Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-782/2021 10.08.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh X5 qarşı borcun ödənilməsi tələbinə dair işə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun, 58581 manat 20 qəpik vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı İB-nin ABB-nin 7 saylı Azəriqaz şöbəsi, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə istehlakçı fiziki şəxs X6 arasında bağlanmış AMX-6091/19 saylı 25.09.2019-cu il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana” X8 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur. 01.05.2021-ci il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 47082 manat 20 qəpik borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə müvafiq olaraq mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə tərəfimizdən 01ZM13HŞ-412 saylı 11.06.2021-ci il tarixli borcun ödənilməsi haqqında göndərilmiş pretenziya məktubunun icrası olaraq cavabdeh tərəfindən heç bir ödəniş aparılmamamışdır, yalnız qüvvədə olan məhkəmə qərarı ilə əlaqədar mövsüm üzrə borc ödənişi aparılmaqla 25.06.2021-ci il tarixə debitor borc məbləği 58581 manat 20 qəpik təşkil etmişdir. Bu istiqamətdə qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq heç bir tədbir görülməmiş, yaranməş borcu könüllü ödəməkdən yayınmışdır. Hal-hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəflərindən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, borcun məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh X4 Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun bir hissəsi ilə bağlı Gəncə Kommersiya Məhkəməsinin 17.08.2020–ci il tarixli e-2-2(115)-438/2020 saylı qətnaməsi çıxarılmışdır. Həmin qətnamə ilə cavabdehdən 209379 manat 20 qəpik pulun tutulması qət edilmişdir. Cavabdehin 11500 manat ödənişi nəzərə alınmaqla, hazırki borcu 58587 manat 80 qəpik təşkil edir. Ona görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdeh X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış 25.09.2019-cu il tarixli AMX-6091/19 saylı qazın alqısatqısı müqaviləsindən, abonentin saldosundan və debitor borcunun ödənilməsi barədə pretenziya məktubundan görünür ki, cavabdeh X6 (VÖEN: **********) Şəmkir rayonu ərazisində yerləşən istixanada təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən 256467 manat borcu yaranmış, istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, lakin cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcunu tam ödəmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə olunmuş Gəncə Kommersiya Məhkəməsinin 17 avqust 2020ci il tarixli e-2-2(115)-438/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X5 qarşı istifadə edilmiş təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddiası təmin edilərək, 209379 manat 20 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh X2 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qaz sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, istehlakçı X1 müəyyənləşdirilən qazın dəyərini qanunla müəyyən olunmuş dövr ərzində qaz paylayıcıya ödəməmişdir. Cavabdehin hazırki borcu 58581 manat 20 qəpikdən artıqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, istehlak edilmiş təbii qaza görə 58581 manat 20 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu X2 İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 58581 manat 20 qəpik məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh X2 İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №e-2-2(115)-782/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-782/2021
10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver