğlular kəndində yerləşən ticarət mərkəzinin (ayaqqabı mağazasının) yanğından və digər risklərən sığorta şəhadətnaməsi verilmişdir. AZ/069293 saylı əmlakın yanğından və digər əlavə risklərdən sığortası şəhadətnaməsi üzrə 1 nömrəli qoşma olan “Sığorta məbləğinin bölgüsü”ndən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən daşınmaz əmlaka 20 000 manat məbləğində yanğın və digər risklərdən sığorta təminatı verilmişdir. xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, icarəyə verən-Cavabdeh MMC özünə məxsus Bərdə rayonu, Güloğlular kəndi ünvanında yerləşən ticarət mərkəzinin sahəsi 24 m2 olan ticarət obyektini bə bu müqavilənin ayrılmaz hissəsi olan təhvil-tsəlim aktında göstərilən inventarları icarəçiyə bu müqavilənin şərtləri daxilində 1 il müddətinə icarəyə verir. İcarəçi də öz növbəsində həmin müddətdə icarəyə verənə məxsus əmlakı və təhvil-tsəlim aktında göstərilən inventarları icarəyə götürür. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən icarəyə götürdüyü sahədə yanğın təhlükəsizliyinə, elektro texniki qaydalara və təhlükəsizlik qaydalarına icarəçi məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli 6/2222 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərilərində “(25) 88 nömrəli mağazadan götürülmüş (3-cü sıra)” mətnli yazıları olan polietilen bağlamadakı termiki təsir nəticəsində yanmış qalıqların, “(26) 88 №-li mağazadan götürülmüş (3-cü sıra)” mətnli yazıları olan polietilen bağlamadakı terrniki təsirə məruz qalmış kafel qırıqlarının, “(24) 97 №-li mağazadan (3-cü sıra) götürülmüş” və “(22) 98 №-li mağazadan (3-cü sıra) götürülmüş” mətnli yazıları olan polietilen bağlamalardakı kömür nümunələrinin, “(23) 98 №-li mağazadan (3-cü sıra) götürülmüş" mətnli yazıları olan polietilen bağlamadakı ~15-20sm -lik yarıyanmış taxta nümunəsinin, “(9) 103 №-li mağazanın daxilindən götürülmüş” mətnli yazıları olan polietilen bağlamadakı yarıyanmış parça kəsiyinin, “(10) 103 №-li mağazanın daxilindən və xaricindən götürülmüş” mətnli yazıları olan polietilen bağlamadakı termiki təsirə məruz qalmış kafel qırıqlarının, "(11) 104 №-li mağazanın daxilindən götürülmüş” və “(8) 113 №-li mağazanın daxilindən” mətnli yazıları olan polietilen bağlamalardakı yarıyanmış parça kəsiklərinin, “(16) 113 №-li mağazanın qarşısından (4-cü keçid yolundan) götürülmüş” mətnli yazıları olan polietilen bağlamadakı yanmış qalıqların, “(17) 113 №-li mağazanın qarşısından (4-cü keçid yolundan) götürülmüş” mətnli yazıları olan polietilen bağlamadakı kömür qalıqları olan polietilen bağlamadakı 70 sm -lik yarıyanmış oduncaq hissəsinin, “(15) 113 №-li mağazanın qarşısından (4-cü keçid yolundan) götürülmüş” mətnli yazıları olan polietilen bağlamadakı kömür qalıqlarının "(18) 113 №-li mağazanın qarşısından (4-cü keçid yolundan) götürülmüş” mətnli yazıları olan polietilen bağlamadakı 50 sm -lik yarıyanmış taxta nümunəsinin, "(3) 114 №-li mağazanın daxilindən və xaricindən götürülmüş” mətnli yazıları olan polietilen bağlamadakı terrniki təsirə məruz, qalmış kafel qırıqlarının, “(6) 114 №-li mağazanın daxilindən götürülmüş” və “(4) 114ün daxilindən götürülmüş” mətnli yazıları olan polietilen bağlamalardakı yarıyanmış parça kəsiklərinin, “(13) 114 №-li mağazanın qarşısından (4-cü sıra) götürülmüş” mətnli yazıları olan polietilen bağlamadakı yarıyanmış taxta hissələrinin “(14) 113-114 №-li mağazanın qarşısından (4-cü sıranın keçid yolundan) götürülmüş” mətnli yazıları olan polietilen bağlamadakı 45 sm-lik yarıyanmış taxta hissəsinin üzərlərində neft məhsullarına məxsus izlər yoxdur. Təqdiqata təqdim olunmuş üzərlərində (12) 104 №-li mağazanın daxilindən və xaricindən götürülmüş, (7) 113 №-li mağazanın daxilindən və xaricindən götürülmüş və (5) 114 №-li mağazanın daxilindən və xaricindən” mətnli yazıları olan polietilen bağlamalardakı termiki təsirə məruz qalmış kafel qırıqlarının üzərlərində neft məhsullarına məxsus izlər vardır. xx.xx.2021-ci il tarixli 10/2314 nömrəli ekspert rəyindən görünür ki, Bərdə rayonu, Güloğlular kəndində yerləşən Cavabdeh MMC-yə məxsus ticarət mərkəzində yaranmış yanğın izlərinin nisbi dərəcəsinə görə, baş vermiş yanğının mənbəyi ticarət mərkəzinin “Depozit” adlanan sahəsinin 4-cü sırasında yerləşən 113-114 nömrəli mağazanın qarşısında olmuşdur. Hadisənin baş vermə şəraitini, cinayət işində olan məlumatları nəzərə almaqla təqdim olunmuş elektrik naqillərinin üzərində qısaqapanma izlərinin olmadığına, yanğın ilkin aşkar olunmuş sahədən götürülərək fiziki-kimyəvi ekspertizaya təqdim edilmiş nümunələrin üzərində neft məhsullarına məxsus izlər aşkar edildiyinə əsaslanaraq, kənardan düşmüş alışdırıcı mənbənin təsirindən baş vermişdir. Yanğın kənardan düşmüş alışdırıcı mənbənin təsirindən baş verdiyi üçün yanğın hadisəsi ilə əlaqədar normativ aktların tələblərinin pozulub-pozulmamasına dair sual üzrə təqdiqat aparılmamışdır. xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesabatı ilə bağlı ümumi məlumatdan görünür ki, Maraqlı şəxs1 istifadəsində olan obyektə 10400 manat ziyan dəymişdir. Bərdə rayon Polis Şöbəsinin müstənqitinin xx.xx.2021-ci il tarixli ********* nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinə baxmayaraq həmin cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2021-ci il tarixli AKTİ-Fİ-0020/2021/AKT3548/21 saylı sığorta aktından görünür ki, 400 manat azadolma məbləği çıxdıqdan sonra Maraqlı şəxs1 10 000 manat sığorta ödənişi ödənilmişdir. xx.xx.2021-ci il traixli 71-0055 nömrəli “Dəymiş zərər məbləğinin razılaşdırılması barədə” sazişdən görünür ki, sığortalı-Maraqlı şəxs1 və sığortaçı-"xxxx" MMC xx.xx.2021ci il tarixdə Bərdə rayonu, Güloğlular kəndində yerləşən Maraqlı şəxs1 istifadəsində olan ayaqqabı mağazasında baş vermiş yanğın hadisəsini və ımlaka 10 400 manat məbləğində zərər dəyməsini təsdiqləyirlər. Həmin sazişin 1.3-cü bəndinə əsasən sıortalı və sığortaçı sığorta olunan əmlaka 10 400 manat məbləğində dəymiş zərərin müstəqil ekspert tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən azadolma məbləği çıxıldıqdan sonra 10 000 manat məbləğində həyata keçiriləcək sığorta ödənişi barədə razılıq əldə edirlər. xx.xx.2022-ci il tarixli 05550 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyası zamanı 400 manat xərc çəkilmişdir. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı tələbdə təqsirin mövcud olması olduqca mühüm şərtdir. Ona görə ki, zərər öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, ilk növbədə qanunsuz fəaliyyət və bu fəaliyyətlə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının mülkiyyət hüquqlarının pozulmasına yönələn təqsirli əməli (hərəkəti və ya hərəkətsizliyi) dayandığı halda, o şəxsin məsuliyyəti yaranır və həmin şəxs zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Göründüyü kimi sığorta edilmiş əmlakın qəsdən yandırılması barədə istintaq orqanı tərəfindən cinayət işi başlanılmışdır. Lakin, təqsirkar şəxs bu vaxta qədər müəyyən olunmamışdır. Hazırkı vəziyyətdə əmlakı yandıran şəxs bəlli deyildir. Nə qədər ki, əmlakın məhv edilməsində təqsirli olan şəxs aşkar edilməmişdir iddiaçı tələbini Cavabdehnə qarşı irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə onu da qeyd edir ki, “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndinə əsasən qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar (sonradan rəhbərləri) daşıyırlar. Həmin qaydaların 1.3-cü bəndinə əsasən ticarət ictimai iaşə müəssisələrinin, bazaların və anbarların rəhbərləri borcludurlar: 1.3.9. Yanğından müdafiə sistemlərini (yanğına qarşı su kəmərlərinin xəbərverici siqnalizasiya qurğularının, avtomatik yanğın söndürmənin və s.) daima saz vəziyyətdə saxlanmasını təmin etmək. Bu sistemlər nasaz olduqda və ya sıradan çıxdıqda onların işlək vəziyyətə gətirilməsi üçün tədbirlər görmək. 1.3.12. Yanğına qarşı təlimat keçməyən şəxsləri işə buraxmamağa. Həmin qaydaların 1.4-cü bəndinə əsasən şöbələrin, bölmələrin, sexlərin, emalatxanaların, ticarət köşklərinin, çadırların, pavilyonların, bufetlərin, qəlyanaltıların ayrıca anbarların və sair binaların yanğın təhlükəsizliyinə cavabdehliyi onların sahibləri, icarəçiləri və ya ticarət, ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli şəxslər daşıyır. Mövcud qaydalardan göründüyü kimi binaların yanğın təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyəti bu obyektlərin rəhbərləri, inzibati heyəti və ya sahibkarlar daşıyırlar. Binaların yanğın təhlükəsizliyinə cavabdehliyi onların sahibləri, icarəçiləri və ya ticarət, ictimai iaşə müəssisəsi, baza və anbarların rəhbərliyinin əmri ilə xüsusi olaraq təyin edilmiş vəzifəli şəxslər daşıyır. Qeyd olunanlar yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində yaranmış mısuliyyəti müəyyən edir. Hazırkı iş üzrə yanğının baş vermə səbəbi kimi yanğın təhlükəsizliyi qaydalarının pozulması deyil, əmlakın qəsdən məhv edilməsinə yönələn hərəkət olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İdda tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayət verilə bilər. Sədrlik edən : Kənan Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar