Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-572/2020 29.09.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh X3, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X4 borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin iddiası və X3 İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Şəmkir RQİİ-nə istehlak edilmiş təbii qazın dəyərinə və müəyyənləşdirilmiş dəymiş ziyan məbləğinə görə ümumilikdə 40569 manat 20 qəpik vəsaitin və 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunda yerləşən X3 adına Şəmkir RQİİ-də qeydiyyatda olan obyektdə - “istixana”da quraşdırılmış G-400 markalı 80115689 nömrəli qaz sayğacına-göstəricilər arasında fərq mövcud olamaqla, impuls ötürücünün nasazlığı səbəbindən elektron göstəricinin V1 mexaniki göstəricidən 35851 m3 azlığı və arxivlərə əsasən korreksiya olunmamış 159 m3 qaz həcminin qeydə alındığı aşkarlanmışdır. Bu fakt barədə İddiaçı İB-nin mütəxəssisləri və cavabdehin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə edildiyi içün 112572 m3 təbii qaz sərfi, yəni 22514 manat 40 qəpik dəymiş ziyan hesablanmışdır. Həmin ünvanda istehlak edilmiş təbii qaza görə yaranmış 18054 manat 80 qəpik borcla bağlı da müvafiq qaydada xəbərdarlıqlar olunmuş, sənədləşmələr aparılmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə cavabdehə 01XN13HŞ-424 saylı xx.xx.2020-ci il tarixli borcun ödənilməsi haqqında pretenziya məktubu və müvafiq sənədləşmələr göndərilməsinə, qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq bu barədə cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin axtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəflərindən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv əbəbdən ləngidilməsi hesab edilir.Odur ki, vəsaitin məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. X6 İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2020-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və bu akt əsasında qanunsuz hesablanmış 22514 manat 40 qəpik məbləğində borcun onun hesabından silinməsi və ilkin iddianın qismən rədd edilməsini xahiş etmişdir. X6 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onunla "İddiaçı" İB arasında bağlanmış AMX-7101/19-saylı xx.xx.2019-cu il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən ona məxsus istixananın təbii qazla təmin edilməsi Şəmkir Regional X8 tərəfindən həyata keçirilmişdir. Təbii qazın istifadəsinə görə "İddiaçı" İB-nə borcu 34.786.39 manat olduğu təqdirdə, ona münasibətdə əlavə olaraq aktla 22514 manat 40 qəpik borc müəyyən edilmişdir. Beləliklə, hazırki halda İddiaçı İB tərəfindən ona münasibətdə heç bir hüquqi və faktiki əsas olmadan ümumilikdə 57.300.79 manat borc müəyyən edilmişdir. Cavabdehlə təbii qazın alqı-satqısı müqaviləsi bağlanarkən, qazın verilişinin həyata keçirilməsi zamanı qaz sayğcının quraşdırılması üçün tərəfindən Şəmkir Regional X8nə 8000 manat pul ödənişi həyata keçirilmişdir. Bundan sonra qaz sayğacı quraşdırılmışdır. Quraşdırılmış qaz sayğacı bir müddət sonra naməlum səbəbdən sıradan çıxdığından, Şəmkir Regional X8nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə yeni qaz sayğacı ilə əvəz olunmuşdur. Həmin qaz sayğacı ona məxsus istixanadan 750 metr uzaqlıqda xüsusi mühafizə olunan ərazidə Şəmkir Regional X8 əməkdaşlarının 24 saat nəzarəti altında mühafizə olunur. Belə bir şəraitdə mühafizə olunan qaz sayğacında impuls ötürücüsünün nasazlığı səbəbindən 35851 m3 qaz sərfiyyatının az olmasına görə "İddiaçı" İB tərəfindən ona münasibətdə 22514 manat 40 qəpik akt tərtib edilərək cərimə tətbiq edilməsi qanunazidd və özbaşına hərəkətdir. Bundan əlavə, cavabdeh İddiaçı İB tərəfindən bununla bağlı müraciəti əsasında ona göndərilmiş "müraciətin araşdırılması barədə" xx xxxx 2020-ci il tarixli məktubun məzmunundan da görünür ki, cavabdeh sayğacda baş verən impuls ötürücüsünün nasazlığını ona münasibətdə müdaxilə faktı olaraq müəyyən etmişdir. Cavabdehin məsələyə bu cür yanaşma tərzi tamamilə əsassız, qərəzli və yanlışdır, onun nəzarətində olmayan elektron cihaz sayılan qaz sayğacında baş verən hər-hansı nasazlığın baş verməsi ilə onun hərəkətləri arasında heç bir səbəbli əlaqə yoxdur. Göstərilən əsaslara görə impuls ötürücüsündə baş vermiş nasazlığa görə əlavə sərfiyyat olaraq ona münasibətdə aktla müəyyən edilmiş 22514 manat 40 qəpiklə razı deyil və hesab edir ki, həmin məbləğ silinməidir. Belə ki, quraşdırılan qaz sayğacı onun istixanasından 750 metr kənarda X8 əməkdaşlarının xüsusi nəzarəti altında mühafizə olunmuşdur. Həmin sayğaca onun fiziki müdaxiləsi mümkünsüzdür. Yəni, sayğacda baş verən hər-hansı texniki nasazlıqla onun hərəkətləri arasında səbəbli əlaqə mövcud olmadığından, ona münasibətdə həmin sərfiyyata görə pul ödənilməsinin tələb edilməsi əsassız və qanunsuzdur. Ona görə sayğacda baş verən impuls ötürücüsünün nasazlığı və ya hərhansı digər səbəbdən dolayı qaz sərfiyyatıının azalmasına görə onu günahlandırmaq və buna görə ona cərimə və ya hər hansı digər formada ödəmə tələb edilməsi qəbul edilməzdir. Bu səbəbdən, hazırki halda ona aid abonent saldosunda əks olunan və "İddiaçı" İB-nin ondan tələb etdiyi ümumilikdə 57300 manat 79 qəpik borcdan aktla olan 22514 manat 40 qəpik pul məbləği silinlməlidir. İddiaçı yoxlama aparılması haqqında hərhansı qərar olmamışdır. Halbuki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda qeyd olunmuşdur ki, sahibkarlar barəsində yoxlama aparılarkən müvafiq reyestrdə qeyd aparılmalı və bu barədə müvafiq qərar qəbul olunmalıdır. Lakin İddiaçı əməkdaşları bu qanunun tələblərini kobud şəkildə pozmuşdurlar. Dövlətimiz tərəfindən sahibkarların hüququnun qorunduğu, onlara qayğı göstərildiyi bir vaxtda, qanunsuz olaraq yoxlama aparmaqla və onun təqsiri olmadan İddiaçı tərəfindən əsassız və qanunsuz olaraq belə bir borcu onun hesabına yazılması ədalətsizdir və qəbul edilməzdir. Yuxarda qeyd olunanlara görə də, hazırkı mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara görə hesab edir ki, İddiaçı Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsinin nümayəndəsi tərəfindən qanunsuz və heç bir əsas olmadan tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2020-ci il tarixli ******* nömrəli akt ləğv edilməli və bu akt əsasında qanunsuz hesablanmış 22514 manat 40 qəpik məbləğində borc onun hesabından silinməlidir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsinin ona qarşı ümumilikdə 40569 manat 20 qəpik borcun ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi üzrə, "İddiaçı” X1 RQİİnin Şəmkir Xidmət Sahəsinin nümayəndəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2020-ci il tarixli ******* nömrəli aktdan irəli gələrək, ona münasibətdə qanunsuz hesablanmış 22514 manat 40 qəpik məbləği hissəsində borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, xx xxxx 2020-ci il tarixdə cavabdehə məxsus sayğac sökülmüş və laboratoriyaya göndərilmişdir. Hər üç ildən bir sayğaclar yoxlamaya gedir. Cavabdehə məxsus sayğaca baxış zamanı impuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 35851 m3 az olduğu aşkar edilmişdir. Cari ildə sərf edilən qazın həcmi ötən ilin müvafiq dövründə istifadə olunan qaz sərfinə uyğun hesabat aparılmış və müəyyən edilmişdir ki, Ruslan Əliyevin vurduğu ziyanın məbləği 40569 manat 20 qəpik təşkil edir. İlkin iddia tələbinin 18054 manat 80 qəpikhissəsi isə abonentin sayğac üzrə debitor borcudur. Həmin məbləğ bu günə kimi ödənilməmişdir. Ruslan Əliyevin sayğacın onların balasında olan mühafizə olunan yerdə saxlanılması barədə dəlilinə gəldikdə, bununla razılaşmır. Belə ki, həmin ərazi X10 istismarı idarəsinin balasında deyil, Dövlət Neft Şirkətinin digər qurumu olan Qaz ixracı idarəsinin balasındadır və mühafizə olunur. Sayğaca qanunsuz müdaxilənin məhz cavabdeh tərəfindən edilməsi barədə məhkəməyə sübut təqdim edə bilməsə də, cavabdeh Ruslan Əliyev sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün hüquqi şəxs kimi qazdan istifadə qaydalarına uyğun olaraq sayğaca görə özü cavabdehlik daşıyır. Ona görə də, ilk iddianın təmin ediməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X6 məhkəmə iclasında ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi, əlavə olaraq bildirdi ki, Onun tərəfindən sayğaca heç bir müdaxilə edilməmişdir. Sayğac istixanadan 750 m uzaqda qutunun içində qaz idarəsinin işçiləri mühafizə etdikləri yerdə yerləşir. Belə olan halda onun sayğaca hansısa müdaxilə etməsi mümkün deyil. Ona görə də, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı qismən qəbul etdi, qarşılıqlı iddianı müdafiə edərək, qarşılıqlı iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və ilk iddianın sayğacın göstəricilərinə əsasən hesablanmış 18054 manat 80 qəpik hissəsində təmin edilməsi, qalan hissədə rədd edilməsi, o cümlədən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, xx xxxxxxx 2019-cu il tarixdə tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs X4 məxsus Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən istixananı keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş Şəmkir RQİİ-nin Şəmkir XS-nin əməkdaşları tərəfindən tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması haqqında xx xxx 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, fiziki şəxs Ruslan Əliyevə məxsus istixanaya aid 80115689 №li sayğacın daxili çirkli olduğu aşkar olunmuşdur. Görstəricilər arasında fərq vardır, mexaniki hissə işləkdir. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P= 3.14 bar, Pbaza=1.01325, Tbaza=200C, korreksiya olunmamış qaz həcmi 159 m3 qeydə alınmışdır. Təzyiq borusu yoxlanılmış, sızma yoxdur.Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 35851 m3 az olduğu aşkar olunmuşdur. İş materiallarına əlavə olunmuş İddiaçı itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının sədri Vüqar Səmədov tərəfindən təsdiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Şəmkir rayonu Dəllər Cəyir kəndində yerləşən fiziki şəxs Ruslan Əliyevə (abonent kodu **********00004) məxsus istixanaya aid G-400 markalı sayğacın impuls ötürücüsünün nasazlığı səbəbindən elektron göstərici Vt mexaniki göstəricidən 35851 m3 azdır. Cari ildə sərf edilən qazın həcmi ötən ilin müvafiq dövründə istifadə olunan qaz sərfinə uyğun hesablanmış və nəticədə 112572 m3 yəni, 22514 manat 40 qəpik məbləğində ziyan hesablanmışdır. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin faktiki hallarından göründüyü kimi, fiziki şəxs Ruslan Əliyevin hesabına işlənilmiş 18054 manat 80 qəpik məbləğində pul təbii qazdan istifadəyə görə qaz sayğacının göstəricilərinə əsasən yaranmış borcdur. 22514 manat 40 qəpik isə qaz sayğıcında aşkar edilmiş nöqsan nəticəsində qaz paylayıcısı tərəfindən hesablanmış dəymiş ziyan məbləğidir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçı Ruslan Əliyevin qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı, qaz sayğacının qaz paylayıcı təşkilatın aidiyyəti qurumu tərəfindən mühafizə olan yerdə saxlanıldığı və sayğaca bilavasitə istehlakçı tərəfindən qanunsuz müdaxilə edilməsinin təsdiq edilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya dəymiş ziyanın həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, 18054 manat 80 qəpikməbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə tutulmalı, ilkin iddianın qalan hissəsi təmin edilməməli, qarşılıqlı iddia təmin edilməli və X4 (abonent kodu: **********00004) hesablamış 22514 manat 40 qəpik məbləğində borc cavabdeh İddiaçı tərəfindən silinməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. 18054 manat 80 qəpikməbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə tutulsun. İlkin iddianın qalan hissəsi təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. X4 (abonent kodu: **********00004) hesablamış 22514 manat 40 qəpik məbləğində borc cavabdeh İddiaçı tərəfindən silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-572/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-572/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver