Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-87/2021 21.04.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, cavabdeh X1 iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı borc tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı cavabdehin istehlak edilmiş təbii qazın dəyərinə görə yaranmış 5512 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı ABB-nin 7 saylı İddiaçı şöbəsi, Kiod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azərqaz İB, VÖEN **********, İBA AZ50İBAZ******************** bank hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə istehlakçı X4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX-2958/19 saylı təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh X4 İddiaçı tərəfindən təbii qazla təchiz olunur. X4 bağlanmış müqavilə öhdəliklərinə əməl etməmiş və istifadə olunan təbii qazı ödəmədiyinə görə İddiaçınə 5512 manat borc yaranmışdır. Borcun ödənilməsinin məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasına riayət edilsə də cavabdeh tərəfindən borc ödənilməmişdir. İddiaçının nümayəndələri iş üzrə keçirilən xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən X5 və xx xxxx 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən X3 izahat verərək iddia tələbini müdafiə etdiklərini bildirmişlər. Cavabdeh X4 məhkəmə iclasında izahat verərək iddia tələbini əsassız olduğunu, qaz sayğacının düzgün hesablamadığını bildirərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərətəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki işə əlavə edilmiş: Abonentin saldosundan görünür ki, abonent X2 5512 manat borc hesablanmışdır. İşin hallarından göründüyü kimi iddiaçı cavabdehdən 5512 manat vəsaiti qaz sayğacının hesablaması nəticəsində abonentin saldosunda əks olunanlara əsasən istəyir və sayğacın qaz sərfiyyatının hesablamasının nəticəsi olan abonentin saldosunu yeganə sübut kimi təqdim edir. Cavabdeh isə öz növbəsində yazılı və şifahi etirazlar təqdim edərək qaz sayğacının düzgün hesablamadığını, yəni artıq hesabladığını bildirir. Belə olan halda borc hesablanan vaxtlarda sayğacın saz və ya nasaz vəziyyətdə olması barədə aydınlaşdırıcı suallara eyhtiyac yaranır. Çünki, abonentin saldosu sayğacın düzgün işləyib-işləməməsini özündə əks etdirən sənəd deyildir. Məhkəmə qeyd edir ki, cavabdeh şəxs borc hesablanan vaxt sayğacın düzgün işləməməsi barədə sübutlar təqdim etmək imkanına malik deyildir. Çünki o, qaz sayğaçını xətdən açmaq, onu çıxarmaq və İddiaçı labaratoriyasında yoxlatmaq səlahiyyətini daşımır. Həmçinin qaz sayğacının vaxtaşırı olaraq yoxlanılması kimi səlahiyyətlər iddiaçıya məxsusdur.Tərəflər arasında müqavilə münasibətləri mövcud olsa da, bu məsələdə İddiaçı üstün mövqeyə malikdir. Belə olan vəziyyətdə qaz sayğacının qüsursuz işləməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Qaz sayğacı normal işləmədiyi vəziyyətdə göstərilən rəqəmlərin sərfiyyata uyğun olmaması mütləqdir. Lakin, qaz sayğacının qüsursuz işləməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Belə olan halda abonentin saldosunun sübut kimi mötəbərliyi kifayət qədər azalır. Borcun əsaslı olması barədə yetərli sübut hesab olunmur. Qeyd olunanlardan əlavə iş üzrə sənədlərdən göründüyü kimi sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu barədə ******* və ******* nömrəli aktlar tərtib olunmuşdur. Lakin, həmin aktların tarixinin, məzmununun oxunaqlı vəziyyətdə olan surəti məhkəməyə təqdim edilməmişdir. Həmin aktlara əsasən sayğacın hansı vəziyyətdə olmasını müəyyən etmək mümkün deyildir. Həmin aktların aydın yazılmış surətinin, həmçinin sayğacın labaratoriya yoxlamasından keçməsi barədə rəyin məhkəməyə təqdim olunması iddiaçı tərəfə təklif olunmasına baxmayaraq təqdim edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə yalnız abonentin saldosunu borcun əsaslı olması barədə yetərli sübut hesab etmir və yalnız istinad etməklə borcun tutulmasının təmin edilməsini əsaslı və ədalətli hesab etmir. Sübutetmə vəzifəsinə görə iddiaçı iddia tələbininin təmin olunmasını mümkün edən bütün sübutları məhkəməyə təqdim etməlidir. Əgər o, bu öhdəliyini yerinə yetirmirsə bu hal, iddia tələbinin təmin edilməməsi üçün əsasdır. “Qazdan istifadə qaydaları”nın 4-cü fəslində qeyd edilir ki, qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır.Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.Qaz sayğacları AİBNDA tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.Sənaye qaz qurğusu olan istehlakçının qaza olan tələbatında dəyişiklik baş verdikdə və bu zaman qaz sayğacının dəyişdirilməsinə əsaslandırılmış zərurət yarandıqda, qaz paylayıcısının və EN-in birgə iştirakı ilə qaz sayğacı bu Qaydaların 4.2-ci bəndinin tələblərinə uyğun dəyişdirilir. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı cavabdeh X2 qarşı cavabdehin istifadə olunmuş təbbi qaza görə hesablanmış 5512 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdeh tərəfindən İddiaçı ABB-nin 7 saylı İddiaçı şöbəsi, Kiod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azərqaz İB, VÖEN **********, İBA AZ50İBAZ******************** bank hesabına ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-87/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-87/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver