Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-653/2020 26.11.2020 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı “borc” tələbinə dair ilkin iddiası və X2 İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X3 qarşı məhkəməyə müraciət edərək, cavabdeh X2 Şəmkir RQİİ-nə qazdan istifadəyə görə yaranmış borcunun, 107468,60 vəsaitin və ödənilmiş dövlət rüsumunun (30, 00 manat) cavabdeh tərəfindən İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı” İstehsalat Birliyi ilə istehlakçı – fiziki şəxs X4 arasında bağlanmış 4976/19 saylı xx.xx.2019- cu il tarixli təbii qazın alqısatqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana” X8 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur. xx.xx.2020-ci il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 154 849,80 manat (iyirmi dörd min doqquz yüz qırx iki manat 60 qəpik) borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq olunmuşdur. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə tərəflərindən 01XN13HŞ-391 saylı xx.xx.2020-ci il tarixli borcun ödənilməsi haqqında göndərilmişdir. Pretenziya məktubunun icrası olaraq cavabdeh tərəfindən 47 381,20 manat (qırx yeddi min üç yüz səksən bir manat 20 qəpik) ödəniş aparılsa da qalan 107 468,60 manat (bir yüz yeddi min dörd yüz altımış səkkiz manat 60 qəpik) məbləğin ödənilməsi istiqamətində qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq heç bir tədbir görülməmişdir. Hal-hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəflərindən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, borcun məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. Cavabdeh X4 məhkəmə araşdırması zamanı ilkin iddiaya qarşılıqlı iddia ərizəsi təqdim edərək, qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin pretenziya məktubunu əsas götürərək ona qarşı məhkəmədə iddia qaldırması tam əsassızdır.Belə ki, qeyd olunan pretenziya məktubunda göstərilir ki, “Sizin adınıza qeydiyyata alınmış təbii qaz sayğacı vasitəsilə təbii qazdan qanunsuz istifadə nəticəsində Şəmkir RQİİ-nə müəyyənləşdirilmiş dəymiş ziyanın-itirilmiş təbii qaz sərfinə görə 216000.00 manat (iki yüz on altı min), istehlak edilmiş təbii qazm dəyərinə görə 154849, 80 (bir yüz əlli dörd min səkkiz yüz qırx doqquz manat 80 qəpik) debitor borcunun olması göstərilmişdir. Məlumdur ki, iddia ərizəsi pretenziya məktubuna uyğun olmalıdır. Ancaq, İddiaçı İB pretenziya məktubunun əksinə olaraq iddia ərizəsi tərtib etmişdir. Əslində isə onun nə dəymiş ziyanla bağlı qaz sərfinə, nə də ki, istehlak edilmiş təbii qaza görə borcu yoxdur. Ona görə də, cavabdeh orqan tərəfindən əsassız hesablanmış borc məbləğinin silinməsinə dair qarşılıqlı iddia ərizəsi verir. Cavabdeh İddiaçı tərəfindən əsassız hesablanmış 107468,60 manat borcun abunə hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək iddia tələbini müdafiə etdiyini,qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh X3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia əsaslı olduğundan təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AMX-4976/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı İddiaçı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı X4 isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, 2020-ci ilin avqust ayına X2 323468 manat 60 qəpik borcu olmuşdur. xx xxxxx 2020-ci il tarixli, 01XN13HŞ-391 saylı pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. İşin faktiki hallarından görünür ki, abonent X2 təbii qazdan istifadəyə görə 107468 manat 60 qəpik borcu yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin faktiki hallarından görünür ki, abonent X2 təbii qazdan istifadəyə görə 107468 manat 60 qəpik borcu yaranmışdır. Odur ki, ilkin iddia tələbi təmin edilməklə X1 107468 manat 60 qəpik borc məbləği iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddiaya gəldikdə isə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı X4 107468 manat 60 qəpik borc məbləğinin qanunsuz hesablanmasını əsas gətirsə də bu halı təsdiq edəcək mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən, qarşılıqlı iddia tələbi təmin edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə mübahisənin birlikdə həlli, prosessual qənaət baxımından qarşılıqlı iddianı icraata qəbul etməyi məqsədə uyğun saymışdır. 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia təmin edilsin. Cavabdeh X1 107468,60 ( bir yüz yeddi min dörd yüz altmış səkkiz manat altmış qəpik) manat borc tutularaq İddiaçı İB-nin ABB 7 saylı İddiaçı şöbəsi, Kod 805153, VÖEN **********, M\H AZ03NABZ.********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. X2 İddiaçınə qarşı cavabdeh tərəfindən əsassız hesablanmış 107468,60 (bir yüz yeddi min dörd yüz altmış səkkiz manat altmış qəpik) manat borcun abunə hesabından silinməsi barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kənan Vəliyevi ilə düzdür Hakim : Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-653/2020
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-653/2020
26.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver