Məhkəmə qərarları › İş №e-2-2(115)-73/2024

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-73/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-73/2024 19.07.2024 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qələndərzadə Ramiq Ramis oğlunun sədrliyi, X2 iclas katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə. İddiaçı Cavabdeh qarşı təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 422330,91 manat borcun və 712,33 manat ödənilmiş rüsum xərcləri məcburi qaydada tutularaq İddiaçı İB-ninABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 3207-10-17 saylı müqavilə əsasında Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Gürxan bağları ünvanda yerləşən,**********05577 saylı abonent kodu olan qeyri-yaşayış sahəsini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 422330,91 (dörd yüz iyirmi iki min üç yüz otuz manat, doxsan bir qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəfimizdən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və olaraq bildirmişdir ki, iddia tələbi əsaslıdır və borc düzgün hesablanmışdır. Müqavilə Cavabdeh ilə bağlanılmış və hesablanmış borc borclunun abonet saldosuna yazılmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, sayğac quraşdırılmış qeyri-yaşayış sahəsi Cavabdeh məxsus olsa da, həmin qeyri-yaşayış sahəsi hal-hazırda Kərim-X3 istifadəsindədir. Mübahisə predmeti təşkil edən qaz X7 oğlu tərəfindən istehlak edilmişdir. İş üzrə Cavabdeh hesab olunmamalıdır. İddiaçı tərəfindən cavabdehlə müqavilə imzalanmamışdır. Qazın alqı-satqı müqaviləsindəki imza cavabdehə məxsus deyildir. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: qazın alğı-satqısı müqaviləsi, abonent saldosu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3207-10-17 saylı və 21 oktyabr 2020-ci il tarixli AMX-4321/20 saylı qazın alğı-satqısı müqavilələrindən, abonentin saldosundan və debitor borcunun ödənilməsi barədə pretenziya məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Gürxan bağları ünvanında yerləşən qeyri-yaşayış obyektində təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən 422330,91 manat borcu yaranmış, həmin borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcu ödəməmiş, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, istehlakçı Cavabdeh sayğacla müəyyənləşdirilən qazın dəyərini qanunla müəyyən olunmuş dövr ərzində qaz paylayıcıya ödəməmişdir. Cavabdehin vəkili və nümayəndəsi 19 aprel 2024-cü il tarixli məhkəmə iclasında öz izahatında xx.xx.2017-ci il tarixli, 3207-10-17 saylı qazın alğı-satqısı müqaviləsində olan imzanın Cavabdeh məxsus olmadığını və həmin imzanın Kərim-X6 məxsus olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət vermiş və məhkəmənin 19 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Eyni zamanda iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktubları ilə İddiaçındən xx.xx.2017-ci il tarixli, 3207-10-17 saylı qazın alğı-satqısı müqaviləsinin əslinin məhkəməyə təqdim olunması tələb edilmişdir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli vəsatəti ilə xx.xx.2017-ci il tarixli, 3207-10-17 saylı qazın alğı-satqısı müqaviləsinin əslinin Mərkəzə təqdim edilməsi xahiş edilmişdir. İddiaçı İB xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə AMX-4321/20 saylı yeni müqavilə imzalandığından xx.xx.2017-ci il tarixli 3207-10-17 saylı qazın alğı-satqısı barədə müqavilə 7-ci bəndinə əsasən qüvvədən düşmüşdür. Eyni zamanda məktubda qeyd olunur ki, hər iki müqavilə istehlakçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(083)-671/2019 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iqtisadi mübahisə üzrə tərəflər arasında xx.xx.2019-cu il tarixli barışıq sazişi bağlanılmış və həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi cavabdehin şəxsən özü tərəfindən imza edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş abonent saldosundan görünür ki, 2011ci ildən Bakı şəhəri, Xəzər rayonu Pirallahı qəsəbəsi Gürxan bağlarında yerləşən qeyriyaşayış obyektində quraşdırılmış sayğac Cavabdeh adınadır. İddiaçı İB-də abonent kimi Cavabdeh qeydiyyata alınmışdır. Cavabdehin nümayəndəsi öz izahatında sayğac quraşdırılmış qeyri-yaşayış sahəsi Cavabdeh məxsus olduğunu, həmin qeyri-yaşayış sahəsinin hal-hazırda Kərim-X3 istifadəsində olduğunu və mübahisə predmeti təşkil edən təbii qazın X7 oğlu tərəfindən istehlak edildiyini bildirsə də, həmin qeyri-yaşayış sahəsinin Kərim-X3 istifadəsində olduğu və təbii qazın X7 oğlu tərəfindən istehlak edildiyi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-2(83)-671/2019 saylı iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh iştirak etmiş və barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi cavabdeh X1 İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3207-10-17 saylı qazın alğı-satqısı barədə müqavilədə imzanın ona məxsus olmaması ilə bağlı hər hansı bir etirazını bildirməmiş, əksinə iddia tələbini qəbul edərək borcun müəyyən bir qismini ödəmiş, qalan borcun ödəniulməsi ilə bağlı tərəflər arasında barışıq sazişi bağlanmışdır. Bu saziş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş və qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, cavabdehin vəkili və nümayəndəsinin tərəflər arasında bağlanmış müqavilədəki imzanın cavabdehə məxsus olmaması ilə bağlı irəli sürdüyü dəlillər borcun ödənilməsindən yayınmaq məqsədi daşıyır. İddiaçı İB-də abonent kimi cavabdeh qeydə alınmış və iddiaçı da istehlak olunmuş təbii qazın dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də təbii qazdan istifadəyə görə yaranmış 422330,91 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən cavabdehə izah olunur ki, ona məxsus qeyri-yaşayış sahəsində istifadə edilmiş təbii qazın X7 oğlu tərəfindən istehlak edildiyini iddia edirsə, bununla bağlı ona qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürə bilər xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 312,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 400 manat mediasiya xərci və 312,33 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 400 manat mediasiya xərci və 312,33 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, təbii qazdan istifadəyə görə yaranmış 422330,91 manat məbləğində borc və 712,33 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı (bank hesabı: ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN:AZ72İBAZ********************) xeyrinə tutulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Təbii qazdan istifadəyə görə yaranmış 422330,91 manat məbləğində borc və 712,33 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı (bank hesabı: ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN:AZ72İBAZ********************) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiq Qələndərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar