Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2-2(117)-1954/2025 18.02.2026 ŞƏKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Hüseynov Mübariz Rahil oğlunun sədrliyi, Əzimova Rəna Sərvər qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının **********00020 nömrəli abonent kodundan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 481,55 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3096,09 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 546,61 manat olmaqla, ümumilikdə 4124,25 manat məbləğin abonent kodundan silinməsi və ödənilmiş 61.25 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Şəki Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “iddiaçının **********00020 nömrəli abonent kodundan cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 481,55 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3096,09 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 546,61 manat olmaqla, ümumilikdə 4124,25 manat məbləğin abonent kodundan silinməsi və ödənilmiş 61.25 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən "Ağdaş MQKS" çörək sexini qardaşı işlədir. Müəsissə ilə cavabdeh arasında qazın alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə ona məxsus qeyri-yaşayış sahəsi qazlaşdırılmaqla **********00020 nömrəli abonent kodu verilmişdir. Cavabdehlə bağlanmış müqaviləyə əsasən qazın qiyməti qanunvericiliyə uyğun olaraq AR Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Belə ki, müqavilə bağlandıqdan sonra qiymət dəyişikliyi tərəflər arasında mübahisələdirilə bilməz və hər iki tərəf üçün məcburidir. Lakin cavabdeh tərəfindən təbii qazın sərfinə görə əsassız olaraq 4124.25 manat artıq vasait hesablanaraq abonent koduna vurulmuşdur. Onlara məlum olub ki, AR Tarif Şurasının ölkədə sənaye və kənd təsərüfatı (isehsal ilə) məşğul olan müəsissələrə təbii qazın dəyəri digər sahələrdən fərqli hesablanır. Belə ki, çörək istehsalı sahəsi qaz xidmətlərinin qeyri-əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələrinə aid olmaqla qeyri-əhali qaz xidmətlərinin digər sahələr kateqoriyasına daxil deyildir. AR Tarif (qiymət) Şurasının 16 oktyabr 2021-ci il tarixli 13 saylı qərarına uyğun olaraq 01 noyabr 2021-ci il tarixdən 31 dekabr 2024-cü il tarixə kimi hər 1000 metr kub tabii qaz üçün 220 manat va 29 dekabr 2024-cü il tarixli 18 saylı qərarı ilə hər 1000 metr kub tabii qaz üçün 240 manat müəssisə tərafindən ödənilməlidir. "Ağdaş MQKS" çörək istehsalı ilə məşğul olmasına baxmayaraq qeyd olunmuş, yəni istehlak olunmuş təbii qazın dəyəri xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər min m3 üçün 200 manat əvəzinə 250 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər min m3 üçün 220 manat əvəzinə 250 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər min m3 üçün 240 manat əvəzinə 285 manat tarif ilə hesabat aparılmışdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 481,55 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3096,09 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 546,61 manat (ümumilikdə 4124,25 manat) əlavə məbləğ hesablanmışdır. Bununla əlaqədar o, qanunvericiliyin tələblərinə əsasən X3 İstismar İdarəsinə və AR Energetika Nazirliyi Enerji X1 Şəki filialına pretenziya məktubu ilə müraciət edərək, qeyd olunan faktların AR Tarif Şurasının qərarına uyğun olaraq hesablanmasını və əsassız hesablanmış 4124,25 manat borcun abonent kodundan silinməsini xahiş etmişdir. Ona məhkəməyə müraciət etmək hüququndan istifadə etməsi bildirilmişdir. O, məhkəməyə müraciət etmək məchuriyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarına əsasən, xidmətlərin sənaye və kənd təsərrüfatı sahələri üçün qazın dəyəri 0.20 qəpik olmuş, daha sonra xx.xx.2021-ci il tarixli təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Tarif Şurasının qərarı xx.xx.2021-ci il tarixli 13 nömrəli Tarif Şurasının təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərarı ilə ləğv edilmiş, sonuncu qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş və sonuncu tarixdən sonra təbii qazın qiyməti qeyri-əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələri üçün 0,22 qəpik olmuş, son olaraq Tarif Şurasının təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə xx.xx.2024-cü il tarixli 18 nömrəli qərarı ilə təbii qazın qiyməti qeyri-əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələri üçün 0,24 qəpik olmuş və həmin qərar xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişdir. Bundan başqa abonentin saldosundan görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tarif şurasının qərarından fərqli, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 0,25 qəpik, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək isə 0.285 manat hesabı ilə iddiaçıya təbii qazdan istifadəyə görə borc hesablamışdır. Cavabdeh xx.xx.2026-cı il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçıya məxsus “Çörək sexi” 2010-cu ilin sentyabr ayında istehlakçı kimi təbii qazla təmin edilərkən AGİS abonent bazasında tariflər paketində ”qeyri-dövlət” kimi qeydiyyata alınmışdır. Həmin vaxt ölkə üzrə qeyri-əhali sektoru üzrə tariflər AR Tarif (Qiymət) Şurasının müvafiq qərarlarına əsasən qazın qiyməti vahid formada tənzimlənirdi və Şuranın xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarı ilə qeyri-əhali istehlakçı qrupu üzrə 1 m3 qazın qiyməti 0.20 qəpik müəyyən edilmişdir. Təbii qazın ölkədaxili tariflərinin kateqoriyalara bölünməklə qiymətlərin müəyyənləşdirilməsi isə AR Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 8 nömrəli qərarı ilə baş vermişdir. Qeyd olunan qəraradək qeyri-əhali sektoru üzrə qazın qiymətinin təsnifatlandırılması nəzərdə tutulmadığından istehlakçıların fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə zərurət olmamışdır. Lakin AR Tarif (Qiymət) Şurasının həmin qərarı ilə qeyri-əhali sektoru üzrə qazın tarifləri ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə tənzimləndiyindən istehlakçılar bir qayda olaraq fəaliyyət növü ilə bağlı qaz paylayıcısına müvafiq uçota dair arayış təqdim etməli idi, çünki qaz paylayıcısı istehlakçının hansı fəaliyyət növü ilə məşğul olmasını yalnız sonuncunun təqdim etdiyi sənədlər əsasında müəyyən edə bilərdi. Belə ki, həmin qərara əsasən qeyriəhali sektoru üzrə qazın tarifləri ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə tənzimlənmiş, 1 m3 qazın qiyməti digər sahələr üzrə 0.25 qəpik AR Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarı ilə 1 m3 qazın qiyməti digər sahələr üzrə 0.25 qəpik, AR Tarif (Qiymət) Şurasının xx.xx.2024-cü il tarixli 18 nömrəli qərarı ilə 1 m3 qazın qiyməti digər sahələr üzrə 0.285 qəpik müəyyən edilmişdir. Sonuncu qəraradək iddiaçı hansı fəaliyyət növü ilə uçota alınması barədə qaz paylayıcısını məlumatlandırmamış, bu barədə hər hansı təsdiq edici sənəd təqdim etməmiş və istifadə etdiyi qazın dəyərinin hesablanması ilə bağlı mübahisə yaratmamışdır. Bu səbəbdən iddiaçı AGİS abonent bazasında tariflər paketində xx.xx.2021-ci il tarixdən ticarət və xidmət alt kateqoriyası kimi qeydiyyata alınmış və qazın qiyməti digər sahələr kimi 0.25 qəpikdən hesablanmışdır. Yalnız iddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə qaz paylayıcısına müraciət edərək ona məxsus çörək sexinin təbii qaz tarifinin 0.24 qəpiyə köçürülməsini xahiş etmişdir. İstehlakçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli **********164200 saylı fəaliyyət növləri barədə arayışdan müəyyən edilmişdir ki, iddiaçının əsas fəaliyyət növü “Çörək istehsalı” (kod: 10710) olmaqla qeydiyyata alınması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Bundan sonra iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi qeyri-yaşayış sahəsində (çörək sexi) təbii qazın tarifi sənaye və kənd təsərrüfatı sahələri üzrə kateqoriyaya daxil edilməklə 1 m3 qazın qiyməti 0.24 qəpikdən hesablanmışdır. Bu barədə istehlakçıya Zaqatala RQİİ-nin xx.xx.2025-ci il tarixli 14-2-2-7/2-Ə-2xx-xx/2025 saylı məktubla məlumat verilmişdir. İddiaçının cavabdehə qarşı “borcun silinməsi tələbi barədə” iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. AR X2 Agentliyinin Şəki filialı tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli mütəxəssis rəyində bildirmişdir ki, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə xx.xx.2021-ci il tarixli 8 nömrəli, xx.xx.2021-ci il tarixli 13 nömrəli və xx.xx.2024-cü il tarixli 18 nömrəli qərarlarından sonra qaz paylayıcısı tərəfindən vergi ödəyicisinin əsas fəaliyyət növü müəyyən edilmədən digər sahələrə aid tarif tətbiq edilmişdir. Belə ki, istehlak olunmuş tabii qazın dəyəri xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər min m3 üçün 200,00 manat əvəzinə 250,00 manat, xx.xx.2021-ci il tarixdan xx.xx.2024-cü il tarixədək hər min m3 üçün 220,00 manat əvəzinə 250,00 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər min m3 üçün 240,00 manat əvəzinə 285,00 manat tarif ilə hesabat aparılmışdır. Bu səbəbdən **********00020 nömrəli kod üzrə hesabata xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 481,55 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3096,09 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 546,61 manat (ümumilikdə 4124,25 manat) əlavə borc məbləği hesablanmışdır. Halbuki, vergi ödəyicisinin əsas fəaliyyət növü çörək istehsalıdır. Beləliklə, silinməsi tələb edilen məbləğ 4124,25 manatdır, həmin məbləğin hesabatı Tarif (qiymət) Şurasının müvafiq dövr üçün qəbul edilmiş qərarlarına uyğun aparılmamışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Cavabdeh 24 qəpik əvəzinə borc məbləğini 28,5 qəpikdən nəzərə alaraq yanlış hesablama aparmışdır. Bu isə 4000 manat artıq məbləğ deməkdir. Onların öhdəliklərinə düşən borc məbləğinin düzgün hesablanmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə baxış iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tərəflər iş materiallarını məhkəməyə təqdim etmişdir. Həmin materiallara abonent saldosu, rəy və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdırıb sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası mülki Məcəlləsinin (bundan sonra mətndə MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin:
1. Energetika müqaviləsinə müvafiq olaraq qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını, ötürülməsini və sаtılmаsını təşkil etməlidir. Bu Qanunun 12-ci maddəsinin 1-ci, 2-ci, 4-cü, 5-ci və 6-cı hissələri eyni qaydada qazın paylanmasına da tətbiq edilir. 2-1. İstehlakçıya sаtılаn qаzın kеyfiyyət göstəriciləri (tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər) dövlət stаndаrtlаrının tələblərinə uyğun оlmаlıdır. Dövlət stаndаrtlаrının tələblərinin pоzulmаsı qаnunlа müəyyən еdilmiş məsuliyyətə səbəb оlur. Qаzın kеyfiyyət göstəriciləri nəzаrət оrqаnı tərəfindən lаbоrаtоriyа şərаitində və yа хüsusi tехniki vаsitələrlə yохlаnılmаlı və nəticələri bаrədə istеhlаkçılаrа və qаz pаylаyıcısınа məlumаt verilməlidir. Yoxlama nəticəsində qаzın kеyfiyyət göstəriciləri dövlət stаndаrtlаrının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyаtа kеçirilməsi tələb еdilməlidir.
4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi tariflər: paylayıcının qaz təchizatı, digər iş və xidmətləri üzrə qiymətlərin hesablanmasının və təyin edilməsinin metod və prinsiplərini; müxtəlif kateqoriyalı istehlakçılar üçün hər bir kubmetr verilən qazın tariflərini və onların təyin edilməsi metodlarını özündə əks etdirir. Tariflər qaz paylanması münasibətləri üzrə energetika müqavilələrinin müddəalarına uyğun olmalı və kütləvi şəkildə yayılmalıdır.
8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsi üzrə abonentə məxsus qeyri-yaşayış sahəsi qazla təmin edilmişdir. Tərəflər arasında yaranmış hazırkı mübahisə isə iddiaçının çörək sexində istifadə etdiyi təbii qazın dəyərinin Tarif Şurası tərəfindən müəyyənləşdirilmiş tarif məbləğindən artıq hesablanmasından ibarətdir. Bununla bağlı məhkəmə ilk öncə qeyd edir ki, çörək sexi qaz xidmətlərinin qeyri-əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələrinə aid olmaqla, qeyri-əhali qaz xidmətlərinin digər sahələr kateqoriyasına daxil deyildir. Qeyd edilən səbəbdən iddiaçıya məxsus obyektdə (çörək sexi) təbii qazdan istifadəyə görə tarif Tarif Şurasının qərarına əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 0,25 qəpik deyil, müvafiq dövrlər üzrə 0.20 qəpikdən (xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) və 0.22 qəpikdən (xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək), həmçinin, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 0.285 qəpik deyil, 0.24 qəpikdən hesablanmalı idi. Belə ki, xidmətlərin qeyri-əhali bölməsinin sənaye və kənd təsərrüfatı sahələri üçün təbii qazın ölkədaxili tarifləri “təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi” barədə Tarif Şurasının xx.xx.2021-ci il tarixli 8 nömrəli qərarına əsasən 0.20 qəpik, xx.xx.2021-ci il tarixli 13 nömrəli qərarına əsasən 0,22 qəpik (qərar xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir), xx.xx.2024-cü il tarixli 18 nömrəli qərarına əsasən, 0,24 qəpik (qərar xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişdir) məbləğində müəyyən edilmişdir. Belə ki, AR X2 Agentliyinin Şəki filialı tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə də qeyd edilən hallar təsdiqlənmiş, iddiaçının əsas fəaliyyət növünün çörək istehsalı olduğu, qaz paylayıcısı tərəfindən iddiaçının əsas fəaliyyət növünün müəyyən edilmədən digər sahələrə aid tarif tətbiq edildiyi və cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 481,55 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 3096,09 manat, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 546,61 manat olmaqla, ümumilikdə 4124,25 manat əlavə borc məbləği hesablandığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus olan abonentin saldosundan da qeyd edilən halların mövcudluğu müəyyən edilmişdir. Qeyd edilənlərdən əlavə olaraq cavabdehin etiraz ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək istifadə edilən təbii qazın dəyərinin Tarif Şurasının qərarına uyğun hesablanmadığını qəbul etmiş, lakin iddiaçının fəaliyyət növü ilə bağlı qaz paylayıcısına müvafiq uçota dair arayış təqdim etməli olduğunu, iddiaçının isə qeyd edilən arayışı xx.xx.2025-ci il tarixdə təqdim etdiyini, bundan sonra iddiaçıya məxsus qeyri-yaşayış sahəsində (çörək sexi) təbii qazın tarifinin sənaye və kənd təsərrüfatı sahələri üzrə hesablanmağa başlandığını bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, istehlakçının fəaliyyət növünün hansı kateqoriyaya aid olmasının müəyyən edilməsi onun tərəfindən deyil, qaz paylayıcısı tərəfindən müəyyən edilməli və uçota alınmalıdır. Belə ki, istehlakçının qazın AR Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən dəyərindən məlumatsız olması, bu səbəbdən qaz paylayıcısına sonradan müraciət etməsi onun istifadə etdiyi qazın dəyərinin müəyyənləşdirilmiş məbləğdən artıq hesablanmasına əsas deyildir. Belə ki, qazın qiyməti qanunvericiliyə uyğun olaraq AR Tarif (qiymət) Şurası tərəfindən tənzimləndiyindən tərəflər təbii qazın dəyərini istənilən məbləğ və ya dəyər göstərə bilməzlər. Həmin məbləğ dövlət tərəfindən tənzimlənən dəyərə uyğun olmalıdır. Qeyd edilən qiymət tənzimlənən qiymətlər kateqoriyasına aid olduğundan təbii qazın istehlak olunmuş dəyəri Tarif Şurasının müəyyən etdiyi qiymətlərdən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin tələblərinə görə təbii qazın paylanması təbii inhisar sahəsinə aid edilmiş, təbii qazın satışı qiyməti dövlət tərəfindən tənzimlənir və həmin qiymətdən artıq və ya az satış qiymətinin müəyyən edilməsi qanunsuzdur. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 560-cı maddəsinin tələblərinə görə bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə, məsələn: alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə və sair hüquqdan sui-istifadə hesab edilir. Nəticədə, məhkəmə yekun olaraq hesab edir ki, iddia təmin edilməli və iddiaçının **********00020 nömrəli abonent kodundan Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsassız olaraq qanunla müəyyən edilmiş tarifdən artıq hesablanmış ümumilikdə 4124,25 manat pul silinməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən həll edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 61.25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən iddia tələbi təmin edildiyindən ödənilmiş 61.25 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı **********00020 nömrəli abonent kodundan Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək əsassız olaraq qanunla müəyyən edilmiş tarifdən artıq hesablanmış ümumilikdə 4124,25 manat pul silinsin. Ödənilmiş 61.25 manat dövlət rüsumu Cavabdeh İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mübariz Hüseynov