Məhkəmə qərarları › İş №e-2-2(117)-19/2021

Şəki Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(117)-19/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2-2(117)-19/2021 23.02.2021 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Məcidov Rüfət Azadəli oğlunun sədrliyi, Həmidov Vüsal Namiq oğlunun katibliyi, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə1, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli 000333 nömrəli akt əsasında hesablanmış 2208,42 manat borcun silinməsi, müəssisədən sökülərək götürülmüş 1.S ********** nömrəli 2.S 73280017 nömrəli sayğacın yerinə “xxxx” ASC-nin hesabına yeni sayğacın quraşdırılması və həmin sayğaca elektrik enerjisinin verilməsinin bərpa edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.2020-ci il tarixli 000333 nömrəli akt əsasında hesablanmış 2208,42 manat borcun silinməsi, müəssisədən sökülərək götürülmüş 1.S ********** nömrəli 2.S 73280017 nömrəli sayğacın yerinə “xxxx” ASC-nin hesabına yeni sayğacın quraşdırılması və həmin sayğaca elektrik enerjisinin verilməsinin bərpa edilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndələri məhkəmə iclasında barışıq sazişini məhkəməyə təqdim edərək sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə tərəflərin imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” ASC və cavabdeh “xxxx” ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin:

1. İddiaçı “xxxx” ASC xx.xx.2020-ci il tarixli 000333 nömrəli akt əsasında hesablanmış 2208,42 manat borcun 500 manat məbləğində olan hissəsini 3 ay ərzində ödəməyi öhdəsinə götürür;

2. İddiaçı “xxxx” ASC quraşdırılacaq sayğacın 138 manat məbləğində dəyərini ödəməyi öhdəsinə götürür;

3. “xxxx” ASC xx.xx.2020-ci il tarixli 000333 nömrəli akt əsasında hesablanmış 2208,42 manat borcun 1708,42 manat məbləğində olan hissəsini silməyi öhdəsinə götürür;

4. “xxxx” Asc yeni quraşdırılacaq sayğacın dəyəri xxxx ASC tərəfindən ödənildiyi gündən 7 iş günü müddətində sayğacın quraşdırılmasını və həmin sayğaca elektrik enerjisinin verilişinin bərpa edilməsini öhdəsinə götürür. İddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı “xx.xx.2020-ci il tarixli 000333 nömrəli akt əsasında hesablanmış 2208,42 manat borcun silinməsi, müəssisədən sökülərək götürülmüş 1.S ********** nömrəli 2.S 73280017 nömrəli sayğacın yerinə “xxxx” ASC-nin hesabına yeni sayğacın quraşdırılması və həmin sayğaca elektrik enerjisinin verilməsinin bərpa edilməsi” tələbinə dair işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Kommersiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər.

Sədrlik edən: Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar