Məhkəmə qərarları › İş №e-2-2(115)-54/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-54/2025

20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-54/2025 20.02.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə. İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun, 632527,64 manat (altı yüz otuz iki min beş yüz iyirmi yeddi manat altmış dörd qəpik) vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı İB-nin ABB-nin 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ 03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ 50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçı –Cavabdeh arasında bağlanmış AMX-4316/21 saylı xx.xx.2021-ci il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana” X3 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur. xx.xx.2022-ci il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 632 527,64 manat (altı yüz otuz iki min beş yüz iyirmi yeddi manat altmış dörd qəpik) borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə müvafiq olaraq mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə tərəfimizdən ******* saylı xx.xx.2024-ci il tarixli borcun ödənilməsi haqqında göndərilmiş Pretenziya məktubunun icrası olaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamış, xx.xx.2024-cü il tarixə debitor borc məbləği 632 527,64 manat (altı yüz otuz iki min beş yüz iyirmi yeddi manat altmış dörd qəpik) təşkil etmişdir. Məbləğin ödənilməsi istiqamətində qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq bu barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmiş, yaranmış borcu könüllü ödəməkdən yayınmışdır . Bu istiqamətində qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq bu barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmiş, borcun könüllü ödənişindən yayınmışdır. Hal-hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəfimizdən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, borcun məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1i ünvanında yerləşən fərdi istixanaya əsassız olaraq hesablanmış 632527,64 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı "Azəriqaz" İB ona qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək 632527,64 manat məbləğində borcun ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixə təbii qazdan istifadəyə görə ödənilməmiş 632 527,64 manat məbləğində borcu vardır. Onun təbii qazdan istifadəyə görə hazırda borcu yoxdur və ilkin iddia tələbi üzrə ondan tələb edilən borc məbləği tam əsassız hesablanmış borcdur. Ona məxsus ünvan 1i ünvanda yerləşən istixanada kənd təsərrüfatı bitkilərinin əkini ilə məşğul olur. İstixanada təbii qazdan istifadəyə görə tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. 2017-ci ildə cavabdeh təşkilatın əməkdaşları qaz sayğacı ilə qaz tənzimləyicinin yerləri dəyişdirilərək tənzimləyici qeyri-qanuni və texniki istismar qaydalarına zidd olaraq sayğacdan sonraya keçirilmişdir. Bu hal qaz sayğacının real sərf edilən qaz həcmindən qat qat artıq hesabat aparmasına səbəb olmuşdur. Qaz sərfiyyatı abonent saldosundan göründüyü kimi 2017-ci ilə qədər il ərzində ən çox 180000 manat dəyərində təbii qazdan istifadə etmişdir. Tənzimləyicinin yeri dəyişdikdən sonra isə bu məbləğ dəfələrlə artmışdır. 2017-ci ildə 302122,80 manat, 2018-ci ildə 298856,20 manat, 2019-cu ildə 424172,20 manat, 2020-ci ildə 504946,60 manat, 2021-ci ildə 378513,36 manat və 2022-ci ilin may ayınadək (4 ay müddətinə) 197455,72 manat, ümumilikdə isə 2106066,88 manat məbləğində borc hesablanmışdır. Beləliklə 2017-ci ildən 2022-ci ilin may ayınadək sərf etdiyi qazın dəyəri orta hesabla 990 000 manat təşkil etməli idi. Lakin tənzimləyicinin yerinin dəyişməsi səbəbindən 2017-ci ildən 2022-ci ilədək sərf edilən qazın dəyəri 2106066,88 manat təşkil etmişdir. Bu heç bir məntiqə sığmayan haldır. Bu səbəbdən də o, təbii qazdan istifadəni 2022-ci ilin may ayından dayandırmışdır. Qaz tənzimləyicinin yerinin dəyişərək sayğacdan sonraya keçirilməsi heç bir texniki norma və qaydalara uyğun deyil. Belə ki, tənzimləyicinin funksiyası qazı tənzimləyərək qaz sayğacına ötürməsindən ibarətdir. Tənzimləyici olmadığı halda isə qaz tənzimlənmədən sayğaca daxil olur və sayğac qüsurla işləyərək artıq hesabat aparmağa başlayır. Bundan başqa maraqlı bir sual çıxır ortaya ki istixanana ölçüləri dəyişmədiyi təqdirdə necə ola bilər ki aylıq sərfiyyat bu qədər artıq olsun. Bununla bağlı o, İddiaçı İB-yə müraciət etmiş, lakin ona bildirmişlər ki nə işlədib o da hesablanıb. Onun çoxsaylı səylərinə baxmayaraq məsələ öz həllini tapmamışdır. Daha sonra ilk iddiaçı iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbi həcminin dəqiqləşdirilməsi ilə bağlı qeyd etmək istərdik ki, cavabdehin təbii qazdan istifadəyə görə faktiki borcu 395006,68 manat ( üç yüz doxsan beş min altı manat altmış səkkiz qəpik ) təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, cavabdehin hazırda təbii qazdan istifadəyə görə borcu yoxdur, həmçinin qaz tənzimləyicinin yerinin dəyişdirilib sayğacdan sonraya keçirilməsi heç bir texniki norma və qaydalara uyğun deyil. Belə ki, tənzimləyicinin funksiyası qazı tənzimləyərək qaz sayğacına ötürməkdən ibarətdir. Tənzimləyici olmadığı halda isə qaz tənzimlənmədən sayğaca daxil olur və sayğac düzgün işləmədiyi üçün artıq hesabat aparmağa başlayır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin vəkili məhkəməyə ərizə göndərək işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qazın alğı-satqısı müqaviləsi, qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında qeyriyaşayış obyektinə qazın verilməsi ilə bağlı 25 oktyabr 2021-ci il tarixli AMX-4316/21 saylı “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə bağlanmış və cavabdehə abonent kodu verilmişdir. Cavabdeh qeyri-yaşayış obyektində təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən sonuncu ərizə əsasında 395006,68 manat debitor borcu yaranmış, həmin borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcu ödəməmiş, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, Cavabdeh sayğacla müəyyənləşdirilən qazın dəyərini qanunla müəyyən olunmuş dövr ərzində qaz paylayıcıya ödəməmişdir. Ona görə də 395006,68 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı ərizəsində 2017-ci ildə cavabdeh təşkilatın əməkdaşları qaz sayğacı ilə qaz tənzimləyicinin yerləri dəyişdirilərək tənzimləyici qeyri-qanuni və texniki istismar qaydalarına zidd olaraq sayğacdan sonraya keçirdiyini və bu halın qaz sayğacının real sərf edilən qaz həcmindən qat-qat artıq hesabat aparmasına səbəb olduğunu iddia etsə də, bu halı məhkəmədə sübuta yetirə bilməmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil məhkəməyə vəsatət verərək iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməsini xahiş etmiş, Gəncə Kommersiya Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin olunmuşdur. Daha sonra əlavə materialların təqdim edilməsi ilə bağlı ekspert tərəfindən vəsatət verilmişdir. Məhkəmə tərəfindən ekspert vəsatətindən göstərilən sənədlərin təqdim olunması ilə bağlı tərəflərə məktub göndərilmişdir. Lakin nə iddiaçı, nə də cavabdeh tərəfindən vəsatətdə qeyd olunan sənədlər təqdim olunmadığından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2024-cü il tarixli məlumatı ilə ekspertizanın aparılmasından imtina olunmuşdur. Göründüyü kimi cavabdehin nümayəndəsi iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə ona hesablanmış borcun artıq hesablandığını bildirərək ekspertiza təyin edilməsini xahiş etsə də, daha sonra ekspertizanın aparılması və rəyin verilməsi üçün zəruri olan sənədləri ekspertiza mərkəzinə göndərməmişdir. Beləliklə, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsində nəzərdə tutulan faktları təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən, qarşılıqlı iddia təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin həcmi sonradan azaldığından 685,01 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 238,99 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qarşılıqlı iddia tələbi rədd olunduğundan, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehə məxsus istixanada istifadə edilmiş təbii qaza görə 395006,68 manat borc məbləği və iddia qaldırmaq üçün ödənilmiş 254,32 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı (ABB-nin 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) xeyrinə tutulmalı, ö dənilmiş 152,68 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iddia qalan hissədə rədd edilməlidir. Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdehə məxsus istixanada istifadə edilmiş təbii qaza görə 395006,68 manat borc məbləği və iddia qaldırmaq üçün ödənilmiş 685,01 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı (ABB-nin 7 saylı Azəriqaz şöbəsi, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) xeyrinə tutulsun. Ödənilmiş 238,99 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İlk iddia qalan hissədə rədd edilsin. Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar