Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1425/2022 16.09.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı “Azəriqaz” İB tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən "xxxx" MMC-yə hesablanmış 10453,60 manat debitor borcun silinməsi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı “Azəriqaz” İB tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasın "xxxx" MMC-yə hesablanmış 10453,60 manat debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa dair tələblərə riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat və ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsinə əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinin forma və məzmununa dair tələblərə əməl edilməmişdir. Belə ki, iddiaçı tərəfindən Elektron Məhkəmə İnformasiya Sistemində cavabdehin adı, hüquqi və faktiki ünvanları, telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin eyniləşdirmə məlumatları qeyd olunmamış, yalnız maraqlı şəxs qismində Maraqlı şəxs adı qeyd edilmişdir ki, iddia icraatı qaydasında baxılan işlər üzrə maraqlı şəxs kimi proses iştirakçısı mövcud deyildir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa dair qanunvericiliyin tələblərinə düzgün riayət edilməyərək Elektron Məhkəmə İnformasiya Sistemində cavabdeh qismində iddia tələbinin yönəldiyi Azəriqaz” İB-nin adı qeyd edilməmiş, cavabdehə dair məlumatlar öz əksini tapmamışdır. İddiaçının diqqətinə çatdırılır ki, yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Bundan başqa, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, iddia tələbi hüquqi şəxsə, yəni "xxxx" MMC-yə hesablanmış borcun silinməsi ilə əlaqədar olduğundan iddiaçı qismində də hüquqi şəxsin nümayəndəsi İddiaçı deyil, məhz hüquqi şəxsin özü, yəni "xxxx" MMC çıxış etməli, elektron iddia ərizəsində iddiaçı olaraq "xxxx" MMC-nin adı qeyd edilməlidir ki, yenidən məhkəməyə müraciət olunacağı təqdirdə bu hal nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Azəriqaz” İB tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasın "xxxx" MMC-yə hesablanmış 10453,60 manat debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1425/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1425/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver