Məhkəmə qərarları › İş №e-2-2(115)-498/2020

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-498/2020

25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-498/2020 25.08.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı «istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun, 138012,80 manat (bir yüz otuz səkkiz min on iki manat 80 qəpik) vəsaitin və ödənilmiş dövlət rüsumunun (30,00 manat) cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə istehlakçı - fiziki şəxs X5 arasında bağlanmış AMX-5262/19 saylı xx.xx.2019-cu il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana” X7 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur.xx.xx.2019-cu il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 104781,20 manat ( bir yüz dörd min yeddi yüz səksən bir manat 20 qəpik) borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş “qaşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq olunmuşdur. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə tərəflərindən 01 XN-13HŞ-289 saylı xx.xx.2020ci il tarixli istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi haqqında göndərilmiş pretenziya məktubunun icrası olaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamış, sonradan təbii qazdan istifadə edilməklə xx.xx.2019-cu il tarixə debitor borc məbləği artırılaraq 138012,80 manat (bir yüz otuz səkkiz min on iki manat 80 qəpik) olmuşdur. Məbləğin ödənilməsi istiqamətində qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq bu barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hal-hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəfimizdən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, borcun məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh borcundan 30000 manat məbləğində ödəniş etmiş və xx.xx.2020-ci il tarixə borcu 107575 manat 40 qəpik təşkil edir. Ödənişin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx.xx.2019-cu il tarixli AMX-5262/19 saylı qazın alğısatqısı müqaviləsindən, xx.xx.2019-cu il tarixli abonentin saldosundan və debitor borcunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh X5 (VÖEN: **********) Şəmkir rayonu ərazisində yerləşən istixanada təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən 137575 manat 40 qəpik borcu yaranmış, istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcunu tam ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2020-ci il tarixli abonentin saldosundan görünür ki, cavabdehin hazırki borcu 107575 manat 40 qəpik təşkil edir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, istehlakçı X1 müəyyənləşdirilən qazın dəyərini qanunla müəyyən olunmuş dövr ərzində qaz paylayıcıya tam ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, istehlak edilmiş təbii qaza görə 107575 manat 40 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu X2 İddiaçı xeyrinə tutulmalıdır. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi cavabdehin istehlak edilmiş təbii qaza görə borcu 138012 manat 80 qəpik deyil, 107575 manat 40 qəpik təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 107575 manat 40 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar