Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1442/2025 19.11.2025 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Mövsümova Günel Namizət qızının katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “22 aprel 2025-ci il tarixli ******* nömrəli akt əsasında G-6 markalı, 42678757 nömrəli sayğac üzrə hesablanmış 6156 kubmetr təbii qazın dəyəri olan 1754,46 manat borcun **********00054 nömrəli abonent hesabından silinməsi və ödənilmiş 37,55 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) Cavabdehnə qarşı “22 aprel 2025-ci il tarixli ******* nömrəli akt əsasında G-6 markalı, 42678757 nömrəli sayğac üzrə hesablanmış 6156 kubmetr təbii qazın dəyəri olan 1754,46 manat borcun **********00054 nömrəli abonent hesabından silinməsi və ödənilmiş 37,55 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin fəaliyyət göstərdiyi vaxtdan indiyə kimi kommunal xərclərin ödənişi ilə bağlı hər hansı problem yaşanmamışdır. Lakin bu ilin aprel ayında Cavabdeh İB-nin İSQN Şöbəsinin nümayəndələri cəmiyyətin ərazisinə daxil olaraq yoxlama aparmış, cəmiyyətin ərazisində fəaliyyət göstərən restoranda istifadə olunan qaz cihazlarının maksimal saatlıq qaz sərfinin (15,7 m3) restorana məxsus G-6 markalı 42678757 nömrəli qaz sayğacının maksimal qaz buraxma həddindən (10 m3) 5,7 m3 çox olduğunu və bu səbəbdən sayğacın sərfiyyata uyğun olmadığı bildirilmiş, bunun əsasında isə xx.xx.2025-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib edilmişdir. Həmin ünvanda işlədilən təbii qazın dəyəri həmişə vaxtlı-vaxtında ödənilib. Yəni cəmiyyət olaraq sayğac üzrə ödənişlər tam həyata keçirilib. Lakin, cavabdeh təşkilatın nümayəndələri tərəfindən əsassız olaraq akt tərtib edilmişdir. Belə ki, həmin vaxt cəmiyyətin ərazisində fəaliyyət göstərən restoran əməkdaşına boş bir blanka imza çəkdirərək, heç bir narahatçılığın olmadığı bildirilmişdir. Belə bir nasazlıq varsa da, həmin nasazlıqla bağlı onun hər hansı əlaqəsi yoxdur. Çünki həmin sayğac küçədə quraşdırılmışdır. Cavabdeh təşkilatın nümayəndələri onun heç bir borcunun olmadığı halda borcunun olduğunu bildirərək, cəmiyyətin ərazisində fəaliyyət göstərən restorana gələn təbii qazı şəbəkədən ayırmağa çalışmışlar. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə qanunun müvafiq tələblərini pozmuşlar, bununla da istehlakçı kimi ona nasazlığın aradan qaldırılmasında köməklik göstərilməsi əvəzinə, guya qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə qanuna zidd hərəkətə yol vermişlər. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 43.1-ci, 47.1-ci, 49.1-ci, 53-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.4-cü maddələri göstərilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsində xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16-17-ci maddələri əsasında xx.xx.2025-ci il tarixli KY252302851 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış alınmışdır. Çıxarış əsasında xx.xx.2025-ci il tarixdə sahibkarlıq sahəsinin qaz təsərrüfatında qanun pozuntuları aşkar edilmiş və bu pozuntular müvafiq qaydada rəsmiləşdirilmişdir. İstehlakçının nümayəndəsinin iştirakı ilə aparılan yoxlama zamanı obyektin qaz xətti üzərində quraşdırılmış G-6 markalı 42678757 nömrəli qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən müəssisədə istifadə olunan qaz cihazlarının ümumi saatlıq qaz sərfinin qaz sayğacının maksimal ölçmə həddindən çox olduğu aşkar edilmişdir. Göstərilənlərlə əlaqədar olaraq tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixli yoxlama aktı, Sənaye üzrə inventar aktı, eyni zamanda xx.xx.2025-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Sözügedən sənədlərlə istehlakçı tərəfindən saatlıq sərfi 4.3 m3 olan bir ədəd 40 kv kombi, saatlıq sərfi 3 m3 olan bir ədəd 28 kv kombi, saatlıq sərfi 1.2 m3 olan bir ədəd PQ4, saatlıq sərfi 7.2 m3 olan bir ədəd 6 gözlü restoran tipli PQ istifadə edildiyi müəyyən olunmuşdur. Bundan sonra Cavabdeh İB-nın İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilməklə “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə uyğun olaraq bağlanmış alqısatqı barədə müqavilənin 2.1.6-cı bəndinə əsasən mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfinin 15.7 m3/saat olduğunu nəzərə alaraq Qaydaların 6.5-2 yarımbəndinə uyğun hesabat forması aşağıdakı kimi aparılmışdır: 15.7 – 10 = 5.7 x 12 x 90 = 6156 m3 və onun pul dəyəri 1754.46 manat təşkil etmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İstehlakçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Birlik tərəfindən iddiaçının qanuna zidd və təqsirli hərəkətləri nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Ona görə də hazırkı vəziyyət abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Etirazın hüquqi əsası kimi AR Mülki Məcəlləsinin 5.3-cü, 14.2.6-cı, 16.1-ci, 21.1-ci, 385.1-ci, 448-ci, 1096.1-ci, 1097.1-ci maddələri, “Qazdan istifadə qaydaları”, AR Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” xx.xx.2000-ci il tarixli, 356 nömrəli Fərmanı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanunu, “Qaz təchizatı haqqında” AR Qanunu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” AR Qanunu göstərilmişdir. xx.xx.2025-ci il tarixli KY252302851 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi Azəriqaz İB tərəfindən İddiaçı ASC-yə məxsus qeyri-yaşayış sahəsinə (restoran) xx.xx.2025xx.xx.2025 tarixlərində “sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi” əsasları ilə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli yoxlama aktı, sənaye üzrə inventar aktı və xx.xx.2025-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında Aktdan görünür ki, Azəriqaz İB-nin İSQN şöbəsinin və Şəki Xidmət Sahəsinin əməkdaşları tərəfindən istehlakçı İddiaçı ASC-yə məxsus restoranda istifadə olunan qaz cihazlarının maksimal saatlıq sərfiyyatının (15.7 m3) sayğacın maksimal qaz buraxma həddindən 5.7 m3 çox olduğu, yəni sayğac sərfiyyatının uyğun olmadığı aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, sayğacın maksimal saatlıq sərfiyyatından artıq olan və özbaşına quraşdırılmış qaz qurğularının ləğv edilməsi nəzərdə tutulmuş və mövcud qaz sayğacının saatlıq maksimal ölçmə həddi 10 m3/saat olduğu halda qaz qurğularının maksimal saatlıq qaz sərfi 15.7 m3/saat, hesabat müddətinin 90 gün olduğu nəzərə alınaraq 6156 m3 qaz sərfi hesablanmışdır. **********00054 saylı Abonentin saldosundan görünür ki, Azəriqaz İB tərəfindən İddiaçı ASC-yə akta əsasən 05/2025 tarixə 1754,46 manat borc hesablanmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən, işə iddiaçı tərəfin iştirakı olmadan baxmışdır. İddiaçı tərəfindən elektron qaydada icraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara müqavilə, abonentin saldosu, aktlar, tələbnamə, etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə "Azəriqaz” İstehsalat Birliyinin İSQN şöbəsinin əməkdaşları KY252302851 nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən, İddiaçı ASC-yə məxsus qeyri-yaşayış sahəsinə (restorana) baxış keçirmişlər və baxış zamanı restoranda istifadə edilən qaz cihazlarının maksimal saatlıq sərfiyyatının sayğacın maksimal qaz buraxma həddindən çox olduğunu aşkar etmişlər. Qeyd edilən halla bağlı xx.xx.2025-ci il tarixli, ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş, həmin akt əsasında tərtib edilmiş Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən dəymiş ziyan hesablanmış və İddiaçı ASC-nin **********00054 nömrəli abonent koduna 1754,46 manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq əlavə edilmişdir. Məhkəmə hesab edir ki, sahibkarlıq subyektində aparılan yoxlamalar qanunsuz olduğundan iddia təmin edilməlidir. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1.2-ci maddəsində deyilir ki, sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslərdir. 2.1-ci maddəsinə görə, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Qeyd olunan Qanununun 3.1-ci, 3.2-ci, 13.2-ci, 13.3-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələrinin tələblərinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Qanunun 20.1-ci maddəsində göstərilən sənədlər təqdim edilmədikdə və ya yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilən yoxlama müddətlərinə riayət edilmədikdə, sahibkar yoxlayıcını yoxlamaya buraxmaqdan imtina edə bilər. Yoxlama aparılarkən yoxlayıcı orqanların (yoxlayıcıların) qərarları və hərəkətləri (hərəkətsizliyi) nəticəsində yoxlanılan sahibkarın hüquqları və qanuni mənafeləri pozulduqda, habelə yoxlanılan sahibkar yoxlamanın nəticələrindən razı qalmadıqda inzibati və məhkəmə qaydasında şikayət verə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən aparılmış yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.4, 1.5 və 1.6-cı bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-2.1.3-cü bəndinə əsasən yoxlama zamanı istifadə olunacaq və yoxlamanın hüquqi əsasını təşkil edən bütün hüquqi aktlardan, habelə yoxlayıcı orqanın qərarlarından çıxarışları sahibkara təqdim etmək və bu Qanunun 8-ci maddəsinə uyğun olaraq sahibkarlara məsləhətlərin və izahatların verilməsini yoxlayıcı təmin etməlidir. Həmçinin həmin qanunun 4-2.1.6-cı bəndinin tələblərinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, sahibkarın yoxlamada iştirakına mane olmamaq, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara bu sənədlərlə tanış olmaq imkanı yaratmaq yoxlayıcının vəzifəsidir. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida və yem məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. 2.1-1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz. 2.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir. 2.3-cü maddəsinə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Yuxarıda qeyd edilən Qanunun tələblərindən də göründüyü ki, cavabdeh sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən qeydiyyatdan keçərək plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi üçün çıxarış əldə etsə də, iddiaçıya münasibətdə həmin aktda əsaslanılmış “restoranda istifadə edilən qaz cihazlarının maksimal saatlıq sərfiyyatının sayğacın maksimal qaz buraxma həddindən çox olması” əsası ilə müvafiq yoxlama keçirə bilməzdi. Belə ki, yuxarıda qeyd edilən Qanunun 2.1-ci maddəsinin təlbinə görə həmin orqan hazırkı əsaslar üzrə iddiaçıya münasibətdə yalnız “sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar” apara bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus sahibkarlıq subyektində aparılmış yoxlama qanunvericiliyin tələbinə riayət edilməməklə qanunsuz aparıldığından və Cavabdeh tərəfindən xx.xx.2025ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış və **********00054 nömrəli abonent koduna 05/2025 tarixə əlavə edilmiş 6156 kubmetr təbii qazın dəyəri olan 1754,46 manat borc iddiaçının abonent hesabından silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 38 manat məbləğində dövlət rüsumu tələb edilsə də, iddia tələbinə münasibətdə ödənilməli olan dövlət rüsumunun məbləği 37,55 manat təşkil edir. Bu səbəbdən iddia tələbi təmin edildiyindən ödənilmiş 37,55 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya aid edilməli, artıq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticəvi hissə : Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 22 aprel 2025-ci il tarixli ******* nömrəli akt əsasında G-6 markalı, 42678757 nömrəli sayğac üzrə hesablanmış 6156 kubmetr təbii qazın dəyəri olan 1754,46 manat borc İddiaçı ASC-yə məxsus **********00054 nömrəli abonent hesabından silinsin. Cavabdehndən 37,55 manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1442/2025
Şəki Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(117)-1442/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver