Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-919/2025 06.08.2025 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun silinməsi) Hakim Məmmədli Əbülfəz Namiq oğlunun sədrliyi, Kamalov İman Paşa oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İ. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən ona məxsus qeyri yaşayış binasına quraşdırılmış sayğacla bağlı tərtib olunmuş və **********0 abunə koduna hesablanmış 20 noyabr 2018-ci tarixliakta əsasən hesablanmış 5399 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz Rayonu Aşağı-Quşçu kəndində qeyri-yaşayış binsı var və o, vergi ödəyicisi olmuşdur. Həmin bina dövlət reyestrində qeydə alınmamışdır və həmin binaya **********0 saylı elektrik sayğacı quraşdırılmışdır. Onunla cavabdeh təşkilat arasında enerjidən istifadə barədə müqavilə bağlanmışdır. Həmin müqavilə qanuni qüvvədədir və ləğv olunmamışdır. Onula cavabdeh arasında yaranan hüquq münasibəti müqavilə münasibətidir və yaranmış mübahisə də müqavilə mübahisələrinə uyğun həll olunmalıdır. 20 noyabr 2018-ci il tarixdə cavabdeh təşkilatın əməkdaşları tərəfindən adına olan **********0 saylı sayğaca baxış keçirilmiş və akt tərtib olunmuşdur. Həmin akta əsasən 5399 manat borc müəyyən olunmuşdur. Borcun hansı meyarlarla müəyyən olunması isə şübhəlidir. 023653 saylı aktda qeyd edilmişdir ki, EEİQnin yoxlanılması zamanı məlum oldu ki, obyektə məxsus öncədən ödəməli elektrik sayğacının giriş və çıxış xəttləri zədəlidir, belə ki, giriş və çıxış xəttləri xüsusi sıxac vasitəsilə şuntlanaraq sayğac dövrədən kənarlaşdırılıb, ölçmə zamanı obyektdə istifadə edilən yük təyin edilmişdir. Akt tərtib olunarkən imzalamamış, aktla tanış olmamış,sayğaca baxış keçirilərkən ona məlumat verilməmişdir. Onun iştirakı olmadan baxış keçirilmişdir. Elektrik sayğacının giriş və çıxış xəttlərinin zədələnməsindən xəbəri yoxdur. Aktın tərtib olunmasından 7 il keçsə də, akta əsasən yazılmış 5399 manatı ondan cavabdeh təşkilat tələb etməmişdir, yazılmış məbləğ həddən artıq şişirdilmiş və qanunsuz olaraq akt tərtib olunmuşdur. O, son 2 ay müddətində bilmişdir ki, 2018-ci il tarixdı barəsində cavabdeh təşklatın nümayəndələri tərəfindən akt tərtib olunub və borc kimi 5399 manat müəyyən olunub. Borcun hesablanması isə qeyri müəyyən olunmaqla hesablanan borc ağlabatan deyil. Aşağıda göstərdiyi maddi normalara əsasən cavabdeh təşkilat tərəfindən hesablanmış borc silinməlidir. Belə ki, qanunla müəyyən olunmuş iddia müddəti keçdiyinə görə öhdəlik münasibətlərinə xitam verilməlidir. Cavabdehlə onun arasında müqavilədən doğan öhdəlik münasibətləri yarandığından akta əsasən müəyyən olunan borc 3 il müddətində ondan tələb olunmalı idi.
3. İddiaçı 05 may 2025-ci il tarixdə iddia tələbinin artırılmasına dair vəsatətlə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 8434 manat pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İİ.Tərəflərin mövqeyi
4. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək, cavabdeh tərəfindən hesablanmış 8434 manat borcun silinməsini məhkəmədən xahiş etdi.
5. Cavabdehin nümayəndəsi X4 iddia tələbini qismən qəbul edərək, 500 manat borcun saxlanılmasını xahiş etdi və qalan borcun silinməsinə etiraz etmədiyini bildirdi.
6. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Tovuz filialının rəisi X5 məhkəmə iclasında verdiyi izahatında mütəxəssis rəyini müdafiə edərək bildirmişdir ki, "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin (RETSİ) X3 (EŞ) əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə qeyd olunan ünvanda yerləşən İddiaçı məxsus elektron məlumat bazasında **********0 saylı abonent kodu ilə qeydiyyatda olan qeyri-yaşayış sahəsinə quraşdırılmış DDSYF-23D tipli, ********* zavod nömrəli hesablaşmada əvvəlcədən ödəmə sistemli elektrik sayğacına (Çin smart kart) baxış keçirilmiş, sayğacın giriş kabel xəttinin zədəli olduğu, eləcə də giriş və çıxış xətlərinin xüsusi sıxaclar vasitəsilə birləşdirilərək sayğac sxemindən kənar elektrik enerjisindən istifadə edildiyi və elektrik qəbuledicilərin gücünün 33 kVt olduğu barədə R 023653 nömrəli akt tərtib edilmişdir. Akt tərtib edilərkən istehlakçının iştirakı təmin edilməmiş, akt istehlakçı və iki nəfər hal şahidinin tərəfindən imzalanmamış və aktın bir nüsxəsi ona təqdim edilməmişdir. Obyektə akt tərtib edildikdən əvvəlki hesablaşma dövrlərində enerji təchizatı müəssisəsi (ETM) tərəfindən aylar üzrə smart kart sayğacın göstəricisi oxunaraq kompüter məlumat bazasına daxil edimiş, lakin qeyd olunan qüsur aşkar edilməmişdir. Smart kart sayğacının giriş kabel xəttində qeyd olunan qüsurun bərpa olunması barədə sənəd təqdim olunmamışdır. Qərb RETSİ-nin müvafiq komissiyası tərəfindən həmin dövr üçün qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə əsasən, obyektin elektrik qəbuledicilərinin gücü 33 kVt götürülməklə 180 gün müddət üçün dəyəri 6415,20 AZN olmaqla 71280 kVts elektrik enerjisinin sərfiyyatının hesabatı aparılmışdır. Bundan əlavə Çin smart kart sayğaclarının proqram təminatı "xxxx" ASC-də olmadığına görə sözügedən akta əsasən hesablanmış 6415,20 AZN məbləğin abonent haqqında cədvələ daxil edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmalıdır ki, xx.xx.2018-ci il tarixli R 023653 nömrəli akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) həmin dövr üçün qüvvədə olan 8.17-ci və 8.33-cü bəndinin tələləri pozulmuşdur. Belə ki, Qaydalara əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Bundan sonra Tovuz EŞ-in əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə sözügedən obyektin smart kart sayğacına təkrar baxış keçirilmiş, sayğacın “OVERZERO” rejimində (debitora yazma) işlədiyi barədə RQ 070146 nömrəli baxış aktı tərtib edilmişdir. Qərb RETSl-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol əsasında istismarda olan sayğac yeni PAUD tipli, **********2 zavod nömrəli smart kart tipli sayğacla əvəz edilmişdir. İstismardan çıxarılmış smart kart sayğacı 11,04.2025-ci il tarixdə Qərb RETSİ-nin Sayğacların və cərəyan transformatorlarının yoxlanması laboratoriyasında istehlakçının iştirakı ilə yoxlanılmış, sayğacın daxili sxemasında yaranmış qüsura görə “OVERZERO” rejimində işlədiyi, eləcə də sayğacın debitora yazma menyusunda 8434,00 AZN məbləğində elektrik enerjisinin sərfiyyatının olduğu barədə rəy verilmiş və həmin məbləğ xx.xx.2025-ci il tarixdə obyektin abonent hesabına əlavə edilmişdir. Beləliklə, elektrik enerjisinin sərfiyyatının dəyəri olaraq abonent hesabına daxil edilmiş 8434,00 AZN məbləğ, smart kart sayğacın quraşdırıldığı xx.xx.2016-cı il tarixdən sonrakı hesablaşama dövrlərində sayğacın 8 (səkkiz) saylı menyusunun yaddaş parametrlərində qeydə alınmış göstəricisidir. Enerjitəchizatı müəssisəsi (ETM) tərəfindən smart kart sayğacın üzərində olan elektrik enerjisinin sərfiyyatı hesablaşma dövrlərində qeyd olunaraq kompüter məlumat bazasına daxil edilməsinə baxmayaraq, sayğacın “OVERZERO” rejimində işləməsi barədə istehlakçıya məlumat verilməmiş və həmin menyuda qeyd olunmuş elektrik enerjisinin sərfiyyatının dəyəri sayğacın göstərişi ilə cəmlənərək abonent hesabına əlavə edilməmişdir. "xxxx" ASC tərəfindən Qaydaların 8.2-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, Qaydalara əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Sayğac quraşdırma və uçota nəzarət idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə istehlakçının təqsiri olmadan sayğacın daxilində yaranmış qüsur səbəbindən “OVERZERO” rejimində işləməsi nəzərə alınmadan obyektin abonent hesabına 492,75 AZN məbləğində sayğac alınması və quraşdırılması bədəli əlavə edilmişdir. "xxxx" ASC tərəfindən bu Qaydaların 7.6-cı bəndinin tələləri pozulmuşdur. Bu Qaydalara əsasən, istehlakçının təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. İstehlakçının təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. İstismardan çıxarılmış qüsurlu smart kart sayğacın quraşdırıldığı xx.xx.2016-cı il tarixdən xx.xx.2025-ci il tarixədək olan hesablaşma dövlərində istehlakçı tərəfindən 22483,88 AZN məbləğində elektrik enerjisinin sərfiyyatının dəyəri ödənilmişdir.
II. Sübutların tədqiqi
7. Azərbaycan Respublikası Energetika Nazirliyi Dövlət Enerji Nəzarəti İdarəsi tərəfindən xx.xx.2015-ci ildə verilmiş 200804 №-li istismara buraxılma aktından görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində İddiaçı məxsus ticarət obyektinin enerji təchizatının istismara buraxılması uyğun hesab edilmişdir.
8. 18.02.2025-ci il tarixli arayışdan görünür ki, Aşağı Quşçu kənd sakini İddiaçı məxsus obyektin "xxxx" ASC-nə işlətdiyi elektrik enerjisinə görə 13546 manat borcu vardır. Belə ki, abonenet, sayğacın “over zero” rejimində işlədiyinə görə 8147 manat borcu yaranmışdır. Abonent xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər heç bir ödəniş etməmişdir.
9. 20 noyabr 2018-ci il tarixli, 023653 nömrəli aktdan görünür ki, Aşağı Quşçu kənd sakini İddiaçı məxsus obyektdə EEİQ-nın yoxlanması zamanı məlum olmuşdur ki, obyektə məxsus öncədən ödəməli olan elektrik sayğacının giriş və çıxış xətləri zədəlidir. Belə ki, giriş və çıxış xətləri xüsusi sıxac vasitəsilə şuntlanaraq sayğac dövriyyədən kənarlaşdırlıb. Ölçmə zamanı obyektdə istifadə edilən yük təyin edildi.
10. 06 fevral 2025-ci il tarixli, 070146 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun olaraq sayğaça baxış keçirilmiş və məlum olmuşdur ki, sayğac overzero rejimində işləyir.
11. "xxxx" ASC-nin “Qərb” RESTİ-nin AKT komissiyasının sədrinin icra vərəqəsindən görünür ki, sayğacın daxili sxemində yaranan qüsurdan overzero rejimində işləyir və 8434 manat debitor borcu bərpa edilmişdir.
12. 11 aprel 2025-ci il tarixli, ******* nömrəli protokoldan görünür ki, Aşağı Quşçu kənd sakini İddiaçı məxsus obyektdə yerləşən sayğac çıxarılmış və sayğacın overzero rejimində işlədiyi 8434 manat debitor borcun olduğu qeyd edilmişdir.
13. Abunə haqqında məlumat cədvəlin bağlanan aktlar qrafasından görünür ki, Aşağı Quşçu kənd sakini İddiaçı məxsus obyektdə 8434 manat smart borc hesablanmışdır.
14. İddiaçı tərəfindən "xxxx" ASC-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, 5399 manat borcun silinməsi barədə "xxxx" ASC-nə təklif göndərilmişdir.
III. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”
7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
16. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunu
2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.1. Yoxlamalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1. Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 17.1. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır. 20.1. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.
17. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”
1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 5.2. Yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.
IV. Məhkəmənin mövqeyi
a) Borcun silinməsi tələbi ilə bağlı
18. Məhkəmə hesab edir ki, iddia əsaslıdır.
19. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında məhkəmənin sualına cavab olaraq cavabdehin nümayəndəsi X4 yoxlamanın vahid reyestrdə qeydiyyatdan keçmədiyini bildirmiş, dəqiqləşdirmə aparmaq üçün "xxxx" ASC-nə bu barədə xx.xx.2025ci il tarixdə sorğu verilsə də, məhkəmənin sorğusuna cavab verilməmişdir. Göründüyü kimi cavabdeh mübahisəli yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.
20. Belə olan halda isə iddiaçıdan həmin yoxlamalar nəticəsində hesablanan məbləğlər tələb oluna bilməz.
21. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
22. Ona görə də, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış 8434 manat məbləğində borcun silinməsini tələb etməkdə haqlıdır.
23. Cavabdehin dəlilləri isə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin yuxarıda istinad olunan bəndlərindən aydın şəkildə müəyyən edilir ki, iddiaçıya məxsus elektrik sayğacına "xxxx" ASC-nin nümayəndələri tərəfindən baxış keçirilməsi və hazırki mübahisənin predmetini təşkil edən aktların tərtib edilməsi zamanı həmin normativ-hüquqi aktların tələblərinə riayət olunmalı idi.
24. Bundan əlavə, işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə məhkəmə tərəfindən X1 Agentliyinin Tovuz filialınına mütəxəssis rəyinin verilməsi məqsədilə sorğu verilmiş və mütəxəssis rəyində qeyd olunmuşdur ki, "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin (RETSİ) X3 (EŞ) əməkdaşları tərəfindən xx.xx.2018-ci il tarixdə qeyd olunan ünvanda yerləşən İddiaçı məxsus elektron məlumat bazasında **********0 saylı abonent kodu ilə qeydiyyatda olan qeyri-yaşayış sahəsinə quraşdırılmış DDSYF-23D tipli, ********* zavod nömrəli hesablaşmada əvvəlcədən ödəmə sistemli elektrik sayğacına (Çin smart kart) baxış keçirilmiş, sayğacın giriş kabel xəttinin zədəli olduğu, eləcə də giriş və çıxış xətlərinin xüsusi sıxaclar vasitəsilə birləşdirilərək sayğac sxemindən kənar elektrik enerjisindən istifadə edildiyi və elektrik qəbuledicilərin gücünün 33 kVt olduğu barədə R 023653 nömrəli akt tərtib edilmişdir. Akt tərtib edilərkən istehlakçının iştirakı təmin edilməmiş, akt istehlakçı və iki nəfər hal şahidinin tərəfindən imzalanmamış və aktın bir nüsxəsi ona təqdim edilməmişdir. Obyektə akt tərtib edildikdən əvvəlki hesablaşma dövrlərində enerji təchizatı müəssisəsi (ETM) tərəfindən aylar üzrə smart kart sayğacın göstəricisi oxunaraq kompüter məlumat bazasına daxil edimiş, lakin qeyd olunan qüsur aşkar edilməmişdir. Smart kart sayğacının giriş kabel xəttində qeyd olunan qüsurun bərpa olunması barədə sənəd təqdim olunmamışdır. Qərb RETSİ-nin müvafiq komissiyası tərəfindən həmin dövr üçün qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə əsasən, obyektin elektrik qəbuledicilərinin gücü 33 kVt götürülməklə 180 gün müddət üçün dəyəri 6415,20 AZN olmaqla 71280 kVts elektrik enerjisinin sərfiyyatının hesabatı aparılmışdır.
25. Bundan əlavə Çin smart kart sayğaclarının proqram təminatı "xxxx" ASC-də olmadığına görə sözügedən akta əsasən hesablanmış 6415,20 AZN məbləğin abonent haqqında cədvələ daxil edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmalıdır ki, xx.xx.2018-ci il tarixli R 023653 nömrəli akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra - Qaydalar) həmin dövr üçün qüvvədə olan 8.17-ci və 8.33-cü bəndinin tələləri pozulmuşdur. Belə ki, Qaydalara əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır.
26. Bundan sonra Tovuz EŞ-in əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə sözügedən obyektin smart kart sayğacına təkrar baxış keçirilmiş, sayğacın “OVERZERO” rejimində (debitora yazma) işlədiyi barədə RQ 070146 nömrəli baxış aktı tərtib edilmişdir. Qərb RETSl-nin Sayğac quraşdırma və uçota nəzarət idarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol əsasında istismarda olan sayğac yeni PAUD tipli, **********2 zavod nömrəli smart kart tipli sayğacla əvəz edilmişdir. İstismardan çıxarılmış smart kart sayğacı 11,04.2025-ci il tarixdə Qərb RETSİ-nin Sayğacların və cərəyan transformatorlarının yoxlanması laboratoriyasında istehlakçının iştirakı ilə yoxlanılmış, sayğacın daxili sxemasında yaranmış qüsura görə “OVERZERO” rejimində işlədiyi, eləcə də sayğacın debitora yazma menyusunda 8434,00 AZN məbləğində elektrik enerjisinin sərfiyyatının olduğu barədə rəy verilmiş və həmin məbləğ xx.xx.2025-ci il tarixdə obyektin abonent hesabına əlavə edilmişdir. Beləliklə, elektrik enerjisinin sərfiyyatının dəyəri olaraq abonent hesabına daxil edilmiş 8434,00 AZN məbləğ, smart kart sayğacın quraşdırıldığı xx.xx.2016-cı il tarixdən sonrakı hesablaşama dövrlərində sayğacın 8 (səkkiz) saylı menyusunun yaddaş parametrlərində qeydə alınmış göstəricisidir. Enerjitəchizatı müəssisəsi (ETM) tərəfindən smart kart sayğacın üzərində olan elektrik enerjisinin sərfiyyatı hesablaşma dövrlərində qeyd olunaraq kompüter məlumat bazasına daxil edilməsinə baxmayaraq, sayğacın “OVERZERO” rejimində işləməsi barədə istehlakçıya məlumat verilməmiş və həmin menyuda qeyd olunmuş elektrik enerjisinin sərfiyyatının dəyəri sayğacın göstərişi ilə cəmlənərək abonent hesabına əlavə edilməmişdir. "xxxx" ASC tərəfindən Qaydaların 8.2-ci bəndinin tələbləri pozulmuşdur. Belə ki, Qaydalara əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır.
27. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddiaçının obyektinə yazılmış 8434 manat borc silinməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
28. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, **********11 nömrəli mədaxil qəbzi ilə 74 manat və **********59 nömrəli mədaxil qəbzi ilə 56 manat olmaqla, ümumilikdə 130 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
30. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
31. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104,34 manat pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir.
V. Məhkəmənin gəldiyi nəticə
32. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 8434 manat pul onun abunə hesabından (abunə kodu: **********71078) silinməlidir.
33. Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233 və 360-cı maddələrinə əsasən
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı məxsus Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən qeyri-yaşayış sahəsinə hesablanmış 8434 (səkkiz min dörd yüz otuz dörd) manat pul onun abunə hesabından (abunə kodu: **********71078) silinsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 104,34 (bir yüz dörd manat otuz dörd qəpik) manat pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Gəncə Kommersiya Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Əbülfəz Məmmədli