Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-1704/2022 24.11.2022 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlu, İddiaçı1 cavabdeh xxxx ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 01385 nömrəli və 010451 nömrəli aktlar əsasında hesablanmış 14811 manat enerji borcunun əsassız hesab edilməklə hesabdan silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı1 cavabdeh xxxx ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 01385 nömrəli və 010451 nömrəli aktlar əsasında hesablanmış 14811 manat enerji borcunun əsassız hesab edilməklə hesabdan silinməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. 150.1.6cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. 150.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Hazırki iş üzrə cavabdeh xxxx ASC-nin elektron kabineti olmasına baxmayaraq iddiaçı müvafiq çatdırmanı cavabdehin vergi orqanının informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirmiş, bununla da qanunvericiliyin tələbinə əməl etməmişdir. Belə ki, yuxarıda sadalanan qanunvericiliyin tələbinə əsasən əgər cavabdehin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabineti olmasaydı iddiaçı çatdırmanı cavabdehin vergi orqanının elektron sistemində yaradılan kabinetinə yerləşdirə bilərdi. Hazırki iş üzrə cavabdeh xxxx ASC-nin isə xx.xx.2020-ci il tarixdən Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabineti mövcuddur. İddiaçı1 hazırki iddia ərizəsi ilə daha öncə də məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1610/2022 nömrəli qərardadı ilə eyni əsasla iddia ərizəsi geri qaytarılmış, lakin iddiaçı həmin nöqsanları aradan qaldırmadan təkrar məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən, məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Odur ki, məhkəmələrin iş vaxtının itirilməsinə səbəb olan halların davam etdiriləcəyi təqdirdə İddiaçı1 və ya bu hallara yol vermiş vəzifəli şəxslərinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 120-ci maddəsinə əsasən məsuliyyət məsələsinə baxılacağı barədə sonuncuya xəbərdarlıq edilir. Məhkəmə tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, yuxarıda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 cavabdeh xxxx ASC-yə qarşı “xx.xx.2022-ci il tarixli 01385 nömrəli və 010451 nömrəli aktlar əsasında hesablanmış 14811 manat enerji borcunun əsassız hesab edilməklə hesabdan silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Rüfət Məcidov
Məhkəmə qərarları › İş №e-2-2(117)-1704/2022
Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-1704/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver