Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-862/2025 18.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, İddiaçı MMC-nin nəzdində olan “Annenfeld Memorial” Hospitalından ödənilməsi tələb edilən 6986,63 manat məbləğində əsassız debitor borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir RQİİ Şəmkir Xidmət sahəsi ilə İddiaçı MMC arasında Şəmkir rayonu ərazisində, Bakı-Qazax yolunun 402-ci kilometrliyində yerləşən İddiaçı MMC-nin nəzdində olan “Annenfeld Memorial” Hospitalına qaz yanacağı verilməsi məqsədilə xx.xx.2021-ci il tarixli AMX-nin 1802/21 saylı qazın alqı-satqısı müqaviləsi bağlanmış və “Annenfeld Memorial” Hospitalının həyətində mexaniki sayğac quraşdırılmışdır. (G-16Markalı ********** nömrəli, plomblama ********* nömrəli) İddiaçı MMC-nin nəzdində olan “Annenfeld Memorial” Hospitalında istifadə olunan qaz yanacağı xəttə quraşdırılmış sayğacın qeydə aldığı qazın real sərfiyyatı məbləğində ödənişin müntəzəm olaraq iddiaçı tərəfindən ödənilməsinə baxmayaraq, Cavabdeh Şəmkir X4 İdarəsinin Şəmkir XS-nin TQQ və SX-nin əməkdaşları tərəfindən sayğaca xx.xx.2023-cü il tarixdə baxış keçirmişdir. Hospital tərəfindən istifadə edildiyi kimi qiymətləndirilərək 2023-cü ilin iyun ayı üçün 27947 m3 qaz sərfiyyatı qeyd edilməklə 6986, 63 manat debitor borcun yaranması barədə akt tərtib edilmiş və həmin borcu ödəmədiyi təqdirdə iddiaçı hospitalın təbii qaz təminatının dayandırılması və borcun ödənilməsinin məhkəmə yolu ilə tələb olunacağı barədə iddiaçı hospitala bildiriş-xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə hospitalın həyətində quraşdırılmış sayğacdan sonra qaz yanacağını daşıyan qaz boru-xəttinin kəsici alətlə kəsildiyi və yüksək təzyiqlə (24 saat) qazın havaya axdığı müşahidə olunmuşdur. Bu barədə nümayəndələri Şahid1 tərəfindən cavabdehin əməkdaşı Azər adlı şəxslə mobil telefonla əlaqə saxlanılmışdır. Azər adlı əməkdaş həmin qaz xəttinin kəsilməsi barədə məlumatlarının olmasını, hətta həmin kəsilməyə dair onda videgörüntünün olmasını, həmin videogörüntünün Şahid1 göndərməsini bildirmişdir. Ona görə də kəsilmiş boru xəttinin kəsilməsinə dair göndərilmiş videogörüntünü əks etdirən 1 ədəd videodisk məhkəməyə təqdim ediləcəkdir. Bir daha sübut olunur ki, hospitala gedən qaz xətti cavabdehin əməkdaşlarının təqsiri ucbatından kəsilərək və qüsur aradan qaldırılmayaraq hospitala gedən qazın əsassız sərfiyyatına səbəb olmuşdur. Ona görə də həmin debitor borcun ödənilməsi əsassız olaraq cavabdeh tərəfindən hospitaldan tələb olunur. Qeyd olunanlara əsasən müəyyən olunmuşdur ki, hospitalı təbii qazdan istifadəyə görə 6986.75 manat məbləğində debitor borcun yaranmasına dair akt əsassız tərtib edilmişdir. Yuxarıda qeyd edilənlərə və qanunun tələbinə görə istehlakçının heç bir mülki hüquq məsuliyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X5 idarəsinin tərəfindən "xxxx" MMC-yə akt tərtib edilərək borc hesablanmışdır. Özü də gedib əraziyə baxış keçirmiş,müəyyən etmişdir ki, qaz sayğacının quraşdırıldığı yerlə "xxxx" MMC arasında təxminən 3-4 km məsafə var. Onlar dəfələrlə qarşı tərəfə bununla bağlı müraciət etmişlər ki, sayğacı iddiaçının binasına yaxın yerləşdirilsin. Qaz idarəsinin işçiləri iş görən zaman xətti kəsmiş və onlara bildirmişlər ki, “narahat olmayın, sizlik bir şey yoxdur”. İddiaçı yazılmış borcu ilk növbədə ona görə əsassız hesab edir ki, qaz sayğacı onların ərazisində yerləşmir, Cavabdeh İB-nin öz mühafizə etdiyi yerdə quraşdırılmışdır. Orada bir çox qaz sayğacı mövcuddur və ora nəzarəti cavabdeh qurum həyata keçirir. İddiaçıya gələn qaz xətti də başqa şəxsin ərazisindən keçərək binaya daxil olur. Cavabdehin əməkdaşlarının apardığı təmir işləri zamanı iddiaçının qaz xətti kəsilmişdir, əməkdaşlar onlarla əlaqə saxlayaraq onlara narahat olmamaqlarını bildirmişlər. Sonradan iddiaçıya məlum omuşdur ki, guya iddiaçının üzləşmə aktı tərtib edilmişdir. Ancaq bu mümkün ola bilməz, aktdakı imzanın da kimə məxsus olduğu məlum deyildir. Necə ola bilər ki, binadan 3-4 km uzaqda yerləşən ərazidə aparılan işə görə qarşılıqlı üzləşmə aktına imza çəksinlər. Sayğac olan ərazi Cavabdeh İB-nin mühafizəsindədir, həmin ərazi də mühafizə yerindən görünən yerdədir, yəni başqa şəxs oraya girib hər hansı müdaxilə edə bilməzdi. Orada ən azından 20 ədəd qaz sayğacı vardır. Qarşı tərəf ən azından hansısa hüquq mühafizə orqanına müraciət etməli idi. Çünki iddiaçı nəyə görə öz sayğacını kəsib havaya qaz buraxmalıdır. Cavabdeh etiraf etməsə də onların həmin ərazidə hər hansı iş aparması iddiaçıya məlumdur, ona görə qarşı tərəf hər hansı tədbir görməmişdir. İlk növbədə burada təqsir araşdırılmalıdır, iddiaçının burada təqsirindən söhbət gedə bilməz, Videodan da aydın görünür ki, kimsə həmin borunu qəsdən kəsib, bu təqsir cavabdeh tərəfindən ararşdırlmamış, abonentə borc yükləməklə işlərini bitmiş hesab etmişlər. Üzləşmə aktını isə iddiaçının əməkdaşlarından heç kəs imza etməmişdir. Möhür isə digər sənədlərin arasında qarışdırılıb vurulmuşdur. Çünki həmin möhür ancaq rəhbərdə olmur. O cümlədən iddiaçı təşkilatda baş mühasib ştatı yoxdur, mühasib ştatı vardır, mühasib də məhkəmədə bildirdi ki, akta o imza atmamışdır. Cavabdehin nümayəndəsi də bildirdi ki, abonent tərəfindən akta kimin imza atdığını görməmişdir. Videodan da görünür ki, nə qədər məsafədən sonra boru kəsilmişdir. Boru xətti kəsildikdən sonra qaz dayandırmamış o necə qaynaq edilə bilər?. Cavabdeh tərəfindən yazılan borc məbləği əsassız olaraq yazılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Azəriqaz" İB-nin nümayəndəsi X3 izahatında göstərdi ki, bu barədə araşdırma aparmış, lakin iddiaçı tərəfin qeyd etdiyi kimi təmir işlərinin aparılması barədə məlumat yoxdur. Xəttə müdaxiləyə görə borc hesablanması mütəxəssis rəyi ilə bağlıdır, yəni ola bilər ki, sayğaca və ya qaz xəttinə müdaxilə edərək, əlavə avadanlıq quraşdıraraq 6000 manatlıq deyil 16000 manatlıq qaz sərfiyyatı əldə edilsin. Sayğacla abonentin əmlakının arasındakı məsafəni bilmir. Tural adlı şəxs cavabdeh təşkilatda işləyir, Əsgərov Lənkəranda işləyir. Qəhrəmanov pensiyadadır. Onlar həmin ərazidə olan işçinin ona aid olmayan vəzifəsini, işi yerinə yetirib yetirmədiyini şahiddən soruşuruq. İşçinin vəzifəsi həmin xətlərə nəzarət etmək deyildir. Bu iddianın cavabdehə heç bir aidiyyəti yoxdur, çünki cavabdehin burada hər hansı təqsiri yoxdur. O cümlədən həmin qaz xətti iddiaçının əmlakıdır, əgər şəxsin əmlakına zərər dəymişdirsə hüquq mühafizə orqanına müraciət etməli idi, aydınlaşdırlmalı idi ki, bu kimin təqsiri ilə baş verib. Üzləşmə aktına isə imza çəkib möhür vurulub. İddiaçının nümayəndəsi deyir ki, üzləşmə aktına imza çəkməmişlər. Qanuna əsasən də sayğacadan sonrakı qaz xətti, tənzimləyici və s. abonentə mənsubdur. Cavabdeh təşkilat müəyyən ərazini mühafizə etdirsə belə, sayğacdan sonra qaz xəttinə nəzərət etmək cavabdehin vəzifəsi deyildir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, üzləşmə aktındakı imza ona məxsus deyildir. Üzləşmə aktını görmüşdür, lakin ona təqdim edilməmişdir. Həmin sənəd direktorun özündə olmuşdur, ancaq məlumatı yoxdur ki, o necə təqdim edilmişdir. İddiaçı təşikatda baş mühasib ştatı yoxdur, o özü sadəcə olaraq mühasib işləyir. Möhür isə direktorda olur. 6000 manatlıq qaimə üzrə qaz idarəsinə ödəniş etməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun klinikada işlədiyi müddətdə həmişə qaz sayğacına, işıq sayğacına o nəzarət edir. Direktor özü ona texniki işləri həvalə etmişdir. Qaz sayğacının quraşdırıldığı əraziyə X6 İdarəsi nəzarət edir. Sayğac hasarın içindədir. Gedib icazə alır, gəlib qapını açırlar, ondan sonra sayğaca baxa bilir. Təxminən 2023-cü ilin iyun ayında Şəmkir qaz idarəsinin əməkdaşı Azər müəllim təxminən axşam saat 8-ə işləmiş ona zəng etmiş, məlumat vermişdir ki, iddiaçıya məxsus qaz xəttində işlər görülmüşdür, qaz xətti kəsilmişdir. Əraziyə getmiş qaz xəttinin kəsildiyini görmüşdür. Video görüntüləri o çəkmişdir. Azər müəllim ona demişdir ki, iddiaçıya məxsus qaz xətti səhvən kəsilmişdir. Xəttin kəsildiyini 24 gün sonra aşkar etmişdir, aşkar etdiyi günün sabahı xətti qaynaq etdirmişdir. Hardasa sayğacla bina arasında 250 metr məsafə vardır. Xəttin keçdiyi ərazilər iddiaçının mülkiyyətində deyildir. İddiaçı təşkilatın binasından xəttin kəsildiyi yeri görmək mümkün deyildir. 24 gün ərzində xəttə baxmamışdır. Həmin ərazidə 20-ə yaxın xətt vardır, yəni bilə bilməzlər ki, hansı xətt iddiaçınındır ki, ona nəzarət etsinlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2023-cü ilin iyun ayında "xxxx" MMC-nin qaz xəttində sızma olmuşdur. Hər bir abonent özü öz xəttinə cavabdehdir, onların da nümayəndəsi hər ay sayğaca qədər öz xəttlərini yoxlamalı idi. Ona növbətçi tərəfindən zəng gəldi ki, "xxxx" MMC-nin qaz xəttində sızma vardır, həmin vaxtda o qaz verilməsini dayandırmışdır. GPS-dən 50 metr aralıda sızma var idi. Xətti kimin kəsdiyini bilmirlər. Sayğacların olduğu yerdən sızma olan yer görünür. Sayğaclara növbətçi hissə nəzarət edir. Növbətçi hissə həmin yeri görə bilərdi. Laqonda vasitəsi ilə dəmir turbanı kəsmişdilər. Qaz idarəsi tərəfindən orada iş aparılması üçün rəhbərlik tərəfindən əvvəlcədən icazə alınmalıdır. Bu da sahibkarın müraciəti əsasında baş verir. Təhlükəsizlik qaydaları təmin edilməklə iş görülür. Orada təxminən fərqli-fərqli abonentə məxsus 10 ədəd qaz xətti var. Şirkətin təsərrüfata cavabdeh işçisi imtahan verib vəqisə almalıdır. O dəfələrlə görmüşdür ki, başqa müəssisələrdə qazanxanaya baxan işçisi öz qaz xəttlərini yoxlayır. "xxxx" MMC-dən qaz sayğacına təxminən 200-250 metr məsafə vardır. Obyekt ilə qaz sayğacının arasındakı məsafə ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Sayğacdan sonrakı qaz xəttinə hər hansı zərər yetirilərsə və həmin şəxs tapılmazsa bu barədə abonentin özü müvafiq orqana şikayət etməlidir. Ayda bir dəfə qaz sayğaclarının üzəri oxunub sərfiyyat haqqı hesablanıb abonentə təqdim edilir. Üzləşməni cavabdehin işçi "xxxx" MMC-də işləyən xanıma təqdim edir, o da aparıb rəhbərə möhür vurdururdu. Cavabdehin əməkdaşların həmin vaxt orada iş aparması barədə məlumat yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, onların vəzifəsi abonentin sayğacını oxutmaq, borcu abonentə təqdim etmək, aktları, üzləşdirmə aktlarını abonentə imzalatmaqdır. Bu işləri icra edirlər. Onun işçiləri aktları aparıb abonentə imzaladır. Abonentin özündə qaz təsərrüfatına nəzarət üçün şəxs olur, onlar xüsusi sertfiikat alırlar, onlar daimi olaraq qaz avadanlıqlarına, qaz xəttinə, qaz sayğacına nəzarət etməlidirlər. Onun borcu qaz sayğacına baxmaq, üzərindəki göstəriciləri sistemə daxil edib abonentə təqdim etmədikdir. Onlar qaz sızması müəyyən edən kimi qazın verilməsini dayandırıb abonentə məlumat verirlər. Onlar kəsilən qaz xəttindən xəbərdar olmamışlar, çünki cavabdeh orada hər hansı tədbir aparmamışdır, bu barədə onların əlində sənəd yoxdur. Sayğacdan sonrakı qaz xəttində abonent özü nəzarət etməli idi. Layihə əsasında qaz xətti çəkilir, qaz sayğacı qoyulur ona görə sayğacı gətirib obyektin yayına bağalaya bilmirlər. Həmin ərazidə olan Cavabdeh İB-nin mühafizəçisi sayğacdan sonrakı borulara nəzarət etmir, o cavabdehin orada olan mühafizə zonasına nəzarət edir. Həmin mühafizəçinin qaz xətti kəsilən zaman onu görməməsi mümkündür. Çünki o, orada bir çox əraziyə nəzarət edir, ola bilər ki, həmin vaxt başqa yerə baxış keçirmişdir. Üzləşmə aktında onun imzası vardır. Sayğac göstəricilərini işçi götürür və sistemə işləyir, daha sonra üzləşmə aktı çıxarılır, akta o, idarənin rəisi və uçot xidmətinin rəisi imza çəkir, daha sonra akt abonentə təqdim edilir. Abonent də onu oxuyur və imzalayır, nüsxənin biri abonentdə, biri onlarda, biri isə baş idarədə qalır. Hazırki üzləşmə aktının qarşı tərəfdən kimin tərəfindən imzlanmasını görməmişdir. Elə olur ki, onlar aktı təqdim edir, qarşı tərəf onlara deyir ki getsinlər, sonra gəlib aktı götürərlər. Onlar aktın qarşı tərəfin imzalanmasında iştirak etməmişlər. İş materiallarında olan qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh İB-lə "xxxx" MMC arasında xx.xx.2021-cu il tarixdə AMX-1802/21 saylı müqavilə bağlanmış, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-yə məxsus abonent kodu **********602463 olan saldodan görünür ki, abonentə 2023-cü ilin iyun ayına sərfiyyatın məbləği olaraq 6986,75 manat borc yazılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin nəzdində olan “Annenfeld Memorial“ Hospitalın əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktda qeyd edilmişdir ki, xx.xx.2023cü il tarixdə hospitalın həyətinə baxış keçirərkən oradan keçən qaz xəttinin kəsici alətlə kəsildiyi və yüksək təzyiqlə qazın havaya axdığı müşahidə olunmuşdur. Şəmkir RQİİİ-nin əməkdaşı Azər adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlanılan zaman o bu kəsiyin Qİİ-nin əməkdaşlarının orada işlər aparmasından baş verdiyini və kəsintinin təzə olduğunu bildirmişdir. Azər adlı əməkdaş həmin qaz xəttinin kəsilməsi barədə məlumatlarının olmasını, hətta həmin kəsilməyə dair onda videogörüntünün olmasının həmin videogörüntünü Şahid1 göndərməsini bildirmişdir. Ona görə də qaz xəttinin kəsilməsi vəziyyətinə dair videogörüntünün diski akta əalvə edilir. İş materiallarında olan qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, 30 iyun 2023-cü il tarxiə qalıq borc 6986,63 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarında olan audio-video disklərdən görünür ki, qaz sayğacı ilə abonentin binası arasına müəyyən bir məsafə vardır. Sayğacdan xeyli sayda qaz xətləri keçir. Həmin xətlərdən biri kəsilmiş və kəsilmiş yedən qaz havaya axır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, işin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı hüquqi şəxslə cavabdeh təşkilat arasında qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmış, cavabdeh tərəfindən iddiaçı qazla təmin edilmişdir. İddiaçıya məxsus qaz sayğacı hüquqi şəxsin yerləşdiyi binadan aralıda cavabdeh təşkilatın mühafizəsi altındadır. Saygacadan xeyli sayda qaz xətləri çıxır. İddiaçıya məxsus qaz xətti kəsilmiş və iddiaçıya verilmiş qaz havaya axmışdır. Sayğac nəticələrinə əsasən iddiaçıya, yəni abonentə qaz sərfiyyatına görə 6986,63 manat borc hesablanmışdır. İddiaçının mübahisələndirdiyi hal ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus qaz xətti yerləşən ərazidə cavabdehin əməkdaşları tərəfindən təmir işləri görülmüş və görülmüş işlərlə əlaqədar onların qaz xətti kəsilmiş və buna görə də qaz havaya axmış və onlara əsassız borc hesablanmışdır. Məhkəmə bildirir ki, iddiaçının irəli sürdüyü dəlillər iş materialları ilə təsdiq edilmir, cavabdehin təqsiri üzündən borc yaranması sübut olunmur. Həmçinin müqavilə üzrə qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilatı-texniki tədbirləri yerinə yetirmək hüquqi şəxsin vəzifələrinə aiddir. Hüquqi şəxs ona məxsus qaz xəttinə mütəmadi olaraq nəzarət etməli və təhlükəsizliyi ilə bağlı tədbirlər görməli idi. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidr. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №e-2-2(115)-862/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-862/2025
18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver