Məhkəmə qərarları › İş №e-2-2(115)-828/2025

Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-828/2025

15.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-828/2025 15.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Seylan oğlunun sədrliyi, X14 qızının katibliyi, İddiaçının nümayəndələri X5 və X7 iştirakları ilə İddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X11 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə kommersiya işinə Gəncə Kommersiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X17 Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Tərtər RQİİ-nin əməkdaşları tərəfindən “Bərdə RMX” PHŞ-nə istifadə edilməmiş təbii qaza görə qeyri-qanuni, əsassız yazılmış 5557 manat məbləğində cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə RMX-nın Cərrahiyyə və Hemodializ şöbələrini istilik və isti su ilə təmin edən qazanxanada ciddi nasazlıq yarandığından xx.xx.2024-cü il tarixdən fəaliyyəti dayandırılmışdır. Nasazlığa “Mimsan” markalı 700000 K/kal gücündə olan qazanda çoxlu sayda su sızmaları səbəb olmuşdur. Qazanxana fəaliyyət göstərmədiyi üçün, otaqların qızdırılması kondisionerlər vasitəsi ilə təmin edilmişdir. İsti su ehtiyacını isə təmin etmək mümkün olmamışdır. Qeyd edilən səbəbə görə qazanxananın fəaliyyəti xx.xx.2024-cü il tarixdən dayandırıldığı üçün, həmin tarixdən də qaz idarəsinin əməkdaşına müəssisələrinə verilən qaz təchizatının dayandırılması ilə bağlı məlumat verilmiş, xx.xx.2024-cü il tarixinədək qazın verilməsi dayandırılmış və sayğac işləməmişdir. Müəssisəyə xx.xx.2024-cü il tarixədək verilən qazın haqqı tam ödənilmişdir. Ancaq qeyd edilənlərə baxmayaraq Tərtər RQİİ-nin əməkdaşları akt tərtib edərək istehlakçıya məxsus obyektdə sayğacsız dövr üzrə guya istifadə edilmiş təbii qaza görə 5557 manat cərimə yazılmışdır. Ancaq Bərdə RMX-nın əməkdaşı sözügedən aktı imzalamaqdan imtina etmişdir. “Bərdə RMX” PHŞ-in rəhbərliyi tərəfindən “Azəriqaz İB” X18 İstismar İdarəsinə qazın verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə rəsmi məktubla müraciət edilmişdir. Tərtər RQİİ-nin rəisi Elmir Bayramov xx.xx.2024-cü il tarixdə həmin müraciətə cavab olaraq bildirmişdir ki, Bərdə rayonu üzrə **********00021 abonent kodlu qeyri-əhali istehlakçısının qeyd etdiyiniz dövr ərzində təbii qaz xətti üzərində quraşdırılmış sayğac keçən qaz sərfini qeyd etməmiş (sual:sayğac keçən qaz sərfini hansı səbəbə görə qeyd etməmişdir?) və abonent saldosunda 5557 manat dəyərində hesabat aparılmışdır (Sual:əgər sayğac keçən qaz sərfini qeyd etməmişdirsə, bəs abonent saldosunda 5557 manat dəyərində hesabat nəyə əsasən aparılmışdır?). Yuxarıda qeyd edilən sualların cavabı açıq qaldığına görə “Bərdə RMX” PHŞ-in rəhbərliyi həmin suallara cavab almaq üçün Tərtər RQİİ-nə xx.xx.2024-cü il tarixdə yenidən məktubla müraciət etmişdir. Ancaq kifayət qədər müddət keçməsinə baxmayaraq qarşı tərəfdən sözügedən məktuba hər hansı bir əsaslı cavab verilməmişdir. Bundan sonra sözügedən məsələnin hüquqi müstəvidə həlli ilə bağlı Bərdə 1 saylı Mediasiya təşkilatına müraciət edilmişdir. Ancaq qarşı tərəf Mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. Cavabdeh İB məhkəməyə etiraz göndərərək, iddiaçı “Bərdə rayon Mərkəzi Xəstəxanası”nın Cavabdehnə qarşı 5557 manat borcun silinməsi tələbinə dair iddiası əsassız olduğundan iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı “Bərdə rayon Mərkəzi Xəstəxanası”nın Cavabdehnə borcun silinməsinə dair qaldırdığı iddia tələbi əsassız olduğu üçün ləğv olunmalıdı. Çünki iddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsi arasında qazın alğı-satqısı barədə müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən iddiaçı “Bərdə rayon Mərkəzi Xəstəxanası”nın sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, müəssisənin qaz təminatı dayandırılsa da obyektin qazanxanasında qazın olduğu aşkar olunmuşdur. Yoxlama zamanı sayğacda əvvəl quraşdırılmış siyirtmənin bağlı olsada qazı saxlamadığı müəyyən olunmuşdur. Bundan sonara müəssiyə aid qaz sayğacına baxış keçirilmiş müəssisədə təbii qazdan istifadə edildiyi halda sayğac keçən qaz həcmini qeyd etməmiş və ya natamam qeyd etmişdir. Yəni sayğacın elektron beyni oxunaraq məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə günün müəyyən saatlarında sayğac keçən qaz sərfini qeyd etmədiyi məlum olmuşdur. xx.xx.2024-cü il tarixdən obyektin qaz təminatı akt tərtib edilərək dayandırılmışdır. Qeyd olunan tarixlərdə 1150 m3 qediyyata alınmış, qeyd edilməyən qaz sərfi 22228 m3 hesablanmışdır. 22228 m3 x 0.25 qəpik = 5557 manat. Həmin qeyd olunan məbləğ, Cavabdeh İB-nə 5557 manat qazdan istifadə edib ödəmədiyi borcudur. İddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır. İddiaçının nümayəndəsı X9 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə sayğac yoxlanış üçün yerindən çıxarılıb və laboratoriyada yoxlanıb. Qüsur olaraq isə diskin əyilməsi qeyd olunub. Daha sonra isə sayğac laboratoriyadan gətirilərək yerinə quraşdırılmışdır. 27 oktyabr 2022-ci il tarixdə də eyni hal baş vermişdir. Cavabdeh nümayəndələri onlara bildirmişdir ki, sayğac işləmir bunun üçün də sayğacı yoxlamağa gəlmişlər, lakin sayğacda heç bir qüsur çıxmamışdır. 2024-cü ilin mart ayından bəri qazanxana işləməmişdir. Qazanxananın fəaliyyəti fevral ayında bərpa olunub. Fevral ayında qazanxananın fəaliyyəti bərpa olunsa da, lakin qazanxana 2024-cü ilin noyabr ayında təmir olunub. Qazanxana işləmədiyi halda onlara cərimə yazıblar. Qazanın yükünə görə cərimə hesablanıb, yəni qazanxana işləsəydi nə qədər sərfiyyat olacaqdı onun əsasında yazılıb. Amma yazılmış 5557 manat cərimə əsaslı deyil. O, X19 İstismar İdarəsinə ərizə ilə müraciət etmişdir ki, qazanxana işləmirsə, necə sərfiyyat borcu ola bilər. Ona cavabında sızma olduğu bildirilmişdir. Qazanxana fəaliyyətini dayandırdığı gün Qaz İdarəsinin Sərxan adlı əməkdaşına şifahi müraciət etmişlər ki, qaz təchizatı dayandırılsın. Onların müraciətindən sonra sayğacı bağlamışlar. 5557 manat cərimə yazılanda sayğac laboratoriyaya aparılmamışdır. Qazanxananın işləməməsi ilə bağlı “Filsa+1” MMC-yə həmçinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət etmişlər və bunu təsdiq edən sənədləri iş materiallarına əlavə etmişdir. İlk dəfə akt tərtib olunanda imzalamaqdan imtina etmişdir. Sonra Qaz İdarəsinə getmiş, cərimə necə yazılmağını sübut etmələrini bildirmiş, lakin heç nə təqdim edə bilməmişlər. Onlar sayğacın beynini heç cürə oxuya bilməzdilər. Həmçinin sayğacın beyni oxunarkən ona hər hansı bir əlavə vasitə qoşulmayıb. Sənəd təqdim etmişdilər, lakin ordan da məlum olmurdu ki, bu hansı sayğacın beynindən çıxarılıb. Cərimə yazılan vaxt sayğac onların məntəqəsindən 3 km uzaqlıqda, Cavabdeh nəzarəti altında olan qaz paylayıcı stansiyada yerləşirdi. Siyirtmə də orda yerləşirdi. Qaz İdarəsinin əməkdaşları siyirtməni bağlamışdılar. Qaz təchizatı dayandırılanda kondisionerlər vasitəsi istiliyi təmin etmişlər. Ümumiyyətlə həmin vaxt qazdan istifadə olunmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq borcun silinməsini xahiş etdi. İddiaçının digər nümayəndəsi X12 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 09 mart 2024-cü il tarixdən etibarən qazanxanın fəaliyyəti dayandırılıb. Sayğac işlək vəziyyətdə olub, amma qazdan istifadə etməmişlər. Cavabdeh tərəfindən cərimənin hansı əsasla yazılması barədə tələbnamə təqdim edilməmişdir. **********1 nömrəli abonent koduna yəni, X4 cərimə hesablanıb. X6 də “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X11 balansındadır. Əvvəlki məhkəmə hazırlıq iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, Bərdə rayon Mərkəzi Xəstəxanasına Cavabdeh nümayəndələri tərəfindən baxış keçirilərkən Diaqnostika Mərkəzinin qazanxanasında qazın olduğu aşkar edilmişdir, baxmayaraq ki, qazanxanaya gələn qaz xətti siyirtmədən dayandırılmışdır. Sayğac müəssisədən təxminən 3 km kənarda yerləşir. Qazanxanada qaz aşkar olunduğu üçün siyirtməyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, siyirtmə bağlansada, qazanxanaya qaz gedib. Eyni zamanda həmin qazanxanxananın sayğacı da, qazın sərfiyyatını düzgün qeyd etməmişdir. Onun üçün də ötən ilin müvafiq dövrünə uyğun olaraq qazanxanaya sərfiyyat borcu hesablanmışdır. İddiaçı onlara müraciət edəndən sonra, müəssisəyə qazın verilməsini dayandırmışlar, ancaq siyirtmədə problem olub. Qazanxanaya qaz gedib. Sayğacdan istifadə olunub, mart-aprel ayı soyuq aylar olur, qazdan istifadə olunmaması məntiqli deyil. Təqdim etdiyi sənədlərdən görünür ki, sayğac sərfiyyatı tam yazmayıb, sadəcə günün müəyyən saatlarında 3 kubdan 9 kuba qədər sərfiyyat yazıb. Xəstəxanada qazanxanadan başqa qaz cihazları yoxdur. Həmin vaxt sayğac laboratoriya şəraitində yoxlanılmayıb. Sayğac elektron sayğacdır, onlar sayğacın beynini xüsusi proqramdan çıxarmışlar. 5557 manat cərimə kimi yazılmamışdır, itirilmiş qazın bərpasıdır. 2023-cü ilin mart-aprel aylarında istifadə olunmuş qaz sərfiyyatına uyğun yazılmışdır. Sayğac sərfiyyatı düzgün qeyd etməyib, müəssisədə qazdan istifadə olunub. Xəstəxana strateji əhəmiyyətli müəssisədir, necə olur ki, qazanxana bir saat işləsin, iki saat işləməsin. Sadəcə, sayğac keçən qazın sərfini qeydə almayıb. Sayğacın mexaniki hissəsində heç bir dəyişiklik yoxdur, elektron hissədə olan 1150 kuba görə qənaətə gəlinmişdir ki, burda qazdan istifadə olunub. Sayğacın beynini oxuyan şəxs attestasiyadan keçməyib, akkreditasiyası yoxdur. Məhkəmə tərəflərin izahatlarını və mütəxəssisin rəyini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak etmiş mütəxəssis X8 rəyə əlavə olaraq bildirmişdir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasına itirilmiş qazın bərpası üçün cərimə yazılmışdır. Qüsur olaraq isə qeyd olunmuşdur ki, korrektora baxış keçirilib və müəyyən olunub ki mart-aprel ayı üzrə, baxmayaraq ki, paylayıcı tərəfindən müəssisəyə verilən qaz təminatı dayandırılıb sayğacda uçota alınmayan qaz var. Hesabat aktı tərtib olunub və hesabatda sayğacsız dövr üzrə olduğu qeyd olunmuşdur. Əgər paylayıcı tərəfindən sayğaca plomb vurulubsa, təbii ki onun işlək vəziyyətdə olub-olmaması ilə bağlı məsuliyyəti paylayıcı daşıyır. Cərimə tətbiq olunandan sonra iş məhkəmə icraatında olan dövrdə sayğac laboratoriyaya göndərilib. Qüsur aktında cəmi iki qüsur göstərilib. Biri batareyanın zəif olması, biri isə implus çeviricinin sınıq olması. Qeyd olunan nöqsanlar sayğacda uçota alınmayan qazın qalmasına əsas vermir. Əgər uçota alınmayan qaz olsaydı mexaniki göstəricidə qeyd olunmalı idi. Cavabdeh tərəf elektron korrektorun beynini oxuyublar və nəticəyə gəliblər ki, qazdan istifadə olunub. Sayğacın mexaniki hissəsində heç bir dəyişiklik yoxdur. Qazdan həmin dövrdə istifadə olunmayıb. Elektron və mexaniki hissə bir-biri ilə qarşılıqlı işləyir. Yazılan cərimə əsassızdır. Qanunvericiliyin tələbi budur ki, verilən bildirişdən sonra aparılan hər hansı hesabat əsassızdır. Digər tərəfdən isə bir tərəfli qaydada itirilmiş qazı hesablayıb abonent saldosuna yükləmək də qeyri-qanunidir. Əgər qarşı tərəf razı deyilsə bunu alğı-satqı müqaviləsinə əsasən mübahisələndirə bilər. Sayğacın beyninin oxunması akkreditasiyasi olan qurum tərəfindən aparılmalı idi. İş materiallarında olan Cavabdeh ilə “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X17 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AMX-5638/21 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. X6 istehlakçının strukturunda qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, “Bərdə Rayon Mərkəzi Xəstəxanası”nın Cərrahi Mərkəz və Hemodializ” Şöbəsinə məxsus 700.000 Kkal istilik qazanına “Filsa+1” MMC tərəfindən baxış keçirilmiş və müəyyən işlərin görülməsi ilə bağlı qüsur aktı tərtib olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli abonet saldosundan görünür ki, X2 2024-cü ilin may ayına qalıq və aktlar üzrə 5557 manat borcunun olduğu göstərilmişir. İş materiallarında olan X19 İstisamar İdarəsi tərəfindən tərtib edilmiş qeyri-əhali abonentləri üzrə sayğacsız dövrdə istifadə olunmuş təbbi qazın dəyərinin hesablanmasına dair hesabat aktından görünür ki, X3 istehlakçıya məxsus obyektdə sayğacsız dövr üzrə istifadə edilmiş təbbi qaza görə 22228 m3 həcmində 5557 manat dəyərində hesabat aparılmış və hesabatda 2024-cü ilin mart-aprel ayının 5-nə qədər sayğac işləmədiyi və hesabtın mart-aprel aylarında sayğacın yaddaşında qalan qazın kubuna uyğun aparılığı qeyd edilmişdir. İş materiallarında olan X19 İstisamar İdarəsi və “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X17 arasında imzalanmış xx.xx.2024-cü il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, 2024-cü ilin may ayına 5557 manat borc qeyd edilmişdir. (“Bərdə Rayon Mərkəzi Xəstəxanası” X17 yazılan cərimə ilə razı olmaqlarını qeyd etmişdir). İş materiallarında olan xx.xx.2024-cü il tarixli 18-1-28\2-2144/2024 nömrəli “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən X19 İstisamar İdarəsinə ünvanlanan məktubda qeyd edilmişdir ki, “Bərdə RMX” Cərrahiyyə şöbəsinə xidmət edən Qazanxanın fəaliyyəti xx.xx.2024-cü il tarixdən dayanmışdır. xx.xx.2024-cü il tarixdə “Filsa +1” MMC tərəfindən baxış keçirilmiş və “Qüsur aktı” tərtib olunmuşdur. Bu barədə “TƏBİB”-ə və “İnnovasiya və Təchizat Mərkəzi”-nə məlumat verilmişdir. Buna baxmayaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə olan dövr üçün Bərdə RMX-na 5557 manat dəyərində cərimə yazılmışdır. Bu məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəkdir. Bu səbəbdən cərimənin dondurulması və “Bərdə RMX”-nın qaz ilə təmin olunması üçün köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 14-2-2-11/2-390/2024 nömrəli Cavabdeh İstehsal Birliyi tərəfindən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X13 ünvanlanan cavab məktubunda isə qeyd edilmişdir ki, Bərdə rayonu üzrə **********00021 abonent kodlu qeyri-əhali istehlakçısının qeyd etdiyi dövr ərzində təbbi qaz xətti üzərində qurşadırılmış sayğac keçən qaz sərfini qeyd etməməsi və abonent saldosunda 22228 m3 həcmində 5557 manat dəyərində hesabat aparıldığı qeyd edilmiş, borc ödənildikdən sonra təbbi qaz təchizatının bərpa olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 18-1-28/2-2173/2024-cü il tarixli nömrəli “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X17 tərəfindən X19 İstisamar İdarəsinə ünvanlanan məktubda qeyd edilmişdir ki, əgər qaz xəttinin fəaliyyəti xx.xx.2024-cü il tarixdən etibarən dayandırılmışsa və bununla bağlı tabeliyində fəaliyyət göstərdiyimiz TƏBİB-ə də məlumat verilmişdirsə hansı qeyd edilməyən qaz sərfindən söhbət gedə bilər və sayğac qaz sərfini qeyd etməmişdirsə 22228 m3 həcmində, 5557 manat dəyərində hesabatın aparılmamasını hansı əsasa görə iddia edirsiniz? Suallara əsaslandırılmış şəkildə cavab verilməsi xahiş edilmiş və əks halda Cavabdeh İB-nə və aidiyyəti qurumlara müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 14-2-2-11/2-493/2024 nömrəli Cavabdeh İstehsal Birliyi tərəfindən “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X13 ünvanlanan cavab məktubunda isə qeyd edilmişdir ki, Bərdə rayonu üzrə **********00021 abonent kodlu qeyri-əhali istehlakçısının qeyd etdiyiniz dövr ərzində təbbi qaz xətti üzərində qurşadılmış sayğac keçən qaz sərfini qeyd etməmiş və abonet saldosunda 22228 m3 həcmində 5557 manat dəyərində hesabat aparılmışdır. Hesabat ötən ilin mart-aprel aylarının sərfiyyatına uyğun aparılmışdır. İş materiallarına əlavə edilmiş “Azərbaycan Metrologiya İnstitutu” PHŞ tabeliyindəki "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli 002245 nömrəli aktdan görünür ki, G 100 markalı, turbin tipli, 80078814 nömrəli sayğac xx.xx.2025-ci il tarixdə yoxlanılmaya qəbul edilmiş və yoxlama nəticəsində bateriya enerjisinin az olması və impuls çevricinin qırıq olması qüsuru qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini X1 Filialının mütəxəssisi X15 tərəfindən verilmiş xx.xx.2025-ci tarixli rəydən görünür ki, təqdim edilmiş iş materiallarından müəyyən olmuşdur ki, Tərtər RQİİ-nin nümayəndələri tərəfindən iddiaçı Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə məxsus müəssisədə quraşdırılmış G-100 markalı 80078814 nömrəli rotor tipli qaz sayğacına baxış keçirildiyi və müəssisənin qazlaşma layihəsində dəyişiklik olmasını əsas gətirərək paylayıcı tərəfindən xx.xx.2025-ci il tarixli, ******* nömrəli (eyni nömrəli akt 2 müxtəlif vaxtlarda 2 dəfə tərtib edilmişdir) akt tərtib edilmiş və sözü gedən qaz sayğacı yeni qaz sayğacı ilə əvəzlənərək növbədən kənar yoxlamaya göndərildiyi göstərilmişdir. Azərbaycan Respublikasının ərazisində güvədə olan ГOCT 2939-63 «ГA3bl. УCЛOBИЯ ДЛЯ Oпpeделения Oьъeмa» dövlət standartı istehlakçılar ilə qarşılıqlı hesablaşmalar zamanı onların istehlak etdiyi qaz həcminin təyin edilməsi üçün qazın standart şəraitə gətirilməsi şərtdir. Standart şəraitin (temperatur 20°C (293.15K), təzyiq 760 mm civə sütunu (1 01325bar), 0 (sıfır) həddində rütübətlik) ödənilməsi məqsədi ilə mexaniki ölçmə vasitəsi olan rotorlu və turbinli qaz sayğacları sayğacdan keçən qazın təzyiqini və temperaturunu ölçən, həmçinin digər ölçülməyən, lakin həcmin hesablanması üçün zəruri olan parametrləri nəzərə alınmasını təmin edən elektron cihazla (korrektor) təmin edilir. İşçi rejimdə sayğacın mexaniki hissəsində qeyd edilən həcmlərin elektron hissədə standart şəraitə uyğun hesablanması üçün göstəricilərin ötürülməsi başlığında impuls çeviricisi olan naqil vasitəsi ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, standart şəraitə gətirilmiş qazın həcm göstəriciləri mexaniki ölçülmüş həcm göstəricilərindən çox olur. Hər hansı bir səbəbdən (kənar təsir, texniki nasazlıq) mexaniki göstəricinin elektron hissəyə ötürülməsi pozularsa, mexaniki göstərici artmaqla elektron göstəricidən çox olur və sayğacın mexaniki ilə elektron göstəriciləri arasında fərq yaranır. Sayğacın mexaniki göstəricinin elektron hissəyə ötürülməsi naqilinin birləşmə yerində (şteyker), habelə qaz sayğaclarının üzərində Xidmətin (AİBDNX) və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır Təqdim edilmiş materiallardan da müəyyən olunur ki, sözü gedən qaz sayğacının plomblarına heç bir müdaxilə olunmamışdır. İş materiallarında olan sənədlərin təhlili zamanı oda müəyyən olundu ki, paylayıcının nümayəndələri tərəfindən 2024-cü ilin mart-aprel ayının 5-nə gədər Elester G-100 markalı, 80078814 zavod nömrəli qaz sayğacının elektron korrektor hissəsində arxiv məlumatlarının oxunması aparılmış və nəticədə “Azəriqaz" İB-nin X19 İstismarı tərəfindən 'Qeyri-əhali abonentləri üzrə sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair 02 nömrəli hesabat aktı tərtib edilərək uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi məqsədi ilə, qeydə alınmayan 22228 m3 qaz sərfi olduğu müəyyən olmuş və dəyəri 5557.00 manat məbləğində hesabat aparılaraq abonentin hesabına işlənilmişdir. Bununla da Tərtər RQİİnin əməkdaşları tərəfindən uçota alınmayan qaz həcminin hesabat: aparılan hesabat zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 16 dekabr tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələblər”in 1.3-cü bəndinin (Ölçmə vasitələrinin yoxlanılması səlahiyyəti hüquqi şəxslərə, hüquqi şəxslərin metroloji xidmətlərinə və fiziki şəxslərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra - Xidmət) tərəfindən verilir. Ölçmə vasitələrinin yoxlanılması sahəsində akkreditasiya olunmuş hüquqi şəxslər, hüquqi şəxslərin metroloji xidmətləri və fiziki şəxslər (bundan sonra - akkreditasiya olunmuş orqanlar) tərəfindən yoxlanılan ölçmə vasitələrinin siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir), 1 4-cü bəndinin (Ölçmə vasitələrinin yoxlanılması üzrə fəaliyyətə Xidmət nəzarət edir), 1.5-ci bəndinin (Ölçmə vasitələrinin yoxlanılması Xidmət tərəfindən yoxlayıcı qismində attestasiya olunmuş fiziki şəxslər tərəfindən həyata keçirilir), 1.6-cı bəndinin (Yoxlama ölçmə vasitələrinin tipinin təsdiqi üzrə sınaqların nəticələrinə əsasən texniki normativ hüquqi aktlara uyğun olaraq aparılır.), 2 14-cü bəndinin (Dövlət metroloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında' Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanılan ölçmə vasitəsinin sahibi olan hüquqi və ya fiziki şəxsin nümayəndəsinin iştirakı ilə aparılır və yoxlamanın nəticələri yoxlama aktında öz əksini tapır) və 2.18-ci bəndinin (ölçmə vasitəsinin yoxlanılması tipi təsdiq edilərkən müəyyən edilmiş yoxlama metodikaları əsasında həyata keçirilir) tələbləri pozulmuşdur. Eyni zamanda, 'Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 13-cü maddəsinin 8-ci hissəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dek istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir) "Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının ıstehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz (Qaydaların 5.2 bəndi). Həmin Qanunun 13-cü maddəsinin 8-1 -ci hissəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşin faktiki hallarından görünür ki, iddiaçıya məxsus G-100 markalı 80078814 nömrəli qaz sayğacı cavabdeh tərəfindən yoxlamadan keçirilmiş, yoxlama nəticəsində bateriya enerjisinin az olması və impuls çevricinin qırıq olması aşkar olunmuş, “Qeyri-əhali abonentləri üzrə sayğacsız dövrdə istifadə olunmuş təbii qazın dəyərinin hesablanmasına dair 02 nömrəli hesabat aktı tərtib edilərək uçota alınmayan qaz həcminin müəyyənləşdirilməsi məqsədi ilə, qeydə alınmayan 22228 m3 qaz sərfi olduğu müəyyən edilərək 5557 manat dəyərində borc iddiaçının hesabına daxil edilmişdir. Məhkəmə qeyd edir ki, qazdan istifadə qaydalarına görə iddiaçı hüquqi şəxs olaraq sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi daşısa da, uçota alınmayan qaz həcminin hansı qaydada hesablanaraq 22228 m3 həcmində müəyyən olunduğuna görə cavabdehə dəyən ziyanla iddiaçının hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın baterya enerjisinin az olması və impuls çeviricisinin qırıq olması əsası ilə hesablama öz mülahizələrinə əsasən aparılmışdır ki, bununla da iddiaçının hesabına qanunsuz olaraq borc daxil edilmişdir. Cavabdeh tərəfindən 5557 manat məbləğində borcun iddiaçının hesabına daxil edilməsinin qanuna uyğun olmaması iş üzrə mütəxəssis tərəfindən verilmiş yuxarıda qeyd olunan rəylə bir daha təsdiq olunur. Həmçinin mütəxəssisin rəyindən də göründüyü kimi sözü gedən qaz sayğacının plomblarına heç bir müdaxilə olunmamışdır. Əgər uçota alınmayan qaz olsaydı mexaniki göstəricidə qeyd olunmalı idi. Hər hansı bir səbəbdən (kənar təsir, texniki nasazlıq) mexaniki göstəricinin elektron hissəyə ötürülməsi pozularsa, mexaniki göstərici artmaqla elektron göstəricidən çox olur və sayğacın mexaniki ilə elektron göstəriciləri arasında fərq yaranır. Lakin iş materiallarında olan xx.xx.2024-cü il tarixli abonentin saldosundan görünür ki sayğacın mexaniki göstəricisində hər hansı dəyişiklik qeyd edilməmişdir. Cavabdeh iddiaçı tərəfindən qaz paylayıcısına ziyan vurulması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, iş məhkəməyə xx.xx.2025-ci il tarixdə olmuş cavabdeh tərəfindən isə sayğac iş məhkəməyə daxil olduqdan sonra yəni xx.xx.2025-ci il tarixdə labaratoriyaya yoxlanış üçün aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 07 fevral 2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi iddiaçı Bərdə rayon Mərkəzi Xəstənası PHŞ ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödəmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 75 manat 57 qəpik məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, X4 (abonent kodu: 2**********00021) hesablamış 5557 manat məbləğində borc Cavabdeh tərəfindən silinməli, ödənilməli olan 75 manat 57 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə keçirilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddia təmin edilsin. X4 (abonent kodu: 2**********00021) hesablamış 5557 manat məbləğində borc Cavabdeh tərəfindən silinsin. Ödənilməli olan 75 manat 57 qəpik məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar