Məhkəmə qərarları › İş №e-2-2(117)-1307/2025

Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1307/2025

06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1307/2025 06.01.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynova Elnarə Ramiz qızının sədrliyi, Musayeva Turan Haxverdi qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X16 Zaqatala Su X1 İdarəsinə qarşı “borcun silinməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdeh1 Zaqatala Su X1 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X16 Zaqatala Su X1 İdarəsi tərəfindən əsassız olaraq artıq hesablanmış 6984 manat borcun silinməsinə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 89,84 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,0234 kv.m ümumi torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 382,4 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası olmuşdur. Hazırda həmin binanın 1-ci mərtəbəsində Oba market, 2-ci mərtəbəsində isə kafe-restoran fəaliyyət göstərir. DƏDKR PHŞ-in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında sözügedən qeyri-yaşayış binası üzərində tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bundan sonra, sözügedən torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 382,4 kv.m. olan daşınmaz əmlak 2025-ci ilin aprel ayında bağışlanma müqavilələri əsasında oğlu X5 və qardaşı oğlu X6 paylı mülkiyyətinə verilmişdir. Sözügedən qeyri yaşayış binasına verilən suyun verilişi xx.xx.2025-ci il tarixdə Zaqatala Su X1 İdarəsi ilə arasında bağlanmış 44524005 saylı “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanılan” müqaviləyə əsasən quraşdırılmış yeni smart-kart tipli sayğaca əsasən təmin edilirdi. Həmin sayğac 2025-ci il tarixdə Zaqatala Su X1 İdarəsinin (bundan sonra- Zaqatala SMSİİ) əməkdaşları tərəfindən qeyri-yaşayış binasının daxilində quraşdırılmışdır. Onu da qeyd etmək istəyir ki, 2025-ci ilin aprel ayında sözügedən qeyri-yaşayış binası və torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarına xitam verilmişdir, lakin sözügədən qeyri-yaşayış binasına verilən suyun təchizatına dair özü ilə Zaqatala SMSİİ arasında bağlanmış 44524005 saylı “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqaviləyə dəyişiklik edilməmişdir. Bildirir ki, xx.xx.2025-ci il tarixdə Zaqatala SMSİİ əməkdaşları tərəfindən sözügedən qeyriyaşayış binasında su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmişdir. Baxış zamanı Zaqatala SMSİİ əməkdaşları sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsindən kənarda yerləşən “Avtoyuma” məntəqəsinə qeyri-qanuni daxil olan d=25 mmlik su xəİi aşkar edilmiş və xətt kəsilərək tıxac bağlanmışdır. Bununla bağlı olaraq, Zaqatala SMSİİ əməkdaşları tərəfindən oğlu X5 iştirakı ilə 951143 nömrəli akt tərtib olunmuşdur. Belə ki, xx.xx.2025-ci il tarixdə Zaqatala Su X1 İdarəsi ilə arasında bağlanmış 44524005 saylı “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanılan” müqavilənin 4.1.4-cü bəndinə əsasən istehlakçı balansında və ya ərazisində olan su təchizatı və kanalizasiya şəbəkə və qurğularının vəziyyəti və istismarı üçün məsuliyyət daşıyır. Halbuki, aktda qeyd olunan avtoyuma məntəqəsi və aşkar olunan qeyri-qanuni su xətti ünvan 1 ünvanında yerləşən əvvəllər “Dəmirçi Sexi” adlanan ümumi sahəsi 0,0234 kv.m. olan ərazinin sərhədlərindən kənarda yerləşir. Ümumiyyətlə, avtoyuma sexinə balansında deyil, nə də ərazisində yerləşmir. Həmin avtoyuma sexində aşkar edilən qeyri-qanuni su xətti mülkiyyətində olmuş sözügedən qeyri-yaşayış binasına daxil olmamış, qeyri-qanuni su xətti tərəfindən çəkilməmiş və istifadə olunmamışdır. Buna baxmayaraq, Zaqatala SMSİİ əməkdaşları tərəfindən qərəzli olaraq aşkar olunan qeyriqanuni xətdən istifadəyə görə ümumi olaraq 6984 manat maddi ziyan hesablanmış və dəymiş ziyan əsassız və qanunsuz olaraq adında olan 850127 nömrəli abonent koduna işlənmişdir. Ona görə də 850127 nömrəli abonent koduna işlənmiş 6984 manat borcun silinməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.

3. Cavabdeh1 Zaqatala Su X1 İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli etiraz ərizəsində qeyd olunmuşdur ki, istehlakçı İddiaçı fəaliyyət göstərdiyi ərazidə sudan istifadə edən obyektlərin artması həmin abonentin sayğac sərfiyyatına göstəricilərinin aşağı olması ərazidə su xəttinə qoşulmalar barədə əsaslı şübhələr yarandığından, xx.xx.2025-ci il tarixli vahid reyestrdən çıxarış əldə etməklə xx.xx.2025-ci il tarixinə Zaqatala Su X1 İdarəsinin əməkdaşları sahibkarı xəbərdar etməklə, Zaqatala rayonu F.Əmirov, 42 ünvanına baxış keçirmişlər. Sahibkar özü iştirak etməsə də hadisə yerində onun oğlu X15 iştirak etmişdir. Ərizəçinin nümayəndəsinin iştirakı ilə əraziyə baxış keçirilən zaman həmin ərazinin qonşuluğunda yerləşən uşaq baxçasının həyətində yüksək təzyiqli şəhər xəttindən çıxan xəttə bitişik d=25 en kəsiyi ilə sözügedən obyektə çəkilən 32 metrə yaxın İddiaçı dəmirçi sexi, “Oba market” və “Koffe haus” kimi təqdim etdiyi obyektlərə və həmin obyektlərin həyətində yerləşən sanitar qovşağın eyni zamanda alternativ mənbə kimi həyətdə quraşdırıdığı çənə daxil olan sayğacdan kənar qanunsuz su xətti və həmin obyektdən çıxan 3 ədəd çirkab suyun axıdılmasına dair kanalizasiya xətləri aşkarlanmışdır. Faktla bağlı dərhal həmin əraziyə Zaqatala Su X1 İdarəsinin qəza-bərpa qrupu cəlb edilmiş və akt tərtib olunmaqla ərazidə olan qanunsuz qoşulma dayandırılmışdır. Ərizəçi İddiaçı dəmirçi sexi adı altında fəaliyyət göstərən obyektlərinə xx.xx.2025-ci il tarixli müqavilə əsasında xidmət göstərən, xx.xx.2021-ci il tarixinə quraşdırılmış Smart Css tipli, 241460 markalı sayğaca heç bir müdaxilə edilməmiş, ərizəçinin obyektinə su verilişi dayandırılmışıdır. Obyektə yalnız qanunsuz qoşulma nəticəsində gələn su təchizatı qanuni şəkildə dayandırılmışdır. Müvafiq qanunvericiliyə əsasən istehlakçının qanunsuz istifadə faktı təsdiqini tapdığına görə həmin qanun əsasında cərimə normativ aktın tələblərinə əsasən hesablanmışdır. Sonda İddiaçı Cavabdeh1 Zaqatala Su X1 İdarəsinə qarşı iddia ərizəsinin baxılmamış saxlanılması xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi X15 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. Onun atası İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0234 kv.m ümumi torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 382,4 kv.m. olan 2 mərtəbəli qeyri-yaşayış binası ona və əmisi oğlu X6 mülkiyyətinə verilmişdir. O və əmisi oğlu həmin ünvanında yerləşən 2 mərtəbəli qeyriyaşayış binasının hüquqi sahibidirlər. Həmin binada ikisi birlikdə kafe işlədir. Bildirmək istəyir ki, 16 sentyabr 2025-ci il tarixdə Zaqatala SMSİİ əməkdaşları tərəfindən sözügedən qeyri-yaşayış binasında sayğacdan kənar su xəttinin çəkilməsi ilə əlaqədar baxış keçirilmişdir. Baxış zamanı əməkdaşlar ondan kombi sahəsinin açarını istəmiş və həmin açarı gətirməyə gedib geri qayıdanda Zaqatala SMSİİ əməkdaşlarının olmadığını görüb. Düşünüb ki, heç bir sayğacdan kənar xəttin olmadığını müəyyən edib getmişlər. Lakin sonradan məlum olub ki, özlərinə 6984 manat məbləğində maddi ziyan hesablanmışdır. Baxış zamanı Zaqatala SMSİİ əməkdaşları sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsindən kənarda yerləşən avtoyuma məntəqəsinə qeyri-qanuni daxil olan su xətti aşkar edilmiş və xətt kəsilərək tıxac bağlanmışdır. Ümumiyyətlə, avtoyuma sexi özünün nə balansında deyil, nə də ərazisində yerləşir. Həmin avtoyuma sexində aşkar edilən qeyri-qanuni su xətti mülkiyyətində olmuş sözügedən qeyri-yaşayış binasına daxil olmamış, qeyri-qanuni su xətti tərəfindən çəkilməmiş və istifadə olunmamışdır. Buna baxmayaraq, Zaqatala SMSİİ əməkdaşları tərəfindən qərəzli olaraq aşkar olunan qeyriqanuni xəttdən istifadəyə görə ümumi olaraq 6984 manat məbləğində maddi ziyan hesablanmış və dəymiş ziyan əsassız və qanunsuz olaraq abonent koduna işlənmişdir. Heç bir məlumat vermədən akt tərtib etmişlər.

5. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, həmin ərazidə qanunsuz xətt aşkar edilmişdir. Qarşı tərəf iddia edir ki, həmin xəttin onlara heç bir aiddiyəti yoxdur. Həmin xətdən istifadə etmirlər. Həmin xəttin olması və ondan istifadə edilməsi haqqda əsaslı məlumat daxil olmuşdur. Hətta tərəflərindən bir neçə gün əvvəl qarşı tərəfə müraciət edərək, həmin xətdən istifadə etdiklərini və həmin xəttin ləğv edilməsini və qanunvericiliyə uyğun olmadığı bildirilib. Qarşı tərəfin xətdən mütəmadi istifadəsi nəticəsində xətt aşkarlanıb və həmin xətt bağlanmışdır. İddiaçı tərəfin həmin xətdən istifadə etdiyi məlum olmuşdur. Orada iki tərəfli istifadə sistemi qurulmuşdur. Qanunsuz xətdən su gəlir və qarşı tərəfin orada yerləşdiyi çənə daxil olur və çənlə də su ərazidə olan obyektlərə paylanılır. Qanunsuz xətdən, qanunsuz sudan istifadə edilməsi halı tam faktiki olaraq sübuta yetirilmiş və buna görə də müvafiq cərimə tətbiq olunmuşdur.

6. İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi olmaqla, hazırki işdə də öz tələbinin əsaslılığını sübutetmə yükü iddiaçının üzərinə düşür. 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

IV. Tədqiq olunan sübutlar:

8. İş materiallarında olan Cavabdeh1 Zaqatala Su X1 İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 44524005 saylı “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanılan” müqaviləyə əsasən cavabdeh iddiaçını keyfiyyətli və standartlara uyğun təssərüfat, məişət və içməli su ilə təmin etməyi, iddiaçı isə öz növbəsində həmin sudan istifadə edib dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür.

9. Cavabdeh1 Zaqatala Su X1 İdarəsi tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli 951143 nömrəli aktdan görünür ki, Cavabdeh1 Zaqatala Su X1 İdarəsinin əməkdaşları Qabil Qurbanov, Vüsal Rəhimli, Elvin İbrahimov və Nəriman Fətəliyev tərəfindən baxış keçirilmiş baxış nəticəsində İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən “Dəmirçi Sexi”-nə baxış keçirilmiş baxış nəticəsində obyektdə sayğacdan kənar olaraq avtoyuma məntəqəsinə d= 25 mm-lik xətt ilə qeyri-qanuni su xətti aşkar edilmişdir. Xətt kəsilərək tıxac ilə bağlanmışdır. Həmin akt Zaqatala Su X1 İdarəsinin əməkdaşları Qabil Qurbanov, Vüsal Rəhimli, Elvin İbrahimov və Nəriman Fətəliyev tərəfindən imzalanmış, İddiaçı tərəfindən isə akta imza edilməkdən imtina edilmişdir.

10. Cavabdeh1 Zaqatala Su X1 İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli ********* nömrəli qanusuz istifadə fakturasından görünür ki, İddiaçı 951143 nömrəli akt əsasında 6984 manat borc hesablanmış və həmin məbləğin 1 ay ərzində istehlakçıdan ödənilməsi tələb edilmişdir.

11. İddiaçı məxsus 44524005 nömrəli abonent haqqında məlumatdan görünür ki, İddiaçı (“Dəmirçi Sexi”) abonent hesabına 951143 nömrəli akt əsasında 6984 manat məbləğində borc daxil edilmişdir.

12. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 4Ə-544 nömrəli reyestrlə qeydə alınmaqla Zaqatala rayon 2 saylı Notariat ofisi tərəfinədən təsdiq edilməklə imzalanan “daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən sahəsi 382.kv.m qeyri-yaşayış binası X11 və X8 bağışlanmış və hal- hazırda onların mülkiyyətindədir.

13. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-c il tarixli KY252363033 nömrəli çıxarışdan görünür ki, Zaqatala Su X1 İdarəsi tərəfindən İddiaçı sahibkarlıq sahəsində aparılan yoxlama vahid reyestrdə qeydiyyata alınmışdır.

14. Azərbaycan Dövlət X10 X14 Xidməti publik hüquqi şəxsi tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli məlumatda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası” haqqında Əsasnamənin 1.4-cü bəndinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X9”nın 8.6 bəndinə əsasən su təchizatı və tullantı sularının axıdılması sisteminə qeyri-qanuni qoşulma halları aşkar edildikdə, su təchizatı və kanalizasiya müəssisəsi (STKM) qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Zaqatala Su X1 İdarəsinin xidməti ərazisində yerləşən, abonent kodu 850127 olan F/ş İddiaçı məxsus obyektə baxış keçirilən zaman su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadəyə görə idarənin nümayəndələri tərəfindən xx.xx.2025ci il tarixli 951143 saylı akt tərtib olunmuş, 6984 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Həmçinin bildirir ki, “X9”nın 8.7 bəndinə əsasən su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, Zaqatala Su X1 İdarəsinin abonent xidməti şöbəsinin rəisi vəzifəsində işləyir. Ədliyyə Nazirliyinin birbaşa icazəsi əsasında il ərzində tərəflərindən bütün abonentlərin yoxlanılması həyata keçirilir. İddiaçının ünvanında yoxlanılma aparılan zaman qarşı tərəfə moykanın özünə suyun hardan verildiyini soruşdu. Vətəndaş özü bildirdi ki, onların sayğacından moykaya su gedir. Sonra kafenin arxasındakı xətlərin hər birini mütəxəssislərlə birlikdə bir-bir yoxlayıblar, həmçinin moyka tərəfə baxıblar ki, arxa tərəfdən bina həmin şəxsə aid olmasa belə, həmin binanın arxasında moykanın özünə xətt gəlir. Bunula bağlı müəyyən şəkillər və videolarda var. Obyektə kimin VÖEN-ni altında xidmət göstərirsə həmin şəxs məsul şəxs sayılır. Bu sulardan istifadə nəzarət qaydasının qanununda da birbaşa qeyd olunub. Asfaltın altından həmin xətdən obyektin özünün arxasında olan çənədə su getmə ehtimalı var. Asfaltı qazmağa icazələri yoxdur. Bunun üçün xüsusi formada müraciət olunmalıdır. Ədliyyə Nazirliyindən qərar çıxmalıdır və bu formada bunu araşdıra bilərlər. Mümkün şəraitdə araşdırma nəticəsində faktiki olaraq qeyri-qanuni xətt tərəflərindən aşkar edilmişdir. Cərimə yazılmamışdan 3-4 ay əvvəl idarələrin struktur birləşməsi olan vaxtı orada ümumi nəzarət şöbəsi tərəfindən gəlib yoxlanılma aparılan zaman sayğacın üstündə 92 manat pul var idi. Bu gündə sayğacdan 8 ay ərzində bir moyka fəaliyyət göstərdiyi təqdirdə 120 ton su keçmişdir.

V. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq:

16. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən qeyri-yaşayış binasında quraşdırılmış su sayğacına X14 Xidməti X16 Zaqatala Su X1 İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, nəticədə su xəttinə qanunsuz qoşulma halı aşkar edilmiş və istehlakçının abonent hesabına xx.xx.2025-ci il tarixli akt əsasında 6984 manat akt üzrə borc daxil edilmişdir. Hazırki iddia tələbində iddiaçı cavabdeh tərəfindən yuxarıda qeyd olunan 6984 manat borcun onun hesabından silinməsini məhkəmədən xahiş edir.

17. “X9” nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarının: 3.1. STKM-in hüquqları aşağıdakılardır: 3.1.1. STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək; 5.1. İstehlakçıların hüquqları aşağıdakılardır: 5.1.1. qanunsuz qoşulma ilə əlaqədar tərtib olunmuş akt və onun məzmunu barədə öz mülahizələrini, izahatlarını təqdim etmək, habelə aktı imzalamaqdan imtina etmək; 6.18. STKM-in səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.[6] 8.6. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, STKM qanunsuz xətti dərhal su təchizatı sistemindən ayırmaqla suyun verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.

18. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 12. Su təchizatı müəssisələrinin vəzifələri: Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla aşağıdakıları təmin etməlidir: a) məqsədlərindən asılı olaraq keyfiyyət normalarına və müvafiq dövlət standartlarının tələblərinə cavab verən və lazımi miqdarda istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən miqdarda su ilə təmin olunmasını; [7] b) su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını; c) əsas vəsaitlərin lazımi qaydada saxlanılmasını və onların təkmilləşdirilməsini, xidmətlərin genişləndirilməsini və yaxşılaşdırılmasını, həmçinin su təchizatı sahəsində bu Qanuna müvafiq olaraq digər vəzifələrin yerinə yetirilməsini. Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Maddə 67. Qanunsuz qoşulma:

1. Bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan su təchizatı və kanalizasiya sisteminə qoşulmaq qadağandır.

2. Küçələrdə quraşdırılmış supaylayıcı kranlarından suyu ancaq məişət (təsərrüfat) içməli məqsədlər və ya su təchizatı müəssisəsi tərəfindən müəyyənləşdirilmiş digər məqsədlər üçün götürməyə icazə verilir.

19. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.2-ci maddəsinə əsasən sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2-ci bəndinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. 13.1-ci maddəsinə əsasən Sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. 13.2-ci maddəsinə əsasən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 13.3-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 13.4-cü maddəsinə əsasən Yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. 13.5-ci maddəsinə əsasən Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. 13.6-ci maddəsinə əsasən Yoxlayıcı orqan bu Qanunun 12.1.5-ci maddəsinə əsasən görülmüş işlər barədə yarımillik məlumatı ildə iki dəfə (yanvarın və iyulun 15-dək) yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir. 13.7-ci maddəsinə əsasən Yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə və bu Qanunun 13.6-cı maddəsində nəzərdə tutulmuş yarımillik məlumatları ümumiləşdirərək, ildə iki dəfə (fevralın və avqustun 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərir.

20. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir.

22. “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 195 nömrəli Qərarı:

3. Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətini Azərbaycan Dövlət X10 həyata keçirir. 4.3. Yoxlama aparılarkən su obyektlərinin istismar rejiminin layihə şərtlərinə və sudan səmərəli istifadə edilməsi qaydalarına uyğun olması müəyyən edilir, lazımi su ölçən avadanlıq və cihazların mövcudluğuna, onların texniki vəziyyətinə, sudan istifadənin mütərəqqi texnologiyalarının tətbiq edilməsinə və sudan istifadənin ilkin uçotuna dair məlumatlar yoxlanılır. 4.4. Yoxlamanın nəticələrinə görə su obyektinin istifadəsi və mühafizəsi üzrə protokol və ya akt tərtib edilir. Həmin sənədlərdə təsdiq edilmiş faktlar və məlumatlar göstərilir. Yoxlama əsasında su obyektinin istifadəsi və mühafizəsinin yaxşılaşdırılması üzrə müvafiq tədbirlər işlənib hazırlanır. Bu tədbirlərin həyata keçirilməsi bütün su obyektinin istifadəçiləri və su istehlakçıları üçün məcburidir. 4-1. Sahibkarlıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

6. Azərbaycan Dövlət X10 qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir.

23. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının abonent hesabına 6984 manat məbləğində borc “Su obyektlərinin istifadəsi və mühafizəsi üzərində dövlət nəzarətinin həyata keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 195 nömrəli Qərarının tələbinə əməl edilmədən hesablanmışdır. Belə ki, qeyd olunan qanuna əsasən yoxlama aparılarkən su obyektlərinin istismar rejiminin layihə şərtlərinə və sudan səmərəli istifadə edilməsi qaydalarına uyğun olması müəyyən edilir, lazımi su ölçən avadanlıq və cihazların mövcudluğuna, onların texniki vəziyyətinə, sudan istifadənin mütərəqqi texnologiyalarının tətbiq edilməsinə və sudan istifadənin ilkin uçotuna dair məlumatlar yoxlanılır. Yoxlamanın nəticələrinə görə su obyektinin istifadəsi və mühafizəsi üzrə protokol və ya akt tərtib edilir. Həmin sənədlərdə təsdiq edilmiş faktlar və məlumatlar göstərilir. Yoxlama əsasında su obyektinin istifadəsi və mühafizəsinin yaxşılaşdırılması üzrə müvafiq tədbirlər işlənib hazırlanır. Bu tədbirlərin həyata keçirilməsi bütün su obyektinin istifadəçiləri və su istehlakçıları üçün məcburidir. Azərbaycan Dövlət X10 qanunvericilikdə nəzərdə tutulmuş hallarda su obyektlərinin mühafizəsi qaydalarının pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir. Lakin işin hallarından görünür ki, Azərbaycan Dövlət X10 tərəfindən yoxlamanın nəticələrinə görə abonent barəsində akt tərtib edilsə də, iddiaçı (abonent) İddiaçı təqsirli olmasını təsdiq edən müvafiq tədbirlər görülməmişdir.

24. Məhkəmə bundan başqa qeyd edir ki, iddiaçıya məxsus Zaqatala şəhəri Faiq Əmirov küçəsində yerləşən qeyri-yaşayış binasında quraşdırılmış su sayğacına X14 Xidməti X16 Zaqatala Su X1 İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, nəticədə su xəttinə qanunsuz qoşulma halı aşkar edilməsi barədə akt tərtib edilsə də, həmin xətt asfalt örtüyün altında qaldığından xəttin hara getməsi, hansı qaydada istifadə edilməsi müəyyən edilməmiş və bu barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu hal məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə təsdiq edilir.

25. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə araşdırması zamanı iddiaçının X9nı pozmasında təqsirli olması öz təsdiqini tapmadığından iddiaçı abonent koduna yazılmış borcun silinməsini tələb etməkdə haqlıdır. Mülki Prosesssual Məcəllənin 81-ci maddəsinin tələbinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X16 Zaqatala Su X1 İdarəsi tərəfindən sudan istifadəyə görə iddiaçı X4 850127 nömrəli abonent koduna hesablanmış 6984 manat məbləğində borc silinməlidir.

28. Bundan başqa, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 89,84 manat dövlət rüsumuna görə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Vİ. Nəticə:

29. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X16 Zaqatala Su X1 İdarəsi tərəfindən sudan istifadəyə görə İddiaçı 850127 nömrəli abonent koduna hesablanmış 6984 manat məbləğində borc silinsin. Ödənilmiş 89,84 manat dövlət rüsumunun əvəzi cavabdeh Azərbaycan Dövlət Su X2 Su Meliorasiya Xidməti X16 Zaqatala Su X1 İdarəsindən tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən : Elnarə Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar