Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2-2(115)-92/2021 04.05.2021 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Vəliyev Kənan Hafiz oğlunun sədrliyi, Abdullayev Hörmət Uğurlu oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı X1 cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı “ borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 10 247,20 manat borcun abunə hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində ərazisində ona məxsus torpaq sahəsində istixana quraşdırılmış, “lakin 2019-cu ilin ortalarında “Cavabdeh” İstehsalat Birliyinin nümayəndələri tərəfindən qeyri-qanuni olaraq ona məxsus istixananın sayğacının tənzimləyicisinin yeri dəyişdirilərək sayğacdan sonraya keçirilmiş, həmin qaz tənzimləyicisinin fəaliyyəti yüksək təzyiqli qazı qəbul edib tənzimləyərək sayğacın qəbul edə bildiyi qədər qazla təmin etməkdir. Son vaxtlar isti hava olmasına baxmayaraq qaz sərfiyyatı artmış və artıq sərfiyyyat hesablanmışdır. İddiaçı Səlimbəyli İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, qaz sayğacının artıq hesablaması barədə şübhələri vardır. Belə ki, qonşu təsərrüfatlar onunla bərabər olsalar onlara daha az qaz hesablanmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək iddia tələbini əsassız olduğunu bildirmiş və iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və məhkəmə iclasında tədqiq edilən sübutlara hərtərəfli, tam, obyektiv və qərərsiz baxaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşə əlavə olunmuş: Abonetin saldosundan görünür ki, abonent X1 abonent hesabında 19 440 manat borcu qeyd edilmişdir. Pretenziya məktubunun surətindən görünür ki, cavabdeh yaranmış mübahisə ilə bağlı xəbərdar edilmişdir. 28 yanvar 2019-cu il tarixli, GA-751 nömrəli müqaviləsinin “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 1-ci bəndinə əsasən paylayıcı “Cavabdeh” İstehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İddiaçı tələbində göstərir ki, 2019-cu ilin ortalarında onun təsərrüfatına gələn qaz xətti üzərində yerləşən qaz tənzimləyici qurğunun yeri dəyişdirilərək sayğacdan sonraya yerləşdirilmişdir. Bu, isə artıq sərfiyyata səbəb olmuşdur. Lakin işin bu halı barədə sübutlar təqdim edilməmişdir. Bundan başqa, abonentin saldosundan göründüyü kimi 2019-cu ilin yanvar, fevral, mart ayları ərzində ümumilikdə 12.853 manat, 2020-ci ilin yanvar, fevral, mart ayları ərzində 13.010 manatlıq, yəni 157 manat artıq qaz sərf etmişdir. Bu isə 1.6 faiz artıq olmaqla, cüzi fərqdir. Əksinə olaraq 2021-ci ilin yanvar, fevral, mart ayları ərzində isə cəmi 11.608 manatlıq qaz sərf etmişdir ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1.245 manat azdır. Belə olan halda qaz sərfiyyatının normadan artıq hesablanması halları istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1 maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 241-242, 244, 253.3 və 360-cı maddələrinə əsasən qət etdi: İddiaçı X1 cavabdeh “Cavabdeh” İstehsalat birliyinə qarşı cavabdeh tərəfindən hesablanmış 10.247,20 manat borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Kommersiya Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2-2(115)-92/2021
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(115)-92/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver