Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-71/2021 15.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şəmkir RQİİ-nə müəyyənləşdirilmiş dəymiş ziyan məbləğinə görə 45536 manat 70 qəpik vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçı – fiziki şəxs Cavabdeh arasında bağlanmış AMX-8124/19 saylı xx.xx.2019-cu il tarixli təbii qazın alqısatqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana” X5 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur. xx.xx.2020-ci il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 46 583,10 manat (qırx altı min beş yüz səksən üç manat 10 qəpik) borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq olunmuşdur. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə tərəflərindən 01XN13HŞ-348 saylı xx.xx.2020-ci il tarixli il borcun ödənilməsi haqqında göndərilmiş pretenziya məktubunun icrası olaraq cavabdeh tərəfindən 1 046,40 manat (bir min qırx altı manat 40 qəpik) ödəniş aparılsa da qalan 45 536,70 manat (qırx beş min beş yüz otuz altı manat 70 qəpik) məbləğin ödənilməsi istiqamətində qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq heç bir tədbir görülməmişdir. Hal-hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəfimizdən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, borcun məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının rədd, onun iddia tələbini təmin edərək, qanunsuz olaraq yazılmış olan 45536 manat 70 qəpik vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı həmçinin ərizə verərək, iddianın təmini tədbiri olaraq məhkəmədə mahiyyəti üzrə işə baxılanadək ona məxsus Şəmkir rayonu ərazisində yerləşən istixanaya (abonent kodu **********00000) qaz təchiz edilməsinin bərpa edilməklə, dayandırılmasının İddiaçınə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-2(115)-826/2020 saylı qərardadı ilə ərizə təmin edilərək, Şəmkir rayonunun ərazisində yerləşən Cavabdeh məxsus istixanaya (abonent kodu **********00000) təbii qazın verilməsinin dayandırılması İddiaçınə qadağan edilmişdir. Cavabdeh İddiaçı nümayəndəsi X1 Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-826/2020 saylı qərardadından şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(115)-826/2020 saylı qərardadının ləğv edilməsi və yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2-2(115)-826/2020 saylı qərardadından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-2(104)-153/2020 saylı qərardadı ilə cavabdeh İddiaçı İB-nin şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(115)- 826/2020 saylı qərardadı və həmin qərardadla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatla bağladığı-AMX-8124/19 saylı xx.xx.2019-cu il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana”sı X5 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunmuşdur. Sonradan istifadə edilmiş təbii qazla bağlı ona hər hansı bir bildiriş verilməmiş, həmin borcun nəyə əsasən hesablanmasını tələb etsədə bu barədə hər hansı bir məlumat verilməmişdir. Bundan əlavə ilkin iddiaçı onunla bağlanmış qazın alğı-satqısı barədə müqaviləyə stinad edərək borcun bir hissəsinin həmin müqavilə imzalandıqdan sonra yaranmış borc olduğunu bildirmişdir. Lakin borcun illər və aylar üzrə əmələ gəlməsini müəyyən edən hesab fakturalar ona təqdim edilməmişdir. Təbii qazdan aylar üzrə istifadə haqqı cavabdehin hesabına ödənilir. İddiaçının cavabdehə təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda, hər bir ay üzrə yaranmış və ödənilmiş məbləğ qeyd edilməklə qalıq borc göstərilməli idi. Lakin cavabdeh təşkilat tərəfindən iddiaçının cavabdehə təbii qazdan istifadəyə görə debitor borcu olduğu halda, cavabdeh borcun hansı sayğaca və hansı tarixə hesablandığını, aylıq sərfiyyatın nə qədər olduğunu, borcun hansı abonent koduna hesablandığını, həmin borcun ödənişinə dair iddiaçıya (istehlakçıya) qazın dəyəri barədə hesabın təqdim edildiyini sübut etməlidir. İddiaçı iddia ərizəsində borcun ödənilməsinin tələb edilməsi ilə bağlı ona istinad etmişdir ki, borc tərəflər arasında tərtib olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq edilir. Halbuki, həmin akt iddiaçı tərəf kimi onun tərəfindən imzalanmamış və özlüyündə borcun əsası kimi çıxış edə bilməz. İstehlakçıya verilən qazın dəyərini hər ay sayğacın göstəricisinə əsasən hesablamaq və bu barədə hər ay istehlakçıya məlumat təqdim etmək qaz paylayıcısının öhdəliyinə aid edilmişdir. Aylıq hesabatda əks olunmamış və ya düzgün hesablanmamış borcun sonradan hesablanaraq tələb edilməsinə qanunla yol verilmir. Belə olan halda, tələb edilən borcun mövcudluğunu (yaranma əsaslarını) sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən tələb edilən 45536,70 manat vəsaitin hansı qaydada və hansı dövr üçün hesablanması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Lakin iddiaçı təşkilat ilk öncə yuxarıda qeyd edildiyi kimi, iddiaçı xx.xx.2020-ci il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 46 583,10 manat manat 10 qəpik borc hesablanmışdır. Lakin iddia ərizəsinə əlavə edilmiş qarşılıqlı hesablaşma aktından və abonent saldosundan isə görünür ki, həmin borc iyun ayı da daxil olmaqla borc 45234 və 45536,70 qəpik manat hesablanmışdır. Bu hal özüdə qeyd edilən borcun əslində əsassız və düzgün hesablanmadığını, habelə əsassız hesablandığını bir daha göstərir. Belə ki, borcun artırılma mənbəyi və forması müəyyənləşməmiş və hansı əsaslarla hesablandığı müəyyən edilməmişdir. Bundan əlavə hesab edir ki, bu hal "Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunu və xx xxxxxx 2011-ci il tarixli, 383 nömrəli Fərmanla təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin tələblərinin pozulması ilə həyata keçirilmişdir və buna görə həmin borcun silinməsini xahiş edir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, tələb etdikləri məbləğ yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablanıb hər ay istehlakçıya təqdim edilən qəbz üzrə abonentin istifadə etdiyi qazın dəyəridir. Bundan başqa, Cavabdeh oğlu Həsən Həsənov üzləşdirmə aktını imzalayıb borcu etiraf etmişdir. Cavabdeh borcunu ödəməmək üçün məhkəməyə formal olaraq qarşılıqlı iddia vermiş və iddianın təmin tədbiri kimi qazın verilişinin dayandırılmamasını xahiş etmişdir. Burada məqsəd qış aylarında istixananı işlətmək üçün qazın dayandırılmamasına nail olmaq idi ki, cavabdeh də buna nail olmuşdur. Cavabdehin məhkəməyə gələrək tələbini müdafiə etməməsi dediklərinə dair əyani sübutdur. Məhkəmə baxışı ərəfəsində cavabdeh qazdan istifadə etmiş və hazırki borcu 100012 manatdır. Ona görə də, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx.xx.2019-cu il tarixli AMX-8124/19 saylı qazın alğısatqısı müqaviləsindən, abonentin saldolarından və debitor borcunun ödənilməsi barədə pretenziya məktubundan görünür ki, Cavabdeh (VÖEN: **********) Şəmkir rayonu ərazisində yerləşən istixanada təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən yaranmış debitor borcunu ödəmədiyinə görən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, abonent Cavabdeh nümayəndəsi Həsən Həsənov xx xxxx 2020-ci il tarixə 45536 manat 70 qəpik məbləğində təbii qazdan istifadəyə görə abonentin borcu olduğunu təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə borcu 100012 manat 40 qəpik təşkil edir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, istehlakçı Cavabdeh sayğacla müəyyənləşdirilən qazın dəyərini qanunla müəyyən olunmuş dövr ərzində qaz paylayıcıya tam ödəməmişdir. İş materiallarından göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia təmin edilməli, 45536 manat 70 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İlk iddia təmin edilsin. 45536 manat 70 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-71/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-71/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver