Məhkəmə qərarları › İş №e-2-2(115)-8/2023

Gəncə Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(115)-8/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2-2(115)-8/2023 17.01.2023 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı borcun ödənilməsi tələbinə dair və X5 İddiaçınə qarşı borcun silinməsi tələbinə dair iddiaları üzrə işə Gəncə Kommersiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 Şəmkir RQİİ-nə təbii qazdan istifadəyə görə yaranmış borcunun, 340586 manat 70 qəpik vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçı – fiziki şəxs X9 arasında bağlanmış AMX-4477/20 saylı xx.xx.2020-ci il tarixli təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən “istixana” X11 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur. xx.xx.2021-ci il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 310505 manat borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı” ilə də təsdiq olunmuşdur. Mübahisənin məhkəməyədək həll olunması məqsədilə ilə tərəflərindən 01ZM13HŞ-408 saylı xx.xx.2021-ci il tarixli il tarixli borcun ödənilməsi haqqında göndərilmiş pretenziya məktubunun icrası olaraq cavabdeh tərəfindən 5000 manat ödəniş aparılsa da qalan borc istiqamətində heç bir ödəniş aparılmamışdır. Əksinə sonradan istehlak olunmuş təbii qazın dəyəri ödənilmədiyindən debitor borc məbləği artırılaraq 340586 manat 70 qəpik təşkil etmişdir. Bu istiqamətində qanunvericiliyin tələbləri izah olunmasına baxmayaraq heç bir tədbir görülməmiş, abonent yaranmış borcu könüllü ödəməkdən yayınmışdır. Hal- hazıra qədər ödənişin gecikdirilməsi idarənin maliyyə fəaliyyəti istiqamətində ciddi maneə yaratmış və götürülmüş öhdəliklərin vaxtında icrasında ləngimələrə səbəb olmuşdur. Ona görə də qüvvədə olan qanunvericiliyə zidd olan bu hal tərəflərindən mövcud müqavilə üzrə istehlakçı öhdəliklərinin subyektiv səbəbdən ləngidilməsi hesab edilir. Odur ki, borcun məhkəmə qaydasında tutulmasına zərurət yaranmışdır. Məhkəmənin icraatında olan 2-2(115)-816/2021 saylı digər iş üzrə iddiaçı X9 cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ona əsassız olaraq hesablanmış 994068 manat 60 qəpik borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X9 iddia tələbini onunla əsaslandırılmışdır ki, hazırda İddiaçı tərəfindən mübahisələndirilən borc məbləği real sərfiyyatdan dəfələrlə artıq hesablanmışdır və bu gün həmin əsassız hesablanmış borc ondan əsassız olaraq tələb edilir. 2018-ci ildə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək İddiaçıİB tərəfindən əsassız hesablanmış ******* manat 10 qəpik borcun silinməsi barədə qətnamə cıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisələndirilən borc məbləğinin ******* manat hissəsi qanunsuz tərtib edilmiş akt əsasında hesablanmış 35238 manat 10 qəpik hissəsi isə real sərfiyyatdan artıq hesablanmış borc məbləğini təşkil edir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-2(82)-71/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bundan sonra cavabdeh tərəfindən qəbul edilmiş qətnamədən apelyasiya şikayəti verilmiş və apelyasiya instansiyasında işə baxılarkən cavabdehlə aralarında xx.xx.2019-cu il tarixdə barışıq sazişi bağlanmışdır. Bağlanmış barışıq sazişi Bakı Apelyasiya Məhkəməsininxx.xx.2109-cu il tarixli, 2-2(103)-772/2019 saylı qərardadı ilə təsdiq edilmişdir. Sazişə əsasən İddiaçı İB onun abonent hesabından ******* manat 10 qəpik məbləğində borcun silinməsini öhdəsinə götürmüşdür. Məlum olduğu kimi İddiaçıİB ölkə ərazisində təbii qazın satışı sahəsində inhisarçı orqandır. Onun isə fəaliyyət sahəsində təbii qazın fasiləsiz olması mütləq şərtdir. Belə ki, təbii qaz olmadıqda istixanada hər hansı məhsulun yetişdirilməsi qeyri mümkündür. İddiaçı İB öz inhisarçı vəziyyətindən istifadə edərək istixanaya təbii qazın verilməsinin dayandırılacağını bildirmiş və o hesablanmış borcu əsassız hesab etməsinə baxmayaraq və gələcəkdə daha çox maddi ziyana uğramamaq üçün məcbur olub barışıq sazişini imzalamışdır. Sazişə əsasən o üzərinə götürdüyü öhdəliyi vaxtında icra edir, lakin İddiaçıİB xx.xx.2019-cu il tarixdən üzərinə götürdüyü, əsassız hesablanmış borcun silinməsi öhdəliyini bugünədək icra etməmişdir. Bütün bunların qeyd etməkdə məqsədi İddiaçıİB-nin ona qarşı qərəzli mövqedə olduğunu göstərməkdir. Belə ki, abonent saldosundan da göründüyü kimi 2017-ci ildən onun istifadəsində olan qaz sayğacı səbəbsiz olaraq çıxarılmış və əvəzinə ROK 107 tipli, R21380301 nömrəli qurğu quraşdırılmışdır. Həmin qurğu vasitəsi ilə ona bugünədək ******* manat məbləğində borc hesablanmışdır. Qeyd edilən qurğu quraşdırılanadək orta hesabla il ərzində istixanada 160000 manat məbləğində təbii qazdan istifadə edilmişdir. Lakin qaz sayğacı çıxarıldıqdan sonra yəni 2017-ci ildən ona real sərfiyyatdan dəfələrlə artıq hesabatlar verilmiş və il ərzində ona orta hesabla 500000 manat yəni real sərfiyyatdan üç-dörd dəfə artıq məbləğdə borclar hesablanmışdır. İstifadəsində olan istixananın ölçüləri, istixanada istifadə edilən qaz qurğuları və eyni zamanda əkin növü dəyişməmişdir. Belə olan halda 3-4 dəfə artıq qazın hesablanması heç bir məntiqə sığmır. Bundan başqa ROK 107 tipli qurğunun qaz sayğacı kimi üzərindən göstərici oxunmur. Abonent saldosundan da göründüyü kimi ay ərzində guya tərəfindən istifadə edilmiş qazın dəyəri göstəriciyə əsasən deyil məhz İddiaçıİB tərəfindən birtərəfli qaydada, ona məlum olmayan düstur əsasında müəyyən edilərək saldonun “qalıq və aktlar” bölümündə əks olunmuşdur. Abonent saldosunun “Mexaniki göstərici” və “Elektron göstərici” bölümlərində isə göründüyü kimi hər hansı sayğac göstəricisi nəzərə alınmadan borc hesablanır. Hesab edir ki, İddiaçı İB tərəfindən ona 2017-ci ildən bugünədək 560000 manat borc hesablanmalı idi və real sərfiyyatdan artıq hesabat nəticəsində mənə 994068 manat 60 qəpik məbləğində əsassız əlavə borc hesablanmışdır. Gəncə Kommersiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2-2(115)-816/2021 saylı qərardadı ilə iddiaçı X5 cavabdeh İddiaçınə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə 2-2(115)-816/2021 nömrəli kommersiya işi İddiaçı cavabdeh X7 qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə 2-2(115)-786/2021 saylı kommersiya işinə birləşdirilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında məhkəməyə barışıq sazişini təqdim edərək, barışıq sazişinin X5 İddiaçınə qarşı ümumilikdə 994068 manat 60 qəpik borcun silinməsi tələbindən tam imtina etməyi öz öhdəsinə götüməsi və İddiaçı İstehsalat X1 qarşı 340586 manat 10 qəpik borcun tutulması tələbinə dair iddiası üzrə Arzu Namazova məxsus istixanada quraşdırılmış ROK-107 tipli, SN21380301 nömrəli qaz sayğacının rəy əsasında artıq yazmış olduğu 333096 manat borcun silinməsini öz öhdəsinə götürməsi hissəsində məhkəmə tərəfindən təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı nümayəndəsi Nümayəndə və X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir:

1. X9 İddiaçınə qarşı ümumilikdə 2645359.00 manat pulun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-1123/2022 saylı iş üzrə iddia məbləğinin ******* manat hissəsindən, bundan başqa İddiaçınə qarşı 70.000 manat borcun silinməsi tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2- 2(104)-18/22 saylı iş üzrə iddia məbləğindən tam, bundan başqa İddiaçınə qarşı ümumilikdə 994068.60 manat borcun silinməsi tələbinə dair hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-60/2022 saylı iş üzrə isə iddia məbləğindən tam imtina etməyi öz öhdəsinə götürür. Bundan başqa, X9 istifadə edilmiş qaza görə yaranmış 394000 manat məbləğində borcu qəbul edir, özü də daxil olmaqla həmin borcun qazdan istifadə edən digər bütün şəxslər (aidiyyəti şəxslər) arasında bölünməsini, 394000.00 manat məbləğində borcun bölünəcək hissələrinin aidiyyəti şəxslər tərəfindən qəbul edilməsini və bu barışıq sazişinin predmeti daxilində borcun bölünməsi nəticəsində hər bir aidiyyəti şəxsin üzərinə düşəcək məbləğin yaramış borc kimi gələcəkdə istehlakçı qismində onların hər birinin abonent saldosuna daxil edilməsinə razılığı bildirən notarial qaydada təsdiq edilmiş müvafiq ərizələrin İddiaçınə təqdim olunmasım öz öhdəsinə götürür və faktiki dəyəri 258825.00 manat təşkil edən istixananın qazlaşdırılması ilə əlaqədar öz vəsaiti hesabına çəkilmiş qaz xəttinin, əlaqədar qurğu və avadanlıqların, malmaterialların əvəzsiz olaraq İddiaçı balansına keçirilməsinə razılıq verir.

2. İddiaçı isə öz növbəsində X5 İddiaçınə qarşı ümumilikdə ******* manat pulun tutulması ilə bağlı hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)- 1123/2022 saylı iş üzrə iddia məbləğinin 200.000 manat hissəsini qəbul etməyi, bundan başqa X8 qarşı borcun tutulması tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(104)-18/22 saylı iş üzrə akt əsasında yazılmış 70.000 manat borcun silinməsini, bundan başqa X7 qarşı ümumilikdə 340586.10 manat borcun tutulması tələbinə dair hazırda Gəncə Kommersiya Məhkəməsinin icraatında olan 2-2(115)-60/2022 saylı iş üzrə Arzu Namazova məxsus istixanada quraşdırılmış ROK-107 tipli, SN21380301 nömrəli qaz sayğacının rəy əsasında artıq yazmış olduğu 333096 manat borcun silinməsini öz öhdəsinə götür.

3. Tərəflər barışıq sazişinin şərtlərinin məhkəmə tərəfindən təsdiq olunması və bununla da iş üzrə icraata xitam verilməsi ilə razıdırlar.

4. Bu sazişi imzalamaqla, tərəflər barışıq sazişinin bağlanmasının prosessual nəticələri barədə tam məlumatlı olduqlarını təsdiq edirlər.

5. Bu barışıq sazişinin təsdiq edilməsi ilə tərəflərin hazırkı mülki məhkəmə mübahisələri üzrə gələcəkdə bir-birilərinə qarşı heç bir tələbi, iddiası və ya pretenziyası olmayacaqdır. Bu saziş həmçinin İddiaçı İstehsalat X1 qarşı ümumilikdə 528720.6 manat borcun tutulması tələbinə dair hazırda Gəncə Apellyasiya Məhkəməsinin icraatında dayandırılmış olan 2-2(115)-493/2022 saylı işə də şamil edilir.

6. Tərəflər bu barışıq sazişinin şərtlərinin qanunvericiliyin tələblərinə zidd olmadığını və üçüncü şəxslərin heç bir hüququnu pozmadığını təsdiq və qəbul edirlər. İddiaçı nümayəndəsi Nümayəndə və X9 ayrı-ayrılıqda məhkəməyə ərizələr göndərərək bildirmişlər ki, barışıq sazişinin şərtləri və Mülki Prosessual Məcəllənin 191, 261 və 262-ci maddələrində nəzərdə tutulmuş nəticələri onlara aydındır. xx.xx.2022-ci il tarixli barışıq sazişini bir daha təsdiq edirlər və Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə müvafiq olaraq mülki işin icraatına barışıq sazişinin şərtlərinə əsasən xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. Məhkəmə işə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı nümayəndəsini dinləyib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, barışıq sazişinin şərtləri qanuna zidd olmadığı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfisndən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə həmçinin hesab edir ki, Arzu Namazovun nümayəndəsinin vəsatəti üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-60/2022 nömrəli qərardadına əsasən təyin edilərək alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 01 iyun 2022-ci il tarixli 10/1463 nömrəli məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatının dəyəri olan 102 manat Arzu Namazovdan tutalaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 191, 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı nümayəndəsi Nümayəndə və X9 arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. X9 İddiaçınə qarşı ümumilikdə 994068 manat 60 qəpik borcun silinməsi tələbindən tam imtina etməyi öz öhdəsinə götürür.

2. İddiaçı İstehsalat X2 qarşı 340586 manat 10 qəpik borcun tutulması tələbinə dair iddiası üzrə Arzu Namazova məxsus istixanada quraşdırılmış ROK-107 tipli, SN21380301 nömrəli qaz sayğacının rəy əsasında artıq yazmış olduğu 333096 manat borcun silinməsini öz öhdəsinə götürür. İş üzrə icraata xitam verilsin. İş üzrə 102 manat ekspertiza xərci X4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar